Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə23/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   19   20   21   22   23   24   25   26   ...   245

71

əvəzini artıqlamasıyla çıxaram. Ancaq onda münasibətlərimiz daha 

çox dərinləşə bilər. Göstərdiyim hər bir qayğını, elədiyim balaca 

yaxşılığı Vera sevgiylə bağlaya bilər”.

– Sizdə soyuqdəyməyə qarşı qadınlar daha çox nə bişirir lər?

–  Tiflisdə  sulu  xəngələ  çoxlu  bibər  əlavə  edərək  soyuq-

dəymənin  birdəfəlik  anasını  ağladırlar,  yaxud  əvəlikli  əriştə 

bişirilir, – Mixael Həsəni qabaqladı. 

–  Həsən, bəs sizin mətbəxdə belə hallarda nə bişirirlər?

–  Məsələn,  mənim  nənəm,  anam  ya  cincilimli  umac,  ya  da 

əvəliklə əriştə bişirərdi. Hələ bizim Zərdabda belə vaxtlarda an caq 

kələm dovğası deyilən bir yemək də bişirirlər, soyuqdəymədə onun 

doktorların  mənə  vurduqları  iynə-dərman  qədər  təsiri  var.  Sizin 

borşa bənzəyir, ancaq kələm, göyərti, qatıqdan hazırlanmış ayranla 

bişirilir. Deyəsən, Vera, bizim məişətimiz sizin üçün çox maraqlıdır.

– Hə, bizim evdə Qafqaz xalqlarının həyatına aid kitablar var. 

Atam da, anam da sevə-sevə bu kitabları oxuyur. Hətta onlar sizin 

mədəniyyət  və  incəsənət  nümunələriylə  maraqlanırlar.  İstəsəniz, 

mən  sizi  bir  dəfə  atamın  kitabxanasıyla  tanış  edərəm,  amma 

sağalandan sonra…

– Əlbəttə, böyük məmnuniyyətlə… Bizim ailəmizdə də il lərlə 

babamın,  atamın  Şərqin  ən  böyük  dahilərinin  əsərlərinin  üzü nü 

məşhur xəttatlara köçürdüb topladıqları zəngin kitablar var. 

– Çox maraqlı gəldi mənə, – Vera dilləndi.

– Bir yay tətilində Həsənlə gedib görərsən, – Mixael Həsəni 

cırnatmaq üçün dedi. 

 Bir azdan Vera ayağa qalxdı: 

– Yaxşı, mən gedirəm, sağ olun, Həsən, sən bir də xəstələnmə!

 Çox gec oldu, qoy sizi ötürək…

–  Yox,  yox,  mən  nənəmin  yanında  qalacam,  ora  elə  sizin 

pəncərədən görünür. 

–  Mən sizi ötürüb tez qayıdaram, – gürcü balası təkid etdi.

–  Olar. Siz narahat olacaqsınızsa, olar….

– Əlbəttə… Sizin kimi gözəl bir qız gecə vaxtı tək yola çıxarsa, 

narahatlıqdan çox, sayğısızlıq olar.



72

Həsən  Mixaelin  son  sözündən  cırnadı:  “Onun  gözəlliyinin 

sənə nə dəxli”.

Mixael çox tez geri qayıtdı. İçəri girən kimi dedi:

– Mən sənə nə demişdim? Bu qız bir könüldən min könülə 

sənə  vurulub.  Sənə  görə  əldən-ayaqdan  gedir.  Sənə  göstərdiyi 

bugünkü qayğını heç təzə evlənənlər də bir-birinə göstərə bilmir. 

Bu qızı Allah sənə hədiyyə göndərib. Atası da o boyda uni versitetin 

rektoru Solovyov ola.

–  Onun  atasından  mənə  nə.  Mən  Moskvaya  evlənməyəmi 

gəlmişəm, yoxsa təhsil almağa? Boşla bu fikirləri, nə öz vaxtını al, 

nə də mənim.

– Həsən, Vera səndən danışanda yaşıl gözləri elə parıldayır, 

elə bil ləpələnən dənizdi.

Həsən  evdə  ona  qayğıkeşlik  göstərib  yanında  qalan  dostu 

Mixaelə  yatmağa  yer  göstərdi.  Özünü  elə  yorğun  hiss  edirdi, 

sanki Zərdabdan Moskvaya piyada gəlmişdi. Ayaqları da, beli də 

ağrıyırdı.  Uşaqlığında  ayaqlarının  ağrıdığından  şikayət  edəndə 

anası  tez  onun  boğazına  baxar,  nanə-limon  qabığını  dəmləyib 

içirdər, həm də qar-qara elətdirərdi. Bütün bunları düşünə-düşünə 

birdən ailəsi və Zərdab üçün bərk darıxdı.

Yuxu  onu  tez  tutdu.  Köhnə  yuxusuna  bu  dəfə  yeni  çalarlar 

qatılmışdı. Suyun üzü ilə Zərdab yoluna çıxmağa çalışırdı. Uzaq-

dan, yolun digər başında dayanan Veranı gördü. Onun yaşıl göz-

ləri  Kürlə  həmahəng  ləpələndikcə,  sanki  Həsəni  suyun  üstündə 

yırğalayırdı.  O,  müvazinətini  itirməmək  üçün  özünü  güclə  sax-

layırdı…  –  Mən  üzmürəm,  yeriyirəm,  əvvəl  mən  daha  rahat 

addımlayırdım,  indi  nədən  müvazinətimi  itirirəm?  Hələ  yanan 

şama  və  bal  qoyulan  məcməyiyə  çatmalıyam.  Vera  da  yolun  o 

başında məni gözləyir. Bu qızın Zərdabda nə işi? 

Qəfil  oyandı,  yuxu  olduğunu  dərk  edincə  çox  sevindi.  On-

dan sonra səhərə qədər yata bilmədi. Gecələrin uzunluğunun nisbi 

olduğunu  ilk  dəfə  idi  hiss  edirdi.  Kimin  üçün  adi  sayılan  gecə 

bəzən sabahı gözləyən narahat adama bir il qədər uzun olurmuş.

O, dostunu oyatdı:

– Dur, dərsə yubanırıq.




73

–  Sən  də  gedirsən?  Həkim  sənə  yataqda  olmağı  məsləhət 

gördü…

– Mən kənd uşağıyam, hər soyuqdəymədən bu qədər yatsam, 



onda gərək Moskva camaatı mənə qulluq eləsin. Tez ol, bir tikə 

səhər yeməyi yeyək, yubanırıq.

Masanın  üstündə  Veranın  dünən  gətirdiyi  çovdar  çörəyinin 

iyi otağa yayılmışdı. Şamaxı dağlarının çiçəklərinin ətrini özündə 

saxlayan bal da, yovşan ətri verən pendir də, həyətlərindəki tutdan 

bişirilmiş bəkməz də hər səhər Həsənə evlərindəki səhər yeməyini 

xatırladırdı.  Etirazına  baxmayaraq,  anası  bu  kənd  nemətlərini 

oğluna özü ilə gətirməyi vacib bilmişdi. 

–  Bəh-bəh,  lap  evimizdəki  səhər  süfrəsinə  bənzədi,  bircə 

xaçapurisi çatmır, – şən ovqatla Mixael dedi.

– Tətilə altıca ay qalıb, iştahanı saxla Tiflisə qayıdana…

Onlar Həsənin mənzilindən çıxanda hava çox soyuq idi. 

Mixael çoxdan istədiyi bir məsələni elə indicə Həsənə deyib 

onun ağzını aramaq istədi.

–  Həsən,  mən  də  köçüb  səninlə  qalsam,  necə  olar?  Bura 

universitetə yaxındır. Həm də rahatdır.

–  Yox,  dostum,  mən  bəzən  səhərəcən  yatmayıb  oxuyuram, 

sən mənim yanımda narahat olarsan. Amma ürəyin istədiyi vaxt 

hərdən gəlib qala bilərsən…

Universitetə daxil olan kimi dostları onları əhatəyə aldılar:

– Həsən, sənə nə olmuşdu? Biz bu gün sənin yanına gəlməyə 

hazırlaşırdıq. 

– Mən də sizə zəhmət vermək istəmədim, – zarafatla dedi.



Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə