Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə19/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   15   16   17   18   19   20   21   22   ...   245

59

yaratdığı  həsədin,  paxıllığın  içində  olmuşam,  yüzlərlə  adamın 

arasında özümü tənha hiss etmişəm. Bu həyatı sənə arzu lamaram. 

Cəmiyyətdəki  mövqeyim,  ötkəmliyim,  qürurum,  baca rı ğım  həm 

də ailədən, evdən qaynaqlanan sevinclə ahəng yarat saydı, mənim 

ətrafım  da,  millətim  də  məndən  daha  çox  bəhrələnə  bilərdi.  Nə 

isə…  Mən  deyəcəklərimi  dedim.  Bu  söhbət  daimilik  ikimizin 

arasında qalsın. 

Həsən  onu  həddən  artıq  çox  istəyən  Fərəc  bəyin  müdrik 

məsləhətləri  qarşısında  sükuta  qərq  olmuşdu.  Nəhayət,  o,  başını 

yuxarı qaldırmadan dilləndi:

  –  Fərəc  dayı,  siz  həmişə  mənim  doğru  məsləhət  verənim, 

ürək sirdaşımısınız, – deyib onu bərk-bərk qucaqlayaraq, gözün-

dən öpdü. Həsənin gözləri dolmuşdu, hönkürməkdən özünü güclə 

saxlayırdı. 

Fərəc  bəy  də  əlli  bir  yaşın  içində  olmasına  baxmayaraq, 

Həsənin belə doğma münasibətindən, onun məsləhətlərinə bu cür 

münasibət göstərməsindən kövrəlmiş, gözləri yaşarmışdı. Bu gənc 

oğlan ona sanki uzaq düşdüyü bütün qohumlarının, doğ malarının 

isti nəvazişini qaytarmışdı. 

Həsən  iki  aya  yaxın  Zərdabda  qaldı.  Bütün  hazırlıq  işləri 

başa  çatandan  sonra  o,  Moskvaya  yola  düşdü.  Gimnaziyanı  gü-

müş medalla bitirdiyi üçün Həsən Moskva Dövlət Universitetinə 

imtahansız qəbul edilmişdi. Odur ki, dərs başlananda Moskvada 

olmalı idi.



60

1861-ci il, Moskva

Moskva ilk anda Həsənin heç xoşuna gəlmədi. O, şəhərə ayaq 

basdığı gün həddən artıq yağışlı, çiskinli, darıxdırıcı hava idi.

İstidən  nəfəs  almaq  mümkün  olmayan  Zərdabdan  gələn 

Həsənin  şəhərlə  ilk  görüşünün,  tanışlığının  yağışla  başlaması, 

əslində  yaxşı  hal  idi.  Bu  hava  ona  həm  də  gələcək  həyatı  və 

fəaliyyəti ilə bağlı çox şeylər söyləyirdi. 

Adam bəzən ətraf aləmin mülayim münasibətinə çox öyrəş-

diyindən haqlı-haqsız öz istəyini, gözləntilərini görmək istəyir. Bir 

gün onun əksi ilə qarşılaşanda düşündükləri, ürəyində yaşatdıqları 

dağılıb  məhv  olur,  mülayimliyin  yaratdığı  “ərkö yünlük”  ciddi 

sarsıntıya çevrilir. İndi Moskva şəhəri cənublu “mülayim adam”ın 

gələcək taleyini ciddi sınağa çəkirmiş kimi, Həsən bəyi ilk gündən 

xoşagəlməz  hava  ilə  qarşılayırdı.  Mos kvanın  şaxtasını  görəndən 

sonra qərara gəldi ki, isti geyim, çətir alsın və universitetin ya xın-

lığında mənzil kirayələsin. Həm də Moskva ilk gündən Həsənin 

qarşısında  yeni-yeni  məişət  və  təhsil  problemləri  qoyaraq,  Tif-

lis dəki  rahat  gimnaziya  həyatının  bit diyini,  burada  vəziyyətin 

tamamilə fərqli olacağını göstərdi. 

Bu  şəhərdə  rus  əsilzadəsinin  ehtiramını  qazanmaq,  yüksək 

məqamlara  çatmaq  da  olardı,  köhnə  bilik  bazasını  xərcləyərək 

beş illik universitet həyatını “başdansovdu” bitirmək, taleyini bir 

sarışın saçlıya bağlayıb moskvalı olmaq da mümkün idi. 

Həsən  Şamaxı  və  Tiflisdə  olduğu  kimi,  Moskva  univer si-

tetində  də  ilk  gündən  tələbələrin  və  müəllimlərin  diqqətini  çək-

mişdi. Uca boyu, iri, aydın gözləri, işıqlı üzü, alnına tökülən qara 

saçları kənardan baxanlara onun qafqazlı olmasını nişan verirdi. 

Həsən bəyin səliqəli geyimi, nizam-intizamlı davranışı, təmiz 

və səlis ruscası münasibətdə olduğu hər kəsi heyran edirdi. Təhsil 

illərində ilk dərs günü rastlaşdığı ani məqam illər sonra onun şirin 

xatirələrinə  çevrilərək  yaddaşına  həkk  olunacaqdı.  Həmin  gün 



61

universitetin rektoru Sergey Mixayloviç Solovyov

2

 ilk dəfə dərsə 



qədəm qoyan tələbələri salamlayandan sonra müdrik nəsihətlərini 

verdi. O qeyd etdi ki, bugünkü universitet tələbələrinin həyatlarını 

elmlə  bağlamaları  cəmiyyətimizin  gələ cək  inkişafı  və  tərəqqisi 

deməkdir.  Elə  oxumalısınız  ki,  univer sitetimizin  tarixində  bö-

yük  şəxsiyyətlər  kimi  sizin  də  iziniz  qalsın.  Bax  sizə  bu  gün 

dərs  deyəcək  müəllimlərin  çoxu  mənim  fikrimə  qüvvət  olaraq, 

universitetin yaddaşında yer qazanmış mütəxəssislərdir. Mən elmin 

qapılarını sizin üzünüzə açan Moskva universitetinin rəhbəri kimi 

sizi ürəkdən təbrik edirəm. Ümidvaram, hər biriniz bu böyük təhsil 

ocağını uğurla başa vurub cəmiyyətimizdə gərəkli mütəxəssislər 

kimi  çalışacaq,  öz  şəhər  və  kəndlərinizə  geri  dönəndə  doğma 

universitetimizi layiqincə təmsil edəcəksiniz. 

Həsən  bəy  ömrü  boyu  rektor  Solovyovun  bu  çıxışını  unut-

ma yacaqdı.  O,  elə  ilk  dərs  günlərindən  başlayaraq  müəllimlərin 

etimadını, tələbə-müəllim çevrəsinin dostluğunu qazanmaqda idi. 

Onunla  Tiflisdən  Moskvaya  gələn  altı  tələbə  dostları  içərisində 

Həsəni  artıq  çox  adam  tanıyırdı.  “Müsəlman  tələbə”  deyə  ona 

ikinci  ad  da  qoymuşdular.  Bir  gün  fakültə  dekanı  Davıdov  onu 

rektor S.M.Solovyova təqdim edərək demişdi: 

–  Sergey  Mixayloviç,  siz  fakültəmizin  qafqazlı  tələbəsi 

Həsənlə  şəxsən  tanışsınızmı?  Bu  oğlanı  hər  zaman  universitetin 

kitabxanasında  görmək  olar.  Hətta  keçdiyi  fənlərə  aid  olmayan 

kitabları belə mütaliə edir. 

Solovyov  çox  səmimiyyətlə  ona  təqdim  olunan  bu  cavan 

oğlana münasibətini zarafatla belə bildirmişdi: 

–  Bu  qafqazlılar  ya  oxumur,  oxuyanda  da  elə  oxuyurlar  ki, 

hamını heyrətə salırlar. Görünür, bu cavan oğlan ikincilərdəndir. 

Rektor Həsən bəyə özü haqqında danışmağı xahiş edir:

–  Cənab  rektor,  mən  –  Həsən  Məlikov  Azərbaycandanam. 

Əvvəl Azərbaycanda,  Şamaxıda,  sonra Tiflis  şəhərində  rus  gim-

naziyasını bitirmişəm.

2

 Sergey Mixayloviç Solovyov (1820-1879) – tarixçi, MDU-nun rektoru (1871-

1877)



Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə