Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə15/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   11   12   13   14   15   16   17   18   ...   245

47

bacımıydı. Bizim uşaqlığımız elə bəxtəvər idi ki… Mən də oxu-

maq  üçün  zamanında  çox  əzablara  dözmüşəm.  Amma,  Həsən, 

sənin  çətinliklərin  həm  özünün  fəallığınla,  həm  də  bizim  sənə 

dəstəyimizlə  aradan  qalxacaq.  Bu  an  qonşu  otağın  qapısı  açıldı, 

içəri  dolu  bədənli,  iri  qonur  gözlü,  sarı  saçları  ortadan  yığılmış 

mehriban bir qadın daxil olub dedi:

– Nikolay, bu gənclər kimdir belə, sənə nə qədər pay gətiriblər?

Görüşə bir qədər gec gəlməsindən, danışığının tərzindən, səsi-

nin tonundan hiss olunurdu ki, pay gətirilmiş kənd sovqat larının 

hamısına bir-bir baxıb və çox da məmnun qalıb.

–  Bunlar  mənim  bacım  nəvəsi  Zərdab  bəyləri  –  Həsənlə 

Mehralıdır. Həsən, Mehralı, tanış olun, bu xanım Mariya Fyodo-

rovnadır. Mənim həyat yoldaşımdır. 

Hər ikisi ədəb-ərkanla ayağa qalxaraq, başlarını azca önə əyə-

rək, əlləri sinələrində ehtiramla Fərəc bəyin xanımı ilə salamlaşdılar. 

Qadın hər iki gəncə əl uzadaraq, mehribancasına görüşdü:

– Sizin hər ikiniz bizim şəhər gimnaziyasında oxuyacaq sınız?

– Yox, Həsən təhsilini Tiflis gimnaziyasında davam edəcək, 

mənsə Zərdaba qayıdacam, – Mehralı da rus dilində səlis cavab 

verdi. 

Fərəc  bəy  gənclərin  rusca  belə  sərbəst  danışıqlarına  heyran 



qalmışdı.  Xüsusən  də,  Mehralı  bəyin.  O,  Həsənin  Şamaxıdakı 

rus məktəbini bitirməsini bilirdi, amma Mehralının təmiz ruscası 

Tiflisdə Nikolay kimi tanınan general Fərəc bəyi xanımının yanında 

əməlli-başlı fərəhləndirmişdi.

– Mehralı, bəs sən rus dilini harada öyrənmisən?

– Mənim rus dili müəllimim orduda atamla çalışan bir hərbçi 

zabitin  xanımı  olub.  Biz  evdə  dörd  uşaq  hamımız  dərs  almışıq. 

Ərəb, fars dilini anam öyrədib. Anam 5 il ərəb, fars dil lərindən ev-

də təhsil aldığından bizə də mükəmməl təhsil verib, – Mehralı bəy 

Mariya  Fyodorovnanın  da  başa  düşəcəyini  nəzərə  alaraq  fikrini 

rusca söylədi. 

Fərəc bəy bir anlığa donub qalmışdı.

–  Anan  Ağcabədi  bəylərindən,  qaradolaqlılardan  olmalıdır, 

eləmi? 



48

– Bəli!


 Rəhmətlik Səlim bəyin elmə-təhsilə verdiyi dəyərin mücəs-

səməsi kimi qarşısında dayanan bu gənclərlə, sözün gerçək mə-

nasında qürur duyurdu Fərəc bəy.

– Həsən üçün burada yeni bir dünya açılacaq. Mən Tiflisdə 

yaşayan  bütün  ziyalılarla,  yaxın  dostlarımla  onu  tanış  edəcəm. 

Həsən,  mən  sənin  bazar  günləri  gəlib  bizdə  qalmağından  yana 

Aleksandr Pavloviçdən və gimnaziya rəhbərliyindən izin almışam.

  O  axşam  Fərəc  bəy  Mehralı  və  Həsəndən  yadında  qalan 

bütün  qohum-əqrəbası  haqqında  hal-əhval  tutdu.  Hamıya  onun 

salamlarını çatdırmağı tapşırdı.

Mehralı gecəni Fərəc bəyin evində qaldı, səhər tezdən Tiflisi 

tərk edəcəkdi.

* * *

Fərəc bəy əlinə böyük sərvət düşübmüş kimi Həsənlə birgə 



olduqları hər dəqiqəni dəyərləndirirdi. Nə qədər çətin olsa da, o, 

ana  dilində  danışmağa  çalışır,  öz  biliyindən,  dünyagörüşündən 

Həsənin  daha  artıq  bəhrələnməsi  üçün  onunla  uzun-uzadı  söh-

bətlər aparırdı.

Fərəc bəy Həsənin yaddaşında təxminən qırx altı-qırx yeddi 

yaşlarında  hündür  boylu,  hərbçi  səliqəsi  ilə  geyinən,  nizam-

intizamı,  kübar  davranışı  ilə  seçilən  mehriban  bir  insan  kimi 

qalacaqdı. Belə müdrik bir insan, görəsən, niyə öz millətindən olan 

bir  xanımla  evlənməyib?  Niyə  onun  oğul-uşağı  yoxdur?  Varsa, 

niyə gözə dəymədilər? Əlbəttə, Həsən bütün bu sualların cavabını 

illər sonra dəqiqliklə öyrənəcəkdi. 

– Həsən, səni bazar günlərinin birində dostum Mirzə Fətəli 

Axundovun yanına aparacam. Təxminən mən yaşdadır, istedadlı 

dramaturqdur, mənim dostumdur, – Fərəc bəy söylədi. 

Həsən Fərəc bəylə tanışlığına çox sevinirdi. Nənəsinin onun ba-

rə sində ağlaya-ağlaya danışdığı “o, rus oldu, üstəlik də, rusla evləndi” 

sözlərini xatırladıqca kimin haqlı olduğunu hələlik bilə bilmirdi.

Həsəni  Tiflis  gimnaziyasına  ilk  dərs  günü  Fərəc  bəyin  özü 




49

gətirdi. Həmin gün onun gimnaziyanın qapısında təntənəli qarşı-

lanmasının şahidi olan Həsənin çiyinlərinə elə bil boy-bu xu nun-

dan on dəfə artıq yük qoydular. “Vay, bundan sonra mən bu kişinin 

qarşısında nə qədər məsuliyyət daşımalıyam…” 

Gimnaziyanın, deyəsən, rəhbəri idi, qapıda Fərəc bəyi qar şı-

layarkən dedi:

 Cənab general, xoş gəldiniz! 

Bütün gimnaziya generalın gəlişindən bir-birinə dəymişdi.

– Bu qoçaq mənim yaxın qohumumdur. Sizin gimnaziyanın 

beşinci  sinfinə  qəbul  olunub.  Onun  məktəblə  bağlı  bütün  prob-

lemləri haqqında mənə mütəmadi məlumat verərsiniz.

Həsən  bu  qədər  təntənəli  qarşılanmanın  ardınca  nizam-

intizamlı, ağır dərs yükü ilə fərqlənən məktəbdə hər şeyin öhdə-

sindən layiqincə gəlməyə çalışırdı. Elə bilirdi Fərəc bəy tərəfdən 

yüngül bir tənbeh və eyham alsa, onun etimadını itirəcək.

Həftəlik dərs və digər məsələlər haqqında məlumatları şənbə 

günləri Həsən Fərəc bəyə bildirirdi.

Tiflis  şəhərinin  qaynayan  ictimai,  elmi-ədəbi  mühiti,  təhsil, 

media və hərbi mərkəzləri hər bir şəhər sakini üçün məlumat bolluğu 

yaradırdı.  Bəzənsə  qaynayan  bu  şəhərdə  insanlar  nəyin  düzgün, 

nəyin  yanlış  olduğunu  dərhal  ayırd  etməkdə  çətinlik  çəkirdilər. 

Ancaq  Həsən  bütün  məsələlərə  ayıq  başla  yanaşaraq  həmişə  ən 

doğru qərar verməyə, ölçülü-biçili hərəkət etməyə çalışırdı.

Bir şənbə axşamı Fərəc bəy faytonunu Həsənin dalınca gim -

naziyanın  yataqxanasına  göndərmişdi.  Həsən  onlara  gələndə 

dayısının  yanında  hərbi  rütbəli,  təxminən  qırx  üç-qırx  beş  yaş-

larında bığlı, atasına bənzəyən bir kişi görüb ehtiramla salam verdi. 

–Tanış  ol,  bu,  mənim  dostum  Mirzə  Fətəli Axundovdur.  O, 

Qafqaz canişininin baş dəftərxanasında Şərq dilləri üzrə tərcü mə-

çidir,  tezliklə  polkovnik  olacaq.  Ərəb,  fars,  rus  dillərinin  tərcü-

məçisi kimi onun fəaliyyəti Qafqaz canişinliyi tərəfindən qiymət-

ləndirilir,  –  deyib  Fərəc  bəy  sözünə  davam  etdi,  – Axund  oğlu 

olmasına  baxmayaraq,  heç  vaxt  namaz  qılmayıb,  qılmayacağına 

da söz verib, elə deyilmi, dostum?

– Əziz dostum, əvvəla, deyim ki, məni bu zərdablı balasına 




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə