Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə16/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   12   13   14   15   16   17   18   19   ...   245

50

çox təriflədin. İkincisi, bilməyini istərdim, mənim Allaha sevgim 

sonsuzdur, amma onun adından din-məzhəb alveri edənləri gör mə-

yə gözüm yoxdur. Mənim Yaradana sevgim, dinə etiqadım özünü 

Allaha yaxın, inamlı göstərib əməldə bunun əksini edən lərdən qat-

qat  çoxdur.  İndi  özün  qiymətləndir,  mən  düz  eləyirəm,  ya  yox? 

Əlbəttə, mənim mövqeyimi çoxları bəyənmir, bəziləri sənə “urus” 

dedikləri kimi, mənə də “dinsiz” deyir. 

Hə, cavan oğlan, gəl tanış olaq, sabah bizim evdə azər baycanlı 

tələbələrlə, bir neçə ziyalımızla kiçik bir məclis quru lacaq. Orada 

maraqlı  insanlar  və  söhbətlər  olacaq,  səni  də  onların  arasında 

görmək istərdim. 

Həsən  Mirzə  Fətəli  Axundovu  görən  kimi  tanıdı.  Şəklini 

Fərəc bəyin evində görmüşdü, yaradıcılığına da bələd idi. Fərəc 

bəy onun haqqında dəfələrlə Həsənə danışmışdı.

–  Mən  sizi  yaxşı  tanıyıram,  Puşkinin  ölümünə  yazdığınız 

“Puşkinin ölümünə Şərq poeması”nı da oxumuşam. 

– Nə yaxşı, bu, əla oldu. Demək, bizim tədbirə gələcəksən. – 

O, üzünü Fərəc bəyə tutaraq:

–  Fərəc  bəy,  yeri  gəlmişkən  deyim,  mən  bura  elə  əsas  sizi 

dəvət etməyə gəlmişdim. Sənə bir muştuluğum da var… Dostun 

general İsmayıl bəy də Tiflisə gəlib. İndi gedirəm görməyə, onu da 

dəvət edəcəyəm. Bilirsən də, o, Tiflisdəki müsəlman mək təbinin 

yarandığı gündən əsas xeyriyyəçisi və himayədarıdır. 

Mirzə Fətəli üzünü Həsənə tutaraq: 

– Gənc dost, sən general İsmayıl Qutqaşınlı adını eşit mi sən-

mi? O, sənin oxuduğun Şamaxı məktəbini də himayə edir, kasıb 

ailələrdən  olan  istedadlı  uşaqları  oxutdurur.  Fərəc  bəy,  Mirzə 

Hüseyn Qayıbovu

1

 sən yaxşı tanıyarsan. Bir-iki ay öncə onu Tiflis 



Müsəlman  Gimnaziyasına  Şərq  dilləri  müəllimi  təyin  ediblər.  O 

həm  də  gözəl  nəzm  ustasıdır.  Onu  da  dəvət  etmişəm.  Gələrsən 

görərsən, bu məclisin süfrəsi gözəl sözlərlə, yeni mətləblərlə dolu 

olacaq. 


1

  Mirzə  Hüseyn  bəy  Qayıbov  (1852-1930)  –  Peterburq  Tibb-Cərrahlıq 

Akademiyasında təhsil almış ziyalı




51

Fətəli bəy gedəndən sonra da Həsən oturduğu yerindəcə donub 

qalmışdı. O, Mirzənin bəhs etdiyi məclisdə özünü necə aparacağı 

barədə düşünürdü. “Söhbətlərin mövzusu, görəsən, nədən olacaq?” 

Qəlbində Böyük Yaradana yalvarırdı: “Allahım, mənə əta etdiyin 

hər şeyə görə sonsuz təşəkkürümü bildirirəm…” 

Səhər  Həsən  yerindən  həmişəkindən  tez  qalxaraq  sabahkı 

dərslərini  öyrəndi.  O,  Tiflis  gimnaziyasında  da  heç  bir  çətinik 

çəkmədən dərslərini hazırlayır, müəllimlərin razılığını qazanırdı. 

Günortadan  bir  qədər  keçmiş  Fərəc  bəy  onu  da  yataqxanadan 

gö türüb  Mirzənin  söylədiyi  məclisə  yollandı.  Fərəc  bəy  xasiy-

yət cə mülayim, azad fikirli insan olduğundan Həsənə elə gəlirdi, 

kübarlığın yüksək zirvəsində olan dayısı heç vaxt hərbçi kimi əmr 

edə bilməz 

  –  Həsən,  oğlum,  nə  düşünürsən,  yol  boyu  sən  bu  gün  bir 

kəlmə də danışmadın. Bu məclisə getmək istəmirsənsə, getməyə 

bilərsən.  Amma  orada  tanış  olacağın  insanlar  gələcəkdə  sənin 

birgə fəaliyyət göstərəcəyin tərəfdaşların, əməkdaşlıq, dostluq edə 

biləcəyin məsləkdaşların ola bilərlər.

 – Yox, yox, əksinə, sadəcə bir az həyəcanlıyam.

  Fətəli  bəy  ev  sahibi  kimi  dostu  Fərəc  bəyi,  Həsəni  həyət-

lərinin alaqapısı önündə ehtiramla qarşıladı:

 – Fərəc bəy, gənc dostumuz Həsən, bizə xoş gəlmisiniz. 

Onlar gülə-gülə içəri keçdilər. Fərəc bəy hamı ilə hal-əhval 

tutub görüşəndən sonra onun üçün ayrılmış yerdə əyləşib Həsəni 

yanına  çağırdı.  Fətəli  bəy  məclisdəki  adamları  bir-birilə  tanış 

edirdi. Növbə gənc Həsənə çatanda o, təbəssümlə dedi: 

– Bu cavan oğlan, Həsən bəy, Zərdab bəylərindən Rəhim bə-

yin nəvəsi, Səlim bəyin oğludur. Həsən həm də Fərəc bəyin bacısı 

nəvəsidir, Tiflis gimnaziyasında oxuyur, əlaçı tələbələrdən biridir. 

O, məclisdəki digər gəncləri, yaradıcı ziyalıları növbə ilə təq-

dim edəndən sonra qısa giriş nitqi söylədi. Mirzə çıxışında qeyd 

etdi  ki,  biz  Tiflisin  yaradıcı  ədəbi  mühitinə,  təhsil,  təlim  mər -

kəzlərinə qədəm qoyanda azərbaycanlıların sayı, demək olar, bar -

maqla sayılacaq qədər az idi. Amma bu gün, maşallah, onlar Tiflisdə 



52

xüsusi bir icma yaradaraq inkişaf edirlər. – O, üzünü məclisdəki 

gənclərə  tutaraq,  –  indi  sizin  hər  birinizə  himayədarlıq  edəcək, 

məsləhət  verəcək  azərbaycanlı  icmamız,  dəyərli  ziyalılarımız 

var. Amma bu da bəs qədər sayıla bilməz, çünki onlar xalqımızı 

qane edəcək sayda deyil. Sizlər bu ali məktəbləri bitirib gələcəkdə 

xidmətə başlayanda hərəniz millətimizə gərəkli olan bir təhsil ocağı 

yara da caqsınız,  məmləkətimizdə  əsl  təhsillilər  ordusu  yetişdirə-

cək si niz.  Siz  elə  bir  xeyirli  və  uğurlu  yoldasınız  ki,  bəhrəsini 

tək  özü nüz  yox,  minlərlə,  milyonlarla  soydaşımız  dadacaq.  Bax 

məni sevindirən də odur, biz təhsillilərin sayı çoxaldıqca, məmlə-

kə timizdəki  cəhalət  yox  olacaq,  millətimiz  savadlanaraq  elmin 

ziyası, işığı ilə inkişaf edəcək.

Mirzə Fətəli məclisdəkiləri gözdən keçirərək dilləndi:

– Bu gün sizə çox gözəl bir xəbərim də var. Mənim çox ya-

xın dostum, Qazax torpağının yetişdirdiyi müəllim Mirzə Hüseyn 

Qayıbov knyaz Baryatinskinin əmri ilə Tiflis Müsəlman Məktəbinə 

müəllim təyin edilib. Bundan sonra o, bu məktəbdə Şəriət və Şərq 

dillərindən  dərs  verəcək.  Mən  sizin  hamınızın  adından  Mirzəyə 

uğurlar  arzulayıram.  Mirzə,  bu  yeni  fəaliyyətin  millətimizə, 

xalqımıza xeyirli, uğurlu olsun! Baxmayaraq o, bir az içinə qapalı, 

daim kitablar arasında tənha qalmağı xoşlayan bir insandır. Amma 

onun  dostluqda  çox  sədaqətli,  mərd  bir  insan  olmasının  şahidi 

mən özüməm. Biz Qayıbovu ilk növbədə elə bu xasiyyətinə gö-

rə  çox  sevirik.  Mirzənin  yanında  əyləşən  İlya  Cavçavadze, 

Mixail  Kipyani  həm  mənim,  həm  də  onun  ən  yaxın  dostlarıdır. 

Onlar  birgə  çalışmaqla  yanaşı,  gənclərimizin  dün ya görüşünün 

formalaşmasında əvəzsiz rol oynayır. 

Mirzə Fətəli giriş nitqini, təsirli çıxışını “məmləkətin və ha-

zırda Tiflisdə yaşayan soydaşların şərəfinə badə qaldırmaq” təklifilə 

yekunlaşdırdı. Hamı ayağa qalxdı, kimisi gürcü şərabı, kimisi də 

su ilə dolu badələri bir-birinə toxunduraraq başına çəkdi.

Fərəc  bəy  məclisdə  fərqli  adamların,  müxtəlif  yerlərdən 

təşrif buyurmuş dəvətlilərin olduğunu nəzərə alaraq, ürəyi dolmuş 

Mirzə  Fətəliyə  bilərəkdən  mane  olmamağa  çalışırdı.  Düşünürdü 

ki, birdən səmimiyyətə qapılaraq siyasi səhvə yol verər. Lakin hər 




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə