Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə14/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   10   11   12   13   14   15   16   17   ...   245

44

saylarını yalandan şişirdərək imperatorun diqqətini çəkmək istə-

yir dilər. Xanlıqlar dövründə Şamaxı şəhəri Şirvan xanlığının mər-

kəzi kimi öz əhəmiyyətini saxlamaqda davam etmişdir. 1734-cü 

ildə  Nadir  şah  Əfşar  tərəfindən  ələ  keçirilən  Şamaxı  büsbütün 

dağıdılmış,  şəhər  yeni  məkana  köçürülmüşdür.  1747-ci  ildə 

Məhəmməd  Səid  xan  köhnə  Şamaxıda,  1748-ci  ildə  isə  Hacı 

Məhəmmədəli xan Yeni Şamaxıda (Ağsuda) xanlıq yaradır. 

1768-ci  ildən  1789-cu  ilə  kimi  Quba  xanı  Fətəli  xanın  ha-

kimiyyəti altına keçən Şamaxı şəhərinə və ətraf ərazilərə Quba-

dan, Salyan və Dərbənddən min ailə köçürülür. 1789-cu ildə Fətəli 

xanın  ölümündən  sonra  daxili  çəkişmələr  başlanır.  1792-ci  ildə 

üçüncü  Şamaxı  xanı  Mustafa  xan  taxta  çıxaraq  Şamaxını  Quba 

xanlığından ayırır. 1805-ci ilin sonlarında Şamaxı xanlı ğının daxili 

müstəqilliyi saxlanılmaqla Rusiya imperiyasının tər kibinə qatılır. 

1820-ci  ildə  çar  Rusiyası  Şamaxı  xanlığını  ta ma milə  ləğv  edir. 

1846-cı  ildən  Şamaxı  quberniya  mərkəzinə  çev rilir.  Bir  vaxtlar 

Şamaxı  haqqında  atasına  ünvanladığı  sualların  cavabını  Həsən 

illərlə aldığı təhsil və mütaliəsi nəticəsində indi, çoxundan yaxşı 

bilirdi.  Məktəbdə  bu  haqda  keçilməsə  də,  Həsən  hərbçi  atasının 

ev kitabxanasından, siniflərindəki rus yoldaş la rından çoxlu bilgilər 

əldə  etmişdi.  Şamaxı  hazırda  onun  düşün cə sində  müqəddəs  bir 

məkan idi. Şamaxının yetişdirdiyi Əfzələddin Xaqani, İmadəddin 

Nəsimi kimi dahilər Həsənin çox sevdiyi şairlər idi.




45

1858-1861-ci illər, Tiflis

Mehralı  bəy  bir  gün  sonra  Zərdabdan  Həsənlə  birlikdə Tif-

lisə yola düşdü. Qəbul imtahanlarının gərgin əhval-ruhiyyəsi ya-

yın istisinə qarışaraq elə üzücü yorğunluq yaratmışdı ki, Həsənin 

bənizi ağappaq ağarmışdı. Onun bu halı Mehralının ürəyinə qəri bə 

və anlaşılmaz bir peşmanlıq hissi salmışdı.

“Mən nahaq ağlımı bu rusların ağlına verdim, Tiflis Şamaxı 

deyil axı. Kim gəlib bu məsum uşağa baş çəkəcək? Gərək Fərəc 

dayını tapam və möhkəm-möhkəm tapşıram. Hər şeydən arxayın 

olmayınca qardaşımı tək buraxa bilmərəm”.

Yola  çıxdıqlarının  ikinci  günü  axşam  fayton  Tiflisə  yetişdi. 

Mehralı əlindəki ünvan yazılmış kağızı faytonçuya uzadaraq: “Bizi 

bu ünvana aparın”, – dedi.

  Fayton  şəhərin  küçələrilə  irəlilədikcə  çay  daşlarının  dö-

şən diyi yollar atın ayaq səslərindən elə bil ritm yaradırdı, bu səs 

Mehralıda  uşaqlıqda  məcməyiyə  çırtma  vuraraq  çıxardığı  səsi, 

çalıb-oynamaqlarını  xatırlatdı.  O  vaxt  Həsən  hamıdan  balaca 

olduğu üçün onun oynamağı hamıda daha xoş ovqat yaradırdı. 

Mehralı üzünü qardaşına tərəf çevirərək gülümsündü: 

–  Həsən,  faytonun  və  atın  ritmik  səsi  uşaq  vaxtı  məcməyi 

çalıb oynamağımıza bənzəyirmi? 

–  Hə,  elədir.  İndicə  mən  də  o  illəri  xatırlayırdım,  –  Həsən 

cavab verdi.

Faytonçu  alaqapının  üstündə  yazılan  rəqəmi  görüncə  atın 

yüyənini çəkdi:

  –  Sizin  axtardığınız  ünvan  general  Fərəc  bəyin  eviymiş, 

qabaqcadan desəydiniz, bu evə gətirə bilərdim, – dedi. 

Faytonçu ona ödənilən pulun məbləğindən qarşısındakı adam-

ların səxavətli olduqlarını yəqin etdiyindən onlara min nətdarlığını 

bildirdi.

Tiflis Təhsil İdarəsinin müdiri Aleksandr Pavloviç Şama xıdan 

qayıdan kimi Fərəc bəyə hər şeyi danışıb, ondan Həsənin təhsilinə 

himayəçilik etməsinin razılığını almışdı. 



46

Mehralı  yavaşca  alaqapının  üstündəki  halqanı  aşağı-yuxarı 

edərək qapını döydü. Çox keçmədi, yaşlı bir qadın qapıya çıxdı, 

gürcücə onlardan kimi istədiklərini soruşdu:

–  Biz  Fərəc  bəyin  bacısı  uşaqlarıyıq,  Zərdabdan  gəlmişik, 

bura Fərəc bəyin evidir? – Həsən önə çıxaraq qardaşından öncə rus 

dilində xanımdan soruşdu.

Qadın da rusca “bəli” deyərək onlara bir az gözləməyi tapşırdı. 

Bir azdan geri qayıdaraq nəzakətlə:

– Buyurun içəri! – söylədi.

Mehralı  bəy  öndə,  Həsənsə  arxada  həyətə  girdilər.  Həyət 

yetərincə  geniş  idi.  Həsən  addımlaya-addımlaya  fikirləşirdi 

ki,  yəqin,  bu  gürcü  qadın  dayımın  həyat  yoldaşıdır.  Birdən  onu 

fikirlərindən Fərəc bəyin zəhmli, lakin xoş avazlı səsi ayırdı:

–  Ay  siz  xoş  gəlmisiniz,  zərdablı  qoçaqlar,  mən  sizi  fik-

rimdə elə belə də canlandırmışdım. Sən Mehralısan, sən də baron 

Aleksandr Pavloviçin təriflədiyi Həsən, eləmi? 

Fərəc bəy elə istiqanlı danışırdı ki, bir anın içərisində Mehralı 

ilə Həsənin ürəklərindəki bütün nigaranlıq yox olmuşdu. 

Merhralı bəy faytondakı Zərdabdan gətirdikləri ərməğanları 

içəri gətirmək üçün dayısından izin istədi. Dayısı onlardan hər hansı 

hədiyyə gözləməsə də, Zərdabdan gələn “kənd payına” razılığını 

məmnuniyyətlə bildirdi, gürcü xidmətçi xanımı içəri dəvət edərək 

lazımi tapşırıqlarını verdi. Onun belə ərkyana hərəkətləri zərdablı 

qonaqları bir qədər də ruhlandırdı.

– Oxumaq, elm sahibi olmaq biz müsəlmanların yeganə xilas 

yoludur. Müsəlman demişkən, nənən mənə yenəmi “Urus Fərəc” 

deyir?


– Dayı, nənəm bir il qabaq rəhmətə gedib. Amma hər zaman 

sizdən danışanda gizli-gizli ağlayardı rəhmətlik.

Fərəc bəy eşitdiklərindən, bacısının dünyasını dəyişmə sin dən, 

onun yasında iştirak edə bilməməsindən məyus oldu.

–  Dünyanın,    necə  deyim,  –  qarşılığını Azərbaycanca  ifadə 

etməyə  söz  tapmayınca  bir  az  duruxdu,  yadına  salaraq  davam 

etdi,  –  taleyin  elə  gözlənilməzlikləri  var,  sabah  nə  ilə  rastlaşa-

cağımızı bilmirik. Bilirsiniz də, rəhmətlik nənəniz mənim ortancıl 




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə