Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə22/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   18   19   20   21   22   23   24   25   ...   245

68

– Amma  biz  onu  indi  xəstəxanaya  aparmalıyıq.  Siz  dos tu-

nuzdan ancaq onda arxayın ola bilərsiniz, – söylədi.

Həsən  gözlərini  açanda  harada  olduğunu  müəyyənləşdirə 

bilmədi, yanında Mixaellə Vera Solovyovanı görəndə:

–  Məni kim gətirib bura? Mən hardayam?

Mixael gülə-gülə:

–  Mələklər  gətirib,  bu  gözəl  mələyi  də  sənə  həyan  olmağa 

qoyub getdilər, – azərbaycanca danışaraq Həsənə sataşdı.

Mixael Tiflisdə Həsənlə birgə bir sinifdə oxumuşdu. On ların 

məhəlləsindəkilərin əksəriyyəti azərbaycanlı olduğundan, uşaqlıq 

dostları  da  azərbaycanlılar  idi.  Hərdən  onun  gürcü  ləhcəsi  ilə 

azərbaycanca danışmağı Həsənin xoşuna gəlirdi.

Vera  azca  aralıda  həkimlə  danışırdı.  Mixael  yenə  də 

Azərbaycan dilində sözünə davam elədi: 

– Həsən, bu qız sənə vurulub, başına çarə qıl, mənimlə birgə 

səhərdən buradadır, kimdən eşidib bilmirəm, bir addım da səndən 

uzağa getmədi.

Bu an Vera Həsənə yaxınlaşdı:

– Əzizim, bura Moskvadır, havası dəyişkəndi. Bu möv sümdə 

çətirsiz evdən çıxmaq olmaz. Bunu nəzərə almamısan. Yəqin ki, 

bir də belə etməzsən. Həkimin dediyinə görə, bir həftə xəstəxanada 

qalmalısan.

Vera ilk dəfə idi, Həsənə “doroqoy”la, həm də sənlə mü raciət 

edirdi. Bu, Həsənin diqqətindən yayınmadı. O, Veranın bir həftə 

xəstəxanada qalmaq fikrinə etiraz edərək qətiyyətlə: 

–  Nə?  Yox!  Mən  bunu  edə  bilmərəm,  hər  soyuqdəymədən 

sonra bu qədər dərsdən qalsam, vay mənim halıma. Mən hər şeyi, 

elə bu müalicəni də evdə, dərslərdən ayrılmadan davam edərəm. 

Həsən ciddi təkidlərdən sonra həkimləri də, Vera ilə Mixaeli 

də razı sala bildi. 

– Onda biz səni evə ötürək, lazım olan dərmanları alaq, sonra 

qayıdarıq, – Mixael dedi.

– Hə, buna etirazım yoxdur. 

Onlar  Həsənin  mənzilinə  gəldilər.  İkiotaqlı  mənzildə  yük-

sək  səliqə-sahman  görəndə  bu  evdə  hansısa  xanımın  yaşa ma-




69

sından şübhələnən Vera o biri otağa boylanaraq bu səliqə-sahmanı 

“yaradan xanımı” axtardı. Görməyəndə üzünü Həsənə tutaraq:

–  Bax,  pəncərədən  görünən  o  üçmərtəbəli  zabitlər  evinin 

ikinci mərtəbəsində, sizinlə üzbəüz nənəm yaşayır. Babam rəh mə-

tə gedib, nənəm xalamla o evdə qalır. Mən bura tez-tez ona baş 

çəkməyə  gəlirəm.  Bizim  ailənin  diplomsuz  həkimi  sayılan  nə-

nəmin  təbii  dərmanları,  bitki  çayları,  göbələk  şorbası  sağalmaq 

üçün əsl məlhəmdir. Biz Mixaellə indi gedib sənə lazım olan hər 

şeyi gətirərik. 

Zəhmət çəkməyin, mən artıq yaxşıyam.

– Bir azdan lap yaxşı olacaqsan, – deyib Vera tələsik qapıdan 

çıxdı.

Mixael  Həsəni  tək  qoymadı.  Veranın  ayaq  səsləri  pilləkən-



lərdən uzaqlaşanda Həsən gülümsəyərək dedi:

– Mixael, mən belə qayğılara alışsam, axırı necə olacaq? Bu 

qız haradan qarşıma çıxdı? Zalım balasının gözləri elə bil də nizdir. 

Bir də, dostum, onun gözlərindən mənə nə, biz tələbə yoldaşlarıyıq. 

Bura təhsil almağa gəlmişik, sevgi dastanı yazmağa yox. 

Mixael gülürdü:

–  Səni  bilmirəm,  mən  filoloji  fakültəsindəki  bizim  kurs 

yoldaşımız  kuban  gözəli  Daşanı  görən  gündən  ağlım  başımdan 

çıxıb. Sən Tiflisdə də hər şeydə, həmişə böyük iradə göstərə bi-

lirdin,  amma  mən  bacarmıram.  Sənin  xəstəliyin  soyuqdəy mə dir, 

mənimki sağalmaz sevgi.

Veranın əlləri dolu olduğu üçün qapını ayağı ilə “döydü”.

Mixael qapını açdı. İsti göbələk şorbasının ətri kiçik səbətdən 

ətrafa yayıldı. O dedi:

– Bəh, bəh, əcəb iştaha gəldim. Bu şorbanı ölü yesə dirilər.

Həsən ucadan güldü. 

Vera səbətdən göbələk şorbasını, qarağat, çiyələk mürəb bə si-

ni masanın üstünə düzdü. Şorbaya azacıq xardal əlavə edərək dedi:

– Nənəm bir doktor kimi məni əmin etdi ki, sən bunu yesən, 

sabahacan bütün ağrıların, halsızlığın çəkilib gedər. 

– Belə şorbanı tək yemək günah olar, gəlin birgə yeyək.

Mən yemişəm, bunusa sizə gətirdim.




70

Vera  yeməyi  qablara  çəkəndən  sonra  iki  qafqazlı  balasının 

iştahla yeməsinə tamaşa edirdi.

Deyirlər, dünyanın ən saf, təmiz və təmənnasız sevgisi tələ-

bəlik  illərində  yaranan,  sonra  da  ailə  qurmaqla  nəticələnən  mə-

həbbətdir.  İllərin  sınağından  çıxan,  bütün  ülvi  hissləri  özündə 

yaşadan tələbəlik sevgisilə qurulan ailələr çox möhkəm olur, alın-

maz  qalanı  xatırladır.  Müxtəlif  dostların,  çoxsaylı  müəllimlərin 

əhatəsində, onların şahidliyi ilə sevən-seçənlərin hərəkətləri, bir-

birinə münasibətləri daha dolğun formalaşır, sınaqlardan çıxaraq 

möhkəmlənir. Belə sevgi bəzən uğursuz olanda qəlblərdə, talelərdə 

dərin yaralar yaradır. Belə yara hər iki tərəfin sonrakı xoşbəxtlik 

cəhdlərini daim pozur, ömür boyu onların qəlbinin sızıltılı ağrıları 

ilə  müşayiət  olunur.  Bəzən  gənclikdə  kor-koranə,  öz-özünə 

yaranan və getdikcə möhkəmlənən sevgi müxtəlif maneələrə rast 

gələrək sınaqlara çəkilir. Bəzən də sevənlərin özünün içində ağıl, 

iradə və sevgi hisslərinin üçtərəfli davası baş verir. İnsanın iradəsi 

ilə ağlı sevgi əleyhinə birləşirsə, ən ülvi sevgi belə məğlubiyyətlə 

bitir. Yox, əksinə, iradə sevginin tərəfində dayanırsa, o zaman vay 

ağılın halına. Gənclik sevgisi uğursuz olan insanlar sonrakı bütün 

həyatlarında bu itkinin acısını yaşayırlar, onlardakı sevgi tamlığı, 

sevgi bütövlüyü zədələnmiş olur. Bu “yarı”lar sonradan ayrı-ayrı 

məkanlarda  nə  qədər  xoşbəxt  həyat  qurmaq  istəsələr  də,  həmişə 

yarımçıq sevgi ilə yaşayırlar. Onların qarşılarına çıxan yeni insan nə 

qədər ali hisslərə malik olsa da, yaşamağa çalışdıqları yeni sevgi nə 

qədər təmiz, ülvi görünsə də, qurduqları ailə ilə xoşbəxt görünməyə 

çalışsalar da, məsum, saf sevgi hissləri onlardan uzaq düşür. 

Həsən hazırda ağlı ilə hisslərinin arasında qalmışdı. O, sonrakı 

ailə taleyini bugünkü sevgi hissilə yanaşı qoyaraq, fikirləşir, qərar 

verməyə çalışırdı. Bu prosesdə hələ ki onun fərdi iradəsi bitərəf 

idi, hələlik öz sözünü deməmişdi, sevginin əley hinə olan amilsə, 

yalnız Fərəc bəyin nümunəsi idi. Həsən yemək yeyə-yeyə qəlbində 

özünü  danlayırdı:  “Xəstəlik  olma saydı,  bu  qız  da  onun  evini 

tanımayacaqdı. Nə isə…” Yenə özünə təskinlik verməyə çalışdı: 

“Biz hələ ki ancaq tələbəlik dostlarıyıq, başqa heç nə. Mən bunların 



Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə