Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə35/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   31   32   33   34   35   36   37   38   ...   245

108

idarəçilik  rejimi  ilə  sən  də  çox  ehtiyatlı  olmalısan.  Mən  həmin 

şəxslərə kömək etdim. Bundan sonra onlar və başqa yerli bəylər 

otlaqlarına, torpaqlarına toxunulmadan az miqdarda biyar vergisi 

ödəyəcəklər,  yəni  adambaşına  bir  ot  tayası  verəcəklər.  Bu  artıq 

qəbul  olunmuş  qərardır,  kimsə  onu  poza  bilməz.  Bəylər  də  bu 

qərardan  çox  razı  getdilər.  Onlar  burda  ikən  həbsə  atılanları 

azad  etdirdik.  İmkan  olduqca  hamıya  əl  tutmaq,  kömək  etmək 

lazımdır. Son anda düşünüb-daşınıb mənim yaratdığım xeyriyyə 

cəmiyyətinin  qapısını  döyən  yüzlərlə  azərbaycanlı  ailə  var.  Hə, 

Həsən, belə-belə işlər qarşıda səni də çox gözləyir…

– Anam  sənə  kənddən  səbət  göndərib.  Deyir,  heç  olmazsa, 

ağzının dadı dəyişər. 

–  Sağ  olsun.  Mən  indi  nə  yesəm,  uşaq  vaxtı  anamın  hazır-

ladıqlarının dadını vermir. Həm də inanmıram ta əvvəlki ləzzətlə 

yemək yeyə bilim. Çünki ağız dadımı çoxdan itirmişəm.

Həsən  uzun-uzadı  söhbətdən  sonra  Fərəc  bəydən  ayrılaraq 

Mixaellə  görüşməyə  getdi.  Tiflis  son  beş  ildə  çox  dəyişmişdi. 

Tiflisin adı gələndə Həsən bəy burnunda dərhal pendir, sunel və 

istiot iyini hiss edirdi.

Həsən dostu Mixaellə həmişəki kimi səmimi görüşdü, elə bil 

ayrıldıqlarından yüz illər keçmişdi. Mixael:

– Həsən, səni bilmirəm, amma mən sənsiz çox darıxdım. Nə 

yaxşı ki, səni Tiflisə göndərdilər. Nə yaxşı, sən burada işləyəcəksən. 

Mən  də  gimnaziyada  riyaziyyatdan  dərs  deyəcəm.  Gedək,  sənə 

danışdığım mənzilə də baxaq, xoşuna gəlməsə, bir başqa ünvanda 

da var, ora da baxa bilərik.

Həsən Mixaelin nişanlısı Daşa ilə münasibətini soruşdu:

–  Əvvəl  məni  danladılar,  sonra  biləndə  ki,  razı  olmasalar, 

Moskvaya qayıdacam, əlacsız qalıb razılaşdılar. Dekabr ayında toy 

etməyi qərarlaşdırdıq. Sən də burada – yanımızda olduğun üçün 

indi hər şey gözəl olmalıdır, elə deyilmi? 

–  Elədir.  Mən  də  sizinlə  birgə  olduğum  üçün  bu  şəhərdə 

özümü tənha hiss etməyəcəm.

Dostu Həsənin xasiyyətini yaxşı bildiyindən onunçün gözal-

tı  elədiyi  ev  şəhərin  sakit,  təmiz,  həm  də  ziyalıların  yaşadığı 




109

məhəllədə  idi.  Bu  rayonda,  əsasən,  müəllimlər,  mətbuat  işçiləri, 

məmurlar yaşayırdılar.

  Həsən  qalacağı  yerin  zövqlə  seçildiyinə  görə  Mixaelə 

təşəkkürünü bildirdi. Bura həm də Mirzə Fətəli Axundovun yaşadığı 

küçə  ilə  paralel  idi.  O,  mənzilə  yerləşdikdən  sonra  Mirzəyə  baş 

çəkməyə getdi. Qapını döydü, Tubu xanım qapını açdı:

– Gəl, oğlum, gəl. Mirzə, gör bizə kim gəlib! Həsən, maşallah, 

mən  səni  güclə  tanıdım.  İndi  sənə  baxan  hər  kəs  o  saat  alim 

olduğunu bilər.

Mirzə, Həsənlə əvvəlki illərdə olduğu kimi, yenə də doğma 

övladı kimi görüşdü. 

–  Gəl çıx da, ay Həsən, gözümüzün kökü saraldı axı! 

–  Gəldim,  Mirzə,  üstəlik  də,  sizinlə  yanaşı,  Tiflisdə  qalıb 

işləyəcəm.

–  Bax buna çox sevindim. Harada işləyəcəksən?

– “Mejevaya palata”da məmur kimi, həm də 8-ci Mejevaya 

komissiyasında məhkəmə üzvü kimi fəaliyyət göstərəcəm.

– Hə, sənin işin çox qəlizdir. Bu iş çox ağıllı olmaqla bəra-

bər, həm də təcrübəli olmağı, müəyyən məsələlərdə ehtiyatla dav-

ranmağı tələb edir. Bilirsən də, guya rəsmi şəkildə çar Rusiyasında 

təhkimçilik hüququ ləğv olunub. Bizdə də bu məsələ Rusiyadan 

sonra aydınlaşmalıydı. Ancaq özün görəcəksən, bu rejim Qafqazda 

yenə də mülkədarların hüququnu müdafiə edir, kəndliləri, demək 

olar, açıq-aşkar soyub talayır. Sadəcə, bu işi indi onlar “qanun”la 

edirlər.  Kəndli  mülkədardan  icazə  almamış  öz  təsərrüfatında  bir 

toyuq hini də tikə bilməz. Hər adam səbir göstərib öz təsərrüfatında 

yeni  “qanuni”  sahibkarlarla  yola  gedə  bilmir.  Bəzən  bu  işlərə 

baxarkən  müdafiəçi  vəkilin  özü  pis  vəziyyətdə  qalır.  Dövlət 

qulluqçusu  olduğu  üçün,  aydın  məsələdir,  o,  dövləti,  onun  bəy-

mülkədarlarını müdafiə etməlidir. Kəndlinin hüquqlarının haqsız 

şəkildə  pozulması,  əlbəttə,  hər  bir  vicdanlı  vəkilin,  o  cümlədən, 

gələcəkdə  sənin  də  içindəki  “vicdan  idarəsinin”  iflasına  səbəb 

olar. Sən nə qədər çətin olsa da, ehtiyatla işləməyə çalışmalısan, 

bacardığın qədər ədalətli olmalısan. 

Həsən  fəaliyyət  göstərəcəyi  sahədə  işin  nə  yerdə  olduğunu 




110

təxminən  təsəvvür  etdiyindən  başını  aşağı  salıb  susurdu.  Mirzə 

xasiyyətcə baməzə adam idi, Həsənin pərişan halını görəndə onun 

könlünü açmaq istədi:

–  Həsən,  bir  kasıb  şəkili  öküzlə  dağdan  ot  daşıyırmış. 

Öküzlərdən  biri  belində  ot  dərzləri  dağın  başından  yıxılaraq 

üzüaşağı diyirlənməyə başlayır. Kəndli dizinə çırparaq vay-şivən 

qoparır,  “Ya  Həzrət  Abbas,  Ya  Həzrət  Abbas,  kasıb  adamam, 

öküzümü  saxla,  yalvarıram,  öküzümü  saxla,  bu  öküz  bir  çətən 

külfətin çörək ağacıdır”. Kəndli görür öküz dağın döşüylə dərəyə 

doğru  getdikcə  daha  sürətlə  yuvarlanmaqda  davam  edir,  ona 

kömək-filan  edən  yoxdur.  Yenidən  qışqırır,  başına  dönüm,  ay 

Həzrət Abbas, yoldan qaç, öküz gəlir… Hə, qardaşoğlu, indi bu 

kəndlinin  məsələsi  olmasın,  onların  hüququnu  qoruya-qoruya 

özün təhlükə altında qala bilərsən.

Həsən  gülümsünürdü,  lakin  qəlbində  Mirzənin  sözləri, 

xüsusən də, “kəndli məsəli” onu bərk tutmuşdu. Mirzə bu məsəllə 

gerçək  durumu  çox  dəqiq  təsvir  etmişdi.  “Deməli,  çox  ehtiyatlı 

olmalıyam. Bu işdə nə ağıl, nə də Fərəc bəy köməyə çata bilər. Hər 

şey “yüz ölçülüb, bir biçilməlidir!” 

– Həsən, bilirəm, sən yetərincə ağıllısan, səhv etməyəcəksən. 

Sadəcə,  qorxuram,  bu  haqsızlıq,  ədalətsizlik  çamurunda  sənin 

əsəblərin dözməsin. 

Həsən  Mirzə  ilə  çay  içdi,  sonra  sağollaşaraq  yeni  tutduğu 

mənzilə  qayıtdı.  Sabah  “Mejevaya  palata”da  ilk  iş  günü  başla-

ya caqdı.  Axşamdan  sabah  geyinəcəyi  pal-paltarını  hazırladı. 

Moskvadan  gətirdiyi  kitablarını  qutulardan  boşaldaraq  otaqdakı 

köhnə  rəflərdə  yerləşdirəndə  əlində  tutduğu  kitablardan  birinin 

arasından nə vaxtsa gizlətdiyi şəkil yerə düşdü. Veranın şəkli idi. 

Elə bil bir anda otağı Veranın saçlarının küknar ətri bürüdü. Şəklə 

baxa-baxa Həsənin xəyalında Vera ilə bağlı ən şirin anlar canlandı. 

Veranın gülümsəyən üzü, dənizi xatırladan mavi gözləri şəkildən 

boylanaraq onunla danışırdı:

–  Sabah  işə  başlayırsan,  Həsən,  uğur  olsun!  Həmişə  yaxşı 

şeylər fikirləş ki, xeyir tapasan. Mənim dualarım da həmişə səninlə 

olacaq. Görürəm, məni unutmağa çalışırsan, bəlkə də, düz edirsən. 




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə