Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə54/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   50   51   52   53   54   55   56   57   ...   245

166

cəmiyyət, bugünkü idarəçilik dəyişməlidir, ya da mən sona qədər 

bu taleyi yaşamalıyam”.

Bu zaman qapı döyüldü. Həsən bəy qapını açdı, Ağahüseyn 

kişini təlaşlı gördü:

– Həsən bəy, sizi iki nəfər soruşur. Deyir biz onunla bir dəfə 

bura gəlmişik.

Həsən bəy təəccüblə:

– Mənimlə gəliblər? – dedi.

Ayaqqabısını geyinərək Həsən bəy alaqapıya çıxdı, “gələnlər, 

bəlkə, dostlarımdı” düşündü. Şamaxıdan Seyid Əzim idi, “Beytül-

Səfa”  məclisinin  üzvü  olan  başqa  bir  şairlə  gəlmişdi.  Seyid, 

doğrudan  da,  bir  dəfə  onun  mənzilinə  gəlmişdi.  “Gərək  ki,  o 

zaman, Seyid Mirzə Baharla

24

 gəlmişdi,” – Həsən bəy xatırladı. 



Həsən bəy alaqapıya yaxınlaşan kimi Seyid Əzimi salamlayıb 

qucaqladı: 

– Qardaşım, xoş gəldin, səfalar gətirdin! 

– Vallah, dedim, Bakıya gəlib səni görmədən geri qayıtsam, 

dünya  mənə  dar  olar.  Çox  qəribədir,  səni  könlüm  elə  istədi  ki, 

başladım bu böyüklükdə şəhərdə uşaq kimi darıxmağa.

– Lap yaxşı eləmisən, Seyid ağa, mən də bu gün çox darıxırdım.

–  Səni  gəl  yaxın  dostumla  tanış  edim.  Molla  Ağa  Bixud

25

 

“Beytüs-səfa”nın



26

  həm  yaradıcılarından,  həm  də  onun  taleyinin 

məsuliyyətini bizimlə birgə  bölüşən dostlarımızdandır. 

– Hər ikiniz xoş gəlmisiniz, buyurun içəri, sizin gəlişiniz məni 

çox şad etdi. 

Onlar içəri keçdi. Seyid Əzim Həsən bəyi çox qayğılı gördüyü 

üçün:

–  Dostum, səni qayğılı gördüm, bir şeymi olub? – soruşdu.



24

  Mirzə  Nəsrulla  Bahar  Şirvani  (1835-1883)  – Azərbaycan  ədəbiyyatında 

lirik şeirin ideya-estetik məzmun və bədii forma baxımından zənginləşməsində 

mühüm xidmətləri olan sənətkar

25

  Molla  Ağa  Hacı  Tağı  oğlu  Bixud  (1830-1892)  –  “Beytüs-səfa”  ədəbi 

məclisinin nüfuzlu üzvlərindən olmuşdur.

26

 XIX əsrin ortalarında Şamaxıda fəaliyyət göstərən ədəbi məclis “Beytüs-səfa” 



(“Rahatlıq, əyləncə evi”) adlanırdı. Şamaxıda şair Məhəmməd Səfanın evində 

yaradılmışdı, məclisin adı da bununla əlaqədardır.




167

– Olub, Seyid ağa, olub. Bu qısa müddətdə artıq üçüncü iş 

yerini dəyişirəm. Bilirsən, indi məni hara göndərirlər?

–  Yox, bilmirəm.

–  Qubaya,  özü  də  qubernator  “həzrətləri”  deyir,  sən 

Əlahəzrətin  bölgələrdəki  ən  etibarlı  məmurusan,  sənə  hər  yerdə 

böyük  ehtiyac  var.  Əslində,  mən  şikayətçilərin  məsələlərinin 

üstündə  geri  çəkilmədən  dirəşib  onlara  kömək  elədiyimə  görə 

Bakıdan, qubernatorun gözünün qabağından uzaqlaşdırılıram. 

–  İndi nə edəcəksən?

–  Heç  nə.  Tezliklə  Novruz  bayramıdır,  kəndə,  anama  baş 

çəkməyə gedəcəm. Sonra da oradan yeni iş yerim Qubaya. Bakıya 

gəlişinizin səbəbi xeyirdirmi?

–  Mən  də  sən  bildiyin  o  yeni  üsullu  məktəbin  məsələsiylə 

bağlı gəldim. Neçə ildir, bu izni almaq üçün gah Tiflisə, gah da 

Bakıya yol ölçürəm, hələ ki, bir şey yoxdur. Məncə, bu il də izin 

ala bilməyəcəm. Deyilənlərə görə, bəlkə, gələn il mümkün oldu.

Həsən bəy köksünü ötürdü:

–  Səbirli,  ol  ağa,  bütün  müqəddəs  arzuların  yolu  bu  cür 

çətinliklərdən, əzablardan keçir. Mən hələ Tiflisdə işləyəndə sən 

bu məsələ üçün gəlib-gedirdin. Məktəb millətin gözünün açılması, 

oyanışı üçün ən yaxşı vasitədir. Ona görə səbirli ol, dostum! Sənə 

hələ  o  vaxt  söz  vermişdilər,  amma  görürəm,  getdikcə  qəsdən 

uzadırlar. O zaman dərsliklərin işlənməsiylə də məşğul idiniz, o işi 

də dayandırmayın, təhsilli ziyalılarımızı ətrafınızda toplayın, qoy 

onlar bu işi görsünlər.

–  Elə  biz  də  Molla  Bixudla  “Beytüs-səfa”nın  ziyalılarıyla 

birlikdə həmin dərsliklərin üzərində işləyirik. Onu deyim, sənin bu 

iş yerini dəyişməyin məni çox məyus etdi. Sən xalqa yaxınlaşdıqca, 

onlar uzaqlaşdırmağa çalışırlar. Bilirlər ki, bu yaxınlıq insanlara 

öz  hüquqlarını  anlamağa,  haqlarını  tələb  etməyə  kömək  edəcək. 

Lətifəsi səndən uzaq, Molla Nəsrəddinin bir acıdil, bədrəftar arva-

dı varmış. Molla onun yanında oturanda deyirmiş “bir az çəkil o 

yana”. Yazıq mollanı belə deyə-deyə evdən didərgin salır. Mollanın 

ailədən gedişi evdə heç hiss olunmur. Bir gün, bir həftə, bir ay keçir. 

Bir gün arvadı molladan məktub alır: “Arvad, bir az da çəkilimmi, 




168

ya dayanım?” – arvad bir də ayılır ki, molla onun “bir az da çəkil” 

çımxırmasıyla məmləkətin başqa bir bölgəsinə gedib çatıb. 

Həsən bəy, Seyidin lətifəsinə ürəkdən güldü: 

– Ağa, mən xalqımı ümidsiz, naçar buraxa bilmərəm, çünki 

Tanrım da məni qoruyur, dadıma yetir.

– Bilirəm, Həsən bəy, mən səni çox gözəl tanıyıram. Fikrimcə, 

sən  hələ  ki  bu  “səyahətlərlə”  razılaşmalısan,  başqa  yolun  da 

yoxdur. Sabah Zərdaba getmək istəyirsənsə, birgə gedərik. Həm 

bir  gün  Şamaxıda  qonağım  olarsan,  həm  də  elə  bu  uzun  yolu 

söhbət  edərik.  İndi  bizə  izin  verirsənsə,  işimizin  dalınca  gedək. 

Bu gün naxçıvanlılarla “Dərviş” karvansarasında Ordubadın ədəbi 

məclisi  olan  “Əncuməni  şüəra”nın

27

  rəhbəri  Hacı  ağa  Fəqirlə, 



Məhəmmədtağı Sidqiylə görüşəcəyik. Hər ikisi elm, maarif ada-

mı dır,  söz  xiridarıdırlar.  İstəyirsənsə,  vaxtın  varsa,  gəl  birlikdə 

karvansaraya gedək, bir az eynin açılar. 

Həsən  bəy  bu  gün  çox  pərişan  idi.  Ona  görə  də  təkliflə 

razılaşdı, çünki ədəbi məclislər onun üçün xalq məktəbi idi. Hələ 

Tiflisdə M.F.Axundovun evində keçirilən məclislərdən qayıdanda 

o, az qala qanad açıb uçardı. 

– Seyid, qardaşım, siz bir-birinizə Bakıda görüşəcəyinizi necə 

xəbər verirsiniz?

– Hə, onun ən asan yolu məktublaşmaqdır. Mən Şuşa ədəbi 

məclisində Mirzə Rəhim Fənanın, Bakıda Məmmədağa Cürminin 

məclisində qonaq olmuşam. Bu məclisə təşrif buyuranların heyranı 

olmamaq mümkün deyil. Məktub vasitəsilə həm də biz nə zaman 

Bakıya gələcəyimizi bir-birimizə xəbər veririk. 

Hər üçü Həsən bəyin mənzilindən çıxdılar. 

“Dərviş” karvansarasına az qalmış zəfəran plovun ətri buxur 

ətrinə qarışıb ətrafda qəribə bir qoxu yaradırdı. 

Karvansarada  ustad  bir  tarzən  ud  çalırdı.  Musiqi  elə  həzin-

həzin çalınırdı, sanki səs şəhərin o biri başından gəlirdi. Qapıda 

dayanan cavan oğlan onları görcək qabağa yeridi:

27

 1831-ci ildə Ordubadda yaradılmış ədəbi məclis




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə