Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə58/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   54   55   56   57   58   59   60   61   ...   245

178

həm də tarixi şəxsiyyətlərin yaratdığı çoxsaylı mötəbər ədəbiyyat 

nümunələrini uşaqlara öyrədəcək, onları hərtərəfli maarifl ən dirə-

cək.  Həsən  bəy  Seyid  Əzimin  xalqı,  milləti  üçün  əvəzsiz  ziyalı 

olduğuna bir daha əmin oldu. 

– Seyid ağa, məktəb açmaq, bəlkə, daha asandır, nəinki onu 

xalq üçün faydalı materiallarla dərslik və proqramlarla təmin etmək. 

Sən bütün bu çətinlikləri öz üzərinə götürmüsən. Bu çox dəyərli 

xidmətlər  sizin  adınıza  yazılacaq,  daim  tarixdə  qalacaq.  Məncə, 

“maarifçilik” anadangəlmə bir xarakter kimi insanın özüylə birgə 

doğulur, təhsil və dünyagörüşüylə birlikdə o da inkişaf edib yaşa 

dolur. 


Gecə saat üçə-dördə qədər söhbət uzandı. Hər ikisinin ürəyi 

dolu idi. Arzular dinləndikcə, məsələlərin həlli yolları araşdırıldıqca 

yuxu ərşə çəkilirdi. Bu gün Şamaxıda iki tarixi şəxsiyyət, millətin, 

xalqın  taleyüklü  məsələlərini  müzakirə  edə-edə  tarix  yazırdılar. 

Bu, 1868-ci ilin mart ayı idi. Qarşıdan Novruz bayramı gəlirdi. 

Səhərin açılmağına az qalırdı. Həsən bəyin yuxusu gəlməsə 

də, yatmağa çalışırdı. Yuxusuz qalan kimi onun baş ağrıları tutur, 

ciddi əziyyət çəkirdi. 

Seyid  Əzim  dostunun  onun  evinə  qonaq  gəlməsinə  hədsiz 

sevindiyindən səhər yeməyinin hazırlanmasına özü nəzarət edirdi. 

Həsən bəy həyətə çıxanda Seyid Əzim samovar qaynadırdı. 

O, Həsəni görcək tez yanına gəldi:

– Sən nə tez durmusan? Mən də hamıya deyirəm, səs salmayın, 

Həsən bəy bir az yatsın.

– Sabahın xeyir, ağa! Mən, ümumiyyətlə, bu gecə yata bilmə-

dim,  maşallah,  çox  gözəl  meyvə  ağacların  var.  Amma  bunları 

peyvənd etsən, meyvələrin daha iri, daha dadlı olar.

–  Mən  özüm  bacarmıram,  başqalarına  da  əziyyət  vermək 

istəmirəm.

– İnşallah, arpa yetişən vaxt bu tərəflərə gəlsəm, sənə yardım 

edərəm. Axı mən həm də təbiətşünasam. 

Maşallah, Həsən, sən nəyi bacarmırsan ki?

Səhər yeməyindən sonra Həsən bəy faytonla Zərdaba yola düş-

dü. Evi, ailəsi üçün elə darıxmışdı, yollar da getdikcə elə bil qəsdən 




179

uzanırdı.  Göyçay  yolu  onu  həmişəki  kimi  bu  gün  də  uşaqlığına 

qaytarmışdı. Yayda bu yolların toz-torpağının iyi də qə ribə olurdu, 

yağış yağanda sanki hər tərəf əhənglənmiş divar qo xusu verirdi. 

Bu gün də hər yer tanış gəlirdi. “Biz dəyişirik, istər yaxşı, istər 

pis anlamda. Xeyirxah, yaxud bədxahlığımızın iştirakçısı və şahidi 

də  elə  özümüz  oluruq.  Hər  şeyə  yeganə  sadiq  olansa  təbiətdir. 

Ondan  öyrənməyə  hələ  çox  şey  var. Yollar  bizi  gələcəyə  apara-

apara,  mənzil  başına  çatdıra-çatdıra  həm  ayırır,  həm  birləşdirir. 

Zəhmətkeşliyi, fədakarlığı ilə analara bənzəyir bu yollar”. 

Həsən bəy bu gün çox şən ovqatlı idi. 

Şamaxı  ilə  Ağsu  kəndi  arasındakı  təpədən  aşağı  baxanda 

enişin sonunda iki yerə haçalanan uzun ağ yol görünürdü. Bu yol 

hələ Şamaxıda oxuyan zaman Zərdaba gedib-gələndə Həsənə anası 

Mənzər xanımın qoşa hörüklərini xatırladardı, uzaqdan baxdıqca 

həmişə  onu  duyğulandırardı:  “Elə  bil  bu  dağlar,  bu  yollar  da 

mənim anam kimi yaşlanıb, uzun hörükləri ağarıb, gözləri gəlib-

gedən yolçuların içində doğma övladını – hərə öz Həsənini axtarır. 

Yollar, anama bənzəyən yolar, məni nə qədər kövrəltdiniz!”

Həsən  bəy  yol  boyu  öz  kövrək  düşüncələrindən  ayrılmadı. 

Yalnız  fayton  Zərdaba  daxil  olanda  o,  uşaq  kimi  sevinə-sevinə 

faytonçuya bələdçilik etməyə başladı: 

–  Düz  gedəcəksən,  indi  sağa,  qarşıdakı  küçədən  sola  –  daş 

hasarlı hündür evin qarşısında dayanacaqsan. 

Faytonçu  işarə  verilən  evin  alaqapısı  önündə  atın  yüyənini 

çəkdi. Fayton dayanar-dayanmaz Həsən bəy aşağı enib həyətlərinə 

girdi. Həyətdə bayram təmizlikləri və tədarükləri gedirdi. Bu ay 

və axır çərşənbə öncəsi onun ən çox sevdiyi mövsüm idi. Həyətdə 

bütün  xalça-palaz  günə  verilirdi.  Evdəki  bütün  yorğan-döşək 

çırpılıb yenidən dəstələnirdi, gümüşlər silinərək ağardılır, ev-eşik 

təmizlikdən bərq vururdu.

“Mən nə gözəl gündə gəlmişəm evimizə”. Bir qədər ucadan, 

həm də zarafatla: 

– Ay ev yiyəsi, qonaq istəmirsiniz?

Xidmətçi  qadın  başını  yuxarı  qaldırıb  onu  görcək  dərhal 

qışqıraraq evə qaçdı:




180

– Muştuluğumu verin! Mənzər xanım, çölə çıxın, Həsən bəy 

gəldi!

Mənzər xanım çölə çıxdı, pilləkənləri tez-tez enmək istəsə də, 



həyəcandan yerində donub qaldı:

– Anan boyuna qurban, ay oğul, yuxum elə bu imiş, – deyərək 

həyəcanla Həsənə doğru addımladı. 

Həsən bəy anasını elə sevgilə qucaqladı ki…

–  Sənə  qurban  olum, ay  ana! Mən  səndən  ötrü  əməlli-başlı 

darıxmışdım.

– Elə demə, boyuna qurban olum! Ürəyimə dammışdı, gələ-

cəksən. Ay qız, tez olun uşaqlara xəbər göndərin, geri qayıtsınlar, 

deyin, Həsən gəlib. Qardaşlarını deyirəm, gediblər biçənəklərimizə 

baş  çəksinlər.  Səfərəli  də,  Mehralı  da  səni  çoxdan  səbirsizliklə 

gözləyirdilər. Ay  qız,  Rəhimlə  Həmdullanı  göndər.  Qoy  həm  də 

atalarını muştuluqlasınlar versinlər, əmiləri gəlib.

Həsən bəy içəri girən, həyətdə oynamaqdan üzü mis rənginə 

çalan qardaşı oğlanları Rəhimlə Həmdullanı qucaqlayıb öpdü:

–  Siz,  maşallah,  yekə  kişilər  olmusunuz.  Görün  sizə  nə 

almışam. 

Həsən bəy saçaqlı şəkərlə kağız çərpələngləri uşaqlara verdi.

Uşaqlar  birinci  dəfə  idi  belə  oyuncaq  görürdülər.  O,  uzun 

ipi göstərərək izah etdi ki, küləkli havada onu uçurmaq lazımdır. 

Sonra o, hamının hədiyyəsini ayrı-ayrılıqda anasına verdi:

–  Ana,  bax  görürsən,  heç  kimi  unutmamışam.  Bayramda 

hamıya təzə nəsə bağışlamaq lazımdır. Sənə bu yun şalı almışam.

Anasının  şalını  başından  götürüb,  aldığı  təzə  şalı  örtdü. 

Mənzər xanımın saçları ağappaq idi. 

Səfərəli bəylə, Mehralı bəy bir azdan geri qayıtdılar. Mehralı 

bəy uşaqlıqda olduğu kimi yenə də qardaşını oxşadı:

Bu həyətdən, evdən alim, elm, sənət havası gəlir. 

Həsən bəy qardaşları ilə qucaqlaşıb öpüşdü:

–  Sizsiz  elə  darıxmışdım.  Dedim,  gedim  bu  ilki  Novruz 

bayramını birgə keçirək, sonra…

Sonra nə, Həsən?

– Sonra… işimi Bakıdan Qubaya dəyişdilər, Mehralı.




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə