Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə66/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   62   63   64   65   66   67   68   69   ...   245

202

gün  oktyabr  ayının  biri,  1868-ci  ildir.  Mənim  həyatım  Tanrının 

istəyi  ilə  xilas  olundu,  sağ  qaldım.  Bundan  sonrakı  həyat  mənə 

hədiyyədir. Mən qalan həyatımı da səmərəli yaşamalı, hər dəqiqəmi 

qiymətləndirməliyəm”. 

Həsən  bəy  işdən  çıxması  haqqında  ərizə  ilə  məhkəməyə 

müraciət etdi. Dərhal ərizəsinə müsbət cavab verildi. 

Qubadan  yola  düşməmiş  Muxtar  bəyə  baş  çəkdi.  Onu  heç 

vaxt belə kədərli görməmişdi:

–  Gedirsən, qardaşoğlu?

–  Bəli,  gedirəm.  Gəldim,  sizinlə  xudahafizləşəm,  haqqınızı 

halal edin. Sizə çox zəhmət vermişəm.

– Yox, ay oğul, mən heç nə edə bilmədim. Sən qoymadın mən 

şübhələndiyim adamların bircə-bircə dərsini verim. Amma yenə də 

bu məsələni belə qoymayacam.

– Siz özünüzdən, səhhətinizdən muğayat olun. Bir işiydi oldu, 

keçdi. Elə bilin olmayıb. 

Muxtar bəy təkid etsə də, Həsən bəy Bakı yolunacan müşayiət 

edəcək atlıların onunla gəlməsinə qəti etiraz etdi. 

–  Yox,  məndən  nigaran  qalmayın.  Əsas  məsələ  buradan 

getməyim  idi,  onların  meydanını  daraldırdım  burada,  indi 

istəklərinə nail oldular. Düşünürsünüz onlar məni yolda incidərlər? 

Əsla.  Onlar  özlərinə  bu  əziyyəti  verib  ardımca  gəlməzlər,  rahat 

olun. 


Həsən  bəy  yola  düşdü.  Yol  boyu  başında  dolaşan  qayğılı 

suallar  ona  rahatlıq  vermirdi.  Bundan  sonra  necə  olacaq? 

Uğurların  açarı  hardadır?  Nədən  başlamalı?  Bəlkə,  mən  Muxtar 

bəyin  məsləhət  etdiyi  kimi  məktəbdə  çalışım?  Hansı  məktəbdə 

və necə? Suallar onu rahat buraxmırdı. Bircə onu dəqiq müəyyən 

edə bilmişdi, harada, nə işlə məşğul olmasına baxmayaraq, xalqın 

inkişafı üçün çalışması onun həyatının məqsədidir. Anası ilə son 

söhbətini,  evlənmək  mövzusunu  xatırladı:  “Bax,  ana,  mən  hələ 

cəlayi-vətən  dolanıram,  camaatın  qızını  da  qoltuğuma  vurub 

bölgə-bölgə gəzdirə bilmərəm,” – söyləmişdi onda. Anasının ni-

ga ran  siması  gözləri  qarşısında  canlandı.  “Anam,  anam,  məni 

han sı  mələyin  istəyi  ilə  dünyaya  gətirdin?  Həmişə  mücadilə, 




203

həmişə  mübarizə.  Barı  sonunda  bir  qalibiyyət  işığı  yandırmağa 

nail  olacağamsa,  içimdə  düşündüklərimin  yarısını  həyata  keçirə 

biləcəyəmsə, demək, dünyanın ən xoşbəxt adamı olacam. Muxtar 

bəy demişkən, istəsəm, bir rahat həyatım ola bilər. Amma mən tək 

özümü düşünsəm, onda nə oldu ki. Yox, yox, mən belə həyatı bir 

gün də yaşaya bilmərəm. Rahat həyat mənim ən böyük narahatlığım 

olar. Minlərlə insan savadsızlığın, ədalətsizliyin içində boğulduğu, 

məndən  imdad  gözlədikləri  halda,  mən  tək  özümü,  yaxınlarımı 

düşünə bilmərəm axı”.

Həsənin öz-özü ilə belə səmimi söhbət etməyə az vaxtı olurdu. 

Öz-özü ilə söhbətində yenə də anası həmişəki kimi gözləri önündə 

durdu: “Yaşın ötür, oğlum, nə qədər sağam, sənin toyunu görüm. 

Vaxtdır, cəlayi-vətən dolaşıb bu qədər işləməyin bəsdir, daha bir 

yerə kül tökməyin vaxtıdır, ev olmağın zamanını yubatmaq olmaz”.

“Əcəb  sözdür,  –  cəlayi-vətən.  Vətənin  içində  cəlayi-vətən 

olmaq özü də qəribə bir həyatdır”. 

Həsən bəy mart ayında Qubaya işləməyə gedəndə həzin, narın 

yağış  yağırdı.  İndi  də  qayıdıb  geri  dönəndə,  oktyabr  ayının  ilk 

payız yağışları başlamışdı.

Yağışlı,  duman-çiskinli,  palçıqlı  yolların  yorğun  yolçusu 

Həsən  bəy  Bakıya  qayıdırdı,  özü  də  yorğunluğunu  büruzə 

vermədən, toxtaq görünməyə çalışırdı. 



204

1869-cı il, noyabr, Bakı, Realnı Gimnaziya

Fayton şəhərə daxil oldu. Həsən bəy gecələmək üçün faytonu 

“Metropol” mehmanxanasına sürdürdü. “Bu gün dincələrəm, sa-

bahsa mənzil kirayələməklə məşğul olaram,” – düşündü. Bakı dan 

uzaqlaşmasından elə bil min illər ötmüşdü. Fayton mehmanxana 

həyətində  dayananda  hava  küləkli  və  yağışlı  idi.  Sərin  havanı 

ciyərlərinə  çəkdi.  Qıraqdan  baxan  olsa,  onun  Bakıdan  yana 

darıxdığını aydınca sezə bilərdi. 

Bakının küləyi, yağışı onu heç vaxt bezdirməzdi. Bu şəhər ha-

vası, suyu, yaşıllığının azlığına görə yaşamaq üçün o qədər də mü nasib 

hesab olunmasa da, nədənsə hamı bura can atırdı. Neft, mazut iyinin 

hər  tərəfə  yayılmasına,  havasızlığa  baxmayaraq,  həm  bölgələrdən, 

həm də xarici ölkələrdən Bakıya axışanların sayı getdikcə artırdı. Bu 

şəhərə ilk növbədə iş, qazanc dalınca gələnlər zaman keçdikcə bu 

şəhərə bağlanır, heç kim Bakını daha tərk etmək istəmirdi. 

Həsən bəy də bu gün Bakıya bağlılığın səbəbini öz-özünə izah 

etməyə  çalışırdı.  O,  Bakını  xüsusi  məftunluqla  sevir,  xəyalında 

Moskva,  Peterburqdakı  ən  məşhur  binaları,  xiyabanları  Bakıda 

“qurub, ucaldırdı”.

Şəhərin  yayda  dözülməz  istisini,  yağlı,  nəmli,  yapışqanlı 

havasını, qışdasa Bakı küləyinin qılınc kimi iliyə işləməsini Həsən 

bəy  elmi  cəhətdən  izah  etməyə  çalışar,  həmişə  Seyid  Əzimin 

uzun zaman öncə “Dərviş” karvansarasında ona İçərişəhərlə bağlı 

söylədiyini  xatırlayardı:  “Sənin  yaşadığın  bu  İçərişəhər  seçilmiş 

yerdir.  Vaxtı  ilə  Şirvanşahların  rütbeyi-məkanının  yerləşdiyi  bu 

yerlərdə indi Qız Qalasının, Seyid Yəhya türbəsinin və məscidin 

yerləşməsinin öz kəraməti və səbəbləri var. Bu səbəblərin bəziləri 

izah  olunandır,  bəzilərisə  elə  orada  yerləşən  sufilərin  xəlvəti 

xanəgahları kimi sirli və toxunulmazdır. Tarixi məkanlar, dənizlər, 

şəhərlər  də  insanlara  bənzəyir.  Malik  olduqları  gücə,  qüvvətə, 

qüdrətə və taleyə görə onların tarixə çevriləni də, əbədiyaşar olanı 

da var, tezliklə unudularaq tarixdən silinəni də…” Seyid ağa həm 

də  söyləyərdi  ki,  Bakının  cazibədar  şəhər  kimi  hamıya  qucaq 



Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə