126
çıxmaq istəyirəm. Hərdən bizim evdə müəyyən şeylərdən korluq
çəkəndə, yaxud maddi sıxıntı ilə rastlaşanda məsələ hansısa İlahi
qüvvənin yardımı ilə çox asanlıqla, öz-özünə həll olunur. Tubu
xanım belə məqamlarda deyir, Mirzə, bu evi övliyaların duası
qoruyur, bu ev ocaqdır. Elə ona görə də sizə təşəkkür edirəm, öz
iştirakınızla bizim evi müqəddəsləşdirdiniz. Məni də, Tubu xanımı
da xoşbəxt etdiyiniz üçün çox sağ olun. Bir də sizi bu gün gənc
bir ziyalımızla tanış edəcəm, çoxunuz yəqin tanıyırsınız. Beş-altı
il öncə bu gənc Tiflis gimnaziyasında oxuyurdu. Sonra Moskva
Universitetini bitirdi. Həsən bəy Məlikovu deyirəm, indi onu sizə
bir daha təqdim edəcəm. Həsən, bura gəl, sən, yəqin ki, bu məclisi
səbirsizliklə gözləməkdən gecə yatmamısan.
Bu zaman qapı açıldı. Mirzənin mehmanxanada qalan qona-
ğını gətirməyə gedən qohumu qapıda göründü.
– Biz gəldik, – deyib heç kimin tanımadığı Seyid Nigari
17
adlı
şəxslə içəri girdi. Seyid Nigari ağ saqqallı, nurani üzlü, övliya təsiri
bağışlayan bir şəxs idi. Mirzə tələsik qapıya doğru yönəlib dedi:
– Ağa, xoş gəldiniz, bizə böyük şərəf verdiniz. Mən sizin iki
günlüyünə Tiflisə gəldiyinizi eşidəndə özümə borc bildim, zəhmət
verib sizi bugünkü məclisimizdəki azərbaycanlı aydınlarla, onları
da sizin kimi gözəl şairlə tanış edim. Sizi bu gün aramızda görmək
bizə böyük səadət bəxş etdi.
– Xoş gününüzə gəldim, Mirzə.
Seyid Nigari məclisdəkilərə özünü təqdim etdi:
– Mən Qarabağın Cecimli kəndində anadan olmuşam, sonra
Anadoluya köçmüşəm, indiyəcən orada yaşamaqdayam. Türkiyəyə
gedəni uzun illər oldu. Dura bilmədim, dedim gedib məmləkəti
ziyarət edim. Gəzə-gəzə Tiflisə gəlib çıxdım. Dünya ölüm-itim
dünyasıdır. Amma nəzərə alsaq ki, ruhum gedəndən elə burda –
Azərbaycandadır, yalnız cismim ordadır. Sabah elə buradan da
Türkiyəyə dönəcəm.
17
“Seyid Nigari” təxəllüsü ilə tanınan Hacı Mirhəmzə Əfəndi təriqət şeirinin
görkəmli nümayəndələrindən biridir.
127
Mirzə hamını bir-biri ilə tanış etməyə davam etdi. Üzünü yeni
gələn qonağa tutaraq dilləndi:
– Ağa, siz gələndə mən bu cavan oğlanı qonaqlarla tanış
edirdim. Onun adı Həsən bəydir, Moskva Universitetini bitirib.
Çox istedadlı, qeyrətli bir azərbaycanlı olduğu üçün bəzi müş kül-
lərə də rast olur. Bu yanımdakı Seyid Əzim Şirvanidir, Şamaxı
ziyalılarının dəyərli nümayəndələrindəndir. Elə bu günlərdə Şa-
maxıda yeni üsullu məktəb açmaq fikrindədir. O, bu gün məc-
lisimizə Məhəmməd Zövi
18
və Ağəli bəy Naseh
19
adlı iki Şamaxı
şairi ilə təşrif buyurublar. Kəlbalı xan Naxçıvandan gəlib, bizim
maarifpərvər, xeyriyyəçidi. Yeni tipli məktəbləri himayə edən çox
sevdiyimiz dostumuzdur, özü də generaldır. Fərəc bəy Ağayev
mənim dostum, sirdaşım, nərddə isə rəqibimdir. Həm də mənim
qonşumdur. Mirzə Hüseyn Qayıbovu sizlərdən bəziləriniz çox
gözəl tanıyır. Bizim onunla birgə tariximizlə bağlı sənədlərdən
ibarət Rusiya coğrafiya cəmiyyətinin Qafqaz Arxeoqrafiya şöbəsi
tərəfindən on iki cildlik kitabımız çapa hazırlanıb. Biz onunla
çoxlu tarixi materialları itib-batmaqdan qoruduq. Məmo bəy
Məmai
20
Şuşadan gəlib, biz onun gözəl müxəmməslərini sevə-
sevə dinləmişik, bu gün, yəqin ki, yeni qəzəllərindən birini bizə
oxuyacaq. Bu dostumuz Mir Möhsüm Nəvvabdır. O da Seyid
Əzim kimi yeni üsullu məktəb açmaq məqsədilə Tiflisə gəlib.
Möhsün bəy, mən çaşıb qalmışam, sizi şair, musiqişünas,
xəttat kimi, rəssam kimi, yoxsa mətbəə ustası – naşir kimi təqdim
edim. Dostlar, o həm də bir neçə musiqi alətində ifa edə bilir.
Bu an Seyid Mirhəmzə Nigari üzünü Mirzəyə tutaraq:
– Mirzə, xalqın, millətin inkişafı üçün sənin gördüyün başqa
18
Molla Məhəmməd Zövi – 1843-cü ildə Şamaxıda doğulmuşdur. “Beytüs-
səfa” ədəbi məclisinin üzvlərindən olmuşdur.
19
Ağəli bəy Naseh (1856-1914) – “Beytüs-səfa” ədəbi məclisinin gənc və fəal
iştirakçısı olmuşdur.
20
Məmo bəy Hacı Əhməd oğlu Məmai (1834-1918) Şuşada doğulmuşdur.
“Məclisi-üns”ün fəal və görkəmli üzvlərindən idi. O, sənətilə əlaqədar Rusiya,
Orta Asiya, Türkiyə, İranın bir çox şəhərlərini gəzmiş, aldığı təəssüratı, gördüyü
şəxslərdən eşitdiklərini qələmə alaraq “Səyahətnamə” adlı əsər yazmışdır.
128
işləri hələ demirəm, təkcə bu məclisi təşkil etməyin, bizi bir yerə
yığmağın əsl qəhrəmanlıqdır. Sən bu gün əsl tarix yaradıb onu yad-
daşlara yazırsan. Bu yaz günündə mənim içim elə fərəhlə dolub,
gözümün yaşını güclə saxlayıram. Bugünkü bütün dualarım sizlərə,
xalqıma, millətimə yetər, inşallah. Ruhum da cismim kimi sərgərdan
və yol üstədir. Sözünün ardını gətirməyə dili-dodağı titrədi.
Seyid Mirhəmzə Nigarinin qəlbi də gözləri kimi dolmuşdu,
birdən o, dalğa kimi kükrəyərək, əlini qulağının dibinə qoyub gözəl
avazla “Qarabağ” tərcibəndi üstə oxumağa başladı:
Nə əcəb dövlət imiş seyri-şikarı Qarabağ,
Nə gözəl nemət imiş söhbəti-yarı Qarabağ.
Rəşki-mişk ənbər imiş boyi-qubari Qarabağ,
Aləmi cənnət imiş dari-diyari Qarabağ.
Dağlayıbdı məni bir lalə üzari Qarabağ.
Yandırıbdı məni bir nari Nigari Qarabağ.
Gəlin, ey əhli-könül, artıb azarım, eşidin,
Yox rəvası, kəsilib beli-bazarım, eşidin.
Yuyulub rövnəqi-gülzari-baharım, eşidin.
Qalmayıbdı, tükənib Leyli-nəharım, eşidin.
Dağlayıbdı məni bir laləuzarı Qarabağ.
Yandırıbdı məni bir nari-Nigari Qarabağ.
Nigarinin titrək şair və xanəndə səsi, vətən eşqilə döyünən
qəlbi nakam bir gəncin qopardığı sevgi ahu-naləsini xatırladırdı.
Mirzə Fətəli Seyid Nigarinin çar Rusiyasının Qafqazdakı
işğalçılıq siyasətinə qarşı mübarizə aparan müridizm hərəkatının
öncüllərindən biri olduğunu, sonra təqiblərdən yaxa qurtarmaq
üçün Anadoluya köçdüyünü Fərəc bəyə danışırdı. Azərbaycan eşqi
bu vətənpərvər insanı ömrü boyu heç zaman rahat buraxmamışdı.
Dostları ilə paylaş: |