136
evinin qarşısına gəlib çıxdığını gördü.
“Bir halda ki, Bakıya getməyi qərarlaşdırıram, Tiflisə tez-tez
gələ bilməyəcəm, Mirzəyə baş çəkim, ondan yeni kitablarını alım”.
Mirzə Fətəli Həsənin “mejpalata”dakı vəziyyəti haqqında
Fərəc bəydən bəzi şeyləri öyrənmişdi. Bu gün bütün baş verənləri
və yaşananları səbirlə Həsənin öz dilindən dinləyib məsləhətlərini
verdi:
– İndi sən Bakıya gedirsən, orada elə bilirsən, Tiflisdəkindən
daha yaxşı şeylərlə, ideal cəmiyyətlə rastlaşacaqsan? Həsən,
sən əgər hər dəfə dövlət idarələrində məsələlərə belə çılğın, səs-
küylü yanaşsan, heç bir müsbət nəticə əldə edə bilməyəcəksən.
Ürəyindəki böyük ideyaları yalnız təmkinli, sakit olmaqla, heç
kimin hiss etmədiyi metod və vasitələrlə həyata keçirə bilərsən.
Bütün düşündüklərini yavaş-yavaş, sakit formada reallaşdırmağa
çalışmalısan. Xüsusilə, birinci şəxslərin rus olduğu idarələrdə əsl
diplomat kimi davranmaq lazımdır, onlarla çox gözəl şəxsi dostluq
münasibətləri yaratmalısan. Sənin dövlət qulluğundakı işinin ilk
səhifəsinin belə başlaması, ciddi xəbərdarlıqla nəticələnməsi heç
yaxşı hal deyil. Bütün həyatın boyu bu hadisə səni xəfiyyətək
izləyəcək.
– Mirzə, mən axı bu qədər haqsızlığa necə dözüm, istəsəm
belə, özümlə bacara bilmərəm.
– Həsən, oğlum, yaxşı nəticə üçün bəzən çox çətinliklərə
dözmək lazım gəlir, sən bu yolda ilk xəbərdarlığı rəisindən aldın,
sənə ikinci dost xəbərdarlığını da mən edirəm. Yadında saxla,
bu, dost xəbərdarlığıdır, bir qayda olaraq belə xəbərdarlıqların
üçüncüsü heç vaxt olmur! Xalqımız sənin kimi ziyalılardan hələ
çox bəhrələnəcək, odur ki, ilk növbədə özünü qoru! Sənin indi
özünü pis vəziyyətdə qoymağa haqqın yoxdur.
Mirzə, Həsənin halının yaxşı olmadığını görüb, söhbəti dəyişdi,
çay içə-içə o, Həsəni həm tənbeh etmək, həm də ruhlandırmaq
məqsədi ilə “Mollanın xəbərdarlığı” adlı bir lətifə söylədi:
– Həsən, bir kasıb şəkilinin evinin divarları hər dəfə çatlayır,
o da hər dəfə çatın üstünə malayla suvaq çəkib təhlükəni özündən
adlatdığını zənn edir. Günün birində ev uçur, kişinin külfəti
137
uçqunun altında qalır. Kasıb kişi ağlaya-ağlaya üzünü Allaha tutub
fəryad qoparır: “Başına dönüm, ay Allah, sən ki rəhmlisən, niyə
mənə evin uçacağı haqqında vaxtında xəbər eləmədin, heç olmasa,
başıma çarə qılıb, külfətimi çölə çıxarardım”.
Allahdan səda gəlir: “Gözəl bəndəm, mən iki dəfə divarı
çatlatmaqla sənə xəbərdarlıq etdim. Amma sən hər dəfə ağzımı
hardan açdımsa, oranı malaladın”.
Həsən bu ibrətamiz lətifəyə xeyli güldü. Mirzə Fətəli
doğma oğlu qədər xətrini istədiyi Həsənə təkrar-təkrar öz öyüd-
nəsihətlərini verdi:
– Bildin də nə dedim, oğlum. Sən elə bilirsən biz sən deyənləri
bilmirik, sən düşündüklərini düşünmürük? Biz bu gün üçün
yalnız edə biləcəklərimizi etməliyik, bacarmadıqlarımızı sabaha
saxlamalıyıq! Milli mücadilə yolu mübarizədən keçir, bu yolsa çox
uzundur, səbir tələb edir.
– Mirzə, mən Bakıya qayıdıram, həm də sizin yeni əsərlərinizi,
dramlarınızı götürməyə gəlmişəm.
– Həsən, harada olmağından, nə işdə çalışmağından asılı
olmayaraq, bütün fəaliyyətində əqidənə, amalına sadiqliyi qoru-
maqla bərabər, həm də ehtiyatlı ol! Yeni əsərlərimi də sənə verirəm,
kaş səninlə birlikdə bu əsərlərin teatr səhnəsində oynanılmasını
görək. Mən hər şeydə sənə çox güvənirəm, Həsən, özünü qoru!
Mirzə Fətəli Həsəni doğma övladı kimi qucaqlayıb bağrına
basdı:
– Sənin üçün çox darıxacam, yolun açıq olsun, oğlum!
138
1867-ci il, Bakı
Tiflis-Bakı qatarı yerindən tərpənən kimi Həsən darıxmağa
başladı. Ona elə gəlirdi, qatar onun ağırlaşan qollarının gücü ilə
dartılıb hərəkətə gətirilir. “Məni Tiflisə bağlayan tellər nədir belə?
Hüquqsuz kəndlilərin harayına bundan sonra kim çatacaq?
Fətəli bəyin ədəbi məclislərində də bundan sonra iştirak edə
bilməyəcəm. Fərəc dayım da əvvəl, yəqin, bir az mənnən yana
darıxacaq, amma əvəzində mənim ona yaratdığım problemlərdən
qurtularaq, başı salamat olacaq. Amma yazıq Fərəc bəy nə
etməliydi, onsuz da, bizim bütün məsələlərimizlə o məşğul olur,
mənə Bakıdakı işi də o tapmadımı? Gərək onu bundan sonra
qoruyaq, çox incitməyək”.
O, keçənləri və gələcəkdə görmək istədiyi işləri, beynindəki
planları düşünürdü: “Sənə gəlirəm, Bakı, mənim ürəyimdəki ar-
zu larımın çin olmasına yardım et, doğma şəhərim! Millətimə,
xalqıma xidmət edib onların savadlanması, elmli, təhsilli, yüksək
mədəniyyətli olması üçün mənə gələcək fəaliyyətimdə kömək ol.
Qatar Bakı vağzalının perronuna çatanda hava bərk küləkli
idi, həm də narın yağış yağırdı. Belə havalarda Həsən bəyin baş
ağrıları onun ovqatını korlayırdı. “Küləksiz də Bakı əhlinə çətin
olardı. Külək həm yayda Bakının isti havasını sərinlədir, həm də
şəhəri neft-mazut iyindən qismən xilas edir”.
Bakının dəli küləyini sevməsə də, bu gün elə bil Həsənin içinə
ilıq rahatlıq gətirirdi: “Deməli, mənim bundan sonrakı həyatım,
fəaliyyətim Bakıyla bağlı olacaq”.
Həsən ona vəd olunan iş yerinin yerləşdiyi küçəni, Bakının
mərkəzi küçəsilə paralel olan digər bir küçənin kəsişməsində
yerləşən Bakı Qəza İdarəsini asanlıqla tapdı. O bu idarənin
pasport-masa bölməsində işləyəcəkdi. Əvvəlcə işlə bağlı məsələni
aydınlaşdırıb həll etmək, sonra öncədən onun üçün kirayələnmiş
mənzili tapmaq haqqında düşünürdü. Hələ ki işlər yaxşı gedirdi.
İdarə rəisi onu yaxşı qarşıladı, bildirdi ki, burada hər şeyi, hər
addımını onunla məsləhətləşib sonra həyata keçirməlidir. İnsanlar
Dostları ilə paylaş: |