Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə31/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   27   28   29   30   31   32   33   34   ...   245

96

oturduğu yerdə yuxulamışdı. “Hər şey, indiki və gələcək taleyim 

bu  yuxuda  aydın  oldu.  Mən  heç  kimi  bir  də  bu  məhəbbətlə 

sevməyəcəm. Amma mən bu sevgidən də xoşbəxt ola bilməyəcəm. 

Mümkün qədər Veradan uzaq durmalıyam… – Sonra gülümsündü, 

– əgər özümlə bacarsam…”

Moskvaya həmin gün elə güclü yağış yağırdı ki, “tut ucundan 

göyə çıx”. Şəhərin təmiz və soyuq havası sanki içindəki yorğunluğu, 

əzginliyi və dağınıq düşüncələrini yox edirdi. Həsən evə tələsirdi, 

sabah onu gərgin bir gün gözləyirdi, digər qayğıları da qarşılayıb, 

düşüncələrini bir qədər də aydınlaşdırmalı idi. 

Günlər sürətlə bir-birini əvəz edirdi. Evdən qayıdandan sonra 

gələcək təhsil və quruculuq planlarının axarında itib-batdığından 

darıxmağa Həsənin vaxtı da qalmamışdı.

Tələbəliyin son ili, son ayları və günləri yaxınlaşdıqca onlar 

həm  kövrəlir,  həm  də  qarşıdakı  fəaliyyətlər  üçün  ciddi  hazırlıq 

işləri ilə məşğul olurlar. Həsən geri döndükdən sonra hansı işlərlə 

məşğul olacağını bilirdi. O, dövlət qulluğunda çalışacaqdı. Amma 

hansı idarədə, hansı vəzifə tutacaqdı, məsələlər hələlik bəlli deyildi. 

O,  yaxşı  bilirdi  ki,  gedəcəyi  idarə  və  müəssisədə  onun  ayaqları 

altına  xalça  sərib  xüsusi  qayğı  ilə  qarşılamayacaqlar.  Çalışacağı 

idarələrdə  yol  tapıb  özünə  mövqe  qazanmalı,  məmurluğun 

verdiyi imkanlardan xalqı üçün faydalı işlər görməlidir. Bütün bu 

çətinliklərə Həsən əvvəlcədən hazırlaşırdı.

Təhsilini  başa  vurmağa  az  qalırdı.  Oxuduğu  fakültənin  ən 

çalışqan tələbəsi, ixtisasının mükəmməl bilicisi kimi tanınan Həsən 

keçən beş ildə bütün universitet və fakültə müəllimlərinin, tələbə 

yoldaşlarının  xüsusi  rəğbətini  qazanmışdı.  Onun  müdafiə  etdiyi 

diplom işi universitetin elmi şurasında xüsusi dəyərləndirilmiş, çap 

üçün  tövsiyə  olunmuşdu.  Fakültənin  dekanı  Davıdovun  təklifilə 

elmi  şura  həmin  il  indiyə  qədər  görünməyən  bir  qərar  qəbul 

edərək, “torpaqşünaslıq elmində tətbiq etdiyi yeni hesablamalara 

və  xüsusi  araşdırma  əhəmiyyətinə  görə”  Həsən  bəyin  diplom 

işinə  elmlər  namizədi  alimlik  dərəcəsi  verilmişdi.  Bu  hadisəyə 

həmin  gün  hamıdan  çox  sevinən  Vera  olmuşdu.  Çünki  Həsənə 

həm  də  Moskva  universitetində  –  oxuduğu  fakültədə  müəllim 




97

kimi  fəaliyyət  göstərmək  təklif  edilmişdi.  Lakin  Həsənin  geriyə 

qayıtmaqda qəti israrlı olduğunu Vera bilmirdi. 

Dərslərin,  imtahanların  bitdiyinə  baxmayaraq,  Həsən 

Moskvada  keçirdiyi  son  günlərinin  sanki  hər  birində  imtahan 

verirmiş  kimi  məşğul  idi.  Belə  imtahanları  o,  ömrü  boyu,  daim 

verəcəkdi.  O,  bir  ziyalı  borcunun  məsuliyyətini  xalq  və  millət 

qarşısında  həmişə  daşıyacaqdı.  Bu  dəqiqə  Həsən  düşüncələrinin 

ucsuz-bucaqsız sahilində tənha idi…

Bu  gecəki  yuxusunda  Həsən  yenə  çiynindəki  ağır  yüklə 

suyun üzü ilə irəliləyərək, kənd yoluna çıxmağa çalışırdı. Suyun 

üstü ilə uzanan işıqlı yolun o başında şam yanırdı. Qarşıda kimsə 

Həsənə əl eyləyirdi. Yanan şam da bu dəfə həmin adamın əlində 

idi.  Adamın  qadın,  yaxud  kişi  olması  bilinmirdi.  Həsən  sahilə 

çıxmağa tələssə də, nədənsə bir qədər könülsüz yeriyirdi. Arxada, 

suyun üzərində gəmi kimi lövbər salmış təhsil aldığı universitetin 

binasını  gördü.  Qarşısında,  küknar  ağaclarının  arasında  bir  qız 

dayanmışdı. Bu qız Vera idi. Ağladığı bilinirdi. Onun açıq, dalğalı 

yaş  saçları  küknar  ağacının  budaqlarına  qarışaraq  yellənirdi. 

Yağışdanmı, göz yaşlarındanmı islanan bu saçlardan yenə həmin 

tanış qoxu, küknar ətri gəlirdi. Həsən çiynindəki bütün ağır yükləri 

suya ataraq, gözü yaşlı sevgilisini qolları arasına alıb qucaqlamaq 

istədi.  “Gör  mən  kimdən  qaçıram,  kimdən  imtina  edirəm! Vera, 

gözəlim, mən həyatımda yalnız bir dəfə sevdim, onda da səni. Heç 

yerə tərpənmə, gözlə gəlirəm!”

Həsən qəfil yuxudan ayıldı. Ürəyi az qala yerindən çıxacaqdı. 

Ömründə heç vaxt unuda bilməyəcəyi ən əziz bir varlığını burada 

qoyub getdiyini anlayırdı. “Gələndə ürəyim bütövüydü, gedəndə 

yarısını burada qoyub gedirəm”. 

Bir gün sonra universitetdə son tədbir, məzun günü keçirilirdi, 

məzunlara diplom təqdim olunacaqdı. Qapının ağzından başlayaraq 

içəridəki pilləkənlər, müşavirə zalı çox gözəl bəzədilmişdi. Tədbiri 

universitetin  rektoru  Sergey  Mixayloviç  Solovyov  giriş  nitqi 

ilə  açaraq  bütün  məzunları  təbrik  etdi.  O,  çıxışında  tələbələrin 

uğurlarından əhatəli danışdı. Fizika-riyaziyyat fakültəsinin tələbəsi 

Həsən bəy Məlikovun haqqında geniş məlumat verdi:




98

–  Cənab  müəllimlər,  əziz  tələbələr!  Bu  il  universitetimizdə 

yeganə bir nəfər tələbəmiz birinci kursdan son kursadək göstərdiyi 

ən  yüksək  nailiyyətlərə,  diplom  işini  elmlər  namizədi  alimlik 

dərəcəsi səviyyəsində, dərin araşdırmalar əsasında müdafiə etdiyinə 

görə  ona  məzun  diplomu  ilə  yanaşı,  həm  də  elmlər  namizədi 

ali  dərəcəsi  verilmişdir.  Biz  ona  universitetimizdə,  təhsil  aldığı 

fakültədə müəllim kimi qalmaq təklifi etmişik. Amma o, birmənalı 

şəkildə  Azərbaycana  getməyi  qərara  alıb.  Universitet  rəhbərliyi 

onun bu qərarını da alqışlayır. Biz inanırıq ki, Həsən bəy Əlahəzrət 

İmperatorun  yerlərdəki  məmurlarının  ən  savadlı  və  sadiq  əsgəri 

kimi,  həm  də  oralarda  bizim  ideyalarımızın  tərənnümçüsü  kimi 

fəaliyyət göstərəcək. 

Yığıncaqda  yüksək  uğur  qazanan  tələbələrə,  o  cümlədən, 

Həsən bəyə söz verildi.

–  Əziz  müəllimlər,  əziz  dostlar,  bu  gün  çox  unudulmaz, 

əlamətdar bir gündür. Mənim haqqımda deyilən yüksək fikirlərə 

görə cənab Sergey Mixayloviç Solovyova təşəkkürümü bildirirəm. 

Universitetdə  qalıb  işləmək  məsələsinə  gəldikdə,  deməliyəm, 

əlbəttə,  mən  bunu  çox  istərdim.  Bu,  mənim  inkişafım  üçün, 

elmimin, təhsilimin artması üçün çox dəyərli bir təklifdir. Amma 

xalqım bu saat şirin yuxudadır, səfalət girdabında boğulur, mənim 

kimi adam bunu görüb onlardan qıraqda qala bilməz. Bu zəmanədə 

elmsiz, təhsilsiz yaşamaq mümkün deyil. Məncə, xalqıma orada 

daha çox xeyrim dəyər. Moskva Universitetinin məzunu kimi əldə 

etdiyim bütün savad, biliyə görə müəllimlərimə və bu universitetə 

borcluyam. Mən burada qalıb işləməsəm də, bütün müəllimlərimi, 

tələbə  dostlarımı,  mənə  əməyi,  ehtiramı,  sevgisi  olan  hamını 

əbədi  olaraq  ürəyimdə  aparıram.  Sizlər  hər  an,  həmişə  mənimlə 

olacaqsınız!

Hamı əl çaldı. Həsən bəyin çıxışından çoxları kövrəlmişdi. 

Rəsmi hissədən sonra musiqili bədii gecə keçirildi. Tələbələr 

üçün  xüsusi  buraxılış  gecəsi  düzənlənmişdi.  Məzun  gecəsində 

bal  rəqsləri  ifa  olunurdu.  Qızlar  qeyri-adi  geyimdə  bir  az  da 

gözəlləşmişdilər.  Al-əlvan  geyinib  cilvələnən  qızların  kimliyini 

müəyyən etmək çox çətin idi. Ssenari üzrə oğlanları da müəyyən 




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə