Qeyri Maddi Mədəni İrs Şifahi xalq yaradıcılığı



Yüklə 122,61 Kb.
Pdf görüntüsü
tarix31.12.2021
ölçüsü122,61 Kb.
#82181
Ümumi məlumat - Nağıllar Kataloq CMap.az



Qeyri Maddi Mədəni İrs

 

»

 

Şifahi xalq yaradıcılığı

 

»

 

Nağıllar

Ümumi məlumat

Epik növün ən geniş yayılmış janrlarından olan nağıllar süjet tərkibinin zənginliyinə, dinləyici auditoriyasının

genişliyinə görə Azərbaycan folklorunda digər janrlardan seçilir. Dastan auditoriyası, əsasən, orta və yaşlı

nəslin nümayəndələrindən ibarət olursa, nağıllarda belə məhdudiyyət yoxdur. Nağıllar kiçikdən tutmuş

böyüyə qədər istənilən yaş qrupuna məxsus insanların zövqünü, marağını oxşayır.

Nağıllar insanların asudə vaxtlarını maraqlı keçirməsinə xidmət etməklə yanaşı, həm də ibrətamiz, əxlaqi

məzmun kəsb edir. Bunun nəticəsidir ki, İslam dinindən gələn bir çox fikirlər nağıllar vasitəsilə xalq

arasında təbliğ olunmuş, insanlara milli-mənəvi dəyərlərdən gələn əxlaqi görüşlər aşılanmış, bir çox

hökmdarlar nağılların təsir gücündən istifadə edərək özlərinin ədalətli hökmdar təsəvvürünü yaratmağa

çalışmışlar.

Azərbaycan nağılları poetik xüsusiyyətləri, qəhrəman tipi nəzərə alınmaqla yeddi qrupa ayrılır: Heyvanlar

haqqında nağıllar, sehrli nağıllar, dini nağıllar, novellistik (məişət) nağıllar, qaravəllilər, kumilyativ nağıllar,

bahadırlıq nağılları. Heyvanlar haqqında nağıllar, sehrli nağıllar və novellistik nağıllar Azərbaycan

folklorşünaslığında hələ Sovet dövründən müstəqil qrup kimi qəbul olunmuşdur, digər qruplardan isə yalnız

son illər aparılan araşdırmalarda müstəqil qrup kimi danışılır. Dini nağılların əsas iştirakçıları peyğəmbərlər

və dini şəxsiyyətlərdir və belə nağıllar daha çox İslam dinindən gələn fikirlərin xalq içində, kütlə arasında

təbliğinə xidmət edir. Kumilyativ nağıllar sabit strukturu ilə seçilir və eyni fəaliyyətin təkrarı üzərində qurulur.

Bahadırlıq nağılları isə qəhrəmanın doğuluşunun epik genişlik qazanması, adla obraz arasında bağlılığın

olması, qəhrəmanın qarşıya qoyulan məqsədə fiziki gücü hesabına çatması və s. bu kimi xüsusiyyətlərə

görə digər qruplardan fərqlənir.

Azərbaycanda yazıya alınmış nağılların sayı minlərlə ifadə olunsa da, nağıl süjetlərinin sayı bundan xeyli

azdır. Azərbaycan nağıl süjetlərinin sistemli kataloqunda Azərbaycanda 692 nağıl süjetinin mövcud olduğu

qeyd edilir. Təbii ki, bu rəqəm nağıl repertuarını tam əks etdirmir, çünki şifahi ənənədə hələ də toplanmamış

süjetlər qalmaqdadır. Təkcə onu qeyd etmək kifayətdir ki, AMEA Folklor İnstitutunda bölgə folklorunun

toplanması istiqamətində görülən işlər nəticəsində son illər Qarabağ sakinlərindən 400-dən artıq, Saatlı və

Tovuz rayonlarının hər birindən 100-ə yaxın nağıl yazıya alınmışdı. Son illər yazıya alınan nağıllar hesab

alındığı təqdirdə nağıl süjetlərinin sayı artacaq, amma ümumi mənzərə dəyişməz qalır. Belə ki, Azərbaycan

nağıl repertuarının 60 faizi (390 süjet) beynəlxalq, 40 faizi (302 süjet) milli süjetlərdən təşkil olunmuşdu.

Beynəlxalq süjetlərə ən çox sehrli və heyvanlar haqqında nağıllar qru punda rast gəlinir. Bu qrupların süjet

tərkibinin yarıdan çoxu bey nəlxalq süjetlərdən ibarətdir. Milli süjetlərin böyük əksəriyyəti isə dini və

novellistik nağıllar qrupunun payına düşür. Azərbaycan nağıl repertuarının yarıdan çoxunun beynəlmiləl

səciyyə daşımasına baxmayaraq, hər bir xalqın nağılı onun çoxəsrlik tarixini, adət-ənənəsini, etnoqrafiyasını,

yaşamını, mübarizəsini, istək və arzularını əks etdirir, ona görə də millidir.

Cəmiyyətdə gedən sosial-iqtisadi dəyişikliklər, ənənəvi folklor məclislərinin – uzun qış gecələrinin,

dövranların, iməciliklərin məişətdən çıxması Azərbaycanda klassik folklorun öz auditoriyasını itirməsinə,

onun işlənmə arealının daralmasına, bir çox nümunələrin epik dövriyyədən çıxmasına səbəb olmuşdu. Son

illər toplanan folklor materialları üzərində aparılan müşahidələr sehrli və heyvanlar haqqında nağılların

unudulduğunu, yadda qalan nümunələrin isə uzun müddət ifa olunmadığından bədii keyfiyyətlərini itirdiyini

göstərir. Bunun əksinə olaraq, öz auditoriyasını qoruyub saxlamış dini və novellistik nağıllar isə aktivliyini

davam etdirməkdədir.



0:00

0:00



Copyright © 2020-2021

Yüklə 122,61 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə