Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə12/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   8   9   10   11   12   13   14   15   ...   142

vahid qlobal təhsil sistemi, ümumdünya sülh
anlayışı, ümumi din, dünya dövləti və dünya
vətəndaşlığı, vahid beynəlxalq dilin qəbulu
və planetimizdə yeni beynəlxalq münasi-
bətlərin yaradılması ideyalarını təbliğ edirlər.
Bu məsələlərin həlli yollarının tapılmasında
BMT ilə əməkdaşlıq etməkdədirlər. 
BƏHAULLA MİRZƏ HÜSEYN – bax:
BƏHAİLİK.
BƏHİRƏ –  İslamdan əvvəlki dövrdə
ərəblərin xüsusi dəyər verdikləri süd verən
dişi dəvənin adı olmuşdur. Dəvə ardıcıl
olaraq on dişi bala dünyaya gətirirdisə, onda
bütlərə tapınan Ərəblər onu Saibə adlandırır
və ona təzim edirdilər. Bundan sonra bu dəvə
daha bir dişi bala dünyaya gətirərdisə, o
zaman onu bəhirə adlandıraraq ona da anası
ilə birlikdə xüsusi sayğı göstərirdilər. Büt-
pərəstlər onun qulağının bir parçasını kəsir,
üstünə minmir, belində yük daşımır və yu-
nunu qırxmırdılar. Onun südündən yalnız
qonaqlar içə bilərdilər. Bəhirə ərəblərin bəzi
digər cahiliyyə dövrünün anlayış və adətləri
kimi İslamdan sonra ortadan qaldırılmışdır
(Quran, 5: 103). 
BƏKTAŞİLİK –  Anadoluda yayılmış
sufi təriqətinin adıdır. Təriqətin adı Hacı
Bəktaş Vəli ilə bağlıdır (645/1208 –
738/1270). Bəktaşilər öz mənəvi silsilələrini
Əli ibn Əbu Talibə bağlayırlar. Hacı Bəktaş
İranın Nişapur şəhərində doğulmuşdur. 680-
ci ildə o, Əhməd Yəsəvinin məsləhəti ilə
Anadoluya gedib orada öz təlimini
yaymışdır. Hacı Bəktaşın həyat və
yaradıcılığı haqqında bir-çox məqamlar bil-
inməməkdədir. O, bizim zamanımıza gəlib
çatmayan bir sıra əsərlərin müəllifi hesab ol-
unur. 
Hacı Bəktaşdan sonra onun davamçıları
öz sufi təriqətlərini yaratmışlar. Bəktaşiliyin
inkişafında bu təriqətin ikinci qurucusu
hesab olunan Bəlim-Sultanın (X/XVI yüzil-
likdə yaşamışdır) böyük rolu olmuşdur. Bək-
taşilik daha çox kənd əhalisi arasında
yayılmışdır. Onların təlimi bəzi hallarda gizli
xarakter daşımışdır. Təriqətçilər dinin
“gizli”, ezoterik tərəflərinə böyük əhəmiyyət
verirdilər. Hətta, məclisləri və ucadan
söylənilən  zikrləri də yalnız təriqətin
“seçilmişləri” arasında keçirilirdi. Bununla
da, onlar ismaililərin nizari təriqətinin
davamçıları (batinilər) kimi ifratçı təriqətlərə
yaxınlaşırdılar. 
İfratçı (qulat) şiə təriqətlərində olduğu
kimi Bəktaşilikdə də Əli ibn Əbu Talib Al-
lahın yerdəki təcəllisi hesab edilir. Onlar 12
şiə imamlarını qəbul edərək Məhərrəm
ayının ilk on günündə Əhli-Beytdən
öldürülənlər üçün yas saxlamaqdadırlar. İlk
Raşidi xəlifələri: Əbu Bəkri, Öməri, Osmanı
və  Məhəmməd peyğəmbərin həyat yoldaşı
olmuş Aişəni qəbul etmirlər. Bundan başqa
Bəktaşilər şiə hüquq məktəbi olan Cəfəri
məzhəbinin davamçıları da olmuşdurlar. 
Bunlarla yanaşı Bəktaşilikdə müxtəlif
İslam təriqətlərinin təlimləri və hətta başqa
dinlərin – Xristianlığın, Lamaizmin, türk şa-
mançılığın ayrı-ayrı elementləri sinkretik
şəkildə qarışmışdır. Tənqidçilərə görə on-
ların, digər sufi təriqətlərindən fərqli olaraq
özlərinə məxsus təriqət yolları olmamışdır.
Bəktaşiliyin “seçilmişləri” üçün İslamdakı
ibadətlərin və ritualların yerinə yetirməsi
vacib deyildir. Onlar gündəlik beş dəfə qılı-
nan namazı və namazdan öncə alınan dəstə-
mazı vacib hesab etmirdilər. Bəktaşi şeyxləri
davamçılarına şərab içməyi və şəriətdə
qadağan olunan müxtəlif işlərin görülməsinə
icazə vermişlər. Onlardan bəziləri ruh
köçünə (tənasüh) və Tanrının insanda təcəlli
etməsinə inanırdılar. 
Bəktaşilik ideyaları Osmanlı im-
periyasının siyasi həyatında əsrlər boyu
böyük rol oynamış, ölkənin ən döyüşkən
qoşun birləşməsi olan “yeniçərilər” onun
25
BƏKTAŞİLİK


davamçılarından təşkil olunmuşdurlar. Os-
manlı cəmiyyətinin böyük bir hissəsinin
sünni olmasına baxmayaraq Bəktaşilik də
nüfuz qazana bilmişdir. 
Bəktaşiliyin yayılmasının digər səbəbi
isə, onların əsərlərinin və məişət dilinin türk
dilində olması idi. Təriqətin sinkretik təlimi
Balkan yarımadası və Macarıstanın xristian
əhalisi üçün anlaşıqlı olmuşdur. Buna görə
də, onların arasında Bəktaşiliyin çoxsaylı
tərəfdarları var idi. 
Türk sultanı II Mahmudun hakimiyyəti
dövründə yeniçərilər artıq irticaçı bir quruma
çevrilmişlər. Buna görə də, Sultan bu quru-
mun varlığına 1826-cı ildə son qoymuşdur.
Bundan sonra Bəktaşilik bütün imperiya
boyu təqiblərə məruz qalmışdır. Onların
başçıları edam edilmiş, bütün mülkləri isə əl-
lərindən alınmışdır. Bəktaşilərin bütün struk-
turları, obyektləri və təkkələri nəqşibəndi
sufi təriqətinin davamçılarına verilmişdir.
Təqiblərin sonunda Bəktaşilik Arnavutluğa
(Albaniyaya) intiqal etmiş və orada mərkə-
zləşmişdir. 
Daha sonra sultan Əbdul-Məcidin (1839
– 1861) hakimiyyəti dövründə Bəktaşilər
itirdiklərini müəyyən qədər qaytara bilsələr
də, keçmişdə olan nüfuzlarını bərpa edə
bilməmişdir. Üstəlik, aralarında baş vermiş
ixtilafların sonunda, Bəktaşilər müxtəlif qru-
plara parçalanmışlar. 1925-ci ildə Türkiyə
Cümhuriyyəti Bəktaşiliyi ölkədə qadağan et-
mişdir. Arnavutluqda isə onlar 1967-ci ilə
qədər fəaliyyət göstərə bilmişdirlər. Müasir
Türkiyədə bu təriqətin azsaylı davamçıları bu
gün də mövcuddur. 
Bəktaşilik iki böyük qola ayrılır: 
1. Əsasını Hacı Bəktaş Vəliyə bağlayan
“Çələbilər”-dir, hansı ki bu qol Anadoluda
geniş yayılmışdır; 
2. Hacı Bəktaş Vəlinin ailəsinin ol-
madığını və soyunun bitdiyini iddia edən
“babaqanlar”dır. Bu qol isə Osmanlı im-
periyasının Avropa hissəsində daha çox
yayılmışdır. 
Bəktaşi  müridləri  isə beş qrupa
bölünürdülər: 
1. Mühiblər – beyət ayinindən keçərək
təriqətə daxil olan insanlardır. Bunun üçün
iki bəktaşidən razılıq alınmalı idi; 
2. Dərvişlər – təriqətə daxil olandan sonra
ona sadiqlik göstərənlərdir. Onlar “tac” ad-
lanan baş örtükləri və xirqə geyinirdilər; 
3. Babalar – təriqətin xəlifəsi tərəfindən
təyin edilən başçılardır. Onlar mühib və
dərvişləri yetişdirirdilər; 
4. Mücərrədlər – təriqətin evlənməyən
subay davamçılarıdırlar. Onlar xəlifəyə daha
yaxın olmuşlar. Mücərrəd olmaq üçün xüsusi
qapalı bir ayin keçirilirdi. Burada, özünü
təriqətə bağlayanın sağ qulağını deşib, ona
sırğa taxırdılar. Mücərrədlərin özlərinə məx-
sus tacları olmuşdur.
5. Xəlifələr – əsasən babalardan seçilirdi.
Bunun üçün bir babanın və üç mücərrədin
razılığını almaq lazım idi. Xəlifələrin də öz
tacları olmuşdur. Bəktaşilik türk ədəbiyyatı
və musiqisinin inkişaf etməsində böyük rol
oynamışdır. 
BƏL – qədim zamanlarda yaxın Şərqdə
ibadət edilən ən məşhur bütlərdən biri idi.
Bu bütə sami xalqları tapınırdılar. Bəlin
bütləri Suriya, Fələstin və Şimali Afrikada
qurulmuşdur. Onun şərəfinə hətta insanları
belə qurban edirdilər. Ancaq, sonra bu adət
ortadan qaldırılmışdır. İslama qədər artıq
Yaxın Şərqdə Bələ tapınmırdılar. Ancaq,
Ərəbistanda bu bütlər hələ də qalmaqda
davam edirdi. İslamın qəbulundan sonra isə
Ərəbistanda da bu bütlərə sitayiş aradan
qaldırılmışdır.
BƏLƏM  İBN  BƏUR – qədim yəhudi
və yəmənlilər arasında yüksək elmi və
bacarığı ilə seçilən şəxs olmuşdur. Ona
Allah zənginlik vermiş, öz ayələrini ona
bəyan etmişdir. Bütün bunlara baxmayaraq
şeytanın hiylələrinə uyan Bələm, Allaha
26
BƏL


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə