59
N A D İ R Ş A H Ə F Ş A R
du: başına sarı sünbüllərdən tac düzəldib qoyan
hə
min balaca uşaq boya-başa çatdı, igid bir oğlan
oldu... Əvvəl elin-oymağın xırda davalarında tanındı,
daha sonra neçə-neçə iri müharibələr apardı, böyük
qələbələr qazandı. Şahlıq taxtında oturdu. Artıq neçə
il idi ki, başında qızıl tac gəzdirirdi. Bu gün sehrkar
Həsənəlinin səsi qulaqlarında dönə-dönə əks-səda ve-
rirdi: «Bimürvət fələyin qəhrini, xoşbəxt ikən, gərək
bədbəxtliyi yaddan çıxarmasın!».
Bir vaxt – on iki yaşında mürgülü gözləri ilə sehr kar
Həsənəliyə baxan balaca Nadir indi şahlıq qiyafə sin-
də xəyal və düşüncələrin qapısında dayanıb öz-özünə
pı çıldayırdı: «Bədbəxtliyi... Demək, sehrkar Həsənəli,
doğrudan da, uzaqgörən adam imiş, həqiqəti söy lə -
yirmiş. Hə, o gündən düz qırx yeddi il ötüb… Qırx
yed di il... Allah nəzərlərini üstümdən əskik eləmədi.
Bəxtim gətirdi, yadellilərin əsarəti altında qalan yur-
dumu azad etdim, hələ üstəlik Səmərqənddən Hin-
distanadək böyük bir ərazini tutdum… Əfşarlar səl -
tənətini yaratdım, amma farslar demişkən, çifayda...
Ən xoşbəxt anlarımda sehrkar Həsənəlinin dedi-
yi kimi, bədbəxtliyi, üzüdönük ruzigarın iştəklərini
unutdum. Unutdum ki, sevgi ilə nifrət bir yerdə ol-
duğu kimi, xoşbəxtliklə bədbəxtlik də kölgə kimi
ada mın arxasınca bir yerdə sürünur, ətrafında gəzib-
dolaşır…»
Birdən sehrkar Həsənəlinin səsinə bənzəyən baş-
qa səs qulağına gəldi: «Allahı yaddan çıxartma, yoxsa
ruzigar səni şahənşah da olsan, yaddan çıxaracaq!».
Kimin səsiydi? Qayınatası Baba Əli bəyin idimi bu
60
S O N U N C U FAT E H
səs? Toy günündən bir gün əvvəl ona xeyir-dua ve-
rəndə çoxlu öyüd-nəsihət vermişdi... Bəlkə bu səs elə
onun öz içindən gəlirdi? Bəs niyə uşaq ikən o səsin ilk
dəfə qulaqlarına qeybdən gəldiyinə özünü inandır-
mışdı? Üstəlik o səsin qeybdən gəlməsinə bu çağacan
bir qətrə də şübhə etməmişdi... Rüzigar məni unuda-
caq? Bəs övladlarım necə?»
O, dərindən köks ötürüb, Kəlat qalasına gedən
yola boylandı. Nəvələri, oğulları bir-bir gözlərinin
önü nə gəldi…
«Bilmirəm, bilmirəm, görəsən, onlardan hər hansı
biri məndən sonra taxt-taca sahib çıxıb, Əfşarlar səl-
tə nətini qoruya biləcəkmi?.. Onlar şah övladıdırlar.
Mə nimsə atam cavan ikən çarvadarlıq etmişdi, qoca
çağın da gözlərinin nuru çəkilənəcən kürktikən kimi
ad çıxarmışdı, ailəsini dolandırmaq üçün ilxı saxlamış-
dı, çobanlıq etmışdi, yəni sadə bir adam olmuşdu…
On üç yaşımda mən onu itirəndə gah çobanlıq etdim,
gah da odun doğrayıb, satmaq üçün bazarlara daşı dım.
O qə dər çətinliyin içində sağlığında atama, o ölən-
dən sonra isə anama böyük bir inamla şah olacağımı
söyləmiş dim. Düzdü, ata-anama bu arzuma çatdığım
günü görmək nəsib olmadı. Amma mən istəyirəm ki,
gözlərim baxa-baxa övladlarımdan biri qurduğum bu
böyük səltənəti idarə etsin… Onlar isə hələ də təcrü-
bə siz olduqlarını bəhanə edirlər. Heyhat, kaş, böyük
oğlum Rzaqulunun gözlərini çıxartdırmayaydım…
Doğrudanmı, onu kor etməklə mən təkcə oğlumun
deyil, Əfşarlar səltənətinin də gözlərini kor etdim?
Axı niyə? Məni buna vadar edən nə idi? İlahi, məni
61
N A D İ R Ş A H Ə F Ş A R
bu əzabdan qurtar, aradan illər ötsə də, bu kədərin
ağ rısını-acısını qəlbimdə, ürəyimin başında daha çox
hiss edirəm, dəhşətin böyüklüyünü anlayıram…».
Anasının səsi qulaqlarına gəldi: «Can bala, niyə fikir
dəryasına qərq olub, naçar qalıbsan? Buradan uzaqlaş!
Nə qədər ki, gec deyil, atına min, çəkil Allah qalasına
1
…
Qəzəbinin cilovunu çək, qılıncını yerə qoy, o dörd çıq-
qalı papağını da qoy qabağına, yaxşı-yaxşı fikirləş!».
Sonra atası İmamqulu kişi gəlib durdu gözlərinin
önündə.
...Bir dəfə başına cavanları yığıb oymağın mal-qa -
rasını talan edən türkmənlə savaşıb onların apardıqla-
rını geri alsa da, atası çox həyəcanlanmışdı. Ona demiş-
di ki: «Ey gözümün nuru! Belə cavanlıq etmə, məni öz
yoxluğuna mübtəla etmə! Bu camaatın şərindən ehti-
yat et. Türkmən tayfası əcdadları zamanından bizimlə
ədavət saxlayırlar. Allah eləməsin, sənə bir xətər yetiş-
sə, bu aciz atan onda özünü öldürər. Ey övladım, sənin
ağzından süd iyi gəlir, rüzigarın enişini-yoxuşunu gör-
məmisən. Bundan sonra məndən xəbərsiz və mənim iz-
nim olmadan belə iş görmə ki, qəlbim incisin...».
Ata-oğul istəyinin nişanəsi kimi Nadir öz oğlanla-
rından birinə İmamqulu adını qoymuşdu. İndi həmin
İmamqulu Mirzə də təcrübəsinin azlığını bəhanə gə-
tirərək, o biri övladları kimi şahlıq tacından imtina et-
mişdi. O isə dünyanı tutub durmayacaqdı ki! Bir gün
Əzrayıl onun da qapısına gələcəkdi!.. O zaman əli
taxt-tacdan əbədi üzüləcəkdi. Ərsəyə çatdırdığı əziz-
1
El arasında Kəlat Allah tərəfindən yaradılmış qəsr və ya qala
adlandırılırdı.
62
S O N U N C U FAT E H
xələf övladları məgər atalarının artıq qocaldığını, at
üstündə gəzməkdən yorulduğunu görmürlər?
O, çox enişli-yoxuşlu yollardan keçib getmişdi...
Acı günlər də görmüşdü, xoş günlər də. Yaxşılığın da,
yamanlığın da təcrübəsini qazanmışdı. Məğlublara
qarşı rəhmdil, həlim olmuşdu. Ondan iznsiz iş gö-
rənlərə, özünə rəqib bildiklərinə qan qohumu olsa
be lə qəddarlıq edib, ağır cəzalar vermişdi...
Doğma oğlunun gözlərinə mil çəkdirməsi rahat-
lığını lap əlindən almışdı... O gündən sonra hər şeyə
şübhə ilə yanaşan qəddar şaha, rəhmsiz ataya çevril-
diyinin artıq özü də fərqinə varırdı. Bağrının başı sı-
zıldayırdı. Bu sızıltılara məlhəm olsun deyə keçmişi
qayğısız günlərini yada salırdı. O qayğısız uşaq çağla-
rındakı könül rahatlığının yerini heç nə verə bilmirdi.
İndi o əlçatmaz, ünyetməz günlərin xiffətini çəkdiyi
kimi heç nəyin xiffətini çəkmirdi...
...Uşaq çağlarında başını anasının dizləri üstə qo-
yanda canı rahatlıq tapardı. Yeniyetmə yaşına çatanda
da bu vərdişini tərgitməmişdi. Xəyal çəkib onu yenə
keçmişə – analı günlərinə apardı.
ANA ÖYÜDÜ
…1117-ci ilin yazı idi.
1
Dəstgirddə gül-gülü ça-
ğırırdı, bülbül-bülbülü. Çəpərlərinin üstünə əlçim-
əlçim yapağı
2
sərilmiş həyət-bacalardan yasəmən ətri
1
1704-cü ildə.
2
Yapağı – yazda qırxılan qoyun yunu.
Dostları ilə paylaş: |