Sosiologiya (Dərslik)


rətin  həyata  keçirilməsində yuxarıda  göstərilənlərlə yanaşı



Yüklə 186,3 Kb.
Pdf görüntüsü
səhifə17/73
tarix06.05.2018
ölçüsü186,3 Kb.
#42945
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   73

rətin  həyata  keçirilməsində yuxarıda  göstərilənlərlə yanaşı 
ideoloji  fəaliyyət,  tərbiyə,  ictimai  rəy,  təbliğat  və  təşviqat 
da mühüm yer tutur.
Ətraf aləm  obyektlərinin  insan  və  cəmiyyət  üçün  müsbət 
və ya mənfi əhəmiyyətini  aşkara çıxaran  səciyyəvi  sosial  təyi­
nat sərvətlərdir.  Zahirən  sərvətlər həmin  predmetin  və  ya hadi­
sənin  xassələri  kimi  çıxış  edir,  lakin  sərvətlər  həmin  predmetə 
və  ya  hadisəyə,  ona  görə  məxsusdur  ki,  həmin  obyekt  insanın 
ictimai varlıqı sahəsinə cəlb edilmiş və müəyyən  sosial münasi­
bətlərin daşıyıcısına çevrilmişdir.  Subyektə  (insana)  münasibət­
də  sərvətlər  onun  mənafelərinin  obyekti  kimi  çıxış  edir,  onun 
şüuru üçün isə predmet və  baxımdan sosial  gündəlik  istiqamət­
lər,  rolunu,  əhatə  olunduğu  predmet  və  hadisələrə  müxtəlif 
praktik  münasibətlərinin  qeyd  edilməsi  rolunu  yerinə  yetirir. 
Məsələn,  stəkan  su,  şirə  və  s.  içmək  üçün  əşya  olduğundan, 
özünün  bu  faydalı  xassəsini  istehlak  dəyəıri  kimi,  maddi  nemət 
kimi  aşkara çıxarır.  Əməyin məhsulu  və  əmtəə  mübadiləsi  ola­
raq  stəkan  iqtisadi  sərvətlər  kimi,  dəyər  kimi  çıxış  edir.  Əgər 
stəkan  incəsənət predmetidirsə,  o,  həmçinin  estetik  sərvət,  gö­
zəllik  xüsusiyyəti  qazanır.  Bütün  xassələr  insanın  həyat  fəa­
liyyəti sisemində müxtəlif funksiyaları  ifadə  edir və  insanın  da­
xil  olduğu  müəyyən  ictimai  münasibətlərin  predmet  işarələri, 
rəmzləri  kimi  aşkara  çıxarır.  Bununla  yanaşı  sərvətlərlə,  icti­
mai  şüurun məlum mənafeləri  ideal  formada (xeyir və şor, əda­
lət  və  ədalətsizlik  anlayışları,  ideallar,  əxlaqi  normativlər  və 
prinsiplər) ifadə edən bir sıra hadisələr də  sərvət  kimi çıxış edir. 
Şüurun bu formaları  reallığın hər hansı  gerçək  və ya xəyali  ha­
disələrini  sadəcə olaraq təsvir etmir,  həm  do onları  qiymətlən­
dirir,  bəyənir  və  ya  pisləyir,  onların  yerinə  yetirilməsini  və  ya 
ləğvini tələb edir.  İdeoloji  meydanda müxtəlif və  bir-birinə  əks 
dəyərlərin  toqquşması  arxasında  sosial  qrupların  cəmiyyət  və 
onun  inkişafı  haqqında  bütöv  baxışlar  sistemində  ifadə  olunan 
sosial-siyasi  mənafelərinin  mübarizəsini,  nəticə  etibarilə  tarixi 
prosesin obyektiv məntiqini görmək lazımdır.
Fərd  tərəfindən  sosial-m ədəni  təcrübənin,  toplanmış 
və  nəsildən-nəsilə  verilən  əm ək  vərdişlərinin,  biliklərin,
66
normaların, dəyərlərin, ənənələrin  mənimsənilməsi və  da­
ha  da  inkişaf  etdirilməsi,  fərdin  ictimai  münasibətlər  sis­
teminə  daxil  olması  və  sosial  keyfiyyətlərin  formalaşması 
prosesi  sosiallaşmadır.  Dərk  olunmuş  təcrübənin  başqalarına 
verilməsi,  fəaliyyətin  m üxtəlif  formaları  və  üsullarının  öyrə­
nilməsi  təlim-tərbiyə  vasitəsilə  vo  xarici  mühitin  təsiri  vasitə­
silə  həyata  keçirilir.  Təcrübənin  ötürülməsi  vasitələri  dil  və 
insan  fəaliyyətinin  əşyalaşmış  nəticələri,  hər  şeydən  əvvəl 
əmək  alətləridir.  Bioloji  məhdudluqdan  azad olması  insan qar­
şısında universal  inkişafı  üçün, onun  humanistləşməsi sürətinin 
tezləşdirilməsi  üçün  yeni  imkanlar  açmışdır;  insanın  bioloji 
xassələri  sosiallaşma  prosesində  onun  sosial  keyfiyyətləri  ilə 
qarşılıqlı  təsirdə  və  onlara  inteqrasiya olunmaqla  fəaliyyət gö­
stərir.  Sosiallaşma hər bir çəmiyyotdə  baş  verir; onun  xarakteri 
və  miqyası  mövcud  sosial-iqtisadi  strukturun,  ictimai  şüur for­
malarının  spesifikası  ilə  müəyyən  olunur.  Sosiallaşma mövcud 
sosial  «fonnannın  fərd  üzərinə  mexaniki  köçürülməsi  vasitəsi­
lə  deyil,  onun  subyektiv  aləmi,  fərdiliyi  vasitəsilə  həyata  ke­
çirilir.  Buna  görə  də  hər  bir  ayrıca  insanın  sosiallaşma  ölçüsü 
fərdidir:  sosial  fəallığı,  yaradıcılığa  və  öz  qabiliyyətini  inkişaf 
etdirməyə  tələbatı  nə  qədər  çoxdursa,  bu  ölçü  də  bir  o  qədər 
böyükdür.  Fərdi  sosiallaşmanm  baş  verdiyi  mühit  ailə,  tərbiyə 
və  tədris  müəssisələri,  əmək  kollektivləri,  təşkilatlar,  dost- 
tanışlardır.  Ən  yaxın  sosial  əhatənin,  mürəkkəb  və  rəngarəng 
«mikroşəraitin»,  fərd  tərəfindən  mənimsənilmiş  sosial  təcrü­
bənin  müxtəlifliyi  onun  sosiallaşmasmın  məzmununa  və  sə­
viyyəsinə təsir göstərir.
Tarixən konkret fəaliyyət növləri və  ictimai münasibətlər pro­
sesində  formalaşan  sosial  keyfiyyətlər  aspektində  götürülmüş  insan 
fərdi şəxsiyyətdir. Şəxsiyyətin təbii əsasını bioloji xüsusiyyətlər təşkil 
etsə də, onun inkişafinın müoyyənedici amilləri (mahiyyət əsası) təbii 
keyfiyyətləri (məsələn, ali sinir fəaliyyətinin bu və ya digər tipi) dey­
il, sosial keyfiyyətləridir - baxışlar, qabiliyyətlər, tələbatlar, mənafelər 
və  s.dir.  Şəxsiyyət  insanın  şüur  və  fəaliyyətinin  fərdi  xüsu­
siyyətlərində ifadə olunmuş intellektual, sosial-mədəni və əxlaqi- 
iradi  keyfiyyətlərinin  dinamik, nisbi sabit, bütöv sistemidir. Şəx­
67


siyyət ümuminin, xüsusinin və ayncanm dialentik vəhdətidir. Konkret 
tarixi  vəziyyətlərdə  şəxsiyyət  müəyyən  sosial  sistemdən irəli  gələn 
tam  kimi,  bütövlük  kimi  çıxış  edir.  Şəxsiyyətin  sosial  keyfiyyətləri 
hərəkətlərində, davranışında və başqa adamlara münasibətlərin təza­
hür edir. Bu təzahürlərə görə müəyyən mənada insanın daxili aləmi, 
mə'nəvi və əxlaqi keyfiyyətləri (istər müsbət və  istərsə mənfi) haq­
qında fikir yürütmək olar. Şəxsiyyətin subyektiv aləmi rəngarəng xa­
rici təsirlərin mexaniki nəticəsi deyil, şəxsiyyətin özünün daxili işinin 
nəticəsidir,  elə  bir  işin  ki,  onun  gedişində  xarici  olan  şəxsiyyətin 
subyektiv aləmi içərisindən keçərək yenidən işlənilir, və praktik fəa­
liyyətdə tətbiq olunur. Təlim-tərbiyə nəticəsində əldə edilmiş və fərd 
tərəfindən müstəqil qazanılmış sosial keyfiyyəliərin bu yolla təşəkkül 
tapmış  sistemi  şəxsiyyətin  ətraf aləmə  qarşılıqlı  təsirini  əks  etdirən 
subyektiv formada təzahür edir (ideyalar, dəyərlər, mənafelər və i.a.). 
İctimai  münasibətlərin  xarakterindən,  bilik  və  iradə  qüvvəsinin  sə­
viyyəsindən asılı olaraq fərd özünün inkişaf amillərinə  çox  və ya az 
dərəcədə təsir göstərmək imkanı əldə edir.
Şəxsiyyətin  inkişaf  dərəcəsi  birbaşa  daxil  olduğu  real 
münasibətlərin  zənginliyindən  asılıdır.  Onun  inkişafındakı 
keyfiyyət  dəyişiklikləri  ictimai  münasibətlərdəki  tipindəki 
dəyişikliklərlə  sıx  bağlıdır.  Bunların  hərtərəfli  araşdırılması 
şəxsiyyətin  inkişafı  üçün  yeni  imkanlar  açır,  mövcud  üsulları, 
vasitələri təkmilləşdirməyə kömək edir.
68
FƏSİL IV
CƏMİYYƏTİN SOSİAL STRUKTURU VƏ 
SOSİAL STRATİFİKASİYASI
§1, Sosial struktur anlayışı.
Cəmiyyətin  sosial  strukturu  sosiologiyada  mərkəzi  prob­
lemlərdən biridir.  Təsadüfi  deyildir ki,  Qərbdə  nəşr olunmuş  bir 
sıra elmi  əsərlərdə  və  tədris  vəsaitlərində  sosiologiya  cəmiyyə­
tin sosial strukturu,  sosial qruplar və onların insanların davranışı­
na təsiri  haqqında elm  kimi  müəyyən edilir.  Sosiologiyaya başqa 
təriflər də verilib,  lakin cəmiyyətin sosial  strukturu sosiologiyada 
mərkəzi  problem  olaraq  qalır.  Təxminən  eyni  vəziyyət yerli  so­
sioloji  ədəbiyyatda  da  mövcuddur.  Sosial  strukturun  əsas  mə­
qamlarını ifadə etməyə çalışaq.
Struktur anlayışı latınca «struere» sözündən olub «qurmaq» 
və  ya  «birləşdirmək >> deməkdir.  Əvvəllər  bu  sözdən  yalnız  me­
marlıqda,  sonralar  isə  qrammatika,  anatomiya  və  biologiya  kimi 
başqa elm sahələrində də geniş  istifadə olunmağa başladı.  İngilis 
sosioloqu  H.Spenser (1820-1903)  «struktur»  anlayışını  öz sosio­
loji  nəzəriyyəsinə  daxil  etmiş  və  onu  özünün  «Sosiologiyanın 
prinsipləri»  adlı  böyük  əsərində  xysusi  olaraq  nəzərdən  keçir­
mişdir.  Lakin  H.Spenser cəmiyyətin sosial  strukturunu  hissələrin 
tamla  münasibəti  baxımından  açmamışdır.  Belə  baxış  O.Kontun 
(1798-1857)  və  K.Marksın  (1818-1883)  əsərlərində  öz  əksini 
tapmışdır.
Sosiologiya  elminin  bütün  təşəkkül  tarixi  cəmiyyətə 
əsasən  fovqəl  fərdiisti  struktur  kimi  baxışın  formalaşması  ilə 
əlaqədardır.  Cəmiyyət  fərdlərin  cəmindən  daha  böyük  an­
layışdır:  o,  ayrı-ayrı  üzvlərinin  istəyi  ilə  deyil,  öz  qanunlarına 
əsasən yaşayır və fəaliyyət göstərir.
O.Kont,  H.Spenser,  K.Marks,  M.Veber,  T.Parsons  və  bir 
çox  başqa  sosioloqlar  sosial  struktur anlayışının  mahiyyətini  nə­
zərdən  keçirmişlər.  Bu  anlayış  haqqında  bütün  deyilənləri  ümu­
miləşdirməyə  çalışsaq,  belə  bir  nəticəyə  gəlmək  olar  ki,  cə­
miyyətin  sosial  strukturu  sosial  qrup və  insan  birliklərinin  iqtisa­
69


Yüklə 186,3 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə