Sosiologiya (Dərslik)



Yüklə 186,3 Kb.
Pdf görüntüsü
səhifə20/73
tarix06.05.2018
ölçüsü186,3 Kb.
#42945
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   73

qrup  ikinci qrupdur.  O,  iştirakçılarının say  na görə  həm böyük, 
həm də olduğu kimi kiçik  ola bilər.
Qeyri-formal  qrup  kiçik  qrupun  növ  müxtəlifliyidir  və 
çox  vaxt  öz-özünə  yaranır.  Burada  qrupı n  üzvləri  arasındakı 
münasibətlər  etimad,  dostluq  və  s.  əsasında  qurulur.  Rolların 
sərt reqlamentasiyası,  əmək bölcüsü,  müəyyən  ciddi  qayda  və 
quruluş  olmur.  Qeyri-formal  qrup  formal  qrup  hüdudlarında 
olduğu kimi ondan kənarda da yarana b iləı.
Qərb sosiologiyasında yerinə yetirdiyi  funksiya və  sosial 
rollardan asılı olaraq birləşən funksional qaıplara xüsusi diqqət 
yetirilir.  Söhbət  siyasi,  iqtisadi  və  mənəvi  fəaliyyət  sahəsində 
məşğul  olan  peşə  qruplarından,  müxtəlif  ixtisas  adamlarının 
qruplarından,  fərqli  sosial  vəziyyətdə  olan  qruplardan,  sahib­
karlardan,  fəhlələrdən,  qulluqçulardan,  ziyalı  nümayəndələ­
rindən,  nəhayət,  şəhər  və  kənd  əhalisindən,  habelə  sosial- 
demoqrafık qruplardan gedir.
Sosial  qrupların xüsusi  növ  müxtəlifliyi  referent qruplar­
dır.  Referent  qrup  fərdlərin  etalon  hesab  etdiyi  real  və  ya 
xəyali  sosial  birlikdir  ki,  insanlar  özlərinin  davranış  və  özünü- 
qiymətləndirməsində  həmin  birliklərin  norma,  rəy,  sərvət  və 
qiymətlərinə əsaslanırlar.  Bu  fərdin mənsub olduğu  qrup,  onun 
üzvü olmaq  istədiyi və ya əvvəllər olduğu qrup ola bilər.
Referent qrupları  2  yerə  ayırmaq  olar:  norm ativ  və  m ü­
qayisəli.  Normativ  referent  qrup  fərdlərin  davranışını  tənzim­
ləyən  normaların,  onlar  üçün  əhəmiyyətli  olan  bir  sıra  prob­
lemlərin  istiqamətləndirilmosino  imkan  yaradır.  Müqayisəli 
referen qrup  fərd  üçün  etalon  və  özünüdərk  vasitəsi  kimi  çıxış 
edir.  Bir  sosial  qrup  normativ  olduğu  kiıri,  müqayisəli  do  ola 
bilər.  Sosioloqlar  həmçinin  xəyali  referen.  qruplaraayırırlar  ki, 
bu  da  fərdin  şüurunda  olan  qiymətli  və  normativ  oriyentirlər­
dir,  kütləvi  informasiya  vasitələrinin  təsi  i  altında  formalaşan 
etalon  və  ideallardır.  Bu,  fərdin  öz  düşüncə  və  hərəkətlərində 
istinad  etdiyi  tanınmış  siyasətçilərin,  artistlərin,  tarixi  şəx­
siyyətlərin və başqalarının steriotip surəti  ola bilər.
Sosial  qrupları  2  yerə  ayırmaq  olar:  statistik  və  real.  Çox
78
vaxt  sosioloqlar  sta.istik,  yəni  üzvlərinin  ölçülən  meyarlara 
görə  toplandığı  qrupları  ayırırlar.  Real  qruplar real  münasibət­
lərin subyekt və obyekti kimi  çıxış edirlər.  Onların mentaliteti­
nin  ümumi  cəhətləri,  oxşar  motivasiyaları,  həyat  tərzi  və 
ümumi maraqlan vardır.  Onlar üçün özünü təkrar  istehsal, baş­
qa qruplardan fərqlə oən sosial  əlaqələr sistemi xarakterikdir.
Deməli,  biz  belə  bir  nəticəyə  gələ  bilərik  ki,  sosial  qrup 
oxşar  funksiya və  xüsusiyyətlərə  malik  fərdlərin  cəmi  ilə  üst- 
üstə  düşmür.  Sosial  qrup  onun  tərkibinə  daxil  olar  fərdlərin 
xarakteristikası  ilə  əlaqələnm əyən  sistem  keyfiyyətlərinin  da­
şıyıcısıdır.  Bu keyfiyyətlər cəmiyyətin  inkişaf və  fəaliyyətinin 
bütün  ictimai-tarixi  təcrübəsinin  təhlilindən  yerini,  onun  fun- 
kisyalarını,  inkişaf  tüsusiyyətlərini,  keçmişini  və  gələcəyini 
açıb  göstərir.  Sosia  qrup  həyatın  m üxtəlif  sahələrində  fəa­
liyyətin,  oxşar formaların,  normaların,  sərvətlərin,  həyat tərzi­
nin  səbəbli,  qarşılıq.ı  bağlılıqda  mövcud  olan  şəraitin  ümumi­
liyi  ilə xarakterizə edilən bütövlükdür.
İndi  sosial  strukturun  ikinci  əsas  elementinin  -   «sosial 
institutun» təhlilinə  keçmək  olar.
«İnstitut» termininin bir çox mənaları  vardır.  Avropa dil­
lərinə  bu  söz  latın  dilindən  (İnstitutum  -   qurulma,  yoluna 
qoyma)  keçmişdir.  Elmdə  bu  söz  iki  məna  kəsb  edir:  birincisi, 
dar  texniki  məna  (xüsusi  elmin  və  tədris  müəssisəsinin  adı, 
məsələn  EA-nın  Fəlsəfə  İnstitutu).  Sosioloqlar  bu  anlayışa 
yeni,qeyd  edilən  mənadan  fərqli  məzmun  verdilər.  Lakin  elmi 
ədəbiyyatda  institut a  bağlı  vahid  bir  fikir  yoxdur.  Sosiologiy­
ada  sosial  instituta  bir  yox,  bir  çox  təriflər  verilmişdir.  Sosial 
instituta  geniş şərh  verənlərdən  biri  Amerika sosioloqu və  iqti­
sadçısı  T.Veblen  oldu.  O,  cəmiyyətin  təkamülünü  sosial  insti­
tutların təbii seçim prosesi  kimi  başa düşürdü.  Öz təbiətinə gö­
rə  onlar  baş  verən  dəyişikliklərə,  stimullara  cavab  verən  ən ə­
nəvi  üsullardır.  R.Mills  «institut»  analayışı  altında  sosial  rolla­
rın  məcmusunun  ictimai  formasını  başa  düşürdü.  M üxtəlif v ə­
zifələri  yerinə  yetirən  institutlar  (dini,  hərbi,  təhsil)  institusio- 
nal  qayda  yaradır.  L.Bovyenin  fikrincə,  sosial  institut  konkret
79


sosial tələbat və ya m əqsədlərin təmin  edilməsinə yönəldilmiş 
mədəni  elementlər  sistemidir.  Sosial  inslitutu  qarşılıqlı  əlaqə­
də olan fərdlər təşkil edir.
S.S.Frolova görə, sosial  institut  cəmiyyətin əsas tələbat­
larım  ödəyən  əhəmiyyətli  ictimai  sərvət  və  hadisələri  birləş­
dirən sistemdir.
V.F.Anurin  sosial  institutu  həyat  fəaliyyətinin  müxtəlif 
sahələrində  insanların  qarşılıqlı  münasibətlərini  tənzimləyən 
və  onları  rollar və  statuslar  sistemindən  ;əşkil  edən  formal  və 
qeyri-formal  qaydaların,  prinsiplərin,  normaların,  göstərişlərin 
davamlı kompleksi kimi müəyyən edir.
Əgər  bütün  yanaşma  çoxluğunu  cəmləşdirsək  institutun 
ikinci mənasını  aşağıdakı  kimi  təsəvvür  etmək  olar.  Sosial  in­
stitut:  norma və  statusların  daxil  edildiyi  sistemi;  adətlər,  ənə­
nələr  və  davranış  qaydalarının  vəhdətini;  formal  və  qeyri- 
formal  təşkilatı;  ictimai münasibətlərin müəyyən  sahəsini  tən­
zimləyən  norma  və  mexanizmlərin  vəhdətini;  sosial  hərəkət­
lərin ayrıca götürülmüş kompleksini təms  1 edir.
Sosial  institutları  ictimai  münasibətlərin  müəyyən  sahə­
sini  (ailə,  istehsalat,  dövlət,  təhsil,  din)  tənzimləyən  norma  və 
mexanizmlərin  vəhdəti  kimi  qəbul  edən  sosioloqlar onları  cə­
miyyətin əsas elementləri kimi  izah edirlər.
Sosial institutların  əsas təyinatı  mühüm həyati tələbatla­
rın  ödənilməsini  təmin  etməkdir.  M əsələn,  ailə  institutu  insan 
nəslinin  davamına  və  uşaqların  tərbiyə  edilməsinə  olan  tələ­
batı  ödəyir,  cinslər,  nəsillər arasında münasibətləri  tənzimləy­
ir.  Təhlükəsizliyə  və  sosial  qaydaya  olan  tələbatı  siyasi  insti­
tutlar təmin  edir ki,  onlardan  ən   mühümü  dövlətdir  .Biliklərin 
qazanılmasına, gələcək  nəslin  sosiallaşmasma, kadrların hazır­
lığına olan tələbatı təhsil  institutu təmin edir və s.
Sosial  institutlar  sosial  əlaqələr,  qarşılıqlı  fəaliyyət  və 
konkret  fərdlərin,  sosial qrupların,  təbəqələrin və  digər birlik­
lərin  münasibətləri  əsasında  yaranır.  Lakin  başqa  sosial  sis­
temlər kimi  onlar  da bu  şəxslərin,  birliklərin  və  qarşılıqlı  fəa­
liyyətin  cəmi  ilə  eyniləşdirilə  bilməz.  Sosial  institut öz  inkişaf
80
dəstixotti  olan  müstəqil  ictimai  qurumdur.  Bu  baxımdan  sosial 
institutlar strukturunun  davamlılığı, elementlərinin  inteqrasiya­
sı,  funksiyalarının  müəyyən  dəyişkənliyi  ilə  səciyyələnən 
mütəşəkkil  sosial  sistem kimi  xarakterizə edilə bilər.
Sosial  institutlar  öz  vəzifələrini  (təyinatını)  ictimai  fəa­
liyyətin,  əlaqələrin  və münasibətlərin qaydaya salınması, stan­
dartlaşdırılması  və  rəsmiləşdirilməsi  hesabına  yerinə  yetirə 
bilir.  Bu  standartlaşma,  rəsmiləşdirmə,  qaydaya  salma  prosesi 
institusionallaşma  adlanır.  Bu  isə sosial  institutun  fonnalaşma 
prosesindən başqa bir şey deyildir.
İnstitusionallaşma  prosesini  rəsmiləşdirərkən  sosial  ins­
titutların  təşəkkülü  üçün  labüd  olan  bir  neçə  mərhələni  gö­
stərmək olar:
ödənilməsi  birgə  fəaliyyət  tələb  edən  tələbatın  yaran­
ması; 
ümumi  m əqsədlərin  formalaşması;  kortəbii  qarşılıqlı 
fəaliyyət  prosesində  sosial  norma  və  qaydaların  meydana  gəl­
məsi;  norma və qaydaların  həyata keçirilmə  üsulları;  norma  və 
qaydaların  institusionallaşması, yəni onların  ictimai  əhəm iyyə­
tinin  üzə  çıxması;  norma  və  qaydaların  saxlanılması  üçün  san­
ksiyalar sisteminin yaranması,  onların  tətbiqinin  müəyyən  hal­
larda  differcnsasiasiyası  və  sosial  nəzarət  mexanizminin  qu­
rulması;  istisnasız  olaraq  institutun  bütün  üzvlərini, 
əhatə 
edən  statuslar və rollar sisteminin yaradılması.
İnstitusionalizmin  banisi  T.Vcblcn  və  institusionalizm 
məktəbinin  ardıcılları  sosial  institutları  həyat  tərzindən  asılı 
olaraq  dəyişən  və  nəsildən-nəsilə  ötürülən  ictimai  adətlərin, 
davranış  vərdişlərinin  məcmusu kimi  müəyyənləşdirirlər.
İnstitusionalizm  anlayışı  praktika  və  ya  ictimai  münasi­
bətlər sahəsinin qanun,  yaxud  da qəbul  olunmuş  sosial  nonna- 
lar  şəklində  möhkəmləndirilməsi  deməkdir.  İnstitusionaliza- 
siya sosial  inslitutların  inkişafını  və tarixən  dəyişməsini  göstə­
rir.
İnstitusionalizasiya  sosial  normaların,  qaydaların,  status 
və  rolların  müəyyən  edilməsi  və  möhkəmləndirilməsi,  onların 
müəyyən  ictimai  tələbatların  ödənildməsi  istiqamətində  fəa­
81


Yüklə 186,3 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə