Sosiologiya (Dərslik)



Yüklə 186,3 Kb.
Pdf görüntüsü
səhifə28/73
tarix06.05.2018
ölçüsü186,3 Kb.
#42945
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   73

növlərinin  meydana  gəlməsi  meqapolislər  üçün  xarakterik 
cəhətlərdən  biridir.
Meqapolislər  ümumplanetar  böhranın  təzahürlərindən 
biridir.  Onu  yalnız  yeni  sivilizasiya,  sosial  münasibətlərin  və 
dəyərlərin  yeni  strukturu  çərçivəsində  dəf  etmək  olar.  Ancaq 
düşünülməmiş  sosial  mühəndislik  yolu  ilə  getmək  də  risqli 
işdir.  Düşünülmüş,  ölçülüb-biçilmiş  tədbirlər  lazımdır.  Bunla­
rın  tərkibinə  “İnsan  biosfer  elementidir  və  o,  yalnız  inkişaf et­
məkdə  olan  biosferdə  inkişaf  edə  bilər”  prinsipinin  mənim­
sənilməsi  də  daxil  edilməlidir.  Bu  prinsip  insanın  və  biosferin 
birgə  təkamülünü  ifadə  edir.  Üçüncü  minilliyin  əvvəllərində 
insanlara  Yer  kürəsində  yaşamağı  öyrətmək  lazımdır  ki,  təbiət 
və  cəmiyyət  birgə  inkişaf  edə  bilsin.  İnsan  özünün  biosferdə 
yaratdığı  süni  hadisələri  artırmalıdır  ki,  onlar  insanı  inkişaf 
etdirə  bilsin.  Maddələrin  bu  yeni  dövranı  təbiətin  imkanlarına 
və onun  inkişafı  və sabitliyinə  uyğunlaşdırılmalıdır.
Buradan  da  meqapolislərin  yaradılması  üçün  bir  çox  tə­
ləblər  meydana  çıxır:  yaşayış  tikililəri  prinsipi,  sənaye  müəs­
sisələrinin  planlaşdırılması  və  yerləşdirilməsi,  park  zonalarının 
genişləndirilməsi,  təbii  zonalarla  təmasların  əlverişli  və  asan 
olması  və  i.a.  Bu  prinsiplərin  reallaşması  (təbii  rasionallıq)  iki 
çətin və mühüm tədbirin  həyata keçirilməsini  tələb edir:
Birincisi,  təbii  səmərəlilik  prinsipi  əsasında  meqapolis­
lərin  perspektiv  sxeminin  işlənilib  hazırlanması  vacibdir.  Bu 
prinsip  isə  ayn-ayn  vətəndaşların  və  şəxslər  qrupunun  (hər 
şeydən  əvvəl  istehsal  və  kommersiya  fəaliyyəti  ilə  məşğul 
olanların)  şəxsi  maraqlan  ilə ziddiyyət təşkil edəcəkdir.
İkincisi,  meqapolisləri  güclü,  sivil  hakimiyyət  və  şəhəri 
düşünülmüş  şəkildə  inkişaf etdirmək  qabiliyyətinə  malik  olan, 
eqoizmdən  uzaq  olan,  istənilən  korrupsiyam  dəf etmək  bacarı­
ğına malik olan şəxslər idarə etməlidir.
Məhsuldar qüvvələrin  inkişafı  qayda-qanunlu  məhdudiy­
yətlər  tələb  edir.  Təbii  ehtiyatlardan  səmərəli  istifadənin  real­
laşmasına  dövlət  cavabdehdir,  buna  görə  də  həmişə  onun  rolu
110
artmalıdır.  Bununla  yanaşı  bir  şəhərli  vəzifəsindən,  tutduğu 
mövqeyindən  və  gördüyü  işin  məzmunundan  asılı  olmayaraq, 
şəhərin  həyatı  üçün  cavabdeh  olmalıdır.  O,  meqapolisdə  yaşa­
mağı  öyrənməlidir, əks təqdirdə öz gələcəyini  məhv edir.
Kəndiri  inkişaf  problemləri.  Şəhər  və  kəndin  bir  çox 
funksiyaları  oxşardır.  Ancaq  hər bir  məskunlaşma  tipinin  özü­
nəməxsus  funksiyaları  vardır.  Kəndin  ən  mühüm  funksiyaları 
sırasına  məkan-kommunikasiya  funksiyası  da  aiddir.  Hazırkı 
şəraitdə  bu  funksiyaya  maraq  artmaqdadır.  Məkan-kommuni­
kasiya  funksiyası  ölkənin  ərazisinin  gələcək  mənimsənilməsi 
imkanlarının  üzə  çıxarılmasında  və  kənd  əhalisinin  ərzaq 
məsələlərinin  həllində  rolunun  qiymətləndirilməsindən  daha 
əhəmiyyətlidir.  Etibarlı  infrastrukturun  yaradılması  kənd  təsər­
rüfatının  fermer  inkişafı  yoluna  keçirilməsinin  həlli  üçün 
birinci  dərəcəli əhəmiyyət kəsb edir.
Məkan-kommunikasiya  funksiyası  ilə  bağlı  daha  bir  mü­
hüm  aspekt  kənd  əhalisinin  mənəvi  tələbatlarının  dolğun  ödə­
nilməsi  ilk  növbədə  informasiya  aclığının  aradan  qaldırılması 
problemidir.  Burada  təkcə  kütləvi  informasiya  vasitələri  - 
televiziya,  radio,  mətbuat  nəzərdə  tutulmur.  Məsələ  daha  geniş 
qoyulur.  Söhbət  əhalinin  daha  yüksək  təhsil  və  yeni  mənəvi 
tələbatlar  əsasında  mənəvi  dəyərlərin  istehlakı  və  istehsalı 
fəallığının  kəskin  şəkildə artmasından  gedir.
Uzun  tarixi  bir  müddət  ərzində  kənd  donor  funksiyasını 
yerinə  yetirir.  Kəndlərdəki  resurslardan  daha  çox  istifadə 
olunur,  əvəzində  isə  onlara  heç  nə  verilmir.  Bunun  səbəbi 
kəndlərdən  şəhərlərə  miqrasiyanın  artmasıdır.  Şəhər  həmişə 
kənd,  qəsəbə,  rayon  və  kiçik  şəhərlərin  əhalisini  özünə  daha 
çox  cəlb etmişdir ki,  bu  da  şəhərdə sənayenin  inkişafı,  əmək  və 
iş  yerləri  sahələrinin  daha  geniş  seçmək  imkanlarının  olması, 
rifah  səviyyəsi,  kommunal  və  mədəni  xidmətin  müasir  olması 
və i.a.  ilə şərtlənir.
Respublikamızda kənddən  şəhərə axın  nəticəsində  Bakı  və 
Gəncə  şəhərinin  əhalisinin  sayı  xeyli  artmış,  Sumqayıt,  Min­


gəçevir və Əli Bayramlı kimi  gənc şəhərlər meydana gəlmişdir.
XX  əsrin  90-cı  illərindən  başlayaraq  kəndlərdən  şəhər­
lərə,  xüsusilə  də  Bakı  və  Sumqayıt  şəhərlərinə  axın  daha  sü­
rətlə  artmağa  başladı.  Bunun  bir  səbəbi  Sovet  imperiyasının 
çökməsi  nəticəsində  kənddə  köhnə  iqtisadi  strukturların  (kol­
xoz  və  sovxozların)  dağılması  və  yeni  iqtisadi  strukturların  ya- 
ranmaması nəticəsində kənd əhalisinin  vəziyyətinin  ağırlaşması 
ilə  bağlı  idisə,  digər  səbəbi  həm  Ermənistan  ərazisindən  1988- 
1991-ci  illərdə  zorla  öz  doğma  yurdlarından  -  tarixi  Qərbi 
Azərbaycan  torpaqlarından  deportasiya  olunmuş  iki  yüz  əlli 
minə  yaxın  qaçqının,  həm  də  Ermənistan  ordusunun  Azər­
baycanın  ərazisinin  iyirmi  faizini  işğal  etməsi  nəticəsində  öz 
doğma  yerlərindən  və  ev-eşiklərindən  didərgin  düşmüş  bir 
milyona  yaxın  məcburi  köçkünün  bir  hissəsinin  həmin  şəhər­
lərdə  məskunlaşması  ilə  bağlıdır.  İşğal  nəticəsində  yüzlərlə 
kənd,  xeyli  şəhər  və  qəsəbə  yerlə  yeksan  olunaraq  yandırılmış, 
minlərlə  yaşayış  evləri,  yüzlərlə  məktəb,  klub  və  mədəniyyət 
evləri,  kitabxanalar,  muzeylər,  qəbiristanlıqlar  vəhşicəsinə 
məhv  edilmişdir.  XX  əsrdə  görünməmiş  vandalizm  törədilmiş­
dir.  İşğal  olunmuş  rayon  və  kəndlərə  maddi  ziyanlardan  daha 
çox  mənəvi  zərbə  vurulmuşdur.  Əvvəla,  yandırılmış  hər  bir 
kəndlə  birlikdə  həmin  kəndin  yüzillər,  minillər  ərzində  topla­
dığı  və  nəsillərdən-nəsillərə  ötürdüyü  milli-mənəvi  irsi,  adət- 
ənənələri,  əmək  vərdişləri,  təsərrüfat  və  sənətkarlığın  müxtəlif 
sahələri  üzrə  əmək  təcrübəsi  və  vərdişləri  (məsələn,  dulus­
çuluq,  xalçaçılıq,  metalişləmə,  maldarlıq,  əkinçilik,  bağçılıq  və 
s.)  məhv  edilmişdir.  İkincisi,  bu  milli-mənəvi  irsin,  qədim  sə­
nət  sahələrinin,  adət-ənənələrin  biliciləri  və  nəsillərdən-nəsil­
lərə  ötürən  daşıyıcıları  olan  insanlar  işğal  nəticəsində  ya  məhv 
olub  sıradan  çıxmış,  ya  da  köçkünlük  nəticəsində  müxtəlif 
yerlərdə  məskunlaşmağa  məcbur  olmuşlar.  İşğal  nəticəsində 
məhv olmuş  kəndləri  maddi  cəhətdən  bərpa etmək  mümkündür 
və  həmin  kəndlər  işğalçılardan  azad  edilərək  bərpa  oluna­
caqdır.  Ancaq  təəssüf  ki,  həmin  kəndlərin  minilliklər  mövcud-
112
luğıı  ərzində  əldə  etdikləri  milli-mənəvi  sərvətləri  yenidən 
bərpa etmək  mümkün  olmayacaqdır.
Hazırda  həm  rayon  və  kəndlərdən  iş  axtarmağa  gələnlərin, 
həm  Ermənistan  ərazisindən  öz  doğma tarixi  yurdlarından  qovul­
muş  qaçqınların,  həm  də  Ermənistanın  işğalı  nəticəsində  Dağlıq 
Qarabağ  və  onun  ətraf rayonlarından  qovulmuş  məcburi  köçkün­
lərin  hesabına Bakı  və Sumqayıt  şəhərlərinin  əhalisinin  sayı  xeyli 
artmışdır.  Şəhər  əhalisinin  sayının  artması  isə  öz  növbəsində  bir 
çox  sosial  problemlərin  (işsizlik,  mənzil,  su,  qaz,  elektrik,  ərzaq 
təchizatı,  kommunal  xidmət,  nəqliyyat  və i.a.) yaranmasına, cina­
yətkarlığın,  oğurluğun,  narkomaniyanın,  sərxoşluğun  artmasına, 
şəhərin ekoloji mühitinin pisləşməsinə səbəb olur.
Hazırda  kənddən  şəhərə  axm  nətiıəsində  kəndlərdə 
“qocalma”  prosesi  gedir.  Gənclərin  kəndi  tərk  edərək  şəhərlərə 
getməsi  nəticəsində  əmək  qabiliyyətli  kənd  əhalisi  içərisində 
yaşlıların  və pensiyaçıların sayı  getdikcə artır.
Kənddə  apanlan  torpaq  islahatları  nəticəsində  fermer  və 
kəndli  təsərrüfatlarının  yaranması  təsərrüfatın  inkişaf etməsinə  və 
kənd  əhalisinin  həyat  səviyyəsinin  yaxşılaşmasına  şərait  ya­
ratmışdır.  Bu  isə  kənddən  şəhərə  miqrasiya edən  əhalinin  yenidən 
əks  istiqamətdə  kəndə  qayıtmasına  zəmin  yaratmışdır.  Şəhərdə 
sosial problemlərin çoxalması bu prosesə müəyyən təsir göstərir.
Kəndin  sosiologiyasının  başlıca  tədqiqat  vəzifələrindən 
biri  də  kəndin  sosial  infrastrukturu,  sosial  təyinatlı  obyektləri, 
xidmət  sahələri,  sosial  prosesləri  və  s.  ilə  bağlı  olan  problem­
lərin  (kənddaxili  və  kəndlərarası  yolların  vəziyyəti,  qaz,  elekt­
rik,  su  təchizatı,  məktəb,  xəstəxana,  uşaq  bağçaları,  mağaza, 
dəyirman,  çayxana,  yeməkxana,  bərbərxana,  aptek,  kənd  tə­
sərrüfatı  məhsullarını  emal  edən  sexlər,  tədarük  məntəqələri, 
poçt,  rabitə,  kitabxana  xidmətinin  vəziyyəti,  səhiyyə,  məşğul­
luq  və  miqrasiya  problemləri,  kənd  əhalisinin  təsərrüfat  fəaliy­
yəti,  kəndin  inkişafında  və  özünüidarəetməsində  iştirakı, 
kənddaxili  sosial təbəqələşmə və s.) araşdınimasıdır.
113


Yüklə 186,3 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə