Sosiologiya (Dərslik)


əm əyə münasibəti  formalaşdıran amillərin öyrənilməsidir.  Ey­



Yüklə 186,3 Kb.
Pdf görüntüsü
səhifə36/73
tarix06.05.2018
ölçüsü186,3 Kb.
#42945
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   73

əm əyə münasibəti  formalaşdıran amillərin öyrənilməsidir.  Ey­
ni  zamanda  ilk  növbədə  işçilərin  istehsal  gösəricilərinə  onun 
təsir dərəcəsinin aşkar edilməsi zəruridir.
Əməyə  münasibət  yalmz  istehsalat  sferasında  baş  verən 
proseslərin  nəticəsi  deyildir.  O  ictimai  həyatın  daha  geniş 
kontekstilə, 
məişətdə, 
ailədə, 
asudə 
vaxtda, 
təhsildə, 
mədəniyyət sahələrində, bir sözlə,  insanın bütün həyat tərzi baş 
verən hadisələrlə bağlıdır.
Konkret  istehsal  ' situasiyasında  müəssisə  səviyyəsində 
əmək  münasibətinə  təsir  edən  amillərdən,  birincisi,  işçilərin 
sosial-demoqrafik  xüsusiyyətləridir,  ikincisi  isə,  istehsal  və 
qeyri-istehsal  mühitinin  xüsusiyyətlərindən  ibarətdir.  İşçilərin 
sosial-demoqrafik xüsusiyyətlərinə  işçinin cinsi,  yaşı,  təhsili,  iş 
təcrübəsinə, 
həmçinin 
maraqlan, 
tələbatlan, 
dəyərlilik 
orientasiyası, dünyagörüşü kimi şəxsi xarakteristikalan aiddir.
Əməyə  bəslənən  münasibətinə  işçilərin  əmək  fəallığına, 
əmək  davranışının  motivlərinə  və  onlann  əməkdən  razıqalma 
dərəcəsinə  -  onun  obyektiv  və  subyektiv  göstəricilərinə -   təsir 
edən amillərin əlaqəsini aşkar etmək mühüm məsələlərdəndir.
Əməyə  bəslənən  münasibəti  və  əmək  fəallığı  dərəcəsini 
formalaşdıran  istehsalat  amillərinə  əməyin  ödənişi,  şəraiti, 
təşkili,  məzmunu,  fəaliyyət  müstəqilliyi,  öz  əmək  prosesinə, 
əmək kollektivində qarşılıqlı  münasibətlərə, rəhbərlik üsuluna 
və  s.  aid  olan  qərarlara təsir  etmək  imkanının  olması  amilləri 
aiddir.
§4. Müəssisənin sosial təşkili
Müəssisənin  sosial  təşkili  dedikdə  maddi  və  mənəvi  ne­
mətlərin  istehsalında,  məqsədin  birgə  reallaşmasında müvafiq 
qaydalara 
uyğun 
olaraq 
fəaliyyət 
göstərən 
işçilərin 
birləşdirilməsi başa düşülür.
Müasir dövrdə sosial təşkiletmənin rolu olduqca böyükdür. 
Belə  ki,  əmək  prosesi  əsasən  sosial  təşkiletmə  hüdudunda 
həyata  keçirilir.  Hər  bir  sosial  təşkiletməyə  müəyyən  əla­
mətlər  xasdır.  Buna ümumtəşkiletmə  məqsədinin  mövcud  ol­
142
masını;  üfıqi  ixtisaslaşma  yaxud  sərbəst  funksiyaları  yerinə 
yetirən  bölmələr  və  işçilərin  fəaliyyət  göstəricisilə  əlaqədar 
üfüqi üzrə əmək bölgüsünü;  şaquli ixtisaslaşma, yaxud rəhbər­
liyə  işçilərin  tabeçiliyi  və  asılılığım  əks  etdirən  şaquli  üzrə 
əmək bölgüsü göstərmək olar.
Sosial  təşkiletmə  kimi  müəssisə  formasında  əmək 
kollketivi  çıxış  edir.  Əmək  kollektivi  özünün  iki  keyfiyyətini 
vəhdətdə 
göstərir: 
bir 
tərəfdən 
sosial 
təşkiletmə
keyfiyyətində,  digər  tərəfdən  sosial  ümumilik  keyfiyyətində. 
Burada  fərq  aşağıdakılardan  ibarətdir.  Birinci  halda,  yəni 
sosial  təşkiletmə  keyfiyyətində  əmək  kollektivi  institutların 
müxtəlif növlülüyündən  ibarətdir  və  iadrəetmə  ierarxiyası  ilə 
xararkterizə  olunur.  İkinci  halda  o  cəmiyyətin  sosial 
qurumunun  ünsürləri  kimi  çıxış  edərək  sosial  təbəqələrə 
bölünmə kimi xararkterizə olunur.
Müəssisədə işçilərin birləşdirilməsinin üç səviyyəsi mövcuddur.
Əsas  kollektiv  -   burada  müəssisə  bütöv  halda  götürülür. 
Bu birləşmənin yüksək səviyyəsini xararkterizə edir.
İkinci kollektiv -  yəni aralıq səviyyə.  Bu kollektivlərə sex, 
sahə, şöbə aiddir.
İlkin  kollektiv  -   yəni  aşağı  səviyyə.  Bura  aiddir: 
briqadalar, bölmələr, laboratoriyalar vəs.
İlkin  kollektivlərin 
fərqləndirici 
xüsusiyyəti 
ondan 
ibarətdir ki, burada onların  üzvləri  arasında gündəlik möhkəm 
şəxsi  əlaqələr yaranır və  genişlənir.  İlkin  kollektivlər də  bila­
vasitə  şəxsi  ünsiyyətə  girməyə,  emosional,  şəxlərarası  müna­
sibətlərin yaranmasına zəmin yaranır.
İlkin  kollektivləri  əksər  halda kiçik  qrumlar  adlandırırlar. 
Belə qrumlann müəyyənedici əlaməti onlann sayının az olma­
sında  deyil,  onlann  üzvləri  arasında  işgüzar əlaqələrin bilava­
sitə olmasındadır. Bilavasitə ünsiyyətə girmək prosesində işçi­
lərin  fərdi  xüsusiyyətləri,  onlann  tələbatlan,  mənafeləri,  dəy­
ərliyi,  baxışlan  aşkar  olunur.  İşçilərin  bir-birini  qəbul  etmək, 
qarşılıqlı  dərk  etmək,  bir-birini  qiymətləndirmək  prosesi  baş 
verir.  İlkin  əmək  kollektivləri  özündə  kiçik  mühiti  əks  etdirir
143


ki,  burada  işçilərin  əmək  və  sosial  keyfiyyətləri,  qrup  dəyər­
liyi və davranışı normaları formalaşır.
Müəssisələrin 
müvəffəqiyyətli 
fəaliyyətinin 
təşkil 
edilməsi  yalnız  onun  texniki,  iqtisadi  və  sosial  yardımçı 
sistemlərinin qarşılıqlı təsiri ilə deyil həm də, onun aid olduğu 
sahə  və  əhalinin  yerləşdiyi  yerlə  əlaqədardır.  Belə  ki,  ərazi, 
şəhər  müəssisə  kollektivlərinin  sosial  mühitindən  ibarətdir. 
Burada  kollektivin  sosial  inkişafıma  ümumi  -   maddi  şərait 
yaranır.  Yəni  m ənzil-m əişət  təsərrüfatı,  sərnişin  nəqliyyatı, 
rabitə,  xidmət  sferaları,  mədəni  -   maarif  idarələri  sosial 
inkişafa böyük təsir edir.
Əmək kollektivlərində bütün ictimai münasibətlərdə bü və ya 
digər dərəcədə daima təkrar istehsal baş verir. Belə bir şərait emək 
kollektivləri  haqqmda,  onların  səlahiyyətinin  müəıyyən  edilməsi 
qanunda  əksini  tapmışdır.  Əmək kollektivinin  rolu  onların  yerinə 
yetirdikləri funksiyalar vasitəsi ilə aşkar olunur.
cəmiyyətin  fəaliyyətinin  müxtəlif  sferalarında  əmək 
kollektivlərinin iştirakını  xararkterizə  edən mühüm funksiyalar 
aşağıdakılardan  ibarətdir:  məqsədli  funksiya;  işçilərin  sosial 
tələbatlarını  təmin  edən  funksiya;  sosial-inteqrativ  funksiya; 
tərbiyələndirmə  funksiyası  təşkilatın  ərazi  istehsal-təsərrüfat 
və ictimai-siyasi həyatında iştirakı ilə əlaqədar olan funksiya.
§5. İşçilərin əməyə uyğunlaşması
İşçilərin  onun  üçün  yeni  predmet-əşya  və  sosial  mühitə 
daxil  edilməsi  uyğunlaşma  prosesi  deməkdir.  Şəxs  işə  qəbul 
olunarkən  o,  daxilən  təşkil  olunmuş  əmək  münasibətləri 
sisteminə  cəlb  edilir  və  eyni  vaxtda  bu  sistemdə  bir  neçə 
mövqe tutur. Belə ki, o, həm işçidir, həm də partiya, həmkarlar 
təşkilatının və digər birliklərin üzvüdür.
Hər  bir  belə  mövqeyə  tələblərin,  standartların,  davranış 
nümunələrinin  məcmusu,  yəni  sosial  rolu  müvafiqdir.  Sosial 
rollarda insanın davranışında o ümumiliklər və sosial qrupların 
tələbləri  təcəssüm  edilmişdir  ki,  o  həmin  ümumiliklərin  və
144
sosial  təşkilatların  üzvüdür.  Adları  çəkilən  hər  bir  mövqeni 
tutan insanın o mövqelərə müvafiq davranışı gözlənilir. M əsə­
lən,  səmərələşdiricinin sosial  rolu  istehsalın inkişaf imkanları­
nı  daima təhlil  etməsi,  təkmilləşdirmənin bu və ya digər vari­
antının  işlənilməsi,  səmərələşdirici  təkliflərin  verilməsi, 
mükafatlandırmanın  alınması  kimi  fəaliyyətlə  bağlıdır,  cə ­
miyyətdə,  təşkilatda bu mövqelərin,  rolların  kompleksi  şəxsin 
sosial vəziyyətini müəyyənləşdirir.
Müəssisəyə  işə  girərkən  şəxs  müəyyən  məqsədlərə, 
dəyərlərə  tələbatlara,  normalara,  davranışın  qaydalarına 
malikdir.  Onlara  müvafiq  olaraq,  əməyin  şəraitinə,  onun 
ödənişinə,  yüksəlmək  imkanlarına, 
sosial 
mühitə 
dair 
müəssisəyə  tələblər  təqdim  edir.  İşçinin  təşkilata  münasibəti 
onun  məqsədinin  realizə  edilməsi,  tələbatlarının  yerinə 
yetirilməsi səviyyəsindən asılıdır.
Lakin  müəssisə  və  ya  təşkilatın  da  müəyyən  məqsəd  və 
vəzifələri  vardır.  Bu  məqsəd  və  vəzifələrin  ən  əsaslan  - 
məhsul  buraxılışı,  maddi  və  mənəvi  nemətlərin  istehsalı, 
xidmətlərin  göstərilməsi,  əmək  intizamı,  müəssisə  daxili 
qaydalar  və  s.  təşkil  edir.  Bunlara  müvafiq  olaraq,  təşkilatda 
(sosial  mühitdə)  öz  sosial  deyərləri  və  normalan  yaranır. 
Bunun  əsasında  müəssisə  də  işçinin  təhsilinə,  ixtisasına, 
məhsuldarlığına  və  əmək  intizamına,  onun  kollektivdə 
işləmək  qabiliyyətinə,  istehsalın  dəyişən  şəraitini  müsbət 
qavramağa hazır olmasına dair tələblər təqdim edir.
Beləliklə,  işçinin  və  təşkilatının  birgə  fəaliyyətinin  gedi­
şində onlann qarşılıqlı surətdə uyğunlaşması, əm ək adaptasiy­
ası  prosesi  gedir.  Kollektivin  dəyərləri  və  normalan  aynlıqda 
götürülmüş  hər  bir  işçinin  dəyərldəri  və  normalanndan  nə 
dəçrəcədə böyük olarsa,  nə  qədər o,  bunlan  tez  qəbul  edərsə, 
öz  sosial  rollanm  tez  mənimsəyərsə  bir  o  qədər  bu  proses 
müvəffəqiyyətlə  keçəcəkdir.  Müəssisə  işçinin  istək  və  tələb­
lərinə  nə  qədər tez  cavab  verərsə,  onun  işdən razı  qalması  da 
bir  o  qədər  artar.  Beləliklə,  uyğunlaşma  -   şəxslərlə  onlann
145


Yüklə 186,3 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə