Sosiologiya (Dərslik)



Yüklə 186,3 Kb.
Pdf görüntüsü
səhifə32/73
tarix06.05.2018
ölçüsü186,3 Kb.
#42945
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   73

Sənayenin  inkişafının  ilk  pilləsində,  texnologiya  bəsit  olan 
zaman,  fəhlələr  aşağı  ixtisaslı  olduğu  dövrdə  kadrların  təhsil 
almasına  tələbat  da  yox  idi.  Lakin  sənayenin  inkişafı  ixtisaslı 
işçilərin  hazırlanmasım  tələb  etdiyinə  görə  təhsil  sisteminin 
genişləndirilməsi zərurətə  çevrildi.  Bu  da elektrotexniklərə və 
mühəndislərə tələbatı artırdı.
Hazırda  bir  çox  ölkələrdə,  o  cümlədən  Azərbaycanda 
dövlət  məktəbləri  ilə  yanaşı,  özəl  məktəblər  də  fəaliyyət  gö­
stərir.  E.Dürkheym  göstərirdi  ki,  təhsil  heç  vaxt  sosial  qruplar 
üçün  eyni  olmur,  nə  qədər ki,  sosial  stratifıkasiya var,  belə  də 
olacaqdır.  Orta əsrlər Avropasında ali  təhsilin  bütün  sistemləri 
elitar  olduğu  halda,  XX  əsrdən  başlayaraq  bir  çox  ölkələrdə 
elitar institutların  dağılması  prosesi müşahidə  olunur.  Britaniya 
təhsil modelində  uzun müddət strati fıkasiya saxlansa da,  1944- 
cü  ildə  Təhsil  haqqında  Qanun  qəbul  edildikdən  sonra  vahid 
orta m əktəblər şəbəkəsi  genişlənmişdir.  ABŞ təhsil  sistemində 
isə  uzun  müddət  dini,  irqi  və  etnik  əlam ətlərə  görə  stratifika- 
siya  saxlanmış,  yalnız  1954-cü  ildən  sonra  qara və  ağdərililə- 
rin  bir  yerdə  təhsil  almasına  icazə  verilmişdir.  Təhsillə  dövlət 
arasında  qarşılıqlı  əlaqə  təhsil  üzərində  nəzarətin  mərkəzləş- 
məsi  dərəcəsi  ilə  xarakterizə  olunur.  Keçmiş  SSRİ-də  təhsil 
çox  ciddi  surətdə  mərkəzləşdirilmişdi.  ABŞ-da isə  təhsil  mər­
kəzləşdirmədən  uzaqdır,  burada  təhsilə  nəzarət dövlət və yerli 
səviyyədə  həyata  keçirilir.  Eyni  zamanda  Amerika  təhsil  sis­
temi  özündə  çox  böyük  sayda  xüsusi  məktəbləri  birləşdirir  və 
bunlara dövlət heç  bir  nəzarət  etmir.  ABŞ-da son  illər  ali  təh­
silə  ayrılan  vəsait  qeyri-hökumət  mənbələrindən  daxil  olmağa 
başlamışdır.
Təhsil  sistemi  insanların  özünün  də  daxil  olduğu  geniş 
ictimai  təkrar istehsala  təsir  etdiyindən  bu  sahənin  inkişafı  cə­
miyyətin diqqətindən heç vaxt yayınmamalıdır.
§4. Dinin sosiologiyası
Dinin  sosiologiyası  nisbi  müstəqil  elm  sahəsi  kimi  çıxış 
edir.  Sosial  institut  kimi  dinin  sosiologiyası  dinin  mənşəyini, 
cəmiyyətdə  tutduğu  yeri 
və  oynadığı  rolunu, 
inkişaf 
qanunauyğunluqlarını,  digər  sosial 
institutlarla  qarşılıqlı 
əlaqəsini  öyrənir.  Dinin  strukturuna  dini  şüur,  dini  fəaliyyət, 
dini  təşkilatlar  daxildir.  Dini  şüur  ictimai  şüurun  spesifik 
forması  olub,  dini  ideologiya  və  psixologiyanı  özündə 
birləşdirir.  Dini  fəaliyyət  kultda  və  digər  formalarda  özünü 
göstərir.  Dini  kult  dini  inamı  reallaşdırmağa  edilən  cəhddir. 
Dini  şüur  dini  kulta  münasibətdə  ilkin  olub,  dini  obrazları  və 
təsəvvürləri  dini  ideologiya səviyyəsində  formalaşdırır,  müda­
fiə  edir və  inkişaf etdirir.  Dini  təşkilatlar  isə  iarixin  müəyyən 
pillələrində  meydana  gəlmiş  xüsusi  təşkilatlardır,  cəmiyyət 
inkişaf  etdikcə  bu  təşkilatlarda  dövrlərə  uyğun  dəyişikliklər 
baş  vermiş, dinin ictimailəşməsi prosesi  getmişdir.  Dinin  sosial 
mahiyyətinə  gəldikdə  qeyd  edilməlidir ki,  o, bəşəri  dəyərlərin 
qorunub  saxlanmasında,  insanların  fəaliyyətinin  mənəvi  cə ­
hətdən təmizlənməsində mühüm rol oynayır.
Din  gündəlik  həyatda  insanlar  üzərində  hökmranlıq 
edən  qüvvələrin  onların  beynində  fantastik  inikasıdır,  elə 
bir  inikas ki,  təbii və dünyəvi  qüvvələr  fövqəltəbii  və səma 
qüvvələri  rolunda  çıxış  edir.  Din  eyni  zamanda  emosional 
hiss  və  həyəcanları,  spesifik  ayin  fəaliyyətlərini  və  dini  təşki­
latları  birləşdirən  etiqadların  sistemidir.  Dinin  əsas  elementləri 
aşağıdakılardır:  etiqad  edənlər  qrupu,  müqəddəs  hesab  edilən 
fövqəltəbii  qüvvələrə  maraq,  spesifik  etiqad  sistemi,  mərasim­
lər,  dini  həyat tərzi  haqqında  təsəvvürlər.  Dini  təsəvvürlər  in­
sanları  müəyyən  qnıp  halında  birləşdirir.  Sosioloqları  ən  çox 
dini  qrupların  cəmiyyətdəki  digər  qruplardan  nə  dərəcədə 
fərqlənməsi  maraqlandırır.  Dinin tədqiqi  müsəlmanları,  kato­
likləri,  provaslavları,  protestantları,  buddistləri  və  s.  bir­
ləşdirən  böyük qrupların  tədqiq  olunmasını  əks  etdirir.  Hər bir 
dində  müxtəlif müqəddəs  predmetlər və  hadisələr olur.  M əsə-
127


lən,  müqəddəs  Kəbəni  ziyarət  etmək  hər  bir  müsəlmanın  ar­
zusudur.  Kəbə  insanlarda  kamilləşmək,  təmizlənmək,  miiqəd- 
dəsləşmək simvolu təsiri  bağışlayır.  Digər müqəddəs yerlər də 
insanlarda  şəfa  tapmaq,  bədbəxt  hadisələrdən  sığortalanmaq, 
günahları  yumaq, mənəvi  sakitlik tapmaq  ümidlərini  artırır.
Dinin  təsnifatının  bir  neçə  üsulları  vardır.  Birinci 
üsula  görə  din  onun  nümayəndələrinin  adı  ilə  sistemləşdirilir 
(müsəlman, katolik, protestant,  buddist və  s.).  İkinci  üsula gö­
rə  o,  müəyyən  dinin  tipinin  sadəlik  və  mürəkkəblik  dərəcəsi­
nə görə sistemləşdirilir.  Bu sistem  Bellax  sitemi  adlanır.  Bellax 
dinin  beş  kateqoriyasını  ayırır:  bəsit,  arxaik,  tarixi,  erkən  mo­
dern  və  modern.  Üçüncü  sistem  M.Veber  tərəfindən  irəli 
sürülmüşdür.  Bu  sistem ruhun  xilas  edilməsi  haqqında etiqadın 
xarakterinə  diqqət yetirir və  ruhun  xilasının  passiv  (mistisizm) 
və  ya aktiv (asketizm)  üsulunun  seçilməsini  özündə  əks etdirir.
Bəşəriyyətin  ilkin  inkişaf mərhələsində  din  olmamışdır. 
Ən  qədim  insanların  təsəvvürləri  onların  təbiətə  və  ibtidai 
icmanın  üzvlərinə  olan  münasibətlərinin  bilavasitə  inikası 
hüdudlarından  hələ  kənara  çıxmırdı,  cəmiyyətlərin  sonrakı  in­
kişaf mərhələsində  sadə  dini  ayinlər,  bütpərəstlik,  çoxallahlıq 
və  nəhayət  təkallahlıq  (buddizm,  xristianlıq,  islam)  meydana 
gəlmişdir.  Dini  etiqad  tarixən  yaranmış  dini  təşkilatlar  vasitə­
silə  həyata  keçirilir.  Dini  təşkilatlaıa  məscid,  kilsə  və  sekta 
daxildir.  Məscid,  kilsə  cəmiyyətlə  sıx  bağlıdır  və  onıııı  daxi­
lində  fəaliyyət  göstərir.  Sekta  cəmiyyətin  hakim  dəyərlərini 
inkar  edir  və  diqqəti  mərasimlərə,  müəyyən  etiqada  yönəl­
tməyi  tələb  edir.  Sektalar  cəmiyyətlə  normal  münasibətlər 
saxlasa  da,  özünə  yeni  üzvlər  cəlb  etmək  üçün  digər  dini  təş­
kilatlarla rəqabətə də girir.
Dinin  qorunub  saxlanmasında  və  onun  gələcək  nəsillərə 
ötürülməsində  ailə  böyük  rol  oynayır.  Aparılmış  sosioloji  təd­
qiqatlardan  aydın  olur ki,  müasir dindarların  əksəriyyəti  ailədə 
hakim  olan  ruha  və  ənənəyə  ııyğım  olaraq  dindar  olmuşlar. 
Dinin  sosial  köklərindən  onun  tarixi  köklərini  fərqləndirmək 
lazımdır.  Belə ki,  dinin  taı ıxi  kökləri dedikdə müasir dinlərin
tarixi  inkişaf şərtləri  başa  düşülür.  Dinin  qnoseoloji  kökləri  isə 
idrak  fəaliyyəti  prosesində  insan  şüurunda  dini  təsəvvürlərin 
yaranması  olmuşdur.  Dini  təsəvvürlərin  yaratdığı  dünya  din­
darlar tərəfindən  subyektiv  şəkildə  reallıq  kimi  qəbul  edilir.
Din  özündə  sehrbazlığın  müəyyən  elementlərini  yaşatsa 
da,  o.  sehrbazlıqdan  fərqlənir.  Din  insana  ölüm  qorxusunu  d ə f 
etməkdə, rastlaşdığı  ədalətsizliklərə dözməkdə yardım  edir.
E.  Diirkheyın  hesab  edir  ki,  dinin  sosial  funksiyası  icti­
mai  əlaqələri  inikas  etdirmək  və  möhkəmləndirməkdən  iba­
rətdir.  Konfliktoloji  nəzəriyyənin  tərəfdarlarına  görə,  din  cə­
miyyətin  bir  qrupunun  digəri  üzərində  hökmranlığına  xidmət 
edir.  Din  aşağı  təbəqələrə  o biri  dünyada daha yaxşı  həyat  vəd 
etməklə  onları  bu  dünyadakı  problemlərin  həllindən  uzaqlaş­
dırır.  Konflikt nəzəriyyəsində  dini  hərəkatlarla  siyasi  konflikt­
lər arasında qarşılıqlı  əlaqənin  olması  ideyası  irəli  sürülür.
Din  sosial  dəyişikliklərə  də  səbəb  ola  bilir.  M.Veber 
kalvinist  etiqadla  və  protestant  əmək  etikası  ilə  kapitalizmin 
inkişafının  bağlılığını  göstərmişdir.  Dinin  cəmiyyətə  təsirini 
1978—
ci  il  İran  İnqilabından  sonra  islam  fundamentalizminin 
güclənməsi  əyani  sübut  edir.
Dindarlıqla  dini  hissləri  eyniləşdirmək  olmaz.  Məscidə 
və  ya  kilsəyə  getmək  tam  mənada  dindar olmaq  demək  deyil­
dir,  çünki  bir çox  adam  buraya  başqa  məqsədlə  baş  çəkir.  Eyni 
zamanda  elə  hallar  da  olur  ki,  həqiqi  dindarlar  məscidə,  kil­
səyə  heç  baş  çəkmir  və  ya  az  gedir.  Elmin  inkişafı,  milli  döv­
lətlərin  sayının  artması,  kapitalizmin  inkişafı  dinin  xarakterin­
də də  dəyişkiliyə  səbəb olur.  Sağ dini  dairələr müəyyən  sosial 
qanunvericiliyin  qəbul  edilməsinə  nail  olmağa  çalışır  (abortun 
qadağan  edilməsi,  gözəllik  yarışlarının  dayandırılması,  homo- 
seksualistlərə  verilən  azadlığın  məhdudlaşdırılması  və s.),  hət­
ta  siyasi  m əsələlərə  dair  qərarların  qəbul  edilməsinə  təsir  gö­
stərir  (nüvə  silahlarının  qadağan  edilməsi  və  s.).  XX  əsrin  60- 
70-ci  illərindən  başlayaraq  yeni  dini  şüurun  əm ələ  gəlməsi 
nəticəsində  çoxlu  təzə  dini  cərəyanlar  yaranmağa  başlamışdır 
(«Krişna  şüuru»  və  s.).  Yeni  dini  cərəyanlar  adətən  həyat


Yüklə 186,3 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə