Sosiologiya (Dərslik)


Ona  görə  də  sosial  nəzarət  olmadan  kollektivin  işini  qaydaya



Yüklə 186,3 Kb.
Pdf görüntüsü
səhifə40/73
tarix06.05.2018
ölçüsü186,3 Kb.
#42945
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   73

Ona  görə  də  sosial  nəzarət  olmadan  kollektivin  işini  qaydaya 
salmaq, nizamlamaq mümkün deyildir.
Bazar  iqtisadiyyatı  şerafimdə  butun  əmək  kollektivlərinin 
ən  umdə  vəzifələrindən  bin  mütəşəkkil  və  ahəngdar  işləməyə 
nail  olmaqdan  ibarətdir.  Bu  vəzifə  mövcud  istehsal  amillərinin 
vəhdətliyinin  optimallaşdınlması  zəruriliyindən  irəli  gəlir. 
Beləliklə,  hər bir  işçinin  və  bütövlükdə  kollektivin  fəaliyyətinin 
ahəngdarlığının  təmin  olunmasında  sosial  nəzarət  mühüm 
əhəmiyyət  kəsb  edir.  Odur  ki,  sosial  nəzarət  sosial  proseslərin 
bütövlüyünü  və  vəhdətliyini  təmin  edən,  nəticə  etibarilə  onun 
tənzimlənməsinə imkan verən bir vasitədir.
Əmək  sferasında  sosial  nəzarətin  mahiyyəti  həmin 
prosesdə yerinə yetirilən aşağıdakı funksiyalarda əks olunur:
1)  Qiym ətləndirmə  funksiyası.  Bu  funksiya  işçilərin 
hərəkətinin,  davranışının  sosial  əhəmiyyətinin  qiymətləndi­
rilməsi  və  onların  tələb  olunan  davranış  normaları  ilə 
müqayisə edilməsini nəzərdə tutur.
2)  Stimullaşdırıcı  fimksiya.  Bu  funksiya  işçinin  həm 
pozitiv,  həm  də  neqativ  davranışını  tənzimləmək  məqsədilə 
ona münasibət bildirməkdən ibarətdir.
3)  Əmək  intizamının  möhkəmləndirilməsi  funksiyası. 
Bu funksiyanın mahiyyəti  ondan  ibarətdir ki,  əmək  intizamının 
yüksək  səviyyəsini  təmin  edən  və  onun  pozulması  hallarının 
azaldılmasına imkan verən istehsal şəraiti, mühiti yaradılsın.
Əmək  prosesində  sosial  nəzarətin  həyata  keçirilməsi 
üsulları işçilərin iqtisadi, texnoloji və  sosial qarşılıqlı əlaqəsinin 
xarakterindən,  iş  yerində  fəaliyyətin  sərbəstlik  dərəcəsindən 
asılıdır.  İş  yerində  fəaliyyətin  sərbəstlik  dərəcəsi  isə  öz 
növbəsində 
istehsalın 
texnologiyasının 
xarakteri 
 
xüsusiyyətləri,  habelə  işçilər  arasında  funksional-istehsal 
əlaqələri  ilə  müəyyən  olunur.  Əmək  fəaliyyəti,  işin  ahəngi  və 
onun  sürəti  reqlamentləşdilməyən  iş  yerlərində  sosial  nəzarət 
xüsusilə  zəruridir.  Buna  misal  olaraq  avadanlığı  sazlayanlan, 
çlingər-texniki  işçiləri,  iqtisadi  və  kadrlar  xidməti  şöbələrini 
göstərmək  olar.  Əməyin  konveyr  üzrə  təşkilində  texnoloji 
nəzarət sosial nəzarətin zəruriliyini nisbətən zəiflədir.
158
iqtisadi  cəhətdən  inkişaf etmiş  ölkələrdə  əmək  qabiliy­
yətli  əhalinin  əhəmiyyətli  hissəsini  qeyri-maddi  istehsal  sfe- 
ralan özünə cəlb edir. Bura elm,  səhiyyə,  təhsil,  məişət xidməti 
sahələri  və  s.  aiddir.  Bu  sahələrdə  iş  şəraiti  sənayedə, 
nəqliyyatda,  tikintidə  olduğundan  əhəmiyyətli  dərəcədə  fərq­
lənir.  Belə  ki,  gösterilən  sahələrdə  iş  rejimi,  işin  ahəngi  və 
sürəti  az  reqlamentləşdirilir  və  istehsalçılarla  bilavasitə  əlaqə 
həyata keçirilmir.  Bu sosial nəzarətin zəruriliyini  gücləndirir və 
onun təsiredici formalarının axtarılmasım tələb edir.
Kollektiv  səviyyəsində  sosial  nəzarətin  kim  tərəfindən 
həyata  keçirilməsindən  asılı  olaraq,  onun  aşağıdakı  növlərini 
ayırd edirlər:
1)  İnzibati  sosial  nəzarət.  Bu  nəzarət  növünün  həyata 
keçirilməsi üçün yuxan təşkilat müəssisənin və onun bölmələrinin 
rəhbərlərinin müvafiq  səlahiyyət dairəsini  müəyyən  edir,  inzibati 
nəzarət  əvvəlcədən  yazılmış,  qanunlaşdınlmış  prosedura  olub, 
mövcud  hüquqi-normativ  sənədlərə  əsaslanır.  Bu  halda  dəqiq 
qeyd olunmuş təsir vasitələrindən istifadə olunur.
2) İctimai təşkilatların nəzarəti. Bunu həmkarlar ittifa­
qı,  ictimai  kadrlar  şöbəsi,  müxtəlif  təyinatlı  komissiyalar 
(ictimai təşkilatlar tərəfindən təşkil edilən) həyata keçirir.
3)  Qrup  sosial  nəzarəti.  Sosial  nəzarətin  bu  növü  kol­
lektivin  bir  qrupunun  işçilərə  təsirini  nəzərdə  tutur.  Qrup 
sosial  nəzarətinin  iki  cəhətini  fərqləndirmək  lazımdır:  rəsmi 
və  qeyri-rəsmi  (sosial-psixoloji).  Rəsmi  növə  əmək  kollek­
tivlərinin  iclasları,  istehsalat  müşavirələri  və  s.  aiddir.  Nəza­
rətin qeyri-rəsmi  növü davranışa kollektiv  üzvlərinin qarşılıqlı 
münasibətini  əks  etdirir.  Bura  işçinin  hərəkətini  bəyənmək, 
yaxud  onunla  əlaqədə 
olmaqdan  imtina  etmək,  dostluq 
münasibətlərində  olmaq  və  s.  aiddir.  Qeyd  etmək  lazımdır  ki, 
kollektivə  qeyri-formal  nəzarət növü  ilə  daha  çox  təsir  etmək 
olur, nəinki nəzarətin inzibati növü ilə.
4)  Öz-özünə  nəzarət.  Burada  işçinin  özünün  öz  davra­
nışına nəzarət etməsi nəzərdə tutulur.
Öz-özünə  nəzarət  işçinin  cəmiyyətdə  və  kollektivdə  qə­
bul  olunmuş  davranış  dəyərlərinin  və  normalarının  mənim­
159


sənilməsi  ilə  əlaqədardır.  Fərdi  dəyərlər  və  normalann 
ümumkollektiv  dəyər  və  normalarına  uyğun  gəldikdə  özünə 
nəzarət daha təsirli olur. Bununla yanaşı, işçinin şüur səviyyəsi 
yüksəldikcə  borc  hissinə,  peşə  şərəfinə,  vicdanına  əsaslanan 
özünə  nəzarətin  əhəmiyyəti  daha  da  artır.  Xarici  nəzarətin 
özünə  nəzarətlə  əlaqələndirilməsi  təsiretmənin  daha  səmərəli 
formasıdır.  Bu  çevik  qrafik  işinə  keçməyə  şərait  yaradır.  Bu 
halda  işçinin təqsiri üzündən növbədaxili  iş  vaxtı  itkiləri  ləğv 
edilir,  işə  gecikmək  və  işdən  vaxtından  əvvəl  getmək  hallan 
aradan  qaldırılır.  İnzibati  qaydada  icazə  ilə  iş  vaxtı  itkiləri 
kəskin  surətdə  azalır.  Qrup  nəzarətinin  və  özünənəzarətin 
rolunun  artması  kollektivin  və  işçinin  əməyin  son  nəticəsinə 
məsuliyyətini  yüksəldir.  Burada  məsuliyyət  özünə  nəzarətin 
vasitəsi  kimi  çıxış  edir.  Sosial  nəzarətin  subyekti  kimi  ilkin 
əmək  kollektivlərinin  və  işçinin  özünün  rolunun  güclənməsi 
onların  səlahiyyətlərinin,  hüquq  və  vəzifələrinin  geniş­
ləndirilməsinə  kömək  edir  ki,  bu  da  praktik  cəhətdən  əmək 
fəaliyyətinin  səmərəli  şəkildə  həyata  keçirilməsinə  imkan 
verir.  Sosial  nəzarətdə  iştirak  etmək  sayəsində  kollektiv  ve 
onun  hər  bir  işçisi  məsuliyyət  subyekti  olur,  yəni  hüquqi, 
iqtisadi və mənəvi subyekti olur.
Məsuliyyət mühüm  sosioloji kateqoriya olub  işçinin  cə­
miyyətə,  işə,  iş yoldaşlarına münasibətini xarakterizə etməklə, 
hüquqi  və  mənəvi  normalann  icrasını  özündə  əks  etdirir. 
Sosial nəzarətin aktiv iştirakçısı olmaqla işçi öz-özü qarşısında 
özünün  davranış  və  fəaliyyətinə cavabdeh olur.  A.S.Makaren- 
ko  qeyd  etmişdir:  «Məsuliyyət  ona  görə  mövcud  deyil  ki, 
adamlar  tənbehdən  qorxurlar,  həm  də  ona  görədir  ki,  insan- 
lann  təqsiri  üzündən  hər  hansı  bir  əşyanın  korlanmasına  yol 
verdiyi  halda tənbehsiz  də  özünü narahat hiss  edir.  Məhz belə 
məsuliyyət hissi ilə vətəndaşı tərbiyələndirmək lazımdır...».
Məsuliyyət  şəxsiyyətin sosial  xassəsi  kimi  adamların öz 
davranışında  kollektiv  tərəfindən  qəbul  edilmiş  sosial 
normalara  əsaslanmasını,  vəzifəsini  dəqiq  icra  etməsini  və  öz 
fəaliyyəti üçün cavab verməyə hazır olmasım xarakterizə  edir. 
Məsuliyyətin başlıca  əlamətləri bunlardır:  şüurluluq,  dəqiqlik,
160
işində  ciddi  olmaq,  təşəbbüskarlıq,  həvalə  edilmiş  işin  yerinə 
yetirilməsinə çalışmaq və s.
Məsuliyyət  probleminin  öyrənilməsi  həyata  keçirilməsi 
növlərinin,  şərtlərinin,  hədlərinin  və  mexanizminin  dəqiqləş- 
dirilməsni tələb edir.  Bu halda fərdi və  kollektiv məsuliyyətin 
əlaqələndirilməsinə, uyğunlaşdınlmasma xüsusi  diqqət yetiril­
məlidir.
Əmək  sferasında  sosial  nəzarət  mexanizmi  üç  əsas 
komponentdən ibarətdir:
1) Fəaltiyyətin plan və qiymətləndirmə göstəriciləri.
2) Sosial norma -  davramş normalan.
3)  Sanksiya.
Bunlar  hər  bir  işçinin  və  qrupun  davranışına  fəal  təsir 
vasitəsidir.  Sahənin,  idarənin,  müəssisənin  və  ayrı-ayrı  işçi­
lərin işinin planlaşmasında, uçotunda və  fəaliyyət nəticələrinin
 
qiymətləndirilməsində 
müxtəlif 
göstəricilərdən 
istifadə 
olunur.  Məsələn,  bunlara  kəmiyyət  və  keyfiyyət,  mütləq  və 
nisbi, natural və dəyər ğostəriciləri aiddir.
Plan  və  qiymətləndirmə  göstəriciləri  əmək prosesi  işti­
rakçılarının  qarşılıqlı  münasibətlərinin  xarakterinə  və  əmək 
fəallığına  səmərəli  təsir  etmə  imkanlarına  malikdir.  Fəaliy­
yətin  bu  göstəriciləri  qiymətləndirmə  funksiyalarını  yerinə 
yetirir.  Onlar  işçinin  və  kollektivin  əmək  fəaliyyətinin  əsas 
meyan  kimi  çıxış  edir.  Əmək  davranışına  əməyin  nəticələrini 
əks  etdirən  kompleks  göstəricilər  təsir  edir.  Bu  göstəricilərə 
aiddir:
1) verilmiş tapşırıqların yerinə yetirilməsi;
2) əvvəlki dövrə nisbətən artım;
3) müxtəlif kateqoriyalı işçilərin mükafatlandırılması;
4)  sağlam  bəhsləşmənin  təşkilində  istifadə  olunan 
göstəricilər.
Əgər  göstəricilər  düzgün  seçilərsə,  bu  halda  ayn-ayn 
işçilərin, kollektivin və cəmiyyətin mənafelərinin ahəngdarlığı 
təmin edilər.
Hazırda  təsərrüfatın  ayn-ayn  sahələrində  istehsalat 
birlikləri  və müəssisələr üçün norma və  normativlərin,  göstə­
161


Yüklə 186,3 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə