Sosiologiya (Dərslik)


olması, kollektivin hər bir üzvü tərəfindən kollektivdəki işlərin



Yüklə 186,3 Kb.
Pdf görüntüsü
səhifə39/73
tarix06.05.2018
ölçüsü186,3 Kb.
#42945
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   73

olması, kollektivin hər bir üzvü tərəfindən kollektivdəki işlərin 
vəziyyətinə  görə  öz  üzərinə  məsuliyyətin  götürülməsindən 
ibarətdir.  Əlverişli  psixoloji  mühiti  olan kollektiv  üçün  işçilər 
arasında  qarşılıqlı  inam,  şəxslərarası  münasibətin  səmimiliyi, 
mehribanlığı,  yoldaşcasına  deyilmiş  məsləhətlərin  qavranma- 
sına  meylliliyin  olması  səciyyəvidir.  Belə  kollektivlərdə  işlə­
m əyə pozitiv münasibət yaranır.
154
FƏSİL IX
SOSİAL NƏZARƏT
§1. Sosial nəzarətin mahiyyəti, növləri və funksiyaları
Müasir şəraitdə sosial nəzarətin məzmunu, miqyası xeyli 
dərəcədə yeniləşir.  Cəmiyyətin inkişafında mühüm əhəmiyyət 
kəsb  edən  sosial  nəzarət  insanın  fəaliyyəti  və  davranışı  ilə 
əlaqədar olan ən müxtəlif prosesləri əhatə edir.
Sosial nəzarət bir tərəfdən cəmiyyət üzvlərinin zəncirvari 
davranışının gücləndirilməsinə,  digər tərəfdən  isə ümum qəbul 
edilmiş  normaların  həddini  aşan  davranış  nümunələrinin  sıxış- 
dınlmasına, ləğv edilməsinə istiqamətlənir.
Sosial nəzarət termini  elmi dövriyyəyə  fransız sosioloqu və 
kriminoloqu Qabriel Tard (1843-1904) tərəfindən daxil edilmişdir.
0 , əvvəlcə sosial nəzarəti cinayətkarın ictimai fəaliyyətə qayıtma­
sı vasitəsi kimi nəzərdən keçirmişdir.  Sonralar o, həmin anlayışın 
məzmununu  genişləndirərək,  onu  şəxsiyyətin  sosiallaşmasımn 
mühüm amilərindən biri kimi başa düşmüşdür.
Q. 
Tardın təsiri  altında sosial  nəzarət nəzəriyyəsinin  işlənib 
hazırlanmasında  iki  Amerika  sosiloqunun  xüsusi  xidmətləri  ol­
muşdur: Amerika sosiologiyasının və sosial psixologiyasının bani­
lərindən  biri  Edvard  Ross  (1866-1951)  və  Çikaqo  məktəbinin 
bünövrəsini qoyanlardan biri Robert Park (1864-1944).
E.Rossun  fikrincə,  sosial  nəzarət  «sağlam»  sosial  qayda 
yaratmaq  məqsədilə  fərdin  davranışına  cəmiyyətin  məq­
sədyönlü təsiridir. R.Park  isə belə hesab edir ki,  sosial  nəzarət 
sosial qüvvələrlə  insan təbiəti arasında müəyyən nisbəti təmin 
edən  vasitədir.  O,  sosial  nəzarətin  üç  formasını  ayırd  edir:
1.  Elementar  (əsasən  məcburi)  sanksiyalar;  2.  İctimai  rəy; 
3. Sosial institutlar.
R. 
Laper sosial  nəzarət nəzəriyyəsini  maraqlı tədqiqatlan 
ilə  zənginləşdirmişdir.  Laperin  fikrincə,  sosial  nəzarət  elə  bir 
vasitədir  ki,  onun  köməyi  ilə  fərd  tərəfindən  mədəniyyətin 
mənimsənilməsi  və  nəsildən-nəslə  ötürülməsi  təmin  edilir. 
Fərdi  səviyyədə  sosial  nəzarət  fərdlə konkret situasiya arasın­
da vasitəçi rolunu yerinə yetirir.  R.Laper belə bir nəticəyə g ə-
155


lir ki,  sosial nəzarətin m üxtəlif tipli cəmiyyətlərdə fəaliyyət 
göstərən üç universal mexanizmi mövcuddur:  1) fiziki  san­
ksiyalar  (qrup  normalarını  pozmağa  görə  fərdin  cəzalandırıl­
ması);  2)  iqtisadi  sanksiyalar  (cərim ə,  qorxutma  və  s.);  3) 
inzibati sanksiyalar.
Sosial  nəzarət  sayəsində  cəmiyyətdə  formalaşan  mədə­
niyyət  ünsürlərini  hər  bir  insanın  mənimsəməsi  prosesi  əhə­
miyyətli dərəcədə intensivləşir.
Sosial  nəzarətin  davranışa  təsiriniməsələsinin  izahında 
Qərb  sosioloqlarının,  xüsusilə  də  T.Parsonsun mühüm xidmət­
ləri vardır.  O,  tamamilə haqlı  olaraq gösterirdi ki,  «sosial  nəza­
rət  ayn-ayn  şəxslərin,  sosial  qrupların  davranışında  və  fəa­
liyyətində  ola biləcək...  kənarlaşma meyllərinin qarşısını  alır». 
Deməli,  sosial  nəzarət  cəmiyyətdə  insanların  edəcəyi müxtəlif 
davranış  və  hərəkətlərə  göstəriləcək  münasibəti  əvvəlcədən 
əsasən görməyə imkan verir.  Sosial nəzarət vasitəsilə insanların 
qarşılıqlı  əlaqələri  uzlaşdırılır,  ictimai  sistemdə  ahəngdarlıq  tə­
min edilir. Nəticə etibarilə insanlann əksəriyyəti,  eləcə də sosi­
al  qrupun hər bir üzvü  etdiyi  hərəkət və  davranışa görə onu nə 
gözləyə  biləcəyini  qabaqcadan  bilir,  dərk  edir.  Sosial  qrupun 
hər  bir  üzvü  mövcud  situasiyada  digər  şəxslər  tərəfindən  başa 
düşülmək üçün özünü necə aparmaq lazım olduğunu, davranışı­
nın müqabilində ona göstəriləcək reaksiyam anlayır.'
Sosial  nəzarəti  en  müxtəlif vasitələrlə  ifadə  etmək  olar. 
Hər  hansı  cəmiyyət  özünün  qərarlaşmış  qaydalarına  tabe  ol­
maq  istəməyən üzvlərinə  münasibətdə  müəyyən  vasitələr  se­
çir  və  tətbiq  edir.  Heç  bir  cəmiyyət  sosial  nəzarətsiz  keçinə 
bilməz.  Hətta təsadüfən  bir yerə  toplanmış  insanlann kiçik bir 
qrupu  da  qısa  müddət  ərzində  olsa  da,  özünün  bütövlüyünü 
saxlamaq üçün özünənəzarət mexanizmini hazırlayır.
Sosial nəzarət  cəmiyyətə münasibət  baxımından  iki  əsas 
funksiyasını yerinə yetirir;
1.  Mühafizə edici, qoruyucu;
2.  Sabitləşdirici, möhkəmləndirici.
Sosial  nəzarət  bir  sıra  anlayışlan  sosial  normalar,  sə­
rəncam,  göstəriş,  sanksiyalar,  hakimiyyət  səlahiyyəti  və  s.
156
əhatə  etməklə  ictimai  qaydalan,  nizam-intizamı  və  sosial  sa­
bitliyi saxlamağın xüsusi mexanizmi kimi çıxış edir.
cəmiyyətdə  hər bir  şəxs  və  onun  fəaliyyəti  sosial  nəza­
rətin bu və ya digər formaları, növləri və nümunələri  ilə əhatə 
olunmuşdur.  Şəxsin  özünün  daxili  və  yaxın  əhatəsindən  baş­
layaraq  onu  bir  neçə  nəzarət  sistemləri  əhatə  edir.  Bunlardan 
siyasi-hüquqi  sistemi,  ictimai  əxlaqı,  adət  və  ənənəni,  peşə- 
vəzifə sistemini, qeyri -  formal tələbkarlığı,  ailə  və şəxsi həy­
at tərzini göstərmək olar.
cəmiyyət  üzvlərini  geniş  surətdə  əhatə  edən  siyasi- 
hüquqi sistemi ən əvvəl güclü dövlət apparatı təşkil edir. Döv­
lət vergi  alır,  adamları  hərbi  xidmətə  çağırır,  cəmiyyət üzvlə­
rini  özünün  çoxsaylı  qanunlarına,  qayda  və  təlimatlarına  tabe 
olmağa  məcbur  edir.  Bununla  da  ayn-ayn  fərdlər  mümkün 
dərəcədə təzyiq dairəsinin mərkəzində olurlar.
Qeyd  etdiyimiz kimi,  sosial  nəzarətin  digər  dairəsini  əx­
laq,  adət  və  ənənələr,  vərdişlər  təşkil  edir.  Bu  halda  insanın 
davranışının  və  hərəkətinin  mənəvi-əxlaqi  cəhətləri,  demək 
olar ki,  bütünlüklə  izlənilir.  Bu prosesdə  inzibati-hüquq orqan­
larından  tutmuş  kollektivlərə,  valideynlərə,  ailə  üzvlərinə,  qo­
humlara  və  dostlara  qədər  hamısı  iştirak  edir.  Onlann  hər  biri 
ayn-aynlıqda öz səlahiyyətləri dairəsində sosial nəzarət vasitə­
lərindən istifadə edərək fərdlərə mühüm təsir göstərir.
Peşə-vəzifə  nəzarəti  dairəsinin  də  mühüm  təsiri  nəzərə 
alınmalıdır.  İşçi  burada kütləvi məhdudiyyətlərin,  təlimatların, 
peşə  və  işgüzar vəzifələrin  nəzarətedici təsiri  əhatəsində  fəa­
liyyət göstərir.
Əmək kollektivində  işçilərin  səmərəli  fəaliyyəti  burada 
qəbul olunan və hər bir nəfərin davranışını tənzimləyən sosial 
normaların  kollektivin  bütün  üzvləri  tərəfindən  yerinə 
yetirilməsi  şəraitində  mümkündür.  Bu,  əmək  sferasında 
davranışa sosial nəzarəti təmin edir.  Hər hansı bir sosial  tamın 
vəhdətliyini  və  bütövlüyünü  təmin  edən  tənzimedici  və 
özünütənzimləyən üsullar başa düşülən sosial nəzarət işçilərin 
davranışının ümumi kollektiv tərəfindən qəbul edilən dəyərlər 
və  normalara  uyğun  olmasını  təmin  etmək  məqsədi  güdür.
157


Yüklə 186,3 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə