Sosiologiya (Dərslik)


ricilər  sisteminin  təkmilləşdirilməsi  davam  edir.  Minimum



Yüklə 186,3 Kb.
Pdf görüntüsü
səhifə41/73
tarix06.05.2018
ölçüsü186,3 Kb.
#42945
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   73

ricilər  sisteminin  təkmilləşdirilməsi  davam  edir.  Minimum 
məsrəflərlə  maksimum  nəticələr  əldə  olunmasını  stimullaş­
dıran göstəricilərin tətbiqi getdikcə genişlənir.
Plan  göstəricilərinin  miqdamm  qismən  azaldılması  ilə 
yanaşı yeni  göstəricilərin  tətbiqi  ayrı-ayrı  işçilərlə  cəmiyyətin 
mənafeyini  daha  sıx  əlaqələndirməyə  kömək  edir.  Bu  halda 
istehlakçının  istehsalçıya  fəal  təsiri  aşkara  çıxır,  istehlakçının 
sosial  nəzarət  subyekti  olmaqda rolu  güclənir.  Bununla yanaşı 
işçilər  tədricən  kollektivdə  və  cəmiyyətdə  öz  vəziyyətlərini 
başqalarının  vəziyyətləri  ilə  tutuşdurur,  müqayisə  edir  və 
nəticədə sosial bəhsləşmə güclənir.
§2.  Əmək sferasında sosial normaların rolu, 
funksiyaları və təsnifatı
Sosial  normalar  işçilərin  əmək  davranışı  qaydalarından 
ibarət  olub,  iqtisadi  və  texnoloji  normalardan  fərqlənir.  Onlar 
işçilərlə 
cəmiyyətin, 
sosial 
təşkilatların  qarşılqlı  təsir 
münasibətlərini  tənzimləyir.  Bu  normalar  əmək  sferasında 
işçinin  zəruri,  vacib  və  icazə  verilən  hərəkətlərini  müəyyən 
edir.  Kollektiv  onun  hər  bir  üzvünün  real  davranışında  zəruri 
qaydalara əməl edilməsini gözləyir.
Sosial  normalar  kollektivin  dəyərliliyi  əsasında  forma­
laşır.  Ona  görə  də  onların  əsas  təyinatı  hər  bir  işçinin  dav­
ranışının  ümumkollektiv  dəyərlərinə  uyğun  olmasını  təmin 
etməkdən ibarətdir.  Qeyd  etmək lazımdır ki,  sosial normaların 
tələbləri  və  məzmunu,  onların  vəziyyətinin  dərk  edilməsi 
xeyli  dərəcədə  ictimai  şüurun  səviyyəsi  ilə  əlaqədardır.  Bu 
baxımdan  sosial  normalar  tənzimləyicisi  məzmunla  yanaşı 
həm  də  mövcud  qanunların  tələblərini  özündə  əks  etdirir. 
Qeyd  etmək  lazımdır  ki,  sosial  normalarla  mövcud  reallıq 
arasındakı  əlaqəni  müşahidə  etmək və  araşdırmaq yaradıcı bir 
prosesdir.
Sosial  normaların  funksiyaları  haqqında  Qərb  Ölkələri 
sosioloqlan  arasında fikir müxtəlifliyi vardır.  Lakin məsələnin 
mahiyyətinə  müxtəlif  cür  yanaşılmasına  baxmayaraq,  əksər
162
mövqelərdə  sosial  normaların  tənzimlənmə-normativ,  davra­
nış  qaydalarını  yaratmaq  funksiyasını  əsaslandırmaq  da  həm­
rəylik  vardır.  Məsələn,  Amerika  sosioloqu  A.Koyen  sosial
 
normaların  funksiyalarını  aşağıdakı  kimi  müəyən  etmişdir:  1) 
Sosial  təsiretmənin  tənzimlənməsi;  2)  davranış  nümunəsi 
olması;  3) davranış hüdudlarının müəyyən edilməsi.
Digər  Amerika  sosioloqu  F.Merill  isə  sosial  normaların 
fiınksiyalannı  başqa  cür  təklif  edir:  1)  Sosial  davramş 
determinasiyası;  2)  nəzarət  vasitəsi;  5)  sosial  meyl;  6) 
davranışın  unifikasiya  vasitəsi;  7)  davranış  normalarının 
müəyyən edilməsi;  8) şəxsiyyətin sosiallaşması.
Sosial  normaların  əmək  kollektivlərinin  fəaliyyətinə  tə­
sirini  və  cəmiyyətdəki rolunu qeyd etməklə  yanaşı  sosial  mü­
hitin həlledici əhəmiyyətə malik olmasını göstərmək lazımdır.
Müəyyən  şəraitdə  normaların  məqsədindən  asılı  olaraq, 
onlar  dəyərlər  meyan  kimi  çıxış  edə  bilərlər.  Ona  görə  də 
qarşıya  qoyulan  məqsədlər,  sosial  dəyərlər  və  normalar 
arasında  üzvi  əlaqə  olmalıdır.  Həmin  əlaqənin  vəhdətliyinin 
təmin  edilməsi  sosial  idarəetmənin  normalar  mexanizmini 
yaradır.  Onu da qeyd etmək lazımdır ki,  normalar nəzarətetmo 
vasitəsi  olmaqla  yanaşı  həm  də  əmək  münasibətlərinin 
formalaşmasında  mühüm  əhəmiyyət  kəsb  edir.  Eyni  zamanda 
sosial  normalar  bilavasitə  ayn-ayn  şəxslərin,  eləcə  də 
müxtəlif sosial  qrupların  mənafelərini  əks  etdirdiklərinə  görə 
həmin  məsələyə  məsuliyyətlə  yanaşmaq  lazımdır.  Adətən 
sosial  normalar  bir  etalon  kimi  çıxış  edir.  Hər  bir  hadisə  və 
proses ona nəzərən dəyərləndirilir və qiymətləndirilir.
Sosial  normaların,  normativlərini  həm  də  kəmiyyət  və 
keyfiyyət  tərəfləri  vardır.  Onlar  obyektiv  məzpıuna  malik 
olmalıdır.  Lakin  bir  sıra  hallarda  onlar  keyfiyyətsiz  olduqda 
həmin  xassədən  məhrum  olurlar.  Əmək  sferasında  forma­
laşmış  sosial  normalar  sadəcə  olaraq müəyyən  qayda  və  nor­
mativ  yığmı  deyildir.  Onlar  eyni  zamanda  ayn-ayn  işçilərin, 
eləcə  də  sosial  qrupların  davranışlannın  tənzimləyicisi  kimi 
özünü  göstərir.  Bu  baxımdan  sosial  normalar  bir  növ  prinsip 
şəklində  çıxış  edir,  sosial  normativlər  isə  həmin  prinsipi
163


konkret olaraq əks etdirir.
Əmək  davranışı  normalarının  təyinatı  işçinin  fəallığının 
mühüm  xarici  tənzimləyicisi  kimi  iki  funksiyanın  yerinə 
yetirilməsində  özünü  göstərir:  1)  əmretm ə,  göstərişvermə 
funksiyası; 2)  qiym ətləndirmə funksiyası.
Göstərişvermə  funksiyasım  yerinə  yetirməklə  norma 
işçini  v ə  işçilər  qrupunu  müəyyən  növ  davranışa  istiqamət­
ləndirir.  Bu  halda  norma  davranışın  zəruri  və  yaxud  imkan 
verilən variantlarının özünəməxsus meyan kimi çıxış edir.
Qiymətləndirmə  funksiyasının  köməyi  ilə  faktiki  dav­
ranışın  standart  davranış  qaydalarına  uyğunluğu  qiymətlən­
dirilir.  Davranışın  qiymətləndirilməsi  arzu  edilən hərəkətlərin 
stimullaşdmlması  -  mükafatlandırilması  və  arzu  olunmayan 
hərəkətlərə tənbehlərin edilməsi ilə tənzimtənir.
Əmək  sferasında  fəaliyyət  göstərən  davranış  normala­
rının çoxcəhətliliyini  nəzərə  alaraq onu bir sıra əlamətlər üzrə 
təsnifləşdirmək  olar:  1)  məzmunun  müəyyən  edilməsinə 
görə;  2)  tətbiq  olunması  v ə  yayılması  sferalarına  görə;  3) 
normanın subyektlərinə görə.
Sosial  normalar  məzmundan  asılı  olaraq  aşağıdakılara 
bölünür:  1) kollektivin məqsəd və vəzifələrinə münasibət nor­
maları;  2) mülkiyyətə münasibət normaları;  3) rəhbərliyin fəa­
liyyətinə  münasibət  normaları; 
4)  əmək  fəaliyyətində 
yoldaşlıq  münasibəti  normaları;  5)  şəxsi  fəallığa  münasibət 
normaları.
Tətbiq  olunma  və  yayılma  sferaları  üzrə  normalar  iki 
yerə bölünür: tələbkarlıq və stereotip normalar.
Tələbkarlıq  normaları  davranışın  cəmiyyət  tərəfindən 
bəyənilmiş sosial  etalonu kimi çıxış  edir.  Onlar zəruri davranış 
normalarıdır.
Stereotip  normalar  cəmiyyətdə  və  yaxud  kollektivdə 
davranışın  stereotiplərinin  yayılmasını  xarakterizə  edir.  Bu 
normalar  real  fəaliyyəti  göstərməklə  kollektivin  hər  bir  üz­
vünün real, faktiki davranışını ifadə edir.
Müəyyən  edilmə  üsulundan  asılı  olaraq  bütün  davranış 
normaları hüquqi, jpeşə-vəzifə və mənəvi  normalara bölünür.
164
Hüquqi  normalar  qanunçuluqla  müəyyən  edilən  nor­
malardan  ibarətdir.  Bu  normalar  universal  xarakterlidir  və 
bütün işçilərə  şamil  edilir.  Lakin bu normalar əmək prosesinin 
yalmz  mühüm  məqamlarını  tənzimləyir.  M əsələn,  iş  vaxtının 
müddətini, 
işdə 
əldə 
olunan 
müvəffəqiyyət 
üçün 
həvəsləndirmənin əsas növləri və s.
Peşə,  vəzifə  normaları  və  qaydaları  əsasən  vəzifə  təli­
matlarında əks  olunur.  V əzifə  təminatı  hər bir konkret  işçinin 
fəaliyyətinin  normativ  modeli  funksiyasını  yerinə  yetirir.  Ona 
görə  də  bütün  bölmələrdə  çalışan  işçilərinin  elmi  əsaslar 
üzərində  işlənmiş  vəzifə  təlimatlan  üzrə  təmin  edilməsi 
vacibdir.  Son  illərdə  əmək  kollektivlərinin  və  aynca  işçilərin 
hüquqlarının  kooperativ  və  fərdi  əmək  fəaliyyətinin  tətbiqi 
sferasının  tənzimlənməsi  ilə  əlaqədar  münasibətlərin  müqa­
vilə  formalarının  rolu  artır.  Müqavilədə  iştirak  edənlərin 
qarşılıqlı öhdəlikləri, vəzifələri və məsuliyyətləri qeyd olunur.
Mənəvi  (əxlaqi)  normalar  hüquqi  normalardan  fərqli 
olaraq  ictimai  rəyə  əsaslanır  və  sosial  ədalət  prinsipi  ideya­
larında  öz  əksini  tapır.  Mənəvi  normalar  problemi  sosial 
davranış  baxımından  mühüm  əhəmiyyət  kəsb  edir.  Bu  nor­
maların  obyektiv  əsaslan,  yəni  motivləri  vardır.  Mənəvi 
normalar,  həmçinin,  dəyərlərə  meyl,  məqəsədə  çatmaq  vasi­
tələri,  özünü qiymətləndirmə,  fəaliyyət davranışı  ilə bilavasitə 
əlaqədardır.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  mənəvi-əxlaqi 
normalar mənəviyyat prinsipi kimi çıxış edir.  İşçilərin davranı­
şını  tənzimləmə  baxımından  mənəvi  normalar  bir  sıra 
əlamətlərə  malikdir.  Onlardan  məcburedici,  qadağanedici, 
həvəsləndirici və s.  əlamətləri göstərmək olar.
cəmiyyətdə  mənəvi  tənzimləmə  problemi,  onun  im­
kanları  Və  hüdudları  m əsələləri  elmi-nəzəri  problem  olmaqla 
yanaşı  həm  də  praktik cəhətdən mühüm  əhəmiyyət kəsb  edir. 
Faktlar  göstərir  ki,  əmək  kollektivlərində  və  bütövlükdə 
cəmiyyətdə mənəvi  normalara və dəyərlərə əməl  olunmaması 
hallan 
mənəvi 
tənzimləmə 
mexanizminin 
səmərəsinin 
azalmasına xeyli təsir göstərir.
Əmək  kollektivlərində  mənəvi  normalann  formalaş­
165


Yüklə 186,3 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə