Sosiologiya (Dərslik)


daxil  olduğu  mühit  arasında  gedən  mürəkkəb,  ikitərəfli  bir



Yüklə 186,3 Kb.
Pdf görüntüsü
səhifə37/73
tarix06.05.2018
ölçüsü186,3 Kb.
#42945
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   73

daxil  olduğu  mühit  arasında  gedən  mürəkkəb,  ikitərəfli  bir 
prosesdir.
Uyğunlaşma prosesində  ilkin  və  ikinci  uyğunlaşmanı  bir- 
birindən  ayırmaq  lazımdır.  İlkin  uyğunlaşma  gəncin  daimi 
əmək  fəaliyyətinə  ilk  dəfə  daxil  olmasında  baş  verir.  İkinci 
uyğunlaşma  isə  iki  halda  baş  verir:  öz  peşəsini  dəyişməklə 
yaxud  dəyişməməklə  işçinin  yeni  iş  yerinə  keçilməsində  və 
eləcədə  istehsal  mühitinin  onun  texniki,  iqtisadi  yaxud  sosial 
ünsürlərinin əhəmiyyətli dərəcədə dəyişilməsində baş verir.
Əməyə  uyğunlaşma  mürəkkəb  quruluşa  malikdir.  Bu 
uyğunlaşmada 
psixo-fızioloji, 
sosial-psixoloji 
və 
peşə 
aspektlərinə ayrılırlar.
Psixo-fızioloji  uyğunlaşma  dedikdə  işçi  üçün  zəruri  olan 
bütün  şəraitin  məcmusunun  mənimsənilməsi  prosesi  başa 
düşülür.  Müasir  istehsalatda  mənəvi  cəhətcə  nəinki  yalmz 
texnika  və  texnologiya  göhnəlir,  eyni  zamanda  istehsalat  mü­
hitinin  sanitar-gigiyenik  normaları  da  köhnəlir.  Müasir  işçi 
onun 
qəbul 
etdiyi 
sanitar-gigiyenik  komfortun,  əmək 
ahənginin,  iş  yerinin  rahatlığının,  duruş  vəziyyətin  və  s. 
pozulmasım  çox  həssaslıqla  qarşılayır.  Aparılan  tədqiqat 
materialları  göstərir  ki,  digər  sosial  qruplarına  nisbətən, 
fəhlələr  üçün  sanitar-gigiyenik  şəraitin  vəziyyəti  daha kəskin 
şəkildədir.  Eyni  zamanda  əməyin yeknesəklik müddəti  yalnız 
fəhlələr  üçün  deyil,  həmçinin  mütəxəssislərin  də  qarşısında 
duran  problem  məsələlərdəndir.  Əksər  hallarda  yüksək  əsəb 
gərginliyi rəhbər işçilərin və mütəxəssislərin payına düşür.
Sosial-psixoloji  uyğunlaşmada işçinin kollektivin qarşılıqlı 
münasibətləri  sisteminə,  onun  ənənələri,  həyat  normaları, 
dəyərlilik 
oriyentasiyası 
sisteminə 
daxil 
olunmasından 
ibarətdir.  Belə  uyğunlaşmanın  gedişində  işçi  yavaş-yavaş, 
tədricən  öz  kollektivi  haqqında,  onun  normaları,  dəyərləri 
haqqında,  qrupda  işgüzar  və  şəxsi  qarşılıqlı  münasibətləri 
barədə,  qrupun  ayn-ayn  üzvlərinin  sosial-psixoloji  mövqeləri 
haqqında, qrup liderləri haqqında hərtərəfli məlumat alır.
146
Məlumatlar  işçinin  keçmiş  təcrübəsinə,  onun  orientasiya- 
sma  müvafiq  olduqda,  o  zaman  bu  informasiya  onun  tərəfin­
dən  müsbət  qəbul  edilir,  işçi  qrup  normalarını  qəbul  etməyə 
başlayır  və  tədricən  şəxsiyyətin  kollektivlə  eyniləşməsi 
prosesi baş verir.  Sosial psixoloji uyğunlaşmanın gedişində işçi 
kollektivin real həyatına daxil olur, bu real həyatda iştirak edir, 
onun  yoldaşları  ilə,  bilavasitə  öz  rəhbəri  ilə,  müdriyyətlə 
müsbət qarşılıqlı münasibətləri yaranır, bərqərar olur.
Peşə uyğunlaşması -  peşə  vərdişi  və  bacarıqlarının müəy­
yən  səviyyəsinə  malik  olmada,  şəxsiyyətin  bəzi  zəruri  peşə 
keyfiyyətlərin  formalaşmasında,  işçinin  öz  peşəsinə  sabit 
müsbət  münasibətin  inkişafında  ifadə  olunur.  Bir  çox  hallarda 
işçinin  peşə  uyğunlaşması,  onun  ixtisas  aldıqda  zəruri 
miqdarda  minimum  bilik  və  vərdişləri  mənimsəməsi,  nə 
dərəcədə  məsuliyyət  hissinə  malik  olması,  yenilik  hissi, 
işgüzarlığı  və  vaxta  görə  öz  hərəkətlərini  bölüşdürmək 
bacarığı ilə müəyyən edilir.
Uyğunlaşmanın 
müxtəlif 
növləri 
üçün 
ayn-ayn 
aspektlərin 
mahiyyəti 
eyni 
deyildir. 
Belə 
ki, 
peşə 
dəyişdirmədən  yeni  iş  yerinə  keçilməsinə  nisbətən  gənc 
işçinin  daim  əmək  fəaliyyətinə  ilk  daxilolmada  peşə  aspekti 
onun üçün daha əhəmiyyətlidir.  İstehsal mühitinin dəyişilməsi 
ile  əlaqədar  olaraq,  ikinci  uyğunlaşmada  həm  peşə,  həm  də 
psixo-fızioloji  aspektlər  olduqca  vacibdir.  Mühəndis  texniki 
işçilərə  (MTI)  nisbətən  fəhlələr  üçün  psixo-fizioloji  aspekt 
daha böyük əhəmiyyətə malikdir.
Uyğunlaşma  aspektlərinin  müxtəlifliyinə  baxmayaraq, 
onların  hamısı  daima  qarşılıqlı  təsirdədirlər,  yəni  əməyə 
uyğunlaşma bütöv bir sistemdir və bu  sistem onun hissələrinin 
sadəcə  olaraq xassələrinin  məcmu ilə  eyniləşdirilə bilməz.  Bu 
sistem  işçinin  müəssisəyə  bütövlükdə,  onun  norma  və 
dəyərlərinə uyğunlaşmasını nəzərdə tutur.
Uyğunlaşdırma  prosesində  işçi  bir  neçə  mərhələ  keçməli 
olur.  Tanışlıq  mərhələsində  o,  bütövlükdə  yeni  situasiya, 
müxtəlif  fəaliyyətlərin  qiymətləndirlməsi,  etalonlar,  davranış
147


normaları barədə məlumat alır.  Uyğunlaşma mərhələsində işçi 
orientasiyasını  dəyişir,  yeni  dəyərlər  sisteminin  əsas  ün­
sürlərini qəbul edir, lakin əvvəlki qaydalardan bir çoxunu sax­
layır.  Assimlasiya  mərhələsində  mühitə  tam  uyğunlaşma  baş 
verir,  yeni  qrup  ilə  eyniləşmə  (identifikasiya)  olur.  İdentifika- 
siya  bu,  şəxsi  məqsədlərin  müəssisənin  məqsədləri  ilə  eyni­
ləşdirməkdən ibarətdir.  Yəni  adaptasiya prosesinin nəticəsidir. 
İdentifikasiyanm  xarakterinə  görə  işçilərin  üç  kateqoriyasını 
fərqləndirmək  lazımdır:  laqeydlər,  qismən  identifikasiya edil­
mişlər,  tam identifikasiya edilmişlər.  Hər bir kollektivin əsası­
nı tam identifikasiya olunmuş işçilər təşkil edir.  Onlann davra­
nışının  xüsusiyyəti  sadəcə  olaraq  öz  vəzifələrinə  yalnız 
vicdanla  yanaşmaq  deyil,  həmçinin  təşkilatm  məqsədlərinə 
müvəffəqiyyətlə nail olması  naminə müəssisənin mənafelərini 
öz  şəxsi  mənafelərindən  üstün  tutmaqdan  ibarətdir.  Bir  qayda 
olaraq,  kollektivin  əsasını  təşkil  edən bu  özək  ən yüksək  ixti­
saslı işçilərdən ibarət olur.
İdentifikasiyanm  nəticəsi  olaraq  istehsalat  tapşırıqlarının, 
normativlərin sabit keyfiyyətlə yerinə yetirilməsindən, peşəyə, 
əmək  situasiyasına,  kollektivə  sabit  müsbət  münasibətin 
formalaşdınlmasından ibarətdir.
Əmək  uyğunlaşmasının  amillərinə  həmin  prosesin  sürət, 
ahəng  və  nəticələrinə  təsir  edən  şərtlər  daxildir.  Uyğunlaşma 
ferdlərlə  onun  cəlb  olunduğu  istehsalat  mühiti  arasında gedən 
ikitərəfli  proses  olduğundan,  eməyə  uyğunlaşmasının  bütün 
amillərini  iki  qrupa,  yeni  -   şəxsi  və  istehsalat  amillərinə 
bölmək olar.
Öz  növbəsində,  şəxsi  amilləri,  sosial-demoqrafik,  sosial 
cəhətdən  şərtləşən  (təhsil,  iş  təcrübəsi,  ixtisas,  sosial  mənşə); 
psixoloji  (idrak  səviyyəsi,  özü-özünü  anlama);  sosioloji  (peşə 
marağının  səviyyəsi,  öz  qazancında  maddi  marağın  dərəcəsi, 
seçilmiş  peşə  üzrə  təhsilin  davam  etdirilməsinin  mövcudluğu) 
amillər  kimi  təsnifatlaşdırmaq  olar,  cins,  yaş  həddi,  ailə  və­
ziyyəti,  demoqrafik  amillər öz-özlüyündə  sosial  amillər deyil­
dirlər,  lakin  sosial  proseslərin  gedişinə  xeyli  təsir  göstərərək, 
onlar sosial əhəmiyyət kəsb edirlər.
148
Q  У   §6.  Əmək kollektivi birliyi prosesi
Bazar  iqtisadiyyatı  şəraitində  müəssisələrin  fəaliyyətinin 
sosial-iqtisadi  səmərəliliyi  əhəmiyyətli  dərəcədə  onlann 
kollektivdaxili birliyindən asılıdır.  Bu birlik ümumi mənafeyə, 
dəyərlərə, 
davranış 
normalanna 
əsaslanmış 
kollektiv 
üzvlərinin  davranışının  vəhdətliyindən  ibarətdir.  Davranışın 
vəhdəti 
ümumi 
vəzifələrin 
yerinə 
yetirilməsində 
 
ümumkollektiv  məqsədlərin  həyata  keçirilməsində  kolektiv 
üzvlərinin fəaliyyətinin uzlaşması deməkdir.
Əmək  kollektivinin brliyi  dəyərliliyə  meylim  v ə  predmet- 
fəaliyyət  vəhdətliyini  özünə  daxil  edir.  Kollektiv  üçün  çox 
mühüm  olan  birgə  işin  cəhətlərinə  bəslənən  münasibətlərinə 
görə kollektiv və  fərdi  dəyərlərin,  davranış  normalarının uzlaş­
dırılmasını nəzərdə  tutur.  Belə  əlaqələndirmənin  əsasında dəy­
ərlər mübadiləsi vasitəsi  ilə  kollektiv üzvləri  arasında qarşılıqlı 
təsir  durur.  Dəyərlik  keyfiyyətinin  istehsal  tapşırıqlarım  yerinə 
yetirən  rəhbər  və  sıravi  işçilərin  (bacanqlığı,  təşəbbüskarlığı, 
təşkilatçılıq  qabiliyyəti,  intizamlılığı,  məsuliyyəti  və  s.)  şəxsi 
xüsusiyyətləri, peşə  təcrübəsi,  xüsusi  hazırlığı  çıxış  edir.  Bütün 
bunlar kolleltivin səmərəli işi üçün əsasdır.
Dəyərlik  orientasiya  vəhdəti  predmet  fəaliyyət  vəh­
dətində,  yəni  ümumi  əm ək  prosesində  kollektivin  bütün 
üzvlərinin davranış  vəhdətində həyata keçirilməlidir.  Davranı­
şın vəhdətliyi eyni  cür davranışda deyil,  ümui məqsədlərə nail 
olmaq üçün hər bir  işçi tərəfindən öz vəzifələrinin yerinə yeti- 
rilməsitndə  yekdil  və  ahəngdarlıqdır.  Burada  fikir  mübadiləsi 
və  mübahisə  mədəniyyəti  xüsusi  əhəmiyyət  kəsb  edir.  Bu 
başqalarının fikrini dinləmək bacarığını, dəlil sübutlara, faktla­
ra  əsasən  etiraz  etməklə  öz  mövqeyini  müdafiə  etmək,  digər 
başqa fikirlərə dözümlülük bacarığını daxil edir.
Əməyin  sosiologiyası  tərəfindən  işçilərin  birliyi  prosesi 
istehsalatda digər sosial proseslərə nisbətən az öyrənilmişdir.
Birlik  kollektivdaxili  əmək  münasibətlərinin  ən  mühüm, 
lakin  yeganə  xarakteristikası  deyildir.  Birgə  əm ək  fəliyyəti 
işçilər  arasında  bəhsləşməni  nəzərdə  tutur.  Bu  isə  kollektivdə
149


Yüklə 186,3 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə