Sosiologiya (Dərslik)



Yüklə 186,3 Kb.
Pdf görüntüsü
səhifə33/73
tarix06.05.2018
ölçüsü186,3 Kb.
#42945
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   73

məqsədləri  və  mövqeləri  müəyyən  olunmamış  gəncləri  özünə 
daha  çox  cəlb  edir.  E.Dürkheym  yeni  dinlərin  yaranmasını 
müasir həyata etirazın nümunəsi  kimi  qələm ə  verir.  Bellax  isə 
bunu  cəmiyyətdəki  mövcud  sosial  institutların  dağılması  (bo­
şanmaların  sayının  artması  nəticəsində  nuklear  ailələrin 
dağılması,  müharibələr,  hakimiyyət  fırıldaqlarının  olması,  in­
sanların vətənpərvərlik və hökumətə  inam hisslərinin  itirilmə­
si,  seksual  inqilab,  «azad  məhəbbət»in  dəbə  çevrilməsi)  ilə 
izah etmişdir.
§5. Siyasətin sosiologiyası
Siyasətin  sosiologiyası  və  ya  siyasi  münasibətlərin 
sosiologiyası  özündə  aşağıdakı  anlayışları  birləşdirir:  «siyasət», 
«siyasi  hakimiyyət»,  «siyasi  münasibətlər»,  «siyasi  maraqlar», 
«siyasi  institutlaı»,  «siyasi  proseslər»,  «cəmiyyətin  siyasi 
sistemi»,  «siyasi  şüur».  Siyasətin  sosiologiyası  sosial-siyasi 
sahənin  qanunauyğunluqlarını  öyrənir.  Sosiologiyanın bu sahəsi 
ictimai  və  siyasi  münasibətlərin  o  dairəsini  əhatə  edir ki,  orada 
ictimai məqsədlərə siyasi vasitələrlə nail  olunur.
Siyasətin  sosiologiyasının  rəsmən  tanınması  və  onun 
hüdudlarında  tədqiqatlar  aparılması  sosioloqların  bu  elmin 
predmeti  haqqında  kəskin  və  qızğın  diskussiyalarına  səbəb  ol­
muşdur.  Bu  mübahisələrin  kəsilməməsini  göstərən  fakt odur ki, 
sosisoloqlar bu  fənnin adının  dəqiq nccə adlandırılması qərarına 
hələ  gələ  bilməyiblər.  Belə  ki,  «siyasi  elm»,  «siyasi  elmlər», 
«siyasi  fəlsəfə»,  «siyasətin  sosiologiyası»,  «siyasətin  fəlsəfəsi» 
terminləri  çox  işlənir.  İlk  dəfə  siyasəti  1816-cı  ildə  Sen-Simon 
elm  elan  etmişdir.  R.Rendiks  və  S.Lipset  siyasi  elmlərlə  siyasi 
sosiologiya  arasında sərhəd  qoyurlar.  Əgər fransız tədqiqatçıları 
«siyasi  elm»  və  «siyasi  sosiologiya»  anlayışlarını  sinonim  kimi 
işlədirlərsə,  Amerika  sosioloqları  çalışırlar  ki,  bu  anlayışları 
fərqləndirsinlər.  Siyasi  elm  kimi  siyasi  sosiologiya  da  cə­
miyyətdə  hakimiyyətin  yeri  və  və  tətbiqi  mexanizmini  öyrənir. 
Lakin siyasi  elmdən  fərqli  olaraq,  siyasi  sosiologiya hakimiyyə­
130
tin təsisat əsaslannı  və onun  fəaliyyətini  əsas götürmür. Deməli, 
siyasi  elm  dövlətdən  başlayaraq  onun  cəmiyyətə  təsirini  öyrə­
nir,  siyasi sosiologiya isə cəmiyyətdən başlayaraq,  onun dövlətə 
və formal təsisatlara təsirini, hakimiyyətin fəaliyyətini öyrənir.
M.Düveıjyenin  fikrincə,  siyasi  elm  cəmiyyətin  siyasi 
həyatını  üç  əsas  cəhətdən  öyrənir:  siyasi  rejimin  əsaslannı  ya­
radan 
siyasi 
hakimiyyət 
təsisatlarını 
(siyasi 
rejimlərin 
sosiologiyası),  digər ölkələrdə olan siyasi hakimiyyət formalan  ilə 
əlaqəni 
(beynəlxalq 
münasibətlər 
sosiologiyası), 
siyasi 
hakimiyyətin  cəmiyyətin  təşkilati  qüvvələri  ilə  əlaqəsi  (siyasi 
partiyaların,  güc  strukturlarının və s.  sosiologiyası) tədqiq edir.  Bir 
çox  müəlliflər  təsdiq  edirlər  ki,  siyasi  sosiologiya  yalnız  dövləti 
öyrənir  və  ailə,  əmək  kollektivləri,  ictimai  təşkilatlar  və  s.  ilə 
məşğul olmur.  Digər alimlər isə siyasi sosiologiyaya ümumiyyətlə 
hakimiyyət  haqqında,  bütün  ictimai  təşkilatlar  haqqında  elm  kimi 
baxırlar.  Onlar öz  fikirlərini  belə  əsaslandırırlar ki,  dövlətin  siyasi 
hakimiyyəti öz təbiətinə görə digər ictimai institutlardan, məsələn, 
həmkarlar ittifaqlarından və s.  fərqlənmir.
Bir  sıra  tədqiqatçılar  siyasi  fəlsəfə  ilə  siyasi  elmin  özünü 
bir-birindən  fərqləndirirlər.  Bəzi  mütəxəssislərin  fikrincə, 
fəlsəfə  siyasi  nəzəriyyənin  ümumi  məsələləri  ilə  məşğul 
olmalıdır.  Məsələn,  fəlsəfə  hakimiyyətin  ümumi  əsaslannı  və 
mahiyyətini  açaraq,  eyni  zamanda  siyasi  elm  kimi  hakimiyyətin 
həyata  keçirilməsinin  konkret  fonnalarını  təhlil  edir.  P.Bastidin 
fikrincə,  siyasi  fəlsəfə  siyasətin  ümumi  prinsiplərini,  müxtəlif 
tarixi  mərhələlərdə  fəaliyyət  göstərən  qanunlarını,  müxtəlif 
hakimiyyət  fonnalarını  öyrənir,  müxtəlif  zaman  və  məkan 
daxilində  mövcud  olmuş  siyasi  rejimləri  müqayisə  edir,  siyasət 
haqqında sistemli  təsəvvür yaradır.  A.cevers  hesab  edir  ki,  siyasi 
fəlsəfə  əxlaq  fəlsəfəsinin  bir  sahəsi,  onun  tətbiqi  fənnidir.  Siasi 
fəlsəfənin  əsas  qayğısı  isə  siyasi  hakimiyyətə  əxlaqi  qiymət 
verməkdir.  V.Deykə  görə,  siyasi  elmə  ikili  baxmaq  lazımdır: 
birincisi,  siyasi  elm  siyasi  görüşlər  sisteminin  ümumi  xarakterini 
əks etdirir,  ikincisi o, siyasi  ideologiyaya aid ola bilər.
Siyasi  sosiologiyanın  əhatə  etdiyi  ictimai-siyasi  sahə­
nin  əsasını  siyasi  münasibətlər təşkil  edir və ona  aşağıdakı­
lar  daxildir.  Birincisi,  m üxtəlif qrup  və  fərdlərin  (cəmiyyətin
131


ictimai-siyasi  təşkilatlan),  cəmiyyətin  ayrı-ayrı  sosial  institut­
larının (iqtisadi,  dini,  siyasi  və s.) və  onların  qarşılıqlı  münasi­
bətlərinin  status  və  rolunu  müəyyən  edən  üımımən  qəbul 
olunmuş  və  ya  qanunla  müəyyənləşdirilmiş  norma  və  dəyər­
lər.  İkincisi,  sosial-siyasi  və  hüquqi  normalara  nəzarət  edən 
və bunun üçün  zəruri  olan hakimiyyət,  nüfuz və  maddi  vasitə­
lərə  malik  olan  təşkilatların  (sosial  institut  və  idarələrin)  fəa­
liyyəti.  Üçüncüsü,  cəmiyyətin  institutlarına,  dövlət  və  onun 
təşkilat və  idarələrinə  birbaşa aid olan birliklər və  fərdlər ara­
sında ictimai əlaqələr.
Siyasi münasibətlər sinfi və qrup mənafelərinin reallaşması 
forması  olub,  ictimai  münasibətlər  sistemində  fərdlərin  və 
birliklərin  ictimai  davranışının  idarə  olunması  və  ona  nəzarət 
funksiyasını həyata keçirir.  Siyasi münasibətlər fərdlərin və insan 
birliklərinin  ictimai-siyasi  fəaliyyəti  nəticəsində  meydana  çıxır. 
Bu  fəaliyyət  müxtəlif  formalarda  olsa  da,  ümumi  məzmunla  -  
cəmiyyətin  inkişafı  prosesində  iştirakla  xarakterizə  olunur. 
Siyasətin  sosiologiyasının predmetinə  müxtəlif birliklərin sosial- 
siyasi  marq  və  münasibətləri  ilə  şərtlənən  fəaliyyət  göstənnə 
formaları,  sosial  institutların  sosial-siyasi  sahənin  inkişaf 
qanunlarına  uyğunluğu  və  s.  aiddir.  İstənilən  cəmiyyətin  inkişaf 
və  fəaliyyət  prosesisni  öyrənərkən  əsas  yeri  hakimiyyətə 
münasibətlə  əlaqədar  olan  bütün  ictimai  fəaliyyət  sahəsinin  aid 
olduğu  siyasi  həyat tutur.  Siyasət  isə  ictimai  münasibətlər sahəsi 
olub,  dövlət  hakimiyyəti,  onun  saxlanması  və  ondan  istifadə 
olunmasına  aid  yaranmış  münasibətlərin  xarakter  və  məzmunu 
ilə müəyyən olunur.
Siyasətin  sosiologiyası  ikinci  Dünya  müharibəsindən  so­
nra Qərbin digər ictimai  elmləri  içərisində ön plana keçdi.  Siy­
asətin  sosiologiyasının  yaranması  və  inkişaf etməsinin  mühüm 
amili onun  ABŞ,  AFR,  İngiltərə,  Fransa və b.  ölkələrin  bir  çox 
nümayəndələri tərəfindən  fəal  müdafiə olunması,  siyasi  tədqi­
qat  institutları  və  m ərkəzlər  yaradaraq,  onları  maliyyəloşdir- 
məsi  idi.  Müharibədən  sonra  Qərb  siyasi  elminin  inkişafının 
mühüm  səbəblərindən  biri  ali  təhsil  sistemində  onun  xüsusi 
fənn kimi tədris olunmasıdır.  Hətta Fransada hökumətin  1954- 
cü  il  27 mart tarixli  dekreti  ilə  ali 
təhsil
  müəssisələrində  siyasi
elmlərin  tədrisinə  başlandı.  J.Stessel  yazırdı  ki,  bu  dövrdə 
Fransada  siyasətin  sosiologiyası  ümumi  elmlər  içərisində  öz 
xüsusi  çəkisinə  görə  mühüm  yer  tuturdu.  A BŞ-da  isə  sosio­
loqların  ixtisaslaşdırılması  zamanı  siyasətin  öyrədilməsi  de­
moqrafiyadan,  antropologiyadan,  nigah  və  ailənin,  cinayətkar­
lığın,  sənayenin  sosiologiyasından  ön  plana  çəkilmişdi.  Hazır­
da ABŞ universitetlərinin əksəriyyətində  siyasətin öyrənilməsi 
ilə xüsusi şöbələr və qruplar məşğul olur.
Qərb  sosiologiyasının  səciyyəvi  əlamətlərindən  biri  si­
yasətin  sosiologiyasını  genişləndirmək  və  inkişaf  etdirməkdən 
ibarətdir.  ABŞ  siyasi  sosiologiyasının  məşhur  nümayəndələri 
D.Bell,  Q.Morqentau,  S.Lipset,  R.Leyn,  K.Doyç,  Q.Almond,
S.Verba,  Q.Saymon,  R.Douson  və  C.Koulmendir.  1949-cu  ildə 
Beynəlxalq  Siyasi  Elmlər  Assosiasiyası  yaranmışdır.  Bu 
Assosiasiyaya  indi  Qərb  ölkələrinin  əksəriyyəti  daxildir  və  hər 
üç  ildən  bir  təşkilatın  beynəlxalq  konqresi  keçirilir.  Hazırda  bir 
çox 
tədqiqatçılann 
əsərlərində 
çoxlu 
sayda 
müxtəlif 
nəzəriyyələr,  məsələn,  «şəxsiyyətin  si-yasi  sosiallaşması», 
«siyasi  qərarların  qəbulu»,  «dövlət  bürokratiyası»,  «avanqard 
demokratiya»,  «postindustrial  cəmiyyət»  və  s.  ətraflı  işlənib 
hazırlanmışdır.  Qərb  siyasi  sosiologiyası  Qərb  həyat  tərzini, 
demokratiyasını  reklam  etməklə  ictimai  rəyə  təsir  göstərir.  Bu 
sosiologiya  mürəkkəb  sosioloji  və  fəlsəfi  kateqoriyaları  adi 
insanların  başa düşdüyü  dilə  çevirir,  kütlə  auditoriyasına  çatdırır. 
Qərb  siyasi  sosiologiyası  fəalmnnevr  etmək  qabiliyyətinə 
malikdir.  O,  sistematik olaraq  öz nəzəriyyəsini  yeniləşdirir,  onun 
ayrı-ayn  müddəalarına  yenidən  baxır.  Əsas  konsepsiya  və 
ideyaların  təbliğində  nəinki  alimlər,  habelə  siyasət  və  dövlət 
xadimləri,  dini  və  ictimai  təşkilatların  rəhbərləri,  ali  və  orta 
məktəb  müəllimləri,  biznesmenlər  fəal  iştirak  edirlər.  Bu 
konsepsiyalar  və  ideyalar  eyni  zamanda qəzet  və jurnallar,  radio 
və 
televiziya 
vasitəsilə, 
parlament 
tribunası 
və 
kilsə 
auditoriyaları,  teatr zalları  və  ali  məktəb  auditoriyaları  vasitəsilə 
təbliğ  olunur.  Siyasi  sosiologiyanın  inkişafına,  bu  sahədəki 
tədqiqatların  artmasına  Qərb  dövlətləri  külli  miqdarda  vəsait 
ayınr.


Yüklə 186,3 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə