məqsədləri və mövqeləri müəyyən olunmamış gəncləri özünə
daha çox cəlb edir. E.Dürkheym yeni dinlərin yaranmasını
müasir həyata etirazın nümunəsi kimi qələm ə verir. Bellax isə
bunu cəmiyyətdəki mövcud sosial institutların dağılması (bo
şanmaların sayının artması nəticəsində nuklear ailələrin
dağılması, müharibələr, hakimiyyət fırıldaqlarının olması, in
sanların vətənpərvərlik və hökumətə inam hisslərinin itirilmə
si, seksual inqilab, «azad məhəbbət»in dəbə çevrilməsi) ilə
izah etmişdir.
§5. Siyasətin sosiologiyası
Siyasətin sosiologiyası və ya siyasi münasibətlərin
sosiologiyası özündə aşağıdakı anlayışları birləşdirir: «siyasət»,
«siyasi hakimiyyət», «siyasi münasibətlər», «siyasi maraqlar»,
«siyasi institutlaı», «siyasi proseslər», «cəmiyyətin siyasi
sistemi», «siyasi şüur». Siyasətin sosiologiyası sosial-siyasi
sahənin qanunauyğunluqlarını öyrənir. Sosiologiyanın bu sahəsi
ictimai və siyasi münasibətlərin o dairəsini əhatə edir ki, orada
ictimai məqsədlərə siyasi vasitələrlə nail olunur.
Siyasətin sosiologiyasının rəsmən tanınması və onun
hüdudlarında tədqiqatlar aparılması sosioloqların bu elmin
predmeti haqqında kəskin və qızğın diskussiyalarına səbəb ol
muşdur. Bu mübahisələrin kəsilməməsini göstərən fakt odur ki,
sosisoloqlar bu fənnin adının dəqiq nccə adlandırılması qərarına
hələ gələ bilməyiblər. Belə ki, «siyasi elm», «siyasi elmlər»,
«siyasi fəlsəfə», «siyasətin sosiologiyası», «siyasətin fəlsəfəsi»
terminləri çox işlənir. İlk dəfə siyasəti 1816-cı ildə Sen-Simon
elm elan etmişdir. R.Rendiks və S.Lipset siyasi elmlərlə siyasi
sosiologiya arasında sərhəd qoyurlar. Əgər fransız tədqiqatçıları
«siyasi elm» və «siyasi sosiologiya» anlayışlarını sinonim kimi
işlədirlərsə, Amerika sosioloqları çalışırlar ki, bu anlayışları
fərqləndirsinlər. Siyasi elm kimi siyasi sosiologiya da cə
miyyətdə hakimiyyətin yeri və və tətbiqi mexanizmini öyrənir.
Lakin siyasi elmdən fərqli olaraq, siyasi sosiologiya hakimiyyə
130
tin təsisat əsaslannı və onun fəaliyyətini əsas götürmür. Deməli,
siyasi elm dövlətdən başlayaraq onun cəmiyyətə təsirini öyrə
nir, siyasi sosiologiya isə cəmiyyətdən başlayaraq, onun dövlətə
və formal təsisatlara təsirini, hakimiyyətin fəaliyyətini öyrənir.
M.Düveıjyenin fikrincə, siyasi elm cəmiyyətin siyasi
həyatını üç əsas cəhətdən öyrənir: siyasi rejimin əsaslannı ya
radan
siyasi
hakimiyyət
təsisatlarını
(siyasi
rejimlərin
sosiologiyası), digər ölkələrdə olan siyasi hakimiyyət formalan ilə
əlaqəni
(beynəlxalq
münasibətlər
sosiologiyası),
siyasi
hakimiyyətin cəmiyyətin təşkilati qüvvələri ilə əlaqəsi (siyasi
partiyaların, güc strukturlarının və s. sosiologiyası) tədqiq edir. Bir
çox müəlliflər təsdiq edirlər ki, siyasi sosiologiya yalnız dövləti
öyrənir və ailə, əmək kollektivləri, ictimai təşkilatlar və s. ilə
məşğul olmur. Digər alimlər isə siyasi sosiologiyaya ümumiyyətlə
hakimiyyət haqqında, bütün ictimai təşkilatlar haqqında elm kimi
baxırlar. Onlar öz fikirlərini belə əsaslandırırlar ki, dövlətin siyasi
hakimiyyəti öz təbiətinə görə digər ictimai institutlardan, məsələn,
həmkarlar ittifaqlarından və s. fərqlənmir.
Bir sıra tədqiqatçılar siyasi fəlsəfə ilə siyasi elmin özünü
bir-birindən fərqləndirirlər. Bəzi mütəxəssislərin fikrincə,
fəlsəfə siyasi nəzəriyyənin ümumi məsələləri ilə məşğul
olmalıdır. Məsələn, fəlsəfə hakimiyyətin ümumi əsaslannı və
mahiyyətini açaraq, eyni zamanda siyasi elm kimi hakimiyyətin
həyata keçirilməsinin konkret fonnalarını təhlil edir. P.Bastidin
fikrincə, siyasi fəlsəfə siyasətin ümumi prinsiplərini, müxtəlif
tarixi mərhələlərdə fəaliyyət göstərən qanunlarını, müxtəlif
hakimiyyət fonnalarını öyrənir, müxtəlif zaman və məkan
daxilində mövcud olmuş siyasi rejimləri müqayisə edir, siyasət
haqqında sistemli təsəvvür yaradır. A.cevers hesab edir ki, siyasi
fəlsəfə əxlaq fəlsəfəsinin bir sahəsi, onun tətbiqi fənnidir. Siasi
fəlsəfənin əsas qayğısı isə siyasi hakimiyyətə əxlaqi qiymət
verməkdir. V.Deykə görə, siyasi elmə ikili baxmaq lazımdır:
birincisi, siyasi elm siyasi görüşlər sisteminin ümumi xarakterini
əks etdirir, ikincisi o, siyasi ideologiyaya aid ola bilər.
Siyasi sosiologiyanın əhatə etdiyi ictimai-siyasi sahə
nin əsasını siyasi münasibətlər təşkil edir və ona aşağıdakı
lar daxildir. Birincisi, m üxtəlif qrup və fərdlərin (cəmiyyətin
131
ictimai-siyasi təşkilatlan), cəmiyyətin ayrı-ayrı sosial institut
larının (iqtisadi, dini, siyasi və s.) və onların qarşılıqlı münasi
bətlərinin status və rolunu müəyyən edən üımımən qəbul
olunmuş və ya qanunla müəyyənləşdirilmiş norma və dəyər
lər. İkincisi, sosial-siyasi və hüquqi normalara nəzarət edən
və bunun üçün zəruri olan hakimiyyət, nüfuz və maddi vasitə
lərə malik olan təşkilatların (sosial institut və idarələrin) fəa
liyyəti. Üçüncüsü, cəmiyyətin institutlarına, dövlət və onun
təşkilat və idarələrinə birbaşa aid olan birliklər və fərdlər ara
sında ictimai əlaqələr.
Siyasi münasibətlər sinfi və qrup mənafelərinin reallaşması
forması olub, ictimai münasibətlər sistemində fərdlərin və
birliklərin ictimai davranışının idarə olunması və ona nəzarət
funksiyasını həyata keçirir. Siyasi münasibətlər fərdlərin və insan
birliklərinin ictimai-siyasi fəaliyyəti nəticəsində meydana çıxır.
Bu fəaliyyət müxtəlif formalarda olsa da, ümumi məzmunla -
cəmiyyətin inkişafı prosesində iştirakla xarakterizə olunur.
Siyasətin sosiologiyasının predmetinə müxtəlif birliklərin sosial-
siyasi marq və münasibətləri ilə şərtlənən fəaliyyət göstənnə
formaları, sosial institutların sosial-siyasi sahənin inkişaf
qanunlarına uyğunluğu və s. aiddir. İstənilən cəmiyyətin inkişaf
və fəaliyyət prosesisni öyrənərkən əsas yeri hakimiyyətə
münasibətlə əlaqədar olan bütün ictimai fəaliyyət sahəsinin aid
olduğu siyasi həyat tutur. Siyasət isə ictimai münasibətlər sahəsi
olub, dövlət hakimiyyəti, onun saxlanması və ondan istifadə
olunmasına aid yaranmış münasibətlərin xarakter və məzmunu
ilə müəyyən olunur.
Siyasətin sosiologiyası ikinci Dünya müharibəsindən so
nra Qərbin digər ictimai elmləri içərisində ön plana keçdi. Siy
asətin sosiologiyasının yaranması və inkişaf etməsinin mühüm
amili onun ABŞ, AFR, İngiltərə, Fransa və b. ölkələrin bir çox
nümayəndələri tərəfindən fəal müdafiə olunması, siyasi tədqi
qat institutları və m ərkəzlər yaradaraq, onları maliyyəloşdir-
məsi idi. Müharibədən sonra Qərb siyasi elminin inkişafının
mühüm səbəblərindən biri ali təhsil sistemində onun xüsusi
fənn kimi tədris olunmasıdır. Hətta Fransada hökumətin 1954-
cü il 27 mart tarixli dekreti ilə ali
təhsil
müəssisələrində siyasi
elmlərin tədrisinə başlandı. J.Stessel yazırdı ki, bu dövrdə
Fransada siyasətin sosiologiyası ümumi elmlər içərisində öz
xüsusi çəkisinə görə mühüm yer tuturdu. A BŞ-da isə sosio
loqların ixtisaslaşdırılması zamanı siyasətin öyrədilməsi de
moqrafiyadan, antropologiyadan, nigah və ailənin, cinayətkar
lığın, sənayenin sosiologiyasından ön plana çəkilmişdi. Hazır
da ABŞ universitetlərinin əksəriyyətində siyasətin öyrənilməsi
ilə xüsusi şöbələr və qruplar məşğul olur.
Qərb sosiologiyasının səciyyəvi əlamətlərindən biri si
yasətin sosiologiyasını genişləndirmək və inkişaf etdirməkdən
ibarətdir. ABŞ siyasi sosiologiyasının məşhur nümayəndələri
D.Bell, Q.Morqentau, S.Lipset, R.Leyn, K.Doyç, Q.Almond,
S.Verba, Q.Saymon, R.Douson və C.Koulmendir. 1949-cu ildə
Beynəlxalq Siyasi Elmlər Assosiasiyası yaranmışdır. Bu
Assosiasiyaya indi Qərb ölkələrinin əksəriyyəti daxildir və hər
üç ildən bir təşkilatın beynəlxalq konqresi keçirilir. Hazırda bir
çox
tədqiqatçılann
əsərlərində
çoxlu
sayda
müxtəlif
nəzəriyyələr, məsələn, «şəxsiyyətin si-yasi sosiallaşması»,
«siyasi qərarların qəbulu», «dövlət bürokratiyası», «avanqard
demokratiya», «postindustrial cəmiyyət» və s. ətraflı işlənib
hazırlanmışdır. Qərb siyasi sosiologiyası Qərb həyat tərzini,
demokratiyasını reklam etməklə ictimai rəyə təsir göstərir. Bu
sosiologiya mürəkkəb sosioloji və fəlsəfi kateqoriyaları adi
insanların başa düşdüyü dilə çevirir, kütlə auditoriyasına çatdırır.
Qərb siyasi sosiologiyası fəalmnnevr etmək qabiliyyətinə
malikdir. O, sistematik olaraq öz nəzəriyyəsini yeniləşdirir, onun
ayrı-ayn müddəalarına yenidən baxır. Əsas konsepsiya və
ideyaların təbliğində nəinki alimlər, habelə siyasət və dövlət
xadimləri, dini və ictimai təşkilatların rəhbərləri, ali və orta
məktəb müəllimləri, biznesmenlər fəal iştirak edirlər. Bu
konsepsiyalar və ideyalar eyni zamanda qəzet və jurnallar, radio
və
televiziya
vasitəsilə,
parlament
tribunası
və
kilsə
auditoriyaları, teatr zalları və ali məktəb auditoriyaları vasitəsilə
təbliğ olunur. Siyasi sosiologiyanın inkişafına, bu sahədəki
tədqiqatların artmasına Qərb dövlətləri külli miqdarda vəsait
ayınr.
Dostları ilə paylaş: |