Sosiologiya (Dərslik)



Yüklə 186,3 Kb.
Pdf görüntüsü
səhifə2/73
tarix06.05.2018
ölçüsü186,3 Kb.
#42945
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   73

FƏ S İL  I
SO SİO LO G İY A  C Ə M İY Y Ə T 
HA Q Q IN D A  EL M D İR
§  1. Sosiologiya elminin meydana gəlm əsi və inkişafı
Sosiologiyanın müstəqil elm kimi meydana gəlməsi XIX əs­
rə təsadüf edir. Həmin əsrin 30-50-ci illərində bu sahədə ilk ciddi 
addımlar  atılmış,  sosial  sistemlərin  fəaliyyəti  və  inkişafı  qanuna­
uyğunluqlarını  öyrənən elmin bir çox əsaslı  problemləri  araşdml- 
mışdır.  Sosiologiyanın  meydana  gəlməsi  belə  bir  təlabaü  ifadə 
edirdi:  digər  ictimai  elmlərdə  elə  problemlər ortaya  çıxmışdır ki, 
onlann ənənəvi üsullarla, biliklərin təşəkkül tapmış mövcud siste­
mi çərçivəsində həll etmək artıq mümkün deyildiir.
Dünyaya sosioloji baxım üç başlıca cəhəti özündə birləşdirir:
Birincisi,  cəmiyyət  ayrı-ayrı  ictimai  ünsürlərin  sadəcə 
mexaniki yığımı yox,  öz xüsusi  qanunları  üzrə  fəaliyyət göstə­
rən,  inkişaf edən m üəyyən sistemli bütövlükdür.
İkincisi,  ideal  icitimai  quruluşun utopik  konstruksiyasını 
quraşdırmaq yox,  real  surətdə mövcud olan  ictimai  münasibət­
lərin öyrənilməsi zərurəti dərk olunmalıdır.
Üçüncüsü,  mücərrəd  fəlsəfi  mühakimələrə  yox,  emprik 
tədqiqat  metodlarına  istinad  edilməlidir.  Aydın  m əsələdir  ki, 
həmin  metodların  başa  düşülməsi  m üxtəlif  tədqiqatçılarda 
m üxtəlif ola bilər.
Sosioloji  baxımın  ünsürləri  tədricən,  bir-birilə  qarşılıqlı 
əlaqədə  təşəkkül  tapmışdır.  Bu  proses  yeni  dövrün  sosial  fəl­
səfi  və  tarix  fəlsəfəsi  hüdudlarında  baş  vermişdir.  İctimai  və 
humanitar elmlərin differensiasiyası, emprik sosial  və  etnoqra­
fik tədqiqatların inkişaf etməsi, təbiətşünaslığın yeni-yeni nai­
liyyətlər  qazanması  və  onun  cəmiyyətşünaslıqla  əlaqələrinin 
dərinləşməsi burada həlledici rol  oynamışdır.
Sosiologiyanın banisi  görkəmli  fransız mütəfəkkiri  Oqyust 
Kont  (1798-1857)  hesab  olunur.  O  öz  təlimini  əvvəlcə  «sosial 
fizika»  adlandınr.  Lakin  sonralar  belçikalı  alim  və  statistik 
A.Ketlenin (1796-1974) də həmin termindən istifadə etdiyini nə­
zərə alaraq, elmin dövriyyəyə yeni söz -  sosiologiyam daxil edir.
6
Məlumdur  ki,  «sosial  fizika»  ideyası  XVII  əsrə  təsadüf 
edir.  Artıq «sosial  fizika»  nəzəriyyələri  cəmiyyətə  sistem  kimi 
yanaşır,  onu  təbiətin  bir  hissəsi  hesab  edirdi.  Başqa  sözlə,  cə- 
miyyətşünaslıq  metodoloji  baxımdan  təbiətşünaslığın  tərkib 
hissəsinə  çevrilirdi.  Lakin  məhz  O.Kont  həmin  ideyanı  tam 
dolğunluqla,  müntəzəmlik  və  əsaslılıqla  işləməyə  nail  olmuş­
dur.  Kontun fikrincə,  «sosial  fizika»,  yaxud  sosiologiya cəmiy­
yət  hadisələrinin  fiziki  hadisələrə  müncər  edilməsini  nəzərdə 
tutmur:  sosial  olanın  spesifikası  elmi  biliyi özünəməxsus  ensik­
lopediyası olan «pozitiv sintez» çərçivəsində nəzərə alınmalıdır.
Sosiologiyanın  meydana  gəlməsi  XIX  əsrdə  cəmiyyətin 
mövcud  ziddiyyətləri,  habelə  həmin  ziddiyyətlər  zəminində 
şaxələnən  və  kəskinləşən  ictimai-siyasi  mübarizə  ilə  bağlı 
olmuşdur. Yeni intellektual  sintezə, insan və cəmiyyət haqqın­
da  realist  təhlilə  tələbat  getdikcə  artırdı.  Sosial  hadisələri  və 
prosesləri  izah  etmədən,  ictimai  həyatın m üxtəlif tərəfləri  ba­
rəsində  konkret  emprik  informasiya  almadan,  bir  sözlə,  sosio­
loji  realizm mövqeyində dayanmadan cəmiyyəti  az-çox səm ə­
rəli  idarə etmək mümkün  deyildi.
XIX  əsrin  sonlarına  doğru  sosiologiyanın  bir  elm  kimi  tə­
şəkkülü  əsasən  başa  çatır  və  XX  əsrin  əvvələrindo  o,  artıq  cə- 
miyyətşünaslığın  aparıcı  bölmələrindən  birinə  çevrilir.  Onun  öz 
anlayış aparatı  formalaşır, getdikcə daha mürəkkəb  və differensi- 
al  konsepsiyalar meydana gəlir.  Tədricən  öyrənilən  problemlərin 
dairəsi  genişlənir,  metodologiya  və  tədqiqat texnikası  məsələlə­
rində uğurlu addımlar atılır.  Ümumi nəzəriyyənin və empirik so­
sial  tədqiqatların  pararel  inkişafı  onlann  inteqrasiyası  meyllərini 
gücləndirir.  Sosiologiyanın  təsisatlaşdmlması,  ali  təhsil  sistemin­
də,  xüsusən  universitetlərdə  özünə  möhkəm  mövqe  qazanması, 
bu  sahədə  çalışan  peşəkarlann  artması,  O.Kotun,  H.Spenserin, 
F.Tennisin,  K.Zimmelin,  E.Dürkheymin,  M.Veberin,  V.Pa- 
retonun  əsərloninin  öyrənilməsi,  təbliği,  yeni  ideyalarla  zən­
ginləşdirilməsi -  bütün bunlar XX əsrdə,  xüsusən  20-ci  illərdən 
sonra daha çox nəzərə çarpan səciyyəvi xüsusiyyətə çevrilir.
Sosiologiyanın inkişafında 20-ci illərdən  50-ci  illərə q ə- 
dərki  dövrün  özünəməxsus  yeri  vardır.  Təxm inən  iki  dünya
7


müharibəsi  arasındakı  dövrü  əhatə  edən  mərhələni  bəzən  sa­
dəcə  olaraq  empirik  mərhələ  adlandırır,  anarılan  tədqiqatların 
nəzəri  imkanlarının məhdudluğunu,  əhatəli  nəzəri  və  dünyag­
örüşü  sintezlərinin  olmamasını  qeyd  edirlər.  Lakin  belə  izah 
sadəcə  olaraq  doğru  deyildir,  çünki  empiric  istiqamətlənmənin 
özü  maraqlı  nəzəri  axtarışlara  stimul  yaratmışdır.  Bundan  əla­
və,  nəzərdən  keçirilən  dövrdə  nüfuzlu  sosioloji  m əktəblər  və 
istiqamətlər  təşəkkül  tapmış  və  fəal  iş  aparmışlar.  Məsələn, 
sosial  fəaliyyət  nəzəriyyələri,  psixoanalitik  sosiologiya  və  s. 
bu  qəbildəndir.  P.Sorokinin  «inteqral  sosiologiyasının»  əsas 
ideyaları  məhz  bu  m ərhələdə  işlənib  hazırlanmışdır.  Sonralar 
geniş  şöhrət qazanmış  sosioloji  cərəyanların  -  simvolik  intera- 
ksionizmin  /  C.H.Midin  əsərlərində/,  fenomenoloji  sosiologi­
yanın  /  A.Şyutsun  əsərlərində/,  Frankfurt  məktəbinin  «tənqi­
di»  sosiologiyasının  (M.Horqhaymerin  və  T.Adornonun  əsər­
lərində) formalaşması  da bu dövrə təsadüf  edir.  Bu  dövrdə  irə­
li  sürülən  bəzi  ideyalar  bir  çox  onilliklər  ərzində  irəlicədən 
sosioloji  fikrin  inkişafının  bünövrəsini  təşkil  etmişdir.  XX  əs­
rin  50-ci  illərindən  etibarən sosiologiyada  sabitləşmə  səylərini 
möhkəmləndirmək,  rasionallıq  və  inkişaf ideyalarını  daha  də­
rindən  işləmək  meylləri  üstünlük  təşkil  edir.  Bu  meyllər  indi 
də geniş və qızğın mübahisə obyekti olaraq  qalır.
Hazırda  sosiologiyanın  müstəqil  elm  kimi  mövcudluq 
hüququ,  onun  sosial  və  intellektual  inkişafda rolu,  demək olar ki, 
heç kəsdə  etiraz doğurmur.  Bütün  qabaqcıl  və  inkişaf etmiş  döv­
lətlər  cəmiyyətin  sosial-iqtisadi  və  mənəvi  -   əxlaqi  baxımdan 
sağlamlaşmasında  sosiologiyanın  əhəmiyyətini  dərk  edərək, 
onun inkişafı üçün daha optimal  şərait olmasına qayğı  göstərirlər.
Müstəqilliyin  çətin,  əzablı,  lakin  zəruri  yolu  ilə  irəliləyən 
respublikamızda  sosiologiyanın  inkişafı  müəyyən  çətinliklərlə 
üzləşir.  Erməni  təcavüzü nəticəsində respublika ərazisinin xey­
li  hissəsinin  dağıntıya  məruz  qalması,  qtçqınlar  və  köçkünlər 
problemi,  dövləti  iqtisadi,  sosial,  mənəvi  potensialın  xeyli  zəif­
ləməsi,  sosiologiya  sahəsində  ixtisaslı  kadrların  azlığı,  keçmiş 
SSRİ-də  sosiologiyanın  təsisatlaşdırılmasına və  öz qanuni yeri­
ni tutmasına lazımınca diqqət yetirilməməsi,  sosioloji  tədqiqatla
8
və  xidmətlə  məşğul  olan  laboratoriyaların,  şöbələrin  maliyyə 
çətinlikləri ilə üzləşməsi və s.  obyektiv surətdə vəziyəti mürək­
kəbləşdirir  və  gərginləşdirir.  Lakin  nəzərə  almaq  lazımdır  ki, 
son  illərdə  respublikamızda  ümidverici  addımlar  da  atılmışdır. 
Artıq  sosiologiya  ixtisası  üzrə  kadrlar  hazırlığına  başlanılmış, 
ali  məktəblərdə  və  kolleclərdə  sosiologiyanın  tədrisinə  diqqət 
gücləndirilmiş,  onun  təsisatlandırılması  işi  xeyli  təkmilləşdiril­
mişdir.  Əlbəttə,  problemlər  qalır.  Lakin  bu  problemlərin  həlli 
təkcə  dövlət qayğısında  yox,  həm  də  bu  sahədə  çalışan  mütə­
xəssislərin  ictimai  tələbatı  dərk  etməsindən,  öz  bilik  və  ixtisas 
səviyyəsini  yüksəltməsindən,  respublikanın  müstəqilliyinin 
möhkəmlənməsinə konkret töhfəsindən asılıdır.
Bu həqiqətdir ki, tarixi-elmi baxımdan hər bir elm nəinki nə­
zəri müddəaların az-çox nizama salınmış sistemdir,  həm də müəy­
yən  predmeti  öyrənən  və  onunla  peşəkar  surətdə  məşğul  olan 
adamlann daxil olduğu sosial sitemdir. Bu mənada sosiologiya da bir 
elm  kimi konkret tarixi tosissatdır, onun meydana gəlməsi, inkişafı, 
yüksəlmə və enmə momentləri diqqətlə öyrənilməlidir.
Bir  sıra  elmlərlə  müqayisədə  sosiologiyanın  daha  əhatəli 
və dərin yol keçməli  olacağı  indi  açıqca etiraf olunur,  bu baxım­
dan  Amerika  sosiologiyasının  görkəmli  nümayəndələrindən  biri 
olan Robert Kinq Mertonun sözləri  xarakterikdir:  «İyirminci əsrin 
fizikası  ilə  ssiologiyası  arasında  milyard  saatlıq  fasiləsiz  nizamlı 
və  təmərküzəştli  tədqiqatçılıq  işinə  bərabər  olan  fərq  mövcud­
dur.  Ola  bilsin  ki,  sosiologiya  öz  Eynşteyn  üçün  hələ  ona  görə 
yetişməmişdir ki,  o.  əvvəlcə öz keplerini tamamlamalıdır».
§  2.  Sosiologiyanın predmeti
Sosiologiya  termini  iki  sözün  birləşməsindən  ibarətdir:  la­
tın sözü  «sosietas»  (cəmiyyət)  və yunan  sözü «loqos»  (söz  təli­
mi). Hərfi mənada sosiologiya cəmiyyət haqqında elm deməkdir.
Aydın  məsələdir  ki,  bəşəriyyət  öz  tarixi  ərzində  həmişə 
cəmiyyəti  dərk  etməyə,  ona  öz  münasibətini  bildirməyə  səy 
göstərmişdir.  Bunu  xatırlamaq  kifayətdir  ki,  keçmişin  bütün 
mütəffəkkirləri  öz  fəlsəfi  sistemləri  çərçivəsində  həm  də  öz 
ictimai  baxışlarını  ifadə  etmişdir.  İqtisadi,  hüquqi,  pedaqoji  fikir
9


Yüklə 186,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə