Sosiologiya (Dərslik)



Yüklə 186,3 Kb.
Pdf görüntüsü
səhifə6/73
tarix06.05.2018
ölçüsü186,3 Kb.
#42945
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   73

dı:  ümumi  və  xüsusi  sosioloji  nəzəriyyələr  konkret  sahələrdə 
tədqiqatı  istiqamətləndirir,  konkret  sahələrin  təldqiqatlan  so­
sioloji  nəzəriyyələrin zənginləşməsi,  dolğunlaşmasmı  şərtlən­
dirir.
M üxtəlif ümumilik  səviyyəsində  ol m   sosioloji  nəzəriy­
yələr  sosial  hadisələrin  nisbətən  geniş  dairəsində  böyük  mi­
qdar  informasiyanı  cəmləşdirdiyindən,  onların  inkişaf qanuna­
uyğunluqlarını  aşkara  çıxardığından  ayrı-ayrı  sosial  hadisələ­
rin, proseslərin tədqiqinə münasibətdə nəzəri əsas rolunu yeri­
nə  yetirə  bilər.  Lakin  bu  nəzəriyyələri  elıkama  çevirmək  yox, 
konkret  bilik  sahələrinin  imkanların  hesabına yaradıcılıqla da­
ha da inkişaf etdirmək lazımdır.
§ 5. Sosial qanunların mahiyyəti  və təsnifatu 
Sosiologiyanın kateqoriyaları
Məlumdur ki,  qanun  hadisələrin  daxili,  mühüm  və  sa­
bit əlaqəsi  və ya  münasibəti  olub,  onların  nizamlı  dəyişmə­
sini  şərtləndirir.  Qanunları  bilmək əsasında prosesin cərəyanı­
nı irəlicədən etibarlı surətdə müəyyənləşdirmək mümkündür.
Qanun  anlayışı  qanunauyğunluq  anlayışına  çox  yaxındır. 
Qanunauyğun  qanunun  məzmunu baxımından  qarşılıqlı  əlaqə­
də  olan,  sistemdəki  dəyişikliklərin  sabit  meylini  və  ya  istiqa­
mətini  təmin edən cəhətlərin məcmusudı r.
Sosial  qanunlar  sosial  hadisələrin,  proseslərin  mühüm, 
zəruri  və  ümumi  əlaqələrini  ifadə  edir,  fərdlərin,  qrupların, 
birliklərin  fəaliyyətində  təzahür  edir,  orlar  arasındakı  rənga­
rəng  münasibətləri  müəyyənləşdirir.  İnsanlar  bu  qanunları 
dərk  edərək,  öz  həyat  fəaliyyəti  şərtləri ni  dəyişdirir,  yeniləş­
dirir.  Dəyişilmiş,  başqalaşmış  şərait  isə  insanlara  ən  müxztəlif 
şəkildə  təsir göstərir.  Hər bir  ayrıca  şəraitin,  hər  bir ayrıca  ta­
rixi  hadisənin  spesifik  xarakteri,  təkrarolunmazlığı,  zənginliyi 
sosial  qanunların  təzahüründə  dərin  iz  buraxır.  Hətta  eyni  so­
sial  qanun  birtipli,  yaxud  oxşar  şəraitdə  müxtəlif,  fərqli  inten­
sivlikdə təzahür edir.  Ona görə  də sosial qanunların  fəaliyyəti­
ni  hər bir konkret  halda m üxtəlif ehtima'  dərəcəsini  aşkara çı­
xaran meyl kimi nəzərdən keçirmək lazımdır.
Hadisə və proseslərin təbii gedişində təşəkkül tapan sosial 
qanunlar  fərdlərin,  qrupların,  birliklərin  müxtəlif  istiqamətli 
fəaliyyətinin  nəticəsidir.  Lakin  bu  fəaliyyyətdə  qanunauyğun, 
meyllər  də  təzahür  edir,  qarşılıqlı  sosial  fəaliyyətin  məqsədini, 
məzmununu, xarakterini və istiqamətini müəyyənləşdirir.
Sosial  qanunların  fəaliyyət  mexanizmini  aşkara  çıxar­
maq,  onları  hərtərəfli  tədqiq  etmək  çox  mürəkkəb  işdir,  lakin 
vacib  vəzifədir.  Bu,  hər  hansı  hadisənin,  prosesin  bütövlükdə 
ictimai  həyatda,  ən  m üxtəlif  sosial  sistemlərin  fəaliyyətində 
yerini  və  rolunu,  təzahür  xüsusiyyətlərini  müəyyənləşdirməyi 
onun  sosial  genezisini  aşkara  çıxarmağı,  rəngarəng  sosial  əla­
qələri real  faktlar əsasında öyrənməyi nəzərdə tutur.
Sosial  qanunların  m üxtəlif əsasa  görə  təsnif etmək  olar. 
Fəaliyyət  müddətinə  görə  adətən  ümumi  və  spesifik  qanunlar 
fərqlənirilər.  Ümumi  qanunlar  (məsələn,  dəyər qanunu)  bütün 
ictimai sistemlərdə,  spesifik qanunlar isə  (məsələn,  bir cəmiy­
yətdən digərinə  keçidlə  bağlı  olan qanunlar)  bir və ya bir neçə 
ictimai  sistemdə fəaliyyət göstərir.
Ümumilik dərəeəsinə görə  iki qrup qanunlardan bəhs etmək 
mümkündür:  a)  bütövlükdə  sosial  sferanın  inkişafını  xarak­
terizə  edən  qanunlar;  b)  sosial  sferanın  ayn-ayn  ünsürlərini 
(sinif, qrup, millət və s.) inkişafını xarakterizə edən qanunlar.
Təzahür  üsuluna  görə  qanunların  dinamik  və  statik  (sto- 
xastik)  növlərini  ayırd  etmək  olar.  Dinamik  qanunlar  sosial 
dəyişmələrin  istiqamətini,  amillərini  və  formalarını  müəyyən 
edir.  Statik (stoxastilc) qanunlar  isə  sosial  hadisələri  qəti  şəkil­
də  determinasiya  etınir,  məlum  sosial  bütövün  sabitliyini  sax­
lamaqla  dəyişmələr n  əsas  istiqamətlərini,  meyylərini  əks  et­
dirir.  Bu  o  deməkdir  ki,  statik  qanunlar  sosial  gerçəklikdəki 
hadisə  və  proseslərin  əlaqəsini  müəyyən  ehtimal  dərəcəsində 
ifadə  edir,  onlara  bütövlükdə  xas  olan  bəzi  xassələri  və  ya 
əlamətləri  səciyyələndirir.
Dinamik  qanunlar  səbəb  və  funksional  qanunlara  ayrılır. 
Səbəb qanunlarının  sosial  hadisələrpin  inkişafında qəti  surətdə 
şərtlənmiş  əlaqələri,  funksional  qanunlar  isə  sosial  hadisələr 
arasında empirik surətdə müşahidə edilən və ciddi  şəkildə tək­
23


rar olunan qarşılıqlı asılılıqları əks etdirir.
Statik  qanunların  inkişaf  qanuni an  (məs.,  tələbatların  daha 
dolğun ödənilməsi, xalqın özünüdairəsinin inkişafi və s.) və fəaliyyət 
qanunlan  (kollektivdə  formal  və  qeyri-formal  strukturların  vəhdəti, 
ailədə rol funksiyalarının bölüşdürülməsi) kimi növləri vardır.
Əlaqələrin  formalarına  görə  sosial  qanunların  aşağıdakı 
növlərini ayırd etmək olar:
A)  Sosial hadisələrin, yaxud onlarla bağlı  olan hadisələrin 
invariant  (dəyişməyən) yanaşı  yaşamasını  əks  etdirən qanunlar. 
Bu  qanuna görə A hadisəsi  varsa,  hökmən  В  hadisəsi də olma­
lıdır.  M əsələn,  cəmiyyətdə  totalitar  idarəetmə sistemi mövcud­
dursa, hökmən latent (gizli) müxalifət də mövcud olmalıdır.
B)  İnkişaf  meylini  əks  etdirən  qanunlar.  Belə  qanunlar 
qarşılıqlı  münasibətlərin  bir  səviyyəsindən  digərinə  keçidi 
şərtləndirir,  sosial  obyektin  strukturuna  xas  olan  dinamikanı 
ifadə  edir.  M əsələn,  fəhlə  sinifində  baş  verən  keyfiyyət  irə­
liləyişləri  onun bütün sosial  münasibətlərə  təsirini  gücləndirir, 
onun bütövlükdə  ictimai mövqeyini möhkəmləndirir.
C)  Sosial  hadisələr  arasında  funksional  asılılığı  müəyyən 
edən qanunlar.  Bu qanunlan  fəaliyyət qananları  da  adlandırmaq 
olar.  Bunlar  inkişaf qanunlanndan  fərqli  olaraq hər hansı  sosial 
sistemin  nisbi  sabitlik  halında  qalmasını  təmin  edir,  sistemdəki 
ayn-ayn  ünsürlərin  mühüm  dəyişikliyə  səbəb  olmayan  mütə- 
hərrikliyini  səciyyələndirir,  başqa  sözlə,  sosial  obyektin  yeni 
keyfiyyət  qazanması  üçün  ilkin  şərtlər yaıadır.  Məsələn,  əhali­
nin  idarəetmə  işində,  siyasi  həyatda  iştirakı  ilə onun  siyasi  mə­
dəniyyətinin  yüksəlməsi  arasında,  kollektivdə  ideya-tərəbiyə 
işinin səviyyəsi  ilə  mənəvi-psixoloji  iqlimin  vəziyyəti  arasında 
funksional asılılığı görmək o qədər də çətin deyildir.
D)  Sosial  hadisələr  arasında  səbəb  əlaqəsini  əks  etdirən 
qanunlar.  Səbəb  əlaqəsi  və  funksional  əlaqə  bir-birinə  yaxın 
anlayışlardır.  Lakin  onları  eyniləşdirmək  doğru  deyildir.  Fun­
ksional  əlaqə  səbəbiyyəti  ifadə  edə  də  bilər,  etməyə  də  bilər. 
Funksional  asılılığın  olması  hələ  mahiyyətli  səbəb  münasibət­
lərinin  mövcudluğunu  ifadə  etmir.  M əsələn  şəxsi  və  ictimai 
mənafelərin  optimal  əlaqələndirilməsi  sosial  inteqrasiyanın
24
çoxz mühüm,  zəruri şərtidir.
E) 
Sosial  hadisələr  arasında  ehtimalı  ifadə  edən  qanun­
lar.  Məsələn,  əhalinin  kənddən  şəhərlərə  axını  ilə  onlar  ara­
sında hüquq pozuntularının artmasını ehtimal etmək olar.
Sosial  qanunlar insanlann  fəaliyyətində,  cəmiyyətin  kon­
kret şəraitində reallaşır.  Ona görə də sosioloji tədqiqat prosesin­
də  fərdlər bu  və  ya  dəgər  baxımından  qruplaşdırılır.  Bu  imkan 
verir ki, sosial qrupu ən müxtəlif aspektlərdə (həyat şəraiti,  sta­
tus, sosial rol \ ə  funksiyalar, fərdi xarakteristikalar) öyrənilsin.
Sosial  qanunlar m üxtəlif təsadüflərlə,  kənara çıxma hal­
lan  ilə üzləşir,  onları  bir növ nizamlayır və özünə yol açır.  Hər 
hansı  sosial  hadisənin,  prosesin  məzmununu  və  spesifikasını 
aşkara çıxarmaq  üçün  bu  qanunların  fəaliyyət  mexanizmi  təd­
qiq  olunmalıdır.  Bu  cəmiyyətin  həyat  fəaliyyətinin  m üxtəlif 
sferalannda scsial  qanunların  təzahür  formalarını  yerinə  yetir­
məyə qadir olmayan ünsürlərini  müəyyənləşdirməyi  və aradan 
qaldırmağı,  bütövlükdə  bu  mexanizmin  maksimum  səməri  ol­
masını  təmin  etməyi  nəzərdə  tutur.  Fərdlorin,  sosial  qrupların 
həyat  fəaliyyəti  prosesində  daim  dəyişikliyə  məruz qalan,  in­
kişaf edən və zənginləşən sosial  əlaqələr sistemi  təhlil  olunar­
kən  onların  cəmiyyətdə  qəbul  olunmuş  sosial  normalar,  sər­
vətlər  və  sosial  nəzarət  vasitələri  ilə,  habelə  mənafelər,  tələ­
batlar, yönümlər və s.  ilə əlaqəsinə xüsusi  diqqət yetirməlidir.
Hər  bir  elm  kimi  sosiologiya  da  müəyyən  kateqoriya­
lardan  istifadə  edir.  Məlum  olduğu  kimi,  kateqoriyalar  idrakın 
tarixi  inkişafı gedişində,  ictimai  praktika prosesində  formalaşır. 
Bunların  əsasında  insanın  predmet  fəaliyyəti  üsullarının, 
ünsiyyət vasitələrinin inkişafı  dayanır.
Sosiologiyanın  kateqoriyaları  real  gerçəkliyin  və  idrakın 
mühüm,  qanunauyğun  sosial  əlaqələrini  və  münasibətlərini 
əks  etdirən  əri  ümumi,  fundamental  anlayışlardır.  Bunlar  so­
sioloji  biliyin  başlıca  «pillələridir»,  təfəkkürün  sosial  gerçək­
liyin mahiyyətinə nüfuz məqamlarıdır.
Obyektiv gerçəklik  inkişaf etdikcə,  sosioloji  bilik dərinləş­
dikcə həm yeni  kteqoriyalar meydana gəlir, həm mövcud kateqo­
riyaların zənginləşməsi baş verir, həm də ayn-ayoı  kateqoriyala-
25


Yüklə 186,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə