Sosiologiya (Dərslik)



Yüklə 186,3 Kb.
Pdf görüntüsü
səhifə8/73
tarix06.05.2018
ölçüsü186,3 Kb.
#42945
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   73

logiyanın  spesifik  qovuşması  çox  aydın  iiädə  olunmuşdur.  So­
siologiya  şəxsiyyətlərin,  insan  q ru p la rın ın   sosial  m ünasi­
b ə tlə rin i və fəaliyyətini təd q iq  ed ərk ən   həm işə hüquq  elm­
lərin in   m ə 'lu m a tla n n d a n   istifadə  etm işdir.  Qarşılıqlı  bəh­
rələnm ə hər iki bilik sahəsin ancaq fayda verə bilər.
Sosiologiyanın tarixlə  ən  sıx  və  dəıin  əlaqəsi  hamı  tərə­
findən  e’tiraf olunur.  Onlann  ümumi  cəhədləri  sırasına  bunlar 
aid  edilə  bilər;  həm  sosiologiya,  həm  də  tarix  cəmiyyəti  və 
onun  qanunauyğunluqlarını  (həmin  qanunauyğunluqların  kon­
kret təzahürlərində  )  öz tədqiqatlann predmeti və  obyekti hesab 
edir;  sosial  gerçəkliyi  zəruri  ilə  təsadüfinin  vəhdətində  bərpa 
edir;  sosial  hadisələrin  genezisi,  yaranması  və  təzahürü  səbəb­
ləri,  həmin  səbəblərin  tə'sir  gücü  müxtəlif olduğundan  onları 
birmə'nalı olmayan  izahım əsas tutur.  Lakin tarixlə  sosiologiya­
nın fərqli cəhətləri vardır. Belə ki, tarix a rtıq baş vermiş sosial 
prosesi,  sosiologiya  isə  davam   etm əkda  olan  sosial  prosesi 
izah  edir.  Sosioloq  sosial  vəziyyətləri,  prosesləri  hələ  tarixi 
çevrilməmiş təhlil etməli, onlan proqnozlaşdırmalı olur.
Tarixlə  sosiologiyanın  ümumi  cəhətlərini  əsas  götürən 
bə'zi  tədqiqatçılar  onların  elm  kimi  mövcudluğunu  qeyri- 
mümkün  hesab  edirlər.  Onlar  adətən  iki  məqamı  nəzərə  çar­
pdırmağa çalışırlar:  tarix və  sosiologiya öz növündə yeganə  və 
təkrarolunmaz  faktları  öyrənir;  insan  faaliyyəti  bir  səbəblə 
yox,  çox  səbəblə  şərtləndiyinə  görə,  prinsipcə  qabaqcadan 
deyilə  bilməz.  Bu  bir  həqiqətdir ki,  sosial  həyatda  (istər  keç­
mişdə,  istərsə  də  indi)  tam  eyniyyət  təşcil  edən  iki  hadisəyə, 
prosesə  rast gəlmək  mümkün  deyildir.  Ona  görə  nə  sosiolog­
iya,  nə  də  tarix  ancaq  təkrar olunan  hadisə  və  proseslərin  sə ­
bəblərini  tədqiq  edən  elm  kimi  müəyyənləşdirə  bilməz.  Bu 
elmlər  iki  cür  problemlə  rastlaşır;  a)  cəmiyyətdəki  obyektik 
qanunauyğunluqlar;  bunlar  ictimai  inkişıfın  məzmununu,  xa­
rakterini  və  istiqamətini  səbəbiyyət  cəhətdən  şərtləndirir;  b) 
fərdi,  təkrarolunmaz  hadisə  və  proseslər;  bunlar  səbəbiyyət 
cəhətdən  izah oluna bilməz,  lakin qanunauyğun  xarakter daşı­
maqla  cəmiyyətin  inkişafındakı,  onun  tarixindəki  «dolambac- 
lara» mühüm tə'sir göstərə  bilir.  Aydın m əsələdir ki,  obyektiv
30
qanunauyğunluqlar  ictimai  inkişafın  meyllərini  müəyyən  etsə 
də,  fərdi,  təkrarolunmaz  hadisələrin,  proseslərin  səbəbiyyət 
baxımından izahını  verə bilməz.
Sosial  qanunkrın  iki  qrupunu  fərqləndirmək  lazımdır;  1) 
cəmiyyətin  müxtəl  f   strukturlarının,  habelə  bu  strukturların 
daxilində  müxtəlif ünsürlərin  qarşılıqlı  fəaliyyətini  ifadə  edən 
sosial  qanunlar.  Bu  qanunlar cəmiyyətin  inkişafında ən ümumi 
meylləri  müəyyən  edir.  2)  əvvəllər  təşəkkül  tapmış  şəraitin 
nəticəsi  olan  sosia  qanunlar.  Bunların  fəaliyyəti  cəmiyyəti 
təşkil  edən  qrupların,  fərdlərin  iradəsindən,  fəaliyyətindən 
əhəmiyyətli  dərəcədə  asılı  olub,  fərdi  və  təkrarolunmaz  xa­
rakter daşıyan ən m üxtəlif amillərlə şərtlənir.
Beləliklə,  həın  tarixi,  həm  müasir  gerçəkliyə  aid  olan 
sosial  qanunauyğunluq  olduqca  mürəkkəb  xarakterə  malikdir. 
Bu  qanunauyğunluq  inkişaf meyllərinin bütün  məcmusunu n ə­
zərə  almağı  tələb  edir;  ümumi  məqamlarla  yanaşı  saysız- 
hesabsız  təsadüflərin  roluna  diqqət  yetrilməlidir.  Həm  tarixi, 
həm  də  sosial  qanunauyğunluqların  fəaliyyəti  araşdırılarkən 
təkcə  mövcud  sosial  iqtisadi  həyat  şəraiti  yox,  həm  də  sosial 
qüvvələrin  hərəkət  ərini  səciyyələndirən  real  məzmun  zəng­
inliyi  (insanların  fəallığı,  mənafeləri,  sərvət  yönümləri  və  s.), 
yə'ni sosial prosesin bütün amilləri nəzərə alınmalıdır.
Sosiologiya  insanların  müxtəlif  səviyyələrdə  qarşılıqlı 
fəaliyyətini,  ailə  və  ictimai  tərbiyə,  m ə'nəvi  həyat  problem­
lərini  və  s.  öyrənərkən  etika,  estetika,  pedaqokika  sahəsində 
aparılan  tədqiqatlara, çıxarılan nəticələrə  müraciət etməli  olur. 
Bir  sözlə,  m üxtəlif  elmlərlə  sosioloji  bilik  arasında  maraqlı 
qarşılıqlı zənginləşmə prosesi  gedir,
Sosiologiya ilə təbiət elmləri  arasında xüsusi  əlaqə  möv­
cuddur.  Bu  əlaqə  müasir  təbii-elmi  metodologiyanın  sosial 
tədqiqatların,  bütövlükdə  cəmiyyətşünaslığın  inkişafına  get­
dikcə  artan  tə'sirin  n  ifadəsi  hesab  edilməlidir.  Sosial  hadisə­
lərin,  proseslərin  tədqiqində  təbii-elini  və riyazi  dəqiqliyə nail 
olmağa  səy  göstərilməsi  sosiologiyanın  inkişafında  dərin  iz 
buraxmışdır.  Söhbət təbiət elmlərinin və  dəqiq  elimlərin  anla­
yışlarından  mexaniki  surətdə  istifadə  olunmasından,  təbiət  və
31


cəm iyyət qanunlarının eyniləşdirilməsindən  getmir.  Cəmiyyət 
hadisələrinin  tədqiqinə  elə  təbii-elm i  və  dəqiq  mövcudların 
tətbiqi  nəzərdə  tutulur  ki,  onlar  təbiət  elmlərində  və  dəqiq 
elmlərdə olduğu kimi öz səmərəliliyini sübut etsin.
Hazırda  kibernetikanın,  informasiya  nəzəriyyəsinin  və 
s.-nin  işlənib  hazırladıqları  riyazi  metodlar  sosiologiyada  get­
dikcə  daha artıq dərəcədə  tətbiq olunur.  Sosioloji tədqiqatların 
vəzifələrinə  uyğunlaşdırılmış  xüsusi  riyazi  metodlar  və  nəzə­
riyyələr  (şkala,  amil,  səbəbiyyət  və  s.  baxımından  aparılan 
təhlillər)  də  yaradılır.  Ayrı-ayrı  istehsal  prosesləri,  sahələri 
çərçivəsində  insan-texnika  sisteminin  tədqiqi  zamanı  sosio­
logiya  ilə  texniki  elmlərin  müəyyən  qarşılıqlı  münasibətləri 
qərarlaşır.  Belə münasibətləri, məsələn,  istehsalın  avtomatlaş­
dırılması  və  mexanikləşdirilməsinin  sosial  aspektlərini  öyrə­
nərkən xüsusilə aydın müşahidə etmək mümkündür.
Deməli,  sosiologiya  ən  m üxtəlif  bilik  sahələri  ilə  sıx 
qarşılıqlı  əlaqə  şəraitində  fəaliyyət  göstərir.  Lakin  bu  əlaqə 
hər bir konkret halda öz spesifik aspektlərinə malikdir.
32
FƏSİL  II
CƏM İYYƏT SOSİAL SİSTEM D İR  
§  1.  Cəmiyyət bütöv sosial sistemdir
Cəmiyyət  sosiologiyanın  mərkəzi  kateqoriyalarından  bi­
ridir.  Sözün  geniş  mənasında  cəmiyyət  təbiətin  spesifik  bir 
hissəsi  olmaqla,  insanların  həyat  fəaliyyətinin  tarixən  inkişaf 
edən  formalarını  özündə  maddiləşdirən  sosial  dünyanın  xüsusi 
sferasıdır.  Konkret  mənada  isə  «cəmiyyət»  anlayışı  özündə 
bəşər  tarixinin  müəyyən  mərhələlərini  (ictimai-iqtisadi  for­
masiyaları,  formasiyalararası  və  formasiyadaxli  mərhələləri) 
və  ya  ayrıca,  fərdi  (konkret)  cəmiyyəti  özündə  ehtiva  edir. 
Sosiologiya  cəmiyyəti onun  təşkilinin müəyyən  səviyyələrin­
də  (bütövlükdə  insan cəmiyyətindən  kiçik qruplara qədər), özü 
də  müxtəlif zaman və məkan hüdudlarında öyrənir.
İnsan  cəmiyyətinin  mahiyyətini  izah  etməyə  cəhd  edən 
bütün  nəzəriyyələr  həmişə  bu  və  ya  digər  dərəcədə  belə  bir 
suala cavab  tapmağa  çalışmışdır  ki,  bəşər cəmiyyəti  ilə  təbiət 
arasında  hansı  qarşılıqlı  münasibətlər  mövcuddur.  Bu  cəhdlər 
özünü daha çox  insan  birlikləri  ilə canlı  təbiət arasındakı oxşar 
və  fərqli  cəhətləri  müəyyən  etməkdə  göstərir.  Sözün  geniş 
mənasında təbiət  deyəndə  özünün  çoxsaylı  formaları  ilə  bütün 
dünya  nəzərdə  tutulur.  «Təbiət»  sözü  «materiya»,  «univer- 
sum»,  «kainat»  anlayışları  ilə  sinonim  kimi  işlədilir.  Bütün 
hallarda  insan  cəmiyyəti  ilə təbiət arasındakı  qırılmaz əlaqəni, 
onların  bir-birinə  qarşılıqlı  təsirini  təsdiqləmək  həqiqəti  mey­
dana  çıxır.  Təbiət  insan cəmiyyətini  yaratmış olsa da,  sonralar 
öz üzərində onun pozitiv olmayan təsirini  də hiss etmişdir.
Təbiətlə  cəmiyyətin  qarşılıqlı  dialektik  təsirini  izah  et­
mək  baxımdan  «həyat»,  «sosial  həyat»  kateqoriyaları  ilə  ya­
naşı,  «insan» anlayışının  mahiyyətini  də aydınlaşdırmaq  m əq­
sədəuyğundur.
Həyat  materiyanın  mövcudluq  formalarından  biri  olub, 
onun  inkişafı  prosesinin  müəyyən  şəraitində  meydana  gəlir. 
Orqanizmlər  qeyri- canlı  obyektlərdən  maddələr  mübadləsi, 
həssaslığı,  çoxalma,  böyümə,  inkişaf  qabiliyyəti,  hərəkətin
33


Yüklə 186,3 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə