Sosiologiya (Dərslik)



Yüklə 186,3 Kb.
Pdf görüntüsü
səhifə7/73
tarix06.05.2018
ölçüsü186,3 Kb.
#42945
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   73

nn  yeri  və  rolu  dəyişir.  Sosiologiyanın  kateqoriyalar  sisteminin 
əsas  ünsürlərinin  müəyyənləşdirilməsi  onun  inkişaf  məntiqini 
aşkara çıxarmağa imkan verir.  Hər bir sosial kateqoriya sosial ka­
teqoriyalar sisteminin yalnız bir ünsürü kimi dərk oluna bilər.
Sosiologiyanın  ən mühüm  kateqoriyaları  sırasına bunları 
aid  etmək  olar:  «sosial»,  «sosial  struktur»,  «sosial  müna­
sibətlər»,  «sosial təsisatlar»,  «sosial qanunlar» və  s.
Bu  kateqoriyalardan  hər  biri  daha  az  ümumilik  dərəcə­
sində bir-biri  ilə  qarşılıqlı  surətdə bağlı  olan kateqoriyalar sis­
temi kimi təsəvvür olunmalıdır.  M əsələn,  «sosial  struktur» ka­
teqoriyası  «sosial  sinfi  struktur»,  «sosial  -   demotrafık  struk­
tur»,  «sosial  etnik struktur»,  «sosial-ərazi  birliyi»  kimi kateqo­
riyaları  əhatə  edir.  Öz  növbəsində  bunlar  da  ümumilik  sə­
viyyəsi nisbətən az olan kateqoriyaları əhatə edə bilər.
Hazırda  sosiologiyanın  mühüm  vəzifələrindən  biri  əhatə  et­
diyi kateqoriyaların elə sistemini yaratmaqdan ibarətdir ki, o, sosio­
loji biliyin formalaşmasını və inkişafını daha adekvat əks etdirsin.
§  6. Sosial -  siyasi və humanitar elmlər sistemində 
sosiologiyanın yeri
M üasir  elmi  biliklər  sistemində  həm  differensiassiya, 
həm  də  inteqrasiya  meylini  müşahidə  etmək  mümkündür:  bir 
tərəfdən  insan  fikrinin  təbiət  və  cəmiyyətin  inkişaf  proses­
lərinə  daha  dərindən  nüfuz  etməsi  ilə  əlaqədar  olaraq,  elmlə­
rin  differensiassiyası,  ayrılması,  əlahiddələşməsi  prosesi  gedir, 
biliklərin detiallaşması, alimlərin  ixtisaslaşması  zərurətə çevri­
lir.  Digər  tərəfdən  isə  elmlərin  inteqrasiyası,  onlarm  qarşılıqlı 
təsirinin  genişlənməsi  və  gərinləşməsi  prosesi  baş  verir,  n ə­
ticədə ümumiləşdirici  məqamların  əhəmiyyəti  artır,  onları  əks 
etdirmək zərurəti yaranır.
Sosiologiyanın  təşəkkülü  və  inkişafında  həmin  meyllər 
spesifik şəkildə təzahür etmişdir.  Bir tərəfdən  sosioloji biliyün 
differensiasiyası  getmiş,  yeni  istiqamətlər  meydana  gəlmişdir. 
Bu  istiqamətlərdən  hər-birini  müəyyən  şərtiliklə  elm  adlan­
dırmaq olar:  əməyin sosiologiyası,  elmin  sosiologiyası,  ailənin 
və  nigahın  sosiologiyası,  beynəlxalq  münasibətlərin  sosiolo­
26
giyası  və  s.  Digər  tərəfdən  isə  bütün  xüsusi  (sahə)  sosioloji 
nəzəriyyələr  ümurnsosioloji  nəzəriyyəyə  istinad  edir:  empirik 
sosial  tədqiqatlar  isə  hər  iki  səviyyədə  olan  nəzəriyyələrə 
əsaslanır.  Bu  inteqrasiya  meylini  çox  qabarıq  şəkildə  nümayiş 
etdirir.  Elmi  biliyin  inteqrasiya  meyli  sosiologiyanın  sosial- 
siyasi  və  humanitar  elmlərlə,  habelə  dəqiq  elmlər  və  təbiət 
elmləri  ilə əlaqələrinin möhkəmlənməsində öz ifadəsini  tiapır. 
Sosial-siyasi  və  humanitar  elmlər  sistemində  sosiologiyanın 
xüsusi yeri aşağıdakı  səbəblərlə izah oluna bilər.
Birincisi,  sosiologiya  cəmiyyət,  onun  hadisə  və  proses­
ləri  haqqında  elm  olduğuna  görə  həmin  elmlər  üçün  ümumi 
nəzəri  əsas  kimi  çıxış  edə  bilir.  Söhbət  ilk  növbədə ümumiso- 
sioloji  və xüsusi  sosioloji  nəzəriyyələrdən gedir.
İkincisi,  sosial-siyasi  və  humanitar  elmlər  cəmiyyətin, 
insanın  həyat  fəaliyyətinin  müxtəlif  tərəflərini  öyrəndiyinə 
görə həmişə sosial  aspkti  özündə əks etdirməli  olur.
Üçüncüsü,  insanların,  sosial  qrupların,  birliklərin  fəaliy­
yətini  öyrənmək  texnikası  və  metodikası,  sosial  ölçmə  metod­
ları  və  s.  sosiologiyanın  hüdudlarını  keçir,  digər  sosial-siyasi 
və humanitar elmlərdə, tətbiq olunur.
Dördüncüsü,  sosiologjiya  ilə  digər  elmlərin  qovşağında 
həyata  keçirilən  sosial  tədqiqatlar  sistemi  təşəkkül  tapmışdır: 
sosial-iqtisadi, sosial-siyasi, sosial-dcmoqrafık və s. tədqiqatlar.
Sosiologiyanın  sosial-siyasi  və  humanitar  elmlər  siste­
mində  ümumi  yer  tutması  onun  fəlsəfi  elmə  çevrilməsi  demək 
deyildir.  Sosial  sistemlərin  fəaliyət və  inkişaf qanunauyğunluq­
larını,  həmin  qanunauyğunluqların  müxtəlif  səviyyələrdə  tə­
zahür  mexanizmlərini  aşkara  çıxaran  sosiologiya  cəmiyyəti, 
onun  müxtəlif strukturlarım,  konkret  həyat  fəaliyyəti  üsullarını 
və formalarını  başa düşmək  üçün hədsiz idrak imkanları yaradır. 
Sosiologiyanın  xüsusi  ictimai  fənnlərə  münasibəti  baxımından 
vəziyyəti,  məsələn  ümumi  biologiyanın,  xüsusi  bioloji  bilik sa­
hələrinə (anatomiya,  fiziologiya, morfologiya, sistematika və s.) 
münasibəti  baxımından  vəziyyətinə bənzəyir.  Ümumi biologiy­
anın  vəziyyəti  onu  «biologiyanın  fəlsəfəsi»  kimi  səciyyələn­
dirməyə  əsas  vermədiyi  kimi,  sosiologiyanın  da  ümumi  mov-
27


qeyi onu fəlsəfi elm kimi təqdim etməyə əsas vermir.
Sosiologiyamn m üxtəlif sosial-siyasi  və  humanitar  elm­
lərlə əlaqəsi  eyni səviyyəli və eyni miqyaslı  deyildir. Bu əlaqə 
bəzən güclü,  çoxcəhətli  və  intensivdir,  bəzən isə nisbətən zəif 
və qeyri-intensivdir.
Sosiologiyanın  bəzi  sosial-siyasi  və  humanitar  elmlərlə 
əlaqəsinə, qısaca olsa da,  diqqət yetirək.
Məlumdur  ki,  siyasi  iqtisad  maddi  nemətlərin  istehsalı, 
mübadiləsi,  bölgüsü  prosesində  obyektiv  surətdə  təşəkkül  ta­
pan  münasibətlərin  fəaliyyəti  və  inkişafının  qanunauyğun­
luqlarım,  formalarını  öyrənir.  Bütün  sosial  münasibətlərin, 
proseslərin,  habelə  insanın  bütün  həyat  fəaliyyətinin  əsasında 
istehsal  üsulu dayandığından  iqtisadi  tədqiqatların bir çox  isti­
qamətləri sosioloji tədqiqatların istiqamətləri ilə  bilavasitə qo­
vuşur.  İqtisadiyyatın  və  bölgü  münasibətlərinin  sosiologiyası­
nı,  əməyin və  əmək kollektivlərinin sosiologiyasını  xatırlamaq 
kifayətdir.  Lakin  istehsal  münasibətləri  sistemində  daxili, 
mühüm,  sabit,  təkrarlanan  əlaqələr  kimi  özünü  göstərən  iqti­
sadi qanunlar başlıca olaraq  insanların təsərrüfat  fəaliyyəti  va­
sitəsilə  həyata  keçirilir  və  konkret  iqtisadi  formalarda  özünü 
göstərir.  Sosial  qanunlar  isə  iqtisadi  qanunlarla  nə  qədər  bağlı 
olsa  da,  onlardan  fərqli  təbiətə  malikdir.  Müasir  bazar  iqtisa­
diyyatının  formalaşdırma  vəzifəsi  təkcə  iqtisad  elminə  deyil, 
həm  də  sosiologiyaya  ciddi  tələblər  verir,  onların  əməkdaş­
lığını on  m üxtəlif istiqamətlərdə gücləndirməyi zəruri edir.
Sosiologiyanın  politologiya  ilə  qarşılıqlı  əlaqələri  get­
dikcə  inkişaf edir.  Çoxaspektli  sosioloji tədqiqatların aparılma­
sı,  ictimai  rə  yin öyrənilməsi,  zəngin empirik  materialın  topla­
nılması  və  i.a.  bu  əlaqələrin  dərinləşməsində  böyük  rol  oyna­
yır.  Siyasətin sosiologiyası  siyasi  və  sosioloji  bilik  sahələrinin 
əlaqəsini  xüsusilə  daha  aydın  nümayiş  etdirir.  Politologiya  si­
yasəti  və  siyasi  münasibətləri,  yəni  siyasi  hakimiyyətə  görə 
sosial  subyektlər arasındakı  münasibətləri öyrəndiyindən sosi­
al  momentlərə  laqeydlik  göstərə  bilməz,  sosial  münasibətlərin 
və  qanunların təzahür  xüsusiyyətlərini  nəzərə  almaya bilməz. 
Bir çox mütəfəkkirlər (məsələn,  M.Veber,  B.Pareto  və  başqa-
28
lari)  siyasi  məsələlərin  təhlilini  məhz  geniş  sosial  konteksdə 
yanaşmışlar.  Sosiologiyanın  və  politalogiyanın  qarşılıqlı  əla­
qəsini  qeyd  edərkən  unutmaq  olmaz  ki,  onların  siyasətə  ya­
naşması  bir-birindən  fərqlənir;  politologiya  başlıca  diqqəti 
siyasi proses  üzərində,  sosiologiya isə  siyasətin  iştirakçısı  olan 
insan qruplarının fəaliyyəti  üzərində cəmləşdirir.
Sosologiyanm  fəlsəfə  ilə əlaqələri  zəngin tarixi prosesdir. 
Sosial  fəlsəfədən  sosiologiyaya  doğru  inkişaf yolu  bunu  əyani 
surətdə  sübut  edir.  Fəlsəfə  həm  varlığın  (təbiətin  və  cəmiyyə­
tin), həm də təfəkkürün,  idrak prosesinin  tabe olduğu ən ümumi 
qanunları  tədqiq  etdiyindən  sosioloji  bilik  sahələri  ilə  qırılmaz 
surətdə  bağlıdır.  Fəlsəfə  dünyaya  ümumi  baxış  işləyib  hazırla­
maq,  onun  ümumi  əsaslarını  və  qanunauyğunluqlarını  tədqiq 
etmək  zəruriyyətindən,  gerçəklik  haqqında  rasional  şəkildə 
əsaslandırılmış  təfəkkür metoduna  olan  tələbatdan  irəli  gəlmiş, 
zaman  keçdikcə təkamül  edərək öz xüsusi  problematikasını  d ə­
qiqləşdirmiş,  sosiologiyaya  müstəqil  elm  kimi  «həyat vəsiqə- 
sb> verməyə məcbur olmuşdur.  Bu  gün  də  sosioloqlar filosof­
larla birlikdə cəmiyyətin müstəqil  və sivilizasiyalı  inkişaf yolu­
nun  irəli  sürdüyü  çoxlu  məchullara  cavablar  axtarırlar.  E'tiraf 
edilməlidir  ki,  sosioloji  tədqiqatlar  fəlsəfi  tədqiqatların  konkret 
və əməli xarakterinin güclənməsində fəal  rol oynamışdı.
Hüquq elmi  (hüquqşünaslıq) da sosiologiyaya yaxın elm­
lərdən  biridir.  Bu  elm  xüsusi  sosial  normalardan  ibarət  olan 
hüququ,  bütövlükdə  dövlətin  və  cəmiyyətin  siyasi  sisteminin 
təşkilini  və  fəaliyyətinin  hüquqi  formalarını  öyrəndiyindən 
sosial  münasibətlərin təkmilləşməsində,  sosial  proseslərin  ida­
rə olunmasıda böyük  m ə'na kəsb edir.  Hüquq elmi  dövlətin  və 
hüququn  inkişafının  əsas  qanunauyğunluqlarını,  onların  sosial 
rolunu,  əsas  funksiyalarını  və  s.  tədqiq  edir,  dövlət  idarəetmə 
işlərinin  konkretləşməsinə,  hüquq  normalarının  düzgün  tətbi­
qinə kömək göstərir  və  beləliklə  insanların sosial  fəaliyyətinin 
nizamlı  və  məqsədoyönlü  xarakterini  gücləndirir.  Hüquq  elmi 
ümumsosialoji  nəzəriyyəyə  isdinad  edir,  həmin  nəzəriyyənin 
başlıca  müdəallarının  konkret  sahədə  reallaşmasını  tə'm in 
edir.  Hüququn  sosiologiyasında  iki  elmin  hüququn  və  sosiyo-
29


Yüklə 186,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə