Sosiologiya (Dərslik)



Yüklə 186,3 Kb.
Pdf görüntüsü
səhifə10/73
tarix06.05.2018
ölçüsü186,3 Kb.
#42945
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   73

ni  funksiyaların  formalaşması  əm ək  bölgüsü  əsasında  baş  ve­
rir. Bu prosesin hərəkətverici qüvvəsi isə ictimai tələbatdır.
Ümumilikdə  tələbatlar bütövlükdə  cəmiyyətin,  sosial  və 
digər  qrupların,  şəxsiyətin  və  nəhayət  orqanizmin  həyat  fəa­
liyyətini  lazımi  səviyyədə  saxlamaq  üçün  zəruri  şeylərə  olan 
ehtiyacdır,  fəallığın  daxili  təhrikedicisidir.  Dərk  edilmiş  tələ­
batlar  mənafe  keyfiyyətində  təzahür  edir.  Tələbatlar  bir  sıra 
prinsiplər əsasında  təsnif edilir.  Məs:  fəaliyyət  sferasına  görə 
-  əm əyə,  idraki  fəaliyyətə,  ünsiyyətə,  istirahətə  və  s.  olan tə­
ləbat.  Obyektə  görə  tələbatlar  maddi  və  mənəvi,  etik,  estetik 
və  s.  olurlar.  Subyektə  görə  onları  fərdi,  qrup,  kollektiv,  icti­
mai  tələbatlara  bölürlər.  Funksional  roluna  görə  hakim  və 
ikinci  dərəcəli, mərkəzi və əyalət,  situativ və  səbatlı,  dayanıq­
lı tələbatları  qruplaşdırırlar.  Bunlardan başqa tələbatların  digər 
meyarlar əsasında da təsnifatı verilir.
Mənşəyinə  görə  tələbatları  bir  tərəfdən  təbii  (biogen)  və 
ya  ilkin,  digər tərəfdən  isə  sosiogen  və  ya  ikinci  kimi  fərqlən­
dirirlər.  Təbii  (biogen) xarakterli qrupa özünümiıhafızə tələbat­
ları  (yeməyə,  içməyə,  istirahətə,  yuxuya,  sağlamlığın qorunma­
sına,  təkrar  istehsala  və  s.  olan  tələbatlar)  aid  edilir.  Sosiogen 
xarakterli  qrupa  özünütəsdiqə,  ünsiyyətə,  biliyə,  inkişafa,  yara­
dıcılığa,  özünümüdafiəyə  olan tələbatlar  aiddir.  İkinci  qrupa aid 
edilən  tələbatlan  bir qayda  olaraq  cəmiyyət  tərəfindən  yaradıl­
mış  ictimai  və  ya  sosial  tələbatlar  adlandırırlar.  Qeyd  edək  ki, 
insanların  ilkin  (  təbii,  biogen)  tələbatları  da  digər  canlılardan 
fərqli  olaraq,  həm  də  ictimai  xarakter  daşıyır.  Bu  təlabatların 
belə  xarakter  kəsb  etməsi  isə  xeyli  dərəcədə  insanın  fəaliyyəti 
ilə,  ictimai  istehsal  və  bütövlükdə  cəmiyyətlə  əlaqədardır. 
Məhz cəmiyyətin  özü ilkin,  təbii tələbatlann üzə  çıxarılmasının 
və ödənilməsinin konkret fonnalarını  müəyyənləşdirir.  Beləlik­
lə, bütövlükdə insanların  tələbatlannın meydana gəlməsi, onla­
rın  sağlam  tələbat  kimi  tənzimlənməsi  və  ödənilməsi  cə­
miyyətdə  reallaşır,  eləcə  də  cəmiyyət  insanın  tələbatlarını 
ödəmək üçün  müəyyənedici  imkanlara malik  olur.  Tələbatlann 
cəmiyyətin  inkişafı  ilə  dialektik  əlaqəsi  bütün  tarixi  dövrlərdə 
öz aktuallığını  saxlamışdır və saxlayır.
İctimai  inkişaf tarixi  göstərir ki,  bütün  elmlərdə problem­
lərə  sistemli  yanaşma  səmərəli  nəticə  verir.  Sosietal  sistem 
(bütövlükdə cəmiyyət səviyyəsində  nəzərdən keçirilən münasi­
bətlər və proseslər sistemi) və sosial sistem (insanlar, cəmiyyət­
lər,  təşkilatlar,  birliklər,  sosial  və  digər qruplarla,  həmçinin on- 
lann  arasında meydana gələn  münasibətlərlə  təmsil  olunan  sis­
temlərin  xüsusi  sinfi.)  mühüm  anlayışlardır.  Sistemlərin  bir  çox 
digər növləri və onların məzmun xarakteristikası cəmiyyətə tət­
biq edilə bilər,  lakin  yuxarıda qeyd  etdiyimiz iki  sistem xüsusilə 
əhəmiyyətlidir.  Məlum  olduğu  kimi,  cəmiyyət  hər  şeydən  əv­
vəl  böyük  sistemin  növü  kimi  nəzərdən  keçirilə  bilər,  çünki  o, 
kiçik  səviyyəli  yarırnsistemləri  özündə  təcəssüm  etdirir.  Böyük 
sistem  kimi  o,  ictimai  fəaliyyətin  yanmsistemləri  olan  sosial, 
iqtisadi,  siyasi  və  mənəvi  sferaları  özündə  üzvi  surətdə  birləş­
dirir.  Öz  növbəsində  bu  sferalardan  hər  biri  qarşılıqlı  əlaqədə 
olan  komponentlərdən  ibarət  struktura  malikdir.  Cəmiyyət  bir 
tərəfdən  statik  sistem  (məlum  zaman  ərzində  müəyyən  daimi- 
liyi  ilə  səciyyələnir),  digər tərəfdən  isə  dinamik  sistem  (zaman 
ötdükcə  müəyyən  keyfiyyət  dəyişikliyinə,  bəzən  isə  inqilablar, 
yenidənqurmalar kimi  sürətli  keyfiyyət dəyişikliyinə məruz q a ­
lır) kimi öz qanunauyğun izahını tapır.
Təbiidir ki, cəmiyyət həm do  informasiya sistemidir, çün­
ki informasiyalar ictimai zərurət kimi cəmiyyətdə təzahür edir.
Cəmiyyətin  strukturlaşması  ilə  bağlı  digər  elmi  mövqe­
lər  də  diqqət  cəlb  edir.  Bunlardan  biri  «vətəndaş  cəmiyyəti­
nin»  bütövlükdə  insan comiyyətinin  tərkib  hissəsi  kimi  araşdı- 
nlmasıdır.  Vətəndaş  cəmiyyətini  cəmiyyət  üzvlərinin  müxtəlif 
mənafe  və  tələbatlarını  ifadə  edən  qeyri-dövlət  ictimai  əlaqə 
və münasibətlərinin  məcmusu  kimi  başa düşmək  lazımdır.  Və­
təndaş  cəmiyyəti  insanların  hoyat  fəaliyyətinin  bütün sferala­
rım-  siyasi,  iqtisadi,  mənəvi  və  sosial  sferaları  əhatə  edir.  Siy­
asi  sferada  insanlar  öz  fəaliyyət  forması  kimi  partiyaları,  icti­
mai  hərəkatları  və  s.,  iqtisadi  sahədə  təsərrüfatın  xüsusi  (qey­
ri-dövlət)  formalarını,  həmkarlar  ittfaqlarını  və  s.,  mənəvi  sa­
hədə  yaradıcılıq  ittfaqlarını,  mənafe  qruplarını  və  s.,  sosial  sa­
hədə  isə ailəni və digər birləşmələri yaradırlar.
38
39


Beləliklə, vətəndaş  cəmiyyəti özünün bütün komponent­
ləri  ilə  sistem  kimi  səciyyələnir  və  cəmiyyətin  qeyri-dövlət 
tərəfi kimi çıxış edir.  Əlbəttə, belə cəhət şərti  xarakter daşıyır. 
Vətəndaş  cəmiyyəti  və  dövlət  öz  aralarında  qarşılıqlı  təsirə 
malikdir  və  bir-birinə  qarşı  durmamalıdırlar.  Əks  halda,  yəni 
onlardan  hər  hansı  birinin  (xüsusilə  dövlətin)  rolu  mütləqləş- 
diriləndə bütövlükdə cəm iyyət öz fəaliyyətində  və  inkişafında 
çətinliklərə  rast  gəlir.  Totalitarizm  rejimi,  m əhz  dövlətin  belə 
səciyyəli rolu ilə şərtlənir.
Sosiotexniki  sistem  mənasında  cəmiyyət  istehsalda  in­
san  amili  və  onun texniki-texnoloji  bazasının  qarşılıqlı  əlaqəsi 
ilə  səciyyələnir.  Bununla  əlaqədar  olaraq,  həmin  sistemin  ən 
mühüm  komponentləri  kimi  istehsal,  istehsal  üsulu,  məhsuldar 
qüvvələr və istehsal münasibətləri çıxış edir.
İstehsal  geniş  mənada  bütün  ictimai  fəahyəti,  o  cümlə­
dən  elm,  incəsənət,  siyasət,  insanın  özünün  təkraristehsalı  sa­
həsində  fəaliyyətini  əhatə  edir.  Təsadüfi  deyildir ki,  tədqiqat­
çılar  istehsalı  çox  vaxt  m addi  və  q ey ri-m ad d i  istehsal  kimi 
əsaslan d ırırlar.  Maddi  istehsal  cəmiyyətdə  insanların  normal 
həyat fəaliyyəti üçün zəruri  olan maddi  nemətlərin yaradılması 
prosesidir.  Maddi  istehsala  1)  məqsədyönlü  fəaliyyət  və  ya 
əmək,  2)  əmək  əşyaları  (m üxtəlif materiallar,  təbii  sərvətlər), 
3) əm ək vasitələri  (alətlər,  maşınlar,  avtomatlar və  s.)  daxildir. 
M ənəvi  və  ya qeyri-maddi  istehsal  sferasına  isə  ideyalar,  ba­
xışlar,  elmi  biliklər,  ideallar,  həmçinin  mənəvi  sərvətlərin  is­
tehsalı,  mübadiləsi,  bölgüsü,  istehlakı  və  saxlanılmasını  əhatə 
edən bütün fəaliyyət sistemi daxildir.
Cəmiyyətin  inkişafının  müəyyən  mərhələsində  istehsa­
lın  spesifikliyi  istehsal  üsulu  kimi  təzahür  edir.  İstehsal  üsulu 
cəmiyyətin  əsasını,  yəni  məhsuldar  qüvvələr  ilə  istehsal  mü­
nasibətlərinin  üzvi  vəhdətini  özündə  əks  etdirir.  Cəmiyyətin 
təsnifatlaşdırılması  sistemindən  asılı  olaraq,  alimlər  istehsal 
üsulunun  m üxtəlif  növlərini  bir-birindən  fərqləndirirlər.  Ən 
geniş  yayılmış  təsnifata  görə,  ibtidai  icma,  quldarlıq,  feodal, 
kapitalist və sosialist  istehsal üsulu  mövcuddur.
40
Məhsuldar  qüvvələr  istehsal  üsulunun  bir  tərəfi  olub, 
müəyyən  vərdişə,  təcrübəyə,ixtisasa,  əmək  predmeti  və  əmək 
vasitələrinə sahib olan insanların məcmusunu təcəssüm etdirir.
İstehsal  münasibətləri  istehsal  üsulunun  digər tərəfi  ol­
maqla  istehsal  prosesində  insanlar  arasında  yaranan  münasi­
bətlərdir.  İstehsal  münasibətləri  mülkiyyət  münasibətləri, 
mülkiyyət  formaları  (insanların,  qruplann  və  s.  mülkiyyətə 
hansı  formada və  nə  dərəcədə  sahib  olmaları  nəzərdə tutulur), 
sərvətlərin  əldə  edilməsi  üsulu  və  miqdarı  (bölgü  münasibət­
ləri),  istehsal  edilən  maddi,  mənəvi  və  digər nemətlərin isteh- 
lakının strukturu və növü  ilə səciyyələnir.
İqtisadi  nəzəriyyədə  və  bir  sıra  elmi  tədqiqatlarda  icti­
mai-iqtisadi  nöqteyi-nəzərdən  araşdırılan  cəmiyyətin  əsas 
struktur  ünsürləri  kimi  bazis  və  üstqurum  ayırd  edilir.  Cə­
miyyətin  iqtisadi  quruluşu  olan  bazis  istehsal  münasibətlərinin 
məcmusundan  yaranır.  Üstqurum  isə  ideoloj  münasibətlərin 
və  baxışların  (siyasət,  hüqüq,  əxlaq,  din,  fəlsəfə,  incəsənət), 
onlara  uyğun  olan  təşkilat  və  müəssisələrin  (dövlət,  partiya, 
məscid,  kilsə) məcmusunu özündə əks etdirir.
§  2.  Camiyyatin taşakkiilii  va taşkilinin tarixi tiplari
İnsanların  şüuru  həmişə  onların  həyat  fəaliyyəti  şərai­
tini  əks  etdirir.  Ən  qədim  dövrlərdən  başlayaraq  indiyə  qədər 
insanların  cəmiyyət  haqqunda  təsəvvürlərini,  eləcə  də  bir  sıra 
problemlərin  genezisini  izləmək  xüsusi  əhəm iyətə  malikdir. 
Herodot,  Sezar,  Tatsit  və  s.  kimi  qədim  müəllflərin,  sonrakı 
tarixçilərin,  müasir  etnoloq  və  sosial  antropoloqların  əsərləri 
və  tədqiqatları  icma  cəmiyyəti  insanlarının  şüurunda  altı  əsas 
xüsusiyyəti qeyd etməyə  imkan verir.
I.  Həmin  insanların  dünyagörüşünün  bütövlüyü.  Müasir 
dövr insanlarının şüurunda daha çox adilik, elmi-nəzəri, təbiətşü­
naslıq və coıriyyətşünaslıq  şüuru, daha sonra sosial,  iqtisadi,  siy­
asi,  ekoloji,  hüquqi,  əxlaqi,  estetik  şüur  formaları  nəzərə  çarpır. 
İbtidai cəmiyət insanlarının şüurundakı  bütövlük ilk növbədə on­
ların  dünyagörüşünün  kifayət  qədər  inkişaf etməməsinin,  bəsit- 
liyinin nəticəsi idi.  Qədim  insanların şüurunun qeyri-differensial-
41


Yüklə 186,3 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə