Sosiologiya (Dərslik)



Yüklə 186,3 Kb.
Pdf görüntüsü
səhifə12/73
tarix06.05.2018
ölçüsü186,3 Kb.
#42945
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   73

Xaldun  (1332-1406)  olmuşdur.  O,  ictimai  həyatı  sosial  hadisə 
kimi  qəbul  edir  və  əsaslandırırdı  ki,  ictimai  gerçəklik  coğrafi 
mühit  və  iqlimlə  müəyyənləşir.  Onun  cəm iyyətə  aid baxışlan 
elmi  xarakter daşıyan bütöv sistem kimi  səciyyələnir.  İbn Xal­
dun yazırdı ki, bəşər cəmiyyətinin inkişafı və bütün  sosial ha­
disələr  insanlanlann  iradəsindən  asılı  olmayan  istehsal  üsulu 
ilə m üəyyən olunan sərt  qanunlara tabedir.
Səciyyələndirdiyimiz dövrdə cəmiyyətşünaslığm inkişafında 
yüksək  mərhələ  olan  Cambattista  Vikonun  (1668-1744)  təlimi 
meydana  gəldi.  O,  özünün  başlıca  əsəri  olan  «Millətlərin  ümumi 
təbiəti  haqqında yeni  elmin  əsaslan»  əsərində  sübut  etməyə  çalı­
şırdı ki, insan cəmiyyəti  daxili, qanunauyğun səbəblərin sayəsində 
inkişaf edir. O, «tarix təsadüflərin məhsuludur» fikrinin tərəfdarlan 
ilə  razılaşmır  və  iddia  edirdi  ki,  ayn-ayn  ictimai  hadisələr 
müəyyən vaxtda və  şəraitdə meydana gəlir,  həmdə onlan yaradan 
mühit  qaldıqca  mövcudluğunu  davam  etdirir.  C.Viko  müxtəlif 
dövrlərin  və  bəşəriyyətin  inkişafının  tarixən  şərtləndyini,  labüd- 
liiyünü  əsaslandırmağa  cəhd  edirdi.  C. Vikonun  tarixi  dövretmə 
nəzəriyyəsi  müəyyən  nöqsanlara  malik  olsa  da  ictimaiyyətçiləri 
sosiologiyanın yardılmasma yaxınlaşdırdığına görə əhəmiyyətlidir.
Yeni  dövrdə  cəmiyyətin  yaranması,  mahiyyəti  və  inkişafı 
haqqında  N.Makiavelli  (1469-1527),  T.Boden  (1530-1596), 
Ş.Monteskye  (1689-1755)  və  digər  mütəfəkkirlər  ciddi  maraq 
doğuran, dərin tədqiqatlara əsaslanan mülahizələr  irəli sürmüşlər.
Sosiologiyanın elm kmi təşəkkül  tapdığı  yeni  dövrdə  isə 
sosial  sistemin  mahiyyətinə  dair elmi  əsaslara  söykənən  fikir­
lər meydana gəlir.  E.Dyürkheym (1858-1917)  cəmiyyəti  ford- 
lər üzərində yüksələn  kollektiv təsəvvürlərə əsaslanan  m ənə­
vi  reallıq  kimi  qiymətləndirir.  M.Veberə  (1864-1920)  görə 
cəm iyyət  insanların  qarşılıqlı  fəaliyyətini  əks  etdirən,  digər 
insanlann  fəaliyyətinə  istiqamətlənən  və  sosial  hadisələrin 
məhsulu kimi səciyyələnən gerçəklikdir.  T.Parsonsun fikrincə, 
cəmiyyət  insanlar  arasındakı  münasibətlər  sistemidir.  Həmin 
münasibətlər isə normalar və dəyərlərlə  əlaqədardır.
Burjua siyasi  iqtisadının klassiklərindən biri kimi tanınan 
Adam  Smitt  (1723-1790)  cəmiyyəti  yalnız  dövlət  kimi  deyil,
46
həm də iqtisadi  sistem  kimi  dərk etməyin tərəfdarı  idi.  O özü­
nün  «Xalqların  sən ətlərin in   təbiəti  və  səbəbləri  haqqında» 
əsərində qeyd edirdi  ki,  hər bir xalqın  və dövlətin ictimai  həy­
atı  ayrılıqda  hər  bir  insanın  maddi  rifaha,  daha  yüksək  sosial 
şəraitə  can  atması  ilə  əsaslanır  və  bu  da  hər  şeydən  əvvəl 
əmək vasitəsi  ilə  reallaşır.
Karl  Marks  (1818-1883)  A.Smitin,  Sen  Simonun, 
O.Kontun,  H.Spense rin  təlimlərinin  güclü  tərəfini  inkişaf et­
dirdi,  bütövlükdə  bəşəriyyətin,  həmçinin  kapitalizm  cəmiyyə­
tinin  inkişaf  qanuni arını  izah  edən  ümumsosioloji  nəzəriyyə 
irəli  sürdü.  Tarixi  materializm  adlanan  bu  nəzəriyyədə  bütün 
sosioloji problemlər tam həllini  tapmasa da,  elmi mənada diq­
qəti  xüsusi  cəlb  edir.  «Cəmiyyət  nədir?»  sualına  Marks  belə 
cavab  verirdi  ki,  o,  insanların  qarşılıqlı  təsirinin  məhsuludur, 
«insanın mahiyyəti  ictimai  münasibətlərin məcmusudur».
Obyektiv qanunlar əsasında  fəaliyyət göstərən  və  inkişaf 
edən,  cəmiyyətin  məzmun  və  xarakterini  müəyyənləşdirən 
insanlararası  qarşılıqlı  təsirləri  K.Marks  ictimai  münasibətlər 
adlandırırdı  və  icrimai  münasibətlərin  üç  tipini-iqtisadi, 
siyasi və mənəvi  tiplərini bir-birindən fərqləndirirdi.
İctimai  həyatda  iqtsadiyyatı  birinci  dərəcəli  əhəmiyyətə 
malik  hesab  edən  K.Marksdan  fərqli  olaraq,  V.Rareto  (1848- 
1923)  ictimai  sistemi  yaradan  səbəblər  arasında  insanlann  in- 
stinktlərini, yəni  onl ınn davranışlanmn qeyri-şüurlu  impıılsları- 
nı, qeyri-məntiqi  hə'əkətlərini birinci dərəcəli,  insanların  özlə­
rinin  bu  hərəkətlərilə  haqq  qazandırmaq  üçün  düşünüb  yarat­
dıqları  ideologiyaları  ikinci  və nəhayət,  iqtisadi  amilləri  üçüncü 
dərəcəli  hadisə  kim  qiymətləndirir.  Daha sonra  V.Paretto bun­
lara  insanlann  və  sosial  qruplann  qeyri-bərabərliyi  ideyasını, 
eləcə də  sosial mobilliyi  və elitalann dövr etməsini  əlavə edir.
Göründüyü  kimi,  müasir  dövrümüzə  qədər  cəmiyyət 
haqqında  çoxsaylı  nəzəriyyələr  və  konsepsiyalar  yaradılmış, 
təkmilləşdirilmiş,  inkişaf etdirilmişdir.  Bu  proses  indi  də  da­
vam  edir  və  cəmiyyətin  dəyişiklikləri,  inkişafı  ilə  əlaqədar 
həmin  nəzəriyyələr  də  daim  təkmilləşərək,  cəmiyyətin  bütün 
fəaliyyət  sahələrini  əhatə  edir.  Cəmiyyətin  tarixi  tipləri  haq­
47


qında  danışarkən  qeyd  etmək  lazımdır  d,  sosiologiyada  cə­
miyyətlərin bir neçə təsnifatı təklif olunmuşdur.
1.  F.Tönnis  əhəmiyyətli  olan  belə  bir  ideya  irəli  sürür ki, 
cəmiyyət  ilə  icma  arasında  sərhədləri  ayırmaq  lazımdır.  F.Tö- 
nnisin fikrincə,  insanların  fərdi  hərəkətlərinin,  həmçinin onlann 
kollektiv fəaliyyətinin əsasında onlann iradəsi durur (Bu ideyanın 
meydana  gəlməsində  F.Tönnisə  A.Şopenhauerin  və  F.Nitşenin 
böyük təsiri olmuşdur).  Bu  fikrə əsaslanaraq  F.Tönnis cəmiyyəti 
və icmanı təşkil edən iki tip iradənin mövcudluğunu iddia edir.
İcma  ailənin  emosional  münasibətlərinə  əsaslanan  ənə­
nəvi  cəmiyyəti  təzahür  etdirir.  İcmanın  əsasını  əməkdaşlıq, 
qarşılıqlı  anlaşma və  m əhəbbət normalarında təzahür edən tə­
bii  iradə  təşkil  edir.  Cəmiyyət  isə  sənaye-şəhər  cəmiyyəti 
olub,  daha çox  mexaniki,  yadlaşma xarakteri  daşıyır.  O,  rasio­
nal  iradəyə  əsaslanmış  olur  və  nəticə  etibarilə  özünü  əməyin, 
istehlakın  və  iqtisadi  faydanın  qeyri-şəxsi,  süni  münasibətləri 
və normaları kimi göstərir.
2.  K.Marks  cəmiyyətin  tarixi  tiplərini  səciyyələndirmək 
üçün  ictimai-iqtisadi  formasiya  adlanan  məlum  təlimi  irəli  sürdü. 
Onun  ictimai-iqtisadi  formasiya anlayışı  bütövlükdə  cəmiyyət ta­
rixini  ümumiləşdirilmiş  nəzəri  təfəkkür  səviyəsində  izah  edir. 
Həmin  anlayış məhz  sosial-fəlsəfi məna daşıyır,  onu  xronoloji  və 
coğrafi  əlamətlərə  müncər  etmək  olmaz.  K.Marks  elmi  idrakın 
ideallaşdırma  metoduna  əsaslanaraq,  tari>i  prosesdə  baş  verən 
çoxsaylı,  müxtəlif hadisələri  nəzəri  cəhətdən  ümumiləşdirdi. N ə­
ticədə tarixi  prosesin obyektiv məntiqi  gedişini, onu  dövrlərə böl­
məyin  eimi  meyarını  əsaslandırmağa  cəhd  etdi.  İctimai-iqtisadi 
formasiya  anlayışı  cəmiyyətin  inkişafına  tarixi  səpgidə  yanaşmaq 
və  təhlil  etmək  imkanı  verir.  Bu  cəhət  isə  konkret  formasiya  ilə 
bütövlük kəsb  edən  cəmiyyət  arasındakı  fərqin  açılmasına  şərait 
yaradır.  Cəmiyyət  anlayışı  ümumi  xarakter  daşıyır,  bütövlükdə 
ictimai  həyatı,  onun  inkişaf  qanunlarını,  keçmişini,  müasir  və­
ziyyətini  və  gələcəyini  ifadə  edir.  Bundan  fərqi  olaraq,  ictimai- 
iqtisadi  formasiya anlayışı  konkret məna kəsb  edir,  ümumiyyətlə 
cəmiyyəti deyil, onun müəyyən  inkişaf mərhələsini göstərir.
Marksisit  ictimai  elmi  ictimai-iqtisad  formasiyanı  cə­
miyyətin  tarixi tipi  kimi  təsdiq  edərək  göstərirdi  ki,  cəmiyyətin
48
hər bir tarixi 
tipi
  başqalarından  özünün  spesifik  ictimai-iqtisadi 
bazisi  və  ona  uyğun  üstqurumu  ilə  fərqlənir.  Marksist  cə- 
miyyətşünaslar belə  hesab  edir ki, bu  elm cəmiyyətin  inkişafı­
nın bir ictimai-iqtisadi  formasiyadan digəmə  keçilməsi  ilə  fəa­
liyyət göstərən ümumi  qanunu kəşf etmişdir.  Formasiya anlayı­
şının əsas tələbi büdür ki,  ictimai  varlığın əsasında maddi isteh­
sal  münasibətləri  durur.  İctimai-iqtisadi  formasiyanın  əsasını 
hakim  istehsal  üsulu təşkil  edir.  Bu müddəa göstərir ki, mövcud 
cəmiyyətdəki  real  münasibətlər  müxtəlif sistemlərin  məhsulu­
dur.  Mövcud  sistemlərdə  istehsal  münasibətləri  müəyyənedici 
rol oynayır.  Hər hansı bir cəmiyyətin bu və ya digər formasiya­
nın tarixi tipinə aid olması  məhz onunla müəyyən  edilir.  Fəlsə­
fə  dərsliyində qeyd edildiyi kimi ictimai-iqtisadi  formasiya de­
dikdə  tarixi  inkişafın  müəyyən  mərhəlsində  duran  konkret  cə­
miyyət  nəzərdə  tutulur.  Bu  cəmiyyət  məhsuldar  qüvvələrin 
müəyyən  inkişaf  səviyyəsi,  ona  uyğun  istehsal  münasibətləri 
sistemi, bu  iki tərəfin bilavasitə təsiri altında formalaşan müxtə­
lif  ideya  və  təsisatlar  sistemi,  ailə  tipi  və  s.  münasibətlərlə 
səciyyələnir.  Göründüyü  kimi,  ictimai-iqtisadi  formasiya  cə ­
miyyət  həyatının bütün tərəflərini  (istehsal  üsulunu,  iqtsadi  qu­
ruluşu  və  onun  üzərində  yüksələn  üstqurumu)  vəhdətdə 
götürür.  Həmin  anlayış  ictimai  quruluşu  özünün  spesifik  yaran­
ma,  fəaliyyət  vo  yüksək  formaya  keçmə  qanunlarına  malk  olan 
spesifik  sosial  orqanizm  kimi  səciyyələndirir.  Deməli,  ictimai- 
iqtisadi  formasiya  cəmiyyətin konkret  tarixi  tipi  və  ümumdünya 
tarixinin  mərhələsi  olmaqla  müəyyən  istehsal  üsulu  ilə  şərtlə­
nən  bütöv  sosial  sistemdir.  K.Marks  cəmiyyətin  tarixi  tipləri 
kimi  ibtidai  icma  quruluşunu,  sinfi  cəmiyyətlər  olan  quldarlıq 
quruluşunu,  feodalizm və kapitalizmi, daha sonra  isə  ilk mərhə­
ləsi sosializm olacaq kommunizm  formasiyasını göstərmişdir.
3. 
Cəmiyyətin  tarixi  tipləri haqqında müasir dövrdə daha 
çox məşhur olan təsnifata görə cəmiyyət sənayeyoqədərki (ar- 
xaik),  sənaye-(industrial)  və  sənayedənsonrakı  (postindustrial) 
(Amerika  sosioloqu  D.Bell,  1974-cü  il)  inkişaf  mərhələlərini 
keçmişdir.  Sənayeyəqədərki  cəmiyyət  kənd  təsərrüfatının,  ai­
lənən  və  ənənələrin  üstünlük  təşkil  etməsi  ilə,  sənaye  cə­
miyyəti  iqtisadi  yüksəliş,  sənaye  və  yeniliklərin  dərhal  qəbul
49


Yüklə 186,3 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə