Sosiologiya (Dərslik)



Yüklə 186,3 Kb.
Pdf görüntüsü
səhifə15/73
tarix06.05.2018
ölçüsü186,3 Kb.
#42945
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   73

liderliyə  meyllilik);  dini  tip  (həyatın  mənasını  və  dünya  quru­
munun vəhdətini axtarmaq, fövqəltəbiliyə inam ).
K.Xofni  (1885-1952)  şəxsiyyətin  3  tipini  ayırd  edirdi:  1) 
güzəştə  gedən  (insanlara  istiqamətlənmə);  2)  təcrid  edilmiş 
(insanlardan);  3) düşmən (insanlara qarşı).
K.Yunq  (1875-1961)  əsas  psixoloji  tipi  (ekstravertlər  və 
intravertlər)  xarakterizə  edir.  Ekstravertlər başqalanna,  intravert- 
lər  isə  özünə,  öz  daxili  aləminə  istiqamətlənmişdir.  E.Fromm 
(1900-1980) isə şəxsiyyətin tiplərini xarakterlər baxımından təh­
lil  edir və  xarakterlərin 5  tipini (reseptiv,  istismarçı, yıgıcı,  bazar, 
məhsuldar)  göstərir.Psixoloji  və  sosial-psixoloji  yanaşma,  görü­
ndüyü kimi, daha çox psixoloji  xüsusiyyətləri ön plana çəkir.
Antropoloji  tipologiyanın  məhşur  nümayəndələri  sırasına 
R.Linton,  A.Karmer  və  M.Mid  aid  edilə  bilər.  R.Linton  (1893- 
1953) bazis tipli və  status tipli  şəxsiyyət konsepsiyalarının müəl­
lifidir.  O, bazis  tipli  şəxsiyyət dedikdə  fərdin mədəni  mühitə  in­
teqrasiyasının  xüsusi  tipini  başa  düşürdü;  bu  inteqrasiya  məlum 
birlik  üzvlərinin  sosiallaşması  təcrübəsi  əsasında  baş  verir.  Şəx­
siyyətin  bazis  strukturu  məhz  mədəniyyət  vasitəsilə  nəsildən 
nəslə  ötürülür.  Müəyyən statuslar üçün  təsbit olunan  standartlaş­
dırılmış  rolların məcmusu  isə  status  tipli  şəxsiyyəti  doğurur.  So- 
nralar  şəxsiyyətin  bazis  xarakteristikalarını  empirik  baxımdan 
əsaslandırmaq  üçün  «rnodal-şəxsiyyət»  anlayışı  elmi  dövriyəyə 
daxil edildi.  Bu anlayışın müəlliflərindən  biri  oları  F.Boas (1858—
 
1942) belə  hesab  edir ki,  modal  şəxsiyyət  məlum  mədəniyyətdə 
çox tez-tez rast gəlinən şəxsiyyət tipidir.
Sosioloji  tipləşdirmə  baxımından  R.Mcrtonun  mülahizələri 
xüsusilə  maraqlıdır.  Onun təklif etdiyi tipologiya şəxsiyyətin dav­
ranışını  məqsəd  və  vasitələrə  münasibətdən  asılı  olaraq  nəzərdən 
keçirir.  Onun  fikrincə,  bütün  davranış  növlərini  5  qrupda  birləş­
dirmək  olar  :  1)  konformist  -   cəmiyyətin  loyal  üzvüdür;  o,  cə­
miyyətdə bəyənilmiş  mədəni  məqsədləri  və  təsisatlaşmış  vasitə­
ləri qəbul edir; 2) novator -  cəmiyyətin elə üzvüdür ki, o, öz məq­
sədlərinə qeyri-təsisatlaşmış vasitələrlə, o cümlədən qeyri-qanuni 
vasitələrlə çatır; 3) ritualist  - vasitələri mütləqləşdirən və xatirinə 
fəaliyyətin  həyata keçirildiyi  məqsədlərə  laqeydlik  göstərən  şəx­
58
sdir; 4)  təcrid edilmiş tip həm mədəni  məqsədlərdən, həm də tə- 
sisatlaşmış vasitələrdən yan k eçir; 5) qiyamçı -  cəmiyyətdə qəbul 
olunmuş  məqsəd  və  vasitələrdən  yan  keçir,  başqa  dəyərləri  və 
nonnalan onlara qarşı qoyur.
Tanınmış qərb  sosioloqu  R.Darendorf şəxsiyyəti  mədəniy­
yətin inkişaf məhsulu kimi nəzərdən  keçirir. O, 4 tipi ayırd edir :
1)  zəhmətkeş  insan  (ictimai  cəhətdən  faydalı  nemətlər 
yaradan  şəxsiyyət,  məsələn,  kəndli,  siyasətçi,  hərbiçi  və  s.);
2)  istehlak  edən  insan  (kütləvi  istehlakla  formalaşan  şəxsiyyət);
3)  universal  insan  (müxtəlif  fəaliyyət  növləri  ilə  məşğul  ola 
bilən  şəxsiyyət);  4)  totalitar  insan  (totalitar  dövlətdən  asılı 
olan  şəxsiyyət).
Beləliklə,  sosioloji  yanaşma  insanların  rol  davranışının 
ümumi  xarakteristikalarını,  onların  oxşar  vəziyyətlərdə  fəa­
liyyətinin məqsəd və vasitələrinə münasibətini  ifadə edir.
§2. Şəxsiyyətin sosiallaşması
Cəmiyyətlə  şəxsiyyət  arasında  ki  münasibətlərdə  sosial 
birlik  formaları  əlaqələndirici  vasitə kimi  çıxış edirlər.  Məhz on­
ların  təkibinə  daxil  olmaq  vasitəsilə  bu  və  ya  digər  insan  sosial 
həyata,  ümumilikdə  sosial 
münasibətlər  sisteminə  qovuşıılur. 
Hər  bir  fərd  müəyyən  sosial  birlik  formasına  daxil  olarkən  onun 
ümumi  mədəniyyətini,  sosial  normalarını  və  sərvətlərini  qəbul 
edir.  Bütövlükdə ayrıca bir fərdin  sosial  birliyə və onun vasitəsilə 
cəmiyyətə qovuşması prosesi  şəxsiyyətin sosiallaşması  adlanır.
Bu  proses  çox  mürəkkəb  olub,  müxtəlif  mərhələlərdən 
keçir.  Fərdin  sosiallaşması  ilə  əlaqədar  olaraq  iki  mərhələni- 
sosial  adaptasiya  (uyğunlaşma  deməkdir)  və  sosial  ıntcrioriza- 
siya,  (cəmiyyətin  \ ə   ya  müəyyən  sosial  birliyin  norma  və  sər­
vətlərinin  insanın  daxili  aləminə  keçməsi  nəzərdə  tutulur) 
ayırd  edilir.  Fərdin  sosiallaşması  adlanan  prosesin  birinci 
mərhələsi  -sosial  adaptasiya  onun  cəmiyyətdə  müxtəlif həyat 
fəaliyyəti  səviyyələrində  qərarlaşmış  olan  sosial-iqtisadi  və 
mənəvi  şəraitə,  sosial  normalar sisteminə,  sosial  qruplara,  təş­
kilatlara və  institutlara uyğunlaşmasını  ifadə edir.  İkinci  mər­
hələdə  normaların  və  sərvətlərin  fərdin  «daxili  Məninə»  keç­
59


məsi,  bir növ  hopması  prosesi  baş  verir.  Əlbəttə,  bu,  avtoma­
tik  surətdə  baş  vermir,  hər  bir  konkret  şəxsin  malik  olduğu 
təcrübədən  asılı olaraq həyata keçirilir.
Qeyd  etmək  lazımdır  ki,  şəxsiyyətin  sosiallaşması  onun 
şəxsi  keyfiyyətlərinin  sosial  mühitdə  əriyib  itməsi,  nisbi 
müstəqilliyinin  aradan  qaldırılması  demək  deyildir,  əksinə 
şəxsiyyət sosail sistemə nə qədər dərindən və hərtərəfli  qovu­
şarsa,  o,  özünəməxsus  keyfiyyətlərini  inkişaf  və  təzahür  et­
dirmək  üçün  daha  çox  imkanlar  əldə  edir.  Sosiologiya  bunu 
əsas  götütür ki,  insan fəal  ictimai qüvvədir,  o  həm  ayrılıqda öz 
həyatının, həm bütövlükdə  sosial həyatın yaradıcısıdır.  Sonun- 
çu  səpki  sosiallaşmış  şəxsiyyətdə,  o,  müxtəlif sosial  sistemlə­
rə,  birliklərə  daxil  olduqda,  başqaları  ilə  qarşılıqlı  təsir prosesi 
intensivləşdikdə  daha parlaq şəkildə üzə çıxır.
Şəxsiyyətin  sosiallaşması  gedişini  araşdırarkən  bu  pro­
sesdə  işarələr  sisteminin  mühüm  rolunu  qeyd  etmək  lazımdır. 
M əsələ  bundadır  ki,  sosiallaşma  gedişində  başqa  şəxslərlə  sıx 
qarşılıqlı təsirdə və təmasda olan bu və ya digər fərd sanki  güz­
güyə  baxmış  kimi  öz  hərəkətlərinə  və  davranışına  müəyyən 
düzəlişlər edir.  İşarələr sistemi  (nitq,  hərəkət nümunələri  və  s.) 
hər  bir  sosial  birlik  formasının,  ona  daxil  olan  insanların  fəa­
liyyətinin  təşkilində,  mühüm  vasitə  rolunu  oynayır.  Belə  ki, 
fərd müəyyən  sosial  birliyə  daxil  olduqda burada qəbul  edilmiş 
olan  işarələr sistemini  mənimsəyir və öz fəaliyyətində onlardan 
istifadə edir.
Sosiologiyada  şəxsiyyətin  sosial  fəaliyyəti  və  davranışı 
mexanizmlərinin  aşkar edilməsi  mərkəzi  yerlərdən birini  tutur. 
Obyektiv  qanunauyğunluqların  tələblərinin  adekvat  surətdə 
əks  olunması  insanın  sosial  fəaliyyətinin,  sosial  davranışının 
məzmununu  şərtləndirir.  Bununla  yanaşı  insan  fəaliyyəti  və 
davranışında  həmin  qanunauyğunluqların  konkret  şəraitdə  tə­
zahürü  xüsusiyyətləri,  ona  təsir  edən  hadisələr  çoxluğu,  onla­
rın qarşılıqlı əlaqələri  də  nəzərə alınmalıdır.
Şəxsiyyətin  fəaliyyətinin  əsasında duran  təlabatlar  insan  hə­
min tələbatlan ödəmək üçün şərait və vasitələr axtarmağa sövq edir. 
Tələbatlar  təbii və  sosial olmaqla  iki  qrupa  bölünür.  Birincilər
60
insanın gündəlik qidaya, paltara, mənzilə və s. olan ehtiyaclarım ifa­
də  edir.  İkincilərə  isə  sırf sosial  həyatın  məhsulu  olan  ehtiyaclar 
(əmək  fəaliyyəti,  sosial  fəallıq,  məişəti  yaxşılaşdırmaq,  mə'nəvi 
mədəniyyəti inkişaf etdirmək və s.) daxildir. Bunlarla yanaşı fərdlə- 
rin sosial birlik formalanna qovuşmasına, sosail norma və sərvətlərə 
yiyələnməsinə olan təlabatlan da mütləq nəzərə alınmalıdır.
İnsanın  tələabatları  özünün  yüksək  səviyyəsini  müəyyən 
qəbildən  olan  sərvətlərin  mənimsənilməsində  tapır.  Sərvətlərə 
orientasiya  prosesində  şəxsiyyətin fəaliyyət amalı  formalaşır ki, 
onlar da  fəaliyyətin  real  gedişində çox mühüm rol  oynayır.  Şəx­
siyyət  üçün  onun  nail  olmaqa  çalışdıqı  sərvətlər  bəzən  o  qədər 
əziz olur ki, o, həyatını  da bu yolda qurban verməkdən çəkinmir. 
Məsələn, tarixdə azadlıq,  həqiqət, demokratiya, humanizm,  sevgi 
yolunda öz canlanndan keçən şəxsiyyətlər az olmamışdır.
Məlumdur  ki  tələbatlarla  onları  doğuran  şərait  arasında 
sıx  əlaqə  mövcuddur.  Əgər  şərait  fəaliyyətin  statik,  dayanıqlı, 
sabit  tərəfini  ifadə  edirsə,  tələbat  bu  prosesin  mütohərrikliyini 
göstərir.  Fəaliyyətin  şəraiti  çox  müxtəlif amillər qrupunu  əhatə 
edir.  Buraya aşağıdakıları  aid etmək olar:  fəaliyyətin baş verdiyi 
müvafiq  maddi  şərait;  sosial  birlik  formaları  daxilində  və  onlar 
arasında ünsiyyətin  vəziyyəti;  konkret  sosial  birlik  formasında 
və  cəmiyyətdə  möv'cud  olan  norma  və  sərvətlər;  cəmiyyətdə 
sosial  institutların və sosial təşkilatların işinin vəziyyəti.
Şəxsiyyət  öz  tələbatları  və  mənafeləri  baxımından  fəa­
liyyət şəraitini  qiymətləndirir,  ondan ya  razı  qalır,  ya da narazı 
olur.  Sonuncu  hal  həmin  şəraiti  öz  təlabatlarına  uyqun  şəkildə 
dəyişdirmək fəaliyyətinə sövq edir.
Şəxsiyyətin  sosioloji  fəaliyyətini  şərtləndirən  amillər 
şərti  olaraq  iki  hissəyə  ayrılır.  Bunlardan  birincisi  cəmiyyət­
dəki  sosial  birlik  formalarının  bütün  növləri  tərəfindən  həyata 
keçirilməklə  ümumilikdə  ictimai  inkişafın  məqsəd,  mənafe  və 
tələbatlarını  ifadə  edir.  İkinci  qrupda  isə,  daha  çox  subyektiv 
xarakter  daşıyan  amillər  (sərvətlər orientasiyası,  şəxsiyyətin  və 
sosial  birliklərin mənafe və məqsədləri) daxildir.
Şəxsiyyətin mənafeyi  onu mövcud şəraiti  qoruyub saxla­
maq  və  ya  dəyişdiımək  üçün  fəaliyyətə  səfərbər  edən  güclü
61


Yüklə 186,3 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə