Sosiologiya (Dərslik)



Yüklə 186,3 Kb.
Pdf görüntüsü
səhifə16/73
tarix06.05.2018
ölçüsü186,3 Kb.
#42945
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   73

motivlərdəndir.  Obyektiv sosial  qanunların təlabatlar kim i  ba­
şa düşülməsini  ifadə edən mənafelər məzmun  etibarilə m üxtə­
lif olur.  Burada real  surətdə təzahür edən mənafeləri,  am al  xa­
rakterli və səmtləşmə xarakterli mənafeləri ayırmaq olar.
Şəxsiyyətin  sosial  fəaliyyəti  mexan zmində  mənafelərin 
böyük  rolu  həm  də  bundadır  ki,  onlar o  fəaliyyətin  məqsədini 
müəyyən  edir.  Mənafelərin  məqsəd  kimi  ifadə  olunması  isə 
mahiyyət  etibarilə  onları  reallışdırmağa  yönələn  məqsədyönlü 
fəaliyyətin  başlanmasını  göstərir.  Birlikcə  götürülən  mənafe 
və  m əqsəd  fəaliyyətin  daxili  motivlərini  təşkil  edir.  Motivlər 
öz mahiyyətinə görə  insanın konkret  şəraitdə  fəaliyyətinin  da­
xili  sövqediçiləridir.  Lakin  şəxsiyyətin  real  fəaliyyətə  başlan­
ması  üçün  təkcə  daxili  motivlərin  olması  kifayət  deyildir.  Bu 
prosesdə həm də  kənar sövqedici  amillər- stimullar mühüm rol 
oynayır.  Stim ullar  daxili  m əzm una  görə  iki  q ru p a   ay rılır: 
m addi və m ənəvi stim ullar.
Sosioloji  fəaliyyət  belə  bir  mövqe>ə  əsaslanır  ki,  mü­
nasibətləri  bir-brindən təcrid olunmuş  halda öyrənmək  qeyri- 
mümkündür.  Cəm iyyət-şəxsiyyət  münasibətləri  biri  digərin­
dən  ayrılmazdır.  Məhz  buna  görə  də  sosialogiyanın  əsas 
obyektini  sosial  münasibətlərin  araşdırılması  təşkil  etsə  də, 
baxmayaraq,  o,  şəxsiyyət  səviyyəsində  qərarlaşan  münasibət­
lərin  təhlilinə geniş yer verir.  Fərdi  səviyyədən sosial  m ünasi­
bətlərə  keçidin  mexanizmi  başlıca  olaraq  şəxsiyyətlə  müvafiq 
sosial  sistemin qarşılıqlı  təsirinin xarakteri  ilə şərtlənir.
Cəmiyyətin  m üxtəlif  həyat  fəaliyyəti  səviyyələrində 
(ayrıca  götürülmüş  bir  şəxs,  sosial  qrup,  sinif  və  bütövlükdə 
cəmiyyət)  qərarlaşan  sosial  münasibətlərdə  onun  inkişafının 
obyektiv  sosial  qanunauyğunluqlarının  tələbləri  ifadə  olunur. 
Ayrıca  bir  şəxsin  və  sosial  qrupun məqsədi  və  sərvət  orienta- 
siyaları  isə  bu  ümumi  tələblərə  uyğun  gələ  və  gəlməyə  bilər. 
Sonunçu  hal  baş  verdikdə  konkret sosial  subyektlər nəticə  eti­
barilə ümumi tələblərə uyğunlaşmalı olurlar.
Şəxsiyyət  səviyyəsində  olan  münasibətlərlə  sosial  mü­
nasibətlərin  qarşılıqlı  təsirində  ikinci  tərəf  aparıcı  yer  tutur. 
Lakin  bu  heç  də  sosial  münasibətlərin  formalaşması  prosesinə
62
bu və ya digər şəxsin  təsirini  inkar etmək demək deyildir.
Bundan əlavə,  sosial  münasibətlərin formalaşması  və  in­
kişafı gedişində müxtəlif fəaliyyət sahələrində çalışan insanla­
rın  sərvət yönümlər nin,  davranış  normaların və  s.  biri  ilə  uz­
laşdırılması zəruridir.  Lakin bəzi  hallarda  müəyyən bir sahədə 
fəaliyyət  göstərən  insanların  davranış  normaları  ilə  digər  sfe­
ralarda  məqbul  sayılan  sərvət  yönümləri,  sərvət  yönümləri 
davranış,  normaları  arasında  xeyli  fərq  nəzərə  çarpır  və  gü­
zəştli  barışıq əldə  ecilməsi  lazım gəlir.
§3.  Şəxsiyyətin y.osiallaşması prosesində sosial nəzarət
Ayn-ayn  fərdlərlə  bütövlükdə  cəmiyyət  arasında  sosial 
münasibətlər  özbaşına  tənzim  olunmur.  Bu  işdə  sosial  nəzarət 
müstəsna rol  oynayır.  Sosial  nəzarət  dedikdə sosial  sistemin  onu 
təşkil  edən  element ərin  qarşılıqlı  təsirini  normativ  nizamlama 
vasitəsilə öz-özünə  ənzim  etməsi  üsulu  nəzərdə  tutulur.  O,  çox 
mühim funksiya yerinə yetirir:  cəmiyyətdə mövcud sosial müna­
sibətlərin  və  sosial  strukturların  normal  inkişafını  təmin  etməyə 
yönəlir.  Ayrı-ayrı  fərdlərlə  bütövlükdə  cəmiyyət,  vətəndaşlarla 
dövlət  arasında  ki  münasibətlər  sözün  əsl  mənasında  qarşılıqlı 
xarakter daşıyır, yəni  nəinki təkcə sosial münasibətlər fərdi key­
fiyyətlərə  tə'sir  edir,  həm  də  sonuncular  öz  növbəsində  ümumi 
ictimai  sistemdə  fəal  rol  oynayır.  Ymumi sosial  informasiya sosi­
al  idaroetmo mexanizmində  fərdi  şüur səviyyəsində  konkretləşir, 
yeni  xassələr əldə  edir.  Bunlar  isə  vaxtı  çatmış  təlabatı  ifadə  et­
dikdə  sosial  nəzarət  sisteminə  əhəmiyyətli  təsir  göstərib,  onun 
xarakterində dəyişikliklər yaradır.
Sosial  nozaret sistemində  fərdi  hərəkətlərlə,  yo'ni  sosial 
institutların  nəzarətedici  fəaliyyəti  vəhdətdə  çıxış  edir.  O, 
fərdlərin  sosial  davranışını  təkcə  dövlət  mövqeyindən  deyil, 
həm do  mənəvi-eti <  münasibətdən tənzim edir.
Qeyd  etmək  azımdır  ki,  sosial  nəzarət  baxımından  ay­
rıca  götürülmüş  fərd  ilə  cəmiyyətin  qarşılıqlı  təsiri  heç  də  hə­
mişə  rəvan  və  asan  olmur.  Bu  prosesdə  iştirak  edən  tərəflərin 
hər  birinin  spesifik  mənafelərindən  irəli  gələn  müəyyən  zid­
diyyətlər də özünü  göstərə bilir.
63


Yuxanda  deyildiyi,  kimi  sosial  nəzarət  sistemində  fərdi 
və  sosial  davranış  əsas  yer  tutur.  Lakin  burada  sosial  xarakterli 
bir sıra əlavə  ünsürlər iştirak edir ki, onların həmin prosesə  cid­
di  təsiri  nəzərə  alınmalıdır.  Subyektin  öz-özünü  qiymətləndir­
məsini və subyekt tərəfindən konkret  sosial  şəraitin  qiym ətlən­
dirilməsini  buna  misal  göstərmək  olar.  Qeyd  olunan  hər  iki 
ünsür  həm  fərdi  səviyyədə,  həm  də  qrup  səviyyəsində  olan 
davranış aktlannın məzmun və istiqamətinə mühüm təsir göstə­
rir.  Əlbəttə, onlan birmənalı qiymətləndirmək doğru olmazdı.
Bütövlükdə  sosial  nəzarət  sisteminin  tərkibində  aşa­
ğıdakı ünsürləri ayırm aq olar:  fərdin  sosial  m ühitlə  ad ap ta ­
siya  xarakterli  fəal  qarşılıqlı  təsirində  ifadə  olunan  h ə rə k ət 
aktlan;  sosial  qiym ətləndirm ə  şkalasının  nəticəsi  kimi  çıxış 
edən  fərdi  aktlann  müəyyən  kateqoriyalara  bölünməsi;  içti- 
mai həyatın özünüdərketm ə şüurunun vəziyyəti;  fərdin sosial 
hərəkətə  qarşı  verdiyi  reaksiya;  fərdin  öz  m ənlik  şüuru  sə­
viyyəsinə uyğun olaraq öz hərəkətlərini təsnif etməsi və s.
Sosial nəzarət sisteminin fəaliyyətinin ilkin mərhələsini fər­
di  hərəkət  aktlanm  qiymətləndirməyin  sosial  şərtlənmiş  prosesi 
təşkil edir. Məhz bu mərhələdə  fərdi hərəkə lər sosial aləmə daxil 
olur,  sosial  mahiyyət kəsb  edir.  Bu  mərhələdə  həm  də  fərdi  akta 
cəmiyyət tərəfindən müəyyən  reaksiya edilir.  Həmin  reaksiyanın 
xarakteri  fərdi  aktlann sonrakı  gedişinə mühüm  təsir göstərir (hə­
min akt ya təkrar olunur, ya dəyişdirilir, ya da dayandmlır).
Fərdi  hərəkətlərin  sosial  cəhətdən  qiymətləndirilməsi  bu 
və  ya  digər  sosial  birlik  fomasının  malik  olduğu  normalara, 
sərvətlərə  və  ideallara  uyğun  baş  verir.  Burada  öz  məzmununa 
görə  konkret  akt  ya  kəskin  surətdə  pislənə,  ya  neytral  qiymət 
ala bilər, ya da maksimum müsbət şəkildə qiymətləndirilə bilər. 
Sosial  qiymətlər  şkalası  hüquqi  (məcburi  normaları)  və  əxlaq, 
peşə  etikası  normalanm  da ifadə  edə bilər.  Bu  və  ya digər  fər­
din  konkret  hərəkətinin  qiymətləndirilməsi  meyarlan  həm 
ümumdövlət səviyyəsində (qanun  şəklində),  həm  də  sosial  bir­
lik  (qrup)  səviyyəsində  işlənib  hazırlanır.  Fərdi  aktın  sosial  ba­
xımdan təsnif olunması prosesi iki məqam a səciyyələnir:
a)  bu  akt  mövcud  sosial  hərəkətlərin  müəyyən  kateqo­
64
riyasına aid edildikdən sonra onun spesifikliyi,  unikal  xarakteri 
aradan  qalxır,  b)  fərdi  aktın  sosial  nəzarət  baxımından  əh ə­
miyyət kəsb edən bu və ya digər keyfiyyəti  ümumiləşmiş  m ə­
na  kəsb  edir  və  ondan  gələcəkdə  belə  aktların  təsnif olunma­
sında bir meyar kimi  istifadə oluna bilir.
Fərdi  aktın  kateqoriyalara  ayrılması  sosial  nəzarətin,  so­
sial  qarşılıqlı  təsiri  sahmanlamağın  mühüm  mərhələsi  olmaqla 
ictimai  şüur hadisələri  ilə (xüsusilə də ictimai  baxımdan özünü 
qiymətləndirmə  və  sosial  şəraitin  qiymətləndirilməsi  ilə)  sıx 
baqlıdır.  Onların  vəziyyəti  sosial  tamın fərdi  akta verdiyi  reak­
siyanı  bir  çox  cəhətdən  müəyyən  edir.  Sosial  qrupun  özünü 
dərketmə  səviyyəsi,  yəni  cəmiyyətdə  öz yeri  və  rolunu,  məq­
sədlərini nə dərəcədə düzgün başa düşməsi onun  fəaliyyət gö­
stərdiyi  sosial  şəraiti  qavramaqda çox  mühümdür.
Sosial  nəzarətin  mctodlan  müxtəlifdir,  burada  təkçə  neqativ 
sanksiyalar hökm sürmür. Əksinə, apanlmış sosioloji eksperimentlər 
sübut edir ki, neqativ  sanksiyaların tətbiqi arzuolunmaz sosial dava- 
ranışın yalnız müvəqqəti  qarşısını  alır, bir müddət keçdikdən sonra, 
yəni  neqativ  sanksiyanın  vaxtı  bitdikdən  sonra  onun  yenidən  can­
lanması meyli baş verir.  Həm də qeyd olunmalıdır ki, sosial nəzarət­
də  həmin  metodlardan  daha çox  istifadə  edilməsi  humanizm baxı­
mından özünü doğrultmur.  Buna görə də sosial nəzarətdə  inandır­
ma  metodlar  (qarşılıqlı  təsirin  sosial  baxımdan  bəyənilməsi,  mə­
nəvi-əxlaqi tənbehetmə) getdikcə daha mühüm rol oynayır.
Sosial  nəzarətdən  danışarkən  belə  bir  cəhət  də  qeyd 
olunmalıdır:  ləkcə  cəm iyyətin  (dövlət  hüquq)  fərdi  qiymət­
ləndirilməsi  ilə  iş  bitmir,  fərd  də  öz  növbəsində  həm  cə­
m iyyəti,  həm  do  öz-özünü  səciyyələndirir  və  qiymətləndirir. 
Deməli,  şəxsiyyətin  malik  olduğu  mənlik  şüurunun  səviyyəsi 
sosial  nəzarətin təsirində  özünəməxsus yer tutur.
Mənlik şüurunun  formalaşmasının mühüm bir mənbəyini 
fərdin,  hərəkətləri  haqqında  onu  əhatə  edən  şəxslərin  tə ­
səvvürləri  təşkil  edir.  Ətrafdakılar  tərəfindən  onun  hərə­
kətlərinə  verilən  reaksiya,  ona  verilən  qiymət  həmin  adamın 
necə olduğu barədə  təsəvvür yaradır.
Ümumiyyətlə,  bu  və  yä  digər  cəm iyyətdə  sosial  nəza­
65


Yüklə 186,3 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə