Sosiologiya (Dərslik)


fəaliyyətdə  olan  sosial  qrupların,  habelə  sosial  institutların



Yüklə 186,3 Kb.
Pdf görüntüsü
səhifə19/73
tarix06.05.2018
ölçüsü186,3 Kb.
#42945
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   73

fəaliyyətdə  olan  sosial  qrupların,  habelə  sosial  institutların 
və  onlar  arasındakı  münasibətlərin  vəhdətidir.  Deməli,  so­
sial  struktur  cəmiyyətin  anatomik  elə  skeletidir ki,  burada da­
xilən  obyektin  quruluşunu  təşkil  edən,  funksional  qarşılıqlı 
əqalədə olan elementlərin sıx  vəhdəti  mövcuddur.
§ 2. Sosial strukturun tərkib hissələri
Cəmiyyətin  sosial  strukturuna  təkcə  siniflər  deyil,  həm 
də qruplar və  institutlar daxildir.
Sinfilər haqqında əvvəlki  paraqrafda  artıq  bəhs  edilmişdir. 
Sosial  qrupa gəlincə  o,  sosial  birliyin  əsas  formalarından  biridir. 
Əməyin  inkişafı  səviyyəsindən,  bölgüsündən,  sosial-iqtisadi 
münasibətlərindən  və  s.  asılı  olaraq,  sosial  strukturun  müxtəlif 
tipləri  formalaşır.  Beləliklə,  cəmiyyət öz konkret həyat reallığın­
da bir çox sosial qrupların vəhdəti  kimi çıxış  edir.  İnsanın anadan 
olduğu  gündən vəfatınadək  bütün  Ömrü  bu  qruplarda:  ailə,  təhsil 
müəssiəsi, istehsalat, ordu kollektivlərində,  idman  komandasında, 
dostların dairəsində və s. keçir.
Sosial  qrup  fərdlə  cəmiyyət  arasında  özünəməxsus  va­
sitəçidir.  Bu,  sosial  proseslərin  baş  verdiyi  və  inkişaf  etdiyi 
bilavasitə  mühitdir.  Bu  mənada  o,  «şəxsiyyət-cəmiyyət»  sis­
temində  əlaqələndirici  vasitə  funksiyasını  yerinə  yetirir.  İnsan 
cəmiyyətə  mənsubluğunu  və  sosial  maraqlarını  özünün  cə­
miyyət  həyatında  iştirakı  vasitəsi  ilə,  müəyyən  sosial  qrupa 
mənsubluğu  ilə  dərk  edir.  M üxtəlif  qruplara  üzvliik  insanın 
cəmiyyətdəki status və nüfuzunu müəyyən  edir.
«Sosial  qrup»  anlayışı  ümumi  sosial  əlamətəlri  olan  və 
əməyin  ictimai  bölgüsü  strukturunda  ictimai  -  zəruri  funksiyanı 
yerinə  yetirən  insanların  vəhdətini  nəzərə  alır.  Sosial  qruplar 
kütləvi birliklərdən  fərqli  olaraq  aşağıdakı  xüsusiyyətlərlə xa­
rakterizə  edilir:  1)  müəyyən  məkan  və  zaman  daxilində  öz 
varlığının  möhkəmi il iyinə  və  sabitliyinə  kömək  edən  davamlı 
qarşılıqlı  fəaliyyət;  2) nisbətən yüksək dərəcədə birlik; 3) tərki­
binin  aydın  ifadə  olunmuş  yekcinsliyi,  yəni  qrupa  daxil  olan
74
bütün  fərdlərə  məxsus  əlamətlərin  olması;  4)  struktur element­
lər kimi  daha  geniş  birliklərin daxil  olması  .
Sosiologiyada  müxtəlif  meyarlara  görə  sosial  qrupların 
bir  çox  təsnifatı  mövcuddur.  Onları  təşkil  edən  üzvlərin  sıx­
lığından,  əlaqə  və  qarşılıqlı  fəaliyyətlərini  həyata  keçirmə 
formasından,  funksional  rolundan  asılı  olaraq,  birinci  və  ikinci, 
kiçik  və  böyük,  formal  və  qeyri-formal,  referent  və  s.  sosial 
qruplara ayırırlar.
Birinci  sosial qrupun  xarakter əlamətəlri  aşağıdakılar­
dır:  1)  azsaylı  tərkibi;  2)  üzvlərinin  məkan  yaxınlığı;  3) 
möcudluğunun  uzun  müddətliliyi  (davamlılığı);  4)  davranışın 
norma  və  nümunələrinin,  qrup  sərvətlərinin  birliyi;  5)  qrupa 
daxil  olmanın könüllülüyü;  6) qrup üzvlərinin davranışına qey­
ri-formal  nəzarət.
«Birinci  qrup»  terminini  sosiologiyaya  Ç.Kuli  gətirmiş­
dir.  Onun  fikrincə,  birinci  qruplar  üzvlərinin  yüksək  emosio­
nallıq  səviyyəsi  ilə  səciyyələnən  bilavasitə  şəxsiyyətlərarası 
kontaktlarla fərqlənir.  Bu qruplar ona görə «birinci»  adlanır ki, 
onların  vasitəsi  ilə  fərdlor  sosial  birliyin  ilkin  təcrübəsini  qa­
zanırlar.  Birinci  sosial  qruplara  nümunə  olaraq  ailəni,  məktəb 
sinfini,  tələbə qrupunu,  dostlar qrupunu,  tədqiqat qrupunu  və  s. 
göstərmək  olar.  İlkin  qruplar  vasitəsi  ilə  fordlərin  ilkin  sosial- 
laşması,  onların  davranış  nümunələrini,  sosial  normaları,  sər­
vətləri  və  idealları  mənimsəməsi  baş  verir.  Məhz  bu  qruplar 
şəxsiyyətlə  və  cəmiyyət  arasındakı  ilkin  əlaqələri  müəyyən 
edir.  Onların  vasitəsi  ilə  insan, cəmiyyət həyatında  iştirak edə­
rək, müəyyən sosial  birliklərə  mənsubluğunu dərk  edir.
İkinci  sosial  qrup  sosial  əlaqə  və  qarşılıqlı  fəaliyyətin 
simasıziaşmış  və  funksional  xarakter  daşıdığı  sosial  birlik­
dir.  Əgər birinci  qrup onun  üzvvləri  arasında qarşılıqlı  əlaqəyə 
istiqamətlənirsə,  ikinci  qrup  məqsədə  istiqamətlənir.  Bu qrup­
larda başlıca  əhəmiyyət  insanların  şəxsi  keyfiyyətlərinə  deyil, 
onların müəyyən funksiyaları  yerinə yetirmə bacarığına verilir. 
Müəssisələrin  sosial  təşkilində  vəzifələrin  bölgüsü  məhz  bu 
cür formalaşır və  fəaliyyət göstərir.  İnsanın  şəxsi  keyfiyyətləri
75


təşkilat  üçün,  demək  olar  ki,  əhəm iyyət  kəsb  etmir,  çünki 
ikinci  qruplarda  rollar  dəqiq  müəyyən  edildiyindən,  çox  vaxt 
onun üzvləri bir-birini  həddindən  artıq  az  tanıyır.  Müəssisənin 
sosial  təşkilində kommunikasiyanın həm   rolu,  həm   də  üsulları 
dəqiq  müəyyən  edilmişdir.  Lakin  bu  simasızlaşmış  ikinci 
qruplarda qeyri-formal  münasibətlər əsasında yeni  birinci qru­
plar yarana bilər.
Birinci q ru p la r kiçik sosial q ru p la rın   növ  müxtəlifliy­
idir.  Onlar  bir  neçə  adam  arasında  müəyyən  dərəcədə  daimi 
və  sıx kontaktlar əsasında,  yaxud  da  hər  hansı  bir  böyük sosial 
qrupun dağılması nəticəsində yaranır.
Çox  vaxt  hər  iki  proses  eyni  zamanda  baş  verir.  Bəzən 
də  elə  olur ki,  bir  sıra kiçik  qruplar  hansısa  böyük  sosial  qru­
pun  hüdudlarında  meydana  gəlir  və  fəaliyyət  göstərir.  Kiçik 
qrupun minimum sayı  iki  nəfərdir (diada).  M əsələn,  iki nəfər­
dən  ibarət  ailə:  ər və  arvad,  ana  və  övlad  və  s.  Onların birliyi 
birgə  fəaliyyətə  və  ən  sadə  problemlərin  həllinə  imkan  yara­
dır.  Kiçik  qrupun  maksimum  sayı  20-40  nəfərə  çata  bilər.  Bir 
çox  sosioloqlar hesab  edirlər ki,  kiçik  qrupun  optimal  sayı  7-9 
nəfər  ola  bilər  (±2).  Belə  qrupda  ona  daxil  olan  adamların 
həyat  və  fəaliyyətlərinin  əsaslı  anlarına  aid  edilən  sosial- 
psixoloji kontaktlar daha möhkəmdir.  Kiçik qrupu  tanışlar, do­
stlar  qrupu  və  ya  peşə  maraqları  ilə  bağlı  olan  zavodda,  elmi 
müəssisədə,  teatrda və  sairdə  işləyən  insanlar təşkil  edə bilər. 
Kiçik  qruplar  çox  vaxt  elə  birinci  qrupların  özü  olur.  Onlar 
üçün  qrup  rəyinin  olması  xarakterikdir.  Şəxsi  kontaktlar  qru­
pun  bütün  üzvlərinə  ümumi  rəyinin  hazırlanmasında  iştirak 
etməyə  və  qrupun  davranışına  nəzarət  etməyə  imkan  verir. 
Kiçik  qrupların  formalaşması  hər  hansı  spesifik  məsələnin 
həlli  ilə  də  bağlı  olaraq  istehsalat briqadası,  yaradıcı  kollektiv, 
hərbçilərin  xüsusi  qrupu  və  s.  formasında  təşkil  oluna  bilər. 
Belə qruplarda kiçik qrupların  bütün qarşılıqlı  fəaliyyət prinsi­
pləri  saxlanılmaqla  birinci  qrupların  prinsipləri  əhəmiyyətli 
dərəcədə zəifləyir.
Kiçik  qrupların  öyrənilməsində  Amerika  sosioloqları
76
Ç.Kuli,  E.Meyo,  C.Homans,  C.Moreno  və  başqaları  xüsusi  rol 
oynamışlar.  Son  zamanlar kiçik qrupların təhlilinə  V.Y.Belski, 
D.Q.Loşakov,  A.İ.Kravçenko  və  başqaları  daha  çox  müraciət 
edirlər.
Qrupun  ölçüləri  sosial  qarşılıqlı  fəaliyyətin  keyfiyyətinə 
əsaslı  tərzdə  təsir  göstərir.  Qrupda  insanların  sayının  artması 
ilə  onun  üzvləri  arasındakı  daimi  şəxsi  kontaktlar  zəifləyir. 
Şəxsi  kontaktların  olmaması  üzündən  vahid  qrup  rəyinin  işlə­
nib  hazırlanma  imkanı  azalır,  qrupun  özünü  müəyyənləşdirmə 
qabiliyyəti  zəifləyir.  İnsanlar  vahid  birliyə  mənsubluğunu  bi­
lavasitə dərk etmir.
Böyük  sosial  qruplar  əhəmiyyətli  sosial  proseslərdə 
birgə  fəaliyyət  göstərən  davamlı  insan  toplusudur.  Böyük 
qruplara  onlarla,  yüzlərlə  və  hətta  milyonlarla  üzv  daxildir. 
Bu,  siniflər,  sosial  təbəqələr,  peşə  qrupları,  milli-etnik  birlik­
lər  (xalq,  millət,  irq),  demoqrafik  birliklər  (kişilər,  qadınlar, 
gənclər,  təqaüdçülər)  və  başqalarıdır.  Onların  çoxsaylılığına 
görə  bu  qrupların  üzvləri  zaman  və məkan  daxilində  ayrıla bi­
lər  və  bir-biri  ilə  bilavasitə  ünsiyyətdə  olmaya  bilərlər.  Bu­
nunla  belə  onları  birləşdirən  bir  sıra  amillərə  görə  onlar  qrup 
halında müəyyn birliyi təşkil  edirlər.  Bu və ya digər böyük  so­
sial  qrupa  mənsubluq  sosial  əhəmiyyətli  əlam ətlərin  vəhdəti 
əsasında müəyyən  eldilir.  Ə gər kiçik sosial qrup  birinci olduğu 
kimi  ikinci  də  ola  bilərsə,  böyük  sosial  qrup  yalnız  ikinci  ola 
bilər.
Rəsmi  sosial-hüquqi  statusun  olub-olmamasından  və 
bununla  bağlı  olaraq  müəyyən  münasibətlərin  mövcudlu­
ğundan asılı olaraq,  sosial  qruplar formal  və qeyri-formal ola­
raq  iki yerə ayrılır.
Formal  qrup  üzvlərinin  davranışı  müəyyən  norma və  ni­
zamnamələrlə ciddi məhdudlaşan sosial  birlikdir.  Bu qrup h əl­
lində  müəyyən  birliyin  (məktəb,  ordu,  zavod  və  s.)  marağı 
olan  xüsusi  m əqsədlərə  nail  olmaq  üçün  yaradılır.  Buna  görə 
də  formal qruplaıda əm əyin ciddi bölgüsü olur.  Onların üzvlə­
rinin  fəaliyyəti  isə  xüsusi  norma  və  qanunlara  tabedir.  Formal
77


Yüklə 186,3 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə