Sosiologiya (Dərslik)



Yüklə 186,3 Kb.
Pdf görüntüsü
səhifə21/73
tarix06.05.2018
ölçüsü186,3 Kb.
#42945
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   73

liyyət  göstərə  bilən  sistemə  daxil  edilməsi  prosesidir.  İnstitu- 
sionalizasiya səbəbsiz  və  eksperimental  davranışın  gözlənilən, 
modelləşdirilən,  tənzimlənən,  qabaqcadan  görünən  davranışla 
əvəz  olunmasıdır.  Hər  hansı  bir  elmin,  deyək  ki,  sosiologiya­
nın  institusionallaşması  dövlət  standartlarının  nəşrini,  tədqiqat 
institutlarının,  büro,  xidmət  və  laboratoriyaların yaradılmasım, 
universitetlərin,  kollec  və  məktəblərin  nəzdində  müvafiq 
fakültələrin,  bölmələrin,  kafedra  və  professional  mütəxəssis­
lərin  hazırlıq  kurslarının  açılmasını, jurnalların,  monoqrafiya­
ların və dərsliklərin çapını nəzərdə tutur.
İnstitusionallaşdırma prinsipinin  (bu  proses  isə  on  illərlə 
davam  edə  bilər)  yekunu  kimi  bu  sosial  prosesin  iştirakçıları­
nın  səs  çoxluğu  ilə  qəbul  edilmiş  və  cəmiyyət tərəfindən  təs­
diq  olunmuş  dəqiq  rol  stmkturunun  yaranması  hesab  edilə  bi­
lər.  İnstitusionallaşdırma  prosesi  kompromisslorin  axtarışı  və 
m üxtəlif sosial  qruplar  arasında  razılığın  əldə  edilməsi  prose­
sidir.
Sosial  institutların  müvəffəqiyyətli  fəaliyyəti  müəyyən 
şərtlərin  reallaşmasından  asılı  olur:  1)  institutların  hüdudunda 
insanların  davranışını  tənzimləyən  spesifik  sosial  norma  və 
göstərişlərin  olması;  2)  institutun  cəmiyyətin  sosial-siyasi, 
ideoloji  və  aksioloji  strukturuna  daxil  edilməsi;  bu  isə  bir  tə­
rəfdən  institut  fəaliyyətinin  formal  hüquqi  əsasını  təmin  edir, 
digər tərəfdən  isə  fəaliyyətin  institusional  tipləri  üzərində  so­
sial  nəzarəti  həyata  keçirməyə  imkan  verir;  3)  normativ  gös­
tərişlərin  müvəffəqiyyətlə  yerinə  yetirilməsi  və  sosial  nəzarə­
tin təşkili üçün maddi  vəsaitlərin  və şərtlərin  mövcudluğu.
Birinci  şərt  işçilərin  sosial  statusunun  müəyyən  sosial 
institutun  normalarına,  qaydalarına  və  davranış  nümunələrinə 
uyğunluğunun  zəruriliyini  göstərir.  Göstərilən  şərt  institusio- 
nallaşdırma  prosesini  cəmiyyətin  inkişafında  m üxtəlif  sosial 
qrupların hərtərəfli  maraq  və  toləbatlarınını  nizama salınması­
nın əsası olan əmək bölgüsü  ilə  əlaqələndirir.  Dəqiq  əmək  bö­
lgüsü,  ixtisaslaşma  və  müvafiq  rol  təsnifatı  olmadan  heç  bir 
sosial sistem normal  fəaliyyət göstərə bilməz.
82
İkinci  şərt,  əsasən,  ideoloji  xarakter  daşıyır.  Rəsm iləş- 
mək  üçün  sosial  institut  öz  fəaliyyətini  bütövlüklə  cəmiyyətin 
inkişaf maraqlarına  tabe  etməlidir.  Əgər cəmiyyət  sosial  insti­
tutun  funksiya  və  maraqlarım  bütövlükdə  özünün  maraqlarına 
uyğunluğunu  qəbul  etmirsə,  onda  belə  sosial  institut  qeyri- 
formal  adlanır.
Üçüncü şərt ondan  ibarətdir ki,  dövlətyaradan institutla­
rın  zəruri  siyasi  yardımı  (himayədarlığı)  tarazlaşdırılmış  fəa­
liyyəti  istehsa'ın  inkişafının  müasir  səviyyəsinə  müvafıqliyi 
olmadan sosial  islahatların aparılması qeyri-mümkündür.
Bütövlükdə,  sistemin  yaxşı  fəaliyyəti  üçün  siyasi  insti­
tutlar  istehsal-istehlak  vasitələrinin  inkişafı  üçün  şərait  yarat­
malıdır.  Yalnız  bu  şərtlər  yerinə  yetirildikdə  insanın  özünün 
sosial  sistemin  mühüm  elementinin  -   islehsalı  və  təkrar  isteh­
salı  mümkündür.  İnsan  sosial  institutların  fəaliyyətinə  onlara 
xas  olan  sosial  status  və  rolların  mənimsənilməsi  vasitəsilə 
qoşulur.  Buna  görə  o,  həm  do  institusionallaşdırma  prosesinin 
təsirini  öz  üzərində  hiss  edir.  Fərdin  ictimai  ierarxiyada  tut­
duğu yerdən  asılı  olmayaraq,  o,  öz statusuna aid  edilən norma­
tiv  tələblərə tabe  olmalıdır.  Əgər  institusionallaşma prosesində 
nəzərdə  tutulan  hüdudlar  pozulursa,  deməli,  cəza  verilməlidir 
(cəzanın  forması  pozulma dərəcəsindən asılıdır).
Hər  bir  sosial  institutun  spesifik  xüsusiyyətləri  olduğu 
kimi  digər  institutlarla  ümumi  əlamətləri  də  vardır.  Bu:  1) 
davranış  qaydaları  və  nümunələri;  2)  mədəni  simvollar (dövlət 
üçün  bu  gerb,  bayraq,  bəy və  gəlin  üçün  nişan  üzüyü  və s.);  3) 
sosial  institutların  yüksək  mədəni  cəhətləri  inzibati  binaların, 
firma blanklarının olması; 4)  şifahi  və yazılı  davranış  m əcəllə­
ləri  (həkimlərdə  Hipokrat  andı,  nigah  bağlanarkən  verilən 
and);  5)  ideologiyanın  olması.  İdeologiyaya  institutun  əsas 
qayəsi  kimi  bizi  əhatə  edən  aləmin  institut  üzvləri  tərəfindən 
qəbul  olunmuş terminlərlə izah edilməsi daxildir.
Sosial  institutlar  əks  etdikləri  münasibətlərdən  (iqtisa­
diyyat,  siyasət,  mədəniyyət,  din,  hüquq,  ailə)  asılı  olmayaraq, 
ümumi  institusional  funksiyalar yerinə yetirirlər.
83


Sosiologiyada  institutların  aşkar  (tarixən  qəbul  olunmuş 
aydın  seçilən  və  asan  mənimsənilən  funksiyalar)  və  latent 
(gizli,  rəsmən  qəbul  olunmamış)  funksiyalarını  ayırırlar.  Belə 
ki,  qumar  oyunlarını  qadağan  edən  qanunun  aşkar  funksiyası 
bu  oyunların  dayandırılmasıdır,  latent  funkisyası  isə  oyun biz­
nesinin gizli imperiyasının yaradılması  ola bilər.
Ən ümumi  şəkildə  sosial  institut  fərdlərin  sosial  tələbat­
larının  ödənliməsinə  istiqamətlənmişdir.  Bu  məqsədə  nail  ol­
manın üsul  və yollan  sosial  institutların  aşkar funksiyasını  təş­
kil edir.  Bundan əlavə aşağıdakı  funkisyaları  göstərmək olar:
İctimai  münasibətlərin  seçilməsi,  möhkəmləndilirlməsi 
və təkrar  istehsalı.  Sosial  sistem  kimi  cəmiyyət sosial  institut­
lar vasitəsilə  fərdlərin  davranışını  nizamlayan  norma  və  qay­
daları müəyyən edir.
Kommunikativ  funksiyalar.  Bu  funksiya  sosial  institu­
tun  fəaliyyətinin  lazımi  səviyyədə  saxlanılması  və  onun  bütün 
hissələrinin daxili  qarşılıqlı  əlaqəsinin  həyata keçirilməsi  üçün 
zəruridir.  Hər  bir  sosial  institut  başqa  sosial  institutların  fəa­
liyyəti haqqında xarici  informasiyanın alınmasında maraqlıdır.
İnteqrativ funksiya  (sosial  institutun  bütövlüyünün sax­
lanılması  funkisyası).  Bu  funksiya  institusionallaşmanın  gedi­
şində  kollektiv  üzvləri  arasındakı  daxili  və  xarici  əlaqələrin, 
möhkəmləndirilməsinə  istiqamətlənmişdir.
Tənzimləyici  funksiya  -   davranışın  ümumi  sosial  əhə­
miyyətli  nümunələrinin  işlənib  hazırlanmasını  təmin  edən 
funksiyadır.  Davranışın  ümumi  nümunələrini  təkrar  istehsal 
edən əsas institut mədəniyyətdir.
Aşkar  funksiyalarla  yanaşı  sosioloqlar  latent  funksiyaları 
da göstərirlər.
Sosial  institutların latent  funksiyaları  həm  sosial  sistemin 
inkişafına  kömək  edə  bilər,  həm  do  neqativ  hallara  gətirib  çı­
xara bilər.  Bu zaman ya onlara kömək  etmək,  ya  da  onları  n ə­
zarətə götürmək lazım  gəlir.  Bunun  üçün də  sosial  institutların 
latent funksiyalarının öyrənilməsi  zəruridir.
Cəmiyyət  inkişaf  etdikcə  və  mürəkkəbləşdikcə  sosial
84
institutlar  sistemi  çoxalır,  differensiallaşır.  Ailə,  təhsil,  sə­
hiyyə,  maddi  və  mənəvi  istehsalat,  asudə  vaxt  və  istirahət, 
cəmiyyət  üzvlərinin  təhlükəsizliyinin  təmin  edilməsi  və  bir 
çox başqa institutlar  sosial orqanizmin fəaliyyətini  şərtləndirən 
sistem yaradırlar.
Sosial  institutda iqtisadi,  siyasi,  hüquqi,  mənəvi  və  digər 
münasibətlər çox  mürəkkəb  tərzdə  bir-biri  ilə  qovuşur.  Sosial 
institutların  sayəsində mədəni  sərvətlərin,  davranış  vərdişləri­
nin,  normalarının 
zənginləşməsi  və  fərdlərin  sosiallaşması 
həyata keçirilir.
•j 
3.  S o s ia l s tr a tifik a s iy a
«Stratifıkasiya»  termini  sosiologiyaya  təbiət elmlərindən 
keçmişdir,  o,  latın  mənşəli  söz  olub,  «stratum»  -   döşəmə,  qat 
deməkdir.  Hidrologiyada  stratifikasiya  anlayışı  altında  müxtə­
lif sıxlıqda  və  temperaturda  olan  su  qatlarının  yerləşməsi  başa 
düşülür.  Sosial  stratifikasiya  sosial  təbəqələşm ə  deməkdir. 
«Təbəqələşmə»  termini  hərfi  mənada  bütün  cəmiyyətin  təbə­
qələrə.
Sosial  təbəqələşm ə  əhali  arasında  təbəqələrin  yaranma 
prosesi  və  onun  nəticələridir.  Bu  prosesin  başlanğıc  nöqtəsi 
sosial  yekcins cəmiyyətdir,  yəni  insanların əmlak  və  sosial  və­
ziyyətinə  görə  fərqlənmədikləri  cəmiyyətdir.  Latın  dilində 
buna iki  termin uyğun gəlir:  differensiasiya və stratifikasiya.
«Stratifikasiya»  termini  daha  çox  elm  sahəsində,  «təbə­
qələşmə»  sözü  isə  daha  çox  gündəlik  məişətimizdə,  bəzən 
elmdə  də  işlədilir.  İş  burasındadır  ki,  təbəqələşm ə  sözündən 
daha  çox  cəmiyyətin  yoxsullara  və  varlılara  ayrıldığı  halda  is­
tifadə  edilir.  Bu  halda  həmin  anlayış  çoxsaylı  orta  sinfi  əhatə 
etmir.  Buna görə  də  stratifikasiya reallığı  daha tam  inikas  etdi­
rir.  O,  təkcə  əhalinin  yoxsullara  və  varlılara  ayrılma  prosesini 
deyil,  həm  də  cəmiyyətdə  orta  sinfin  yerini  və  rolunu  düzgün 
əks etdirir.
Sosial  tərkib  aaxımından  cəmiyyətin  sosial  strukturunun 
bütün  elementləri  i'füqi  yerləşdilirib,  yəni  formal  olaraq  sis—
85


Yüklə 186,3 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə