FƏSİL VII
SOSİAL İNSTİTUTLAR
§1. Sosial institutların mahiyyəti
Cəmiyyət sosial əlaqələrsiz və qarşılıqlı təsirsiz mövcud
ola bilməz. Belə əlaqə və təsir cəmiyyətin və fərdin ən
mühüm tələbatlarını ödəyir; o, institusionallaşdıqda möhkəm,
davamlı və yaradıcı xarakter daşıyır. Cəmiyyətin sosial təşkili
çərçivəsində sosial əlaqə və münasibətlərin müəyyən
davamlılığını təm in edən spesifik bilik sahələri sosial
institutlar adlanır.
İngilis alimi H.Speııser elmə ilk dəfə «sosial institut»
terminini gətirmişdir. O, sosial institutların beş tipini gös
tərmişdir: sənaye, həmkarlar ittifaqları, siyasi, mərasim, kilsə.
Professor. Y.Levada isə «Sosiologiyaya dair mühazirələr»
kitabında
sosial
institutu
canlı
orqanizmə
bənzədir.
Ümumiyyətlə, Qərb sosiologiyasında sosial institut dedikdə
formal və qeyri-formal qaydaların, prinsiplərin, normaların
davamlıkompleksi başa düşülür. Bu qaydalar, prinsiplər və
normalar isə həm insanın m üxtəlif fəaliyyət sferalarını, həm
də onların rol və statuslarını nizamlayır.
Sosial institutlar insanların tarixən təşəkkül tapmış
qarşılıqlı fəaliyyətinin formaları olub, istənilən cəmiyyətin
yaşamaq qabiliyyətini müəyyən edirlər. «Sosial institutlar»
dedikdə
çox
vaxt
nizamlama,
cəmiyyət
əlaqələrinin
tənzimlənm əsi - cəmiyyət üzvləri arasında daimi və möhkəm
əlaqələr, onların funksiyaları, hüquq və vəzifələrinin dəqiq
müəyyənləşdirilməsi və s. başa düşülür.
Sosial əlaqələrin formalaşması və nizamlanmasının tarixi
prosesi institusionallaşma adlanır. Bu proses maddi, fizioloji və
mənəvi sahədə sosial tələbat olmadan mümkün deyildir.
M üəyyən sosial tələbatların meydana gəlməsi və reallaşması
şəraiti institusionallaşmamn ən mühüm anıdır. Məsələn, ailə
institutu - əhali artımı, uşaqların tərbiyəsi, cinslər arasında
114
münasibətlərin formalaşması sosial adaptasiya tələbatlarını
ödəyir. Sosial institutların relyativ və requlyativ funksiyaları
vardır. Relyativ funksiya - müxtəlif əlamətlərə (cins, yaş, təh
sil, məşğuliyyət növü, qabiliyyət) görə cəmiyyətin rol struktu
runu müəyyən edir. Requlyativ (nizamlayıcı) funksiya - fərdin
fəaliyyətinin cəmiyyət normalarına münasibətdə müstəqil sər
hədlərini müəyyən edir. Bu sərhəddən kənara çıxdıqda isə cə
zanı, cərimələri (sanksiyaları) müəyyən edir. Bu cür institutla
ra sosial nəzarətin bütün mexanizmləri aiddir.
Sosial institutlar mədəni (ideoloji, dini, elm, təhsil,
incəsənət), habelə inteqrativ (sosial rollarla bağlı olan,
sosial birliklərin mənafelərinin ödənilməsində məsul olan)
ola bilər. Sosial institutların inkişaf mənbəyi isə həm endogen
(daxili), həm də ekzogen (xarici) amillər ola bilər. Eyni
zamanda görkəmli şəxsiyyətlər də sosial institutlara böyük
təsiri görkəmli şəxsiyyətlər do göstərə bilir (Şah İsmayıl,
M.Ə.Rəsulzadə, Makedoniyalı İskəndər və b.). Ənənəvi
institutlar mərasimlərlə, qohumluq əlaqələri və münasibətləri
ilə, yeni institutlar isə dövlət institutları, elm, təhsil və s. ilə
bağlıdır. T.Parsons, R.Beylz, F.Şilz göstərirlər ki, inkişaf etmiş
ölkələrdə nəsil strukturları yox, sosial intitutlar - dövlət
institutları, biznes, universitetlər və həmkarlar təşkilatları
həlledici rol oynayırlar.
Sosial institutların formalaşması kortəbii və ya şüurlu
surətdə baş verir. Çox vaxt dörd əsas sosial institutu ayırır
lar - dövlət, ailə, səhiyyə, sosial müdafiə institutu. Ən
mühüm sosial institutlar siyasi hakimiyyətin yaranması və
müdafiə olunmasını təmin edən institutlar hesab olunur. Döv
lət çərçivəsində istehsal və bölgü funksiyası da həyata keçirilir
ki, burada idarəetmə və nəzarət, yəni hakimiyyət orqanları
böyük rol oynayır. Daha geniş planda dövlət çərçivəsində so-
siallaşma funksiyalarının həyata keçirilməsində təhsil, kütləvi
informasiya institutları mühüm rol oynayırlar. Dövlət institut
ları çərçivəsində subyektlərin davranışı mükafat və cəza ilə
nizamlanır. İstehsal prosesini, maddi nemətlərin və xidm ətlə
115
rin bölünməsini təmin edən iqtisadi institutlar da böyük əhə
m iyyətə malikdir. Dövlət çərçivəsində iqtisadiyyat institutu
mülkiyyət, mübadilə, bank, maliyyə məsələlərini tənzimləyir.
Fəaliyyəti hüquqi və sosial normalar sistemi ilə müəyyən edi
lən ailə də cəmiyyətin əsas sosial institutlarmdandrr. Sosial-
m ədəni və tərbiyə institutları fərdlərin sosiallaşması problem
lərini həll etməyə kömək edir. Bütövlükdə həm dövlət, həm
siyasi partiyalar, həm də həmkarlar ittifaqları siyasi insti
tutlara aiddir.
Ümumiyyətlə, bütün sosial institutlar öz funksiyalarını
nə qədər sabit və nizamlı yerinə yeirirsə, cəmiyyət də bir o
qədər möhkəm və dinamik inkişaf edir. Sosial institutlar
ictimai mühitlə sıx qarşılıqlı əlaqədədir. Bu qarşılııqlı əlaqə və
təsirlər əsasən normal olur, lakin bununla yanaşı anormallıqlar
da mövcud ola bilər. Sosial institutla ictimai mühit arasında
qarşılıqlı təsirdə əsas cəhət sosial institutun baş funksiyasının
həyata keçirilməsi, yəni konkret sosial tələbatın ödənməsidir.
Ödənilməyən
sosial
tələbat
norimativ
şəkildə
tənzimlənməyən fəaliyyət növlərinin meydana çıxmasına
səbəb ola bilər ki, bunun da nəticəsində qanuni institutların
funksiyaları pozula bilər. Sosial institutların funksiyalarının
pozulması isə cinayətkarlığın (quldurluq, mülkiyyətə qəsd vo
s.) artması ilə müşaiyət olunur. Bu cür hüquq pozuntularının
qarşısının alınması üçün sosial tələbata uyğun yeni şərait, yeni
münasibət formalaşmalı və bu tələbat yeni yaradılan sosial
institutların fəaliyyətində öz əksini tapmalıdır.
Sosial təşkilatlar dedikdə geniş mənada cəmiyyətdəki
bütün təşkilatlar başa düşülür. Sosial təşkilatlar müəyyən məq
sədləri reallaşdırmaq üçün yaradılır. Sosial təşkilatların üzvləri
öz status və rollarına uyğun olaraq ierarxik pilləkanın müxtəlif
pillələrində dururlar. Sosial təşkilatlar şaquli və üfiqi şəkildə
düzülür. Şaquli düzülüş zamanı nərdivanın yuxarı hissəsində
idarə edənlər durur. İstənilən sosial təşkilat əlavə enerjinin -
sinergetikamn artması ilə səciyyələnir. Ümumi enerji isə onun
subyektlərinin ümumi gücünü üstələyir. Belə ki, cəmiyyət öz
116
elementlərini və subyektlərini inteqrasiya edir, koordinasiya
enerjisini artırır.
Sosial təşkilatlara formal və qeyri-formal təşkilatlar
aiddir. Formal təşkilatlar inzibati təşkilatlardır, burada əmək
bölgüsü, ierarxiya var. Formal təşkilatlar terminini ilk dəfə
M.Veber işlətmişdir. Formal təşkilatlar son anda bürokratik
sistemə çevrilir. M.Veber göstərirdi ki, bürokxatiyanm əsas işi
təsərrüfat və iqtisadi fəaliyyətdə effektiv nəticələrə nail
olmaqdır. Qeyri-formal təşkilatlar kortəbii və ya müəyyən
sosial tələbatları ödəmək üçün yaranır, yəni bu təşkiltlar hər
hansı inzibati qərarla və ya əmrlə yaranmır. Qeyri-formal
təşkilatlar sosial əlaqələrin ssonunda əm ələ gələn sistemidir.
Burada formal təşkilatlardan fərqli olaraq şəxslərarası və
qruplararası normalar mövcud olur. Bu normalar yalnız formal
təşkilatların yerinə yetirmədiyi funksiyaların, cəmiyyət üçün
mühüm olan funksiyaların yerinə yetirilmədiyi yerlərdə
yaranır. Qeyri-formal təşkilatlar və qruplar formal strukturların
çatışmazlıqlarını bir növ sığortalayır. Bir qayda olaraq formal
təşkilatlar ümumi mənafeləri hoyata keçirmək üçün öz-özünə
yaranan sistemlərdir. Qeyri-fonnal təşkilatın üzvü daha
müstəqildir, azaddır və şüurlu fəaliyyət göstərir.
§2. A ilə və n ig a h m s o s io lo g iy a s ı
Ailə qan qohumluğuna əsaslanan, m əişət ümumiliyi və
qarşılıqlı məsuliyyətlə bağlı olan insanların birliyidir. Ailə hər
bir cəmiyyətin sosial strukturunun mühüm komponenti olub,
müəyyən sosial funksiyalar yerinə yetirməklə həmin cəmiyyə
tin inkişafında əhəmiyyətli rol oynayır. Sosioloji biliyin xüsusi
sahəsi kimi ailənin sosiologiyası öz başlanğıcını Rilz və Le
Pinin geniş empirik tədqiqatlarından götürür. XIX əsrin ortala-
nnda onlar bir-birindən xəbərsiz ailə birgəyaşayışını, ailə
strukturunu, onun iqtisadi münasibətlərini sənayeləşmənin,
urbanizasiyanın, təhsilin, dinin və b. sosial amillərin ailəyə
təsirini öyrənməyə cəhd göstərmişlər. O zamandan başlayaraq
117
Dostları ilə paylaş: |