Sənayenin inkişafının ilk pilləsində, texnologiya bəsit olan
zaman, fəhlələr aşağı ixtisaslı olduğu dövrdə kadrların təhsil
almasına tələbat da yox idi. Lakin sənayenin inkişafı ixtisaslı
işçilərin hazırlanmasım tələb etdiyinə görə təhsil sisteminin
genişləndirilməsi zərurətə çevrildi. Bu da elektrotexniklərə və
mühəndislərə tələbatı artırdı.
Hazırda bir çox ölkələrdə, o cümlədən Azərbaycanda
dövlət məktəbləri ilə yanaşı, özəl məktəblər də fəaliyyət gö
stərir. E.Dürkheym göstərirdi ki, təhsil heç vaxt sosial qruplar
üçün eyni olmur, nə qədər ki, sosial stratifıkasiya var, belə də
olacaqdır. Orta əsrlər Avropasında ali təhsilin bütün sistemləri
elitar olduğu halda, XX əsrdən başlayaraq bir çox ölkələrdə
elitar institutların dağılması prosesi müşahidə olunur. Britaniya
təhsil modelində uzun müddət strati fıkasiya saxlansa da, 1944-
cü ildə Təhsil haqqında Qanun qəbul edildikdən sonra vahid
orta m əktəblər şəbəkəsi genişlənmişdir. ABŞ təhsil sistemində
isə uzun müddət dini, irqi və etnik əlam ətlərə görə stratifika-
siya saxlanmış, yalnız 1954-cü ildən sonra qara və ağdərililə-
rin bir yerdə təhsil almasına icazə verilmişdir. Təhsillə dövlət
arasında qarşılıqlı əlaqə təhsil üzərində nəzarətin mərkəzləş-
məsi dərəcəsi ilə xarakterizə olunur. Keçmiş SSRİ-də təhsil
çox ciddi surətdə mərkəzləşdirilmişdi. ABŞ-da isə təhsil mər
kəzləşdirmədən uzaqdır, burada təhsilə nəzarət dövlət və yerli
səviyyədə həyata keçirilir. Eyni zamanda Amerika təhsil sis
temi özündə çox böyük sayda xüsusi məktəbləri birləşdirir və
bunlara dövlət heç bir nəzarət etmir. ABŞ-da son illər ali təh
silə ayrılan vəsait qeyri-hökumət mənbələrindən daxil olmağa
başlamışdır.
Təhsil sistemi insanların özünün də daxil olduğu geniş
ictimai təkrar istehsala təsir etdiyindən bu sahənin inkişafı cə
miyyətin diqqətindən heç vaxt yayınmamalıdır.
§4. Dinin sosiologiyası
Dinin sosiologiyası nisbi müstəqil elm sahəsi kimi çıxış
edir. Sosial institut kimi dinin sosiologiyası dinin mənşəyini,
cəmiyyətdə tutduğu yeri
və oynadığı rolunu,
inkişaf
qanunauyğunluqlarını, digər sosial
institutlarla qarşılıqlı
əlaqəsini öyrənir. Dinin strukturuna dini şüur, dini fəaliyyət,
dini təşkilatlar daxildir. Dini şüur ictimai şüurun spesifik
forması olub, dini ideologiya və psixologiyanı özündə
birləşdirir. Dini fəaliyyət kultda və digər formalarda özünü
göstərir. Dini kult dini inamı reallaşdırmağa edilən cəhddir.
Dini şüur dini kulta münasibətdə ilkin olub, dini obrazları və
təsəvvürləri dini ideologiya səviyyəsində formalaşdırır, müda
fiə edir və inkişaf etdirir. Dini təşkilatlar isə iarixin müəyyən
pillələrində meydana gəlmiş xüsusi təşkilatlardır, cəmiyyət
inkişaf etdikcə bu təşkilatlarda dövrlərə uyğun dəyişikliklər
baş vermiş, dinin ictimailəşməsi prosesi getmişdir. Dinin sosial
mahiyyətinə gəldikdə qeyd edilməlidir ki, o, bəşəri dəyərlərin
qorunub saxlanmasında, insanların fəaliyyətinin mənəvi cə
hətdən təmizlənməsində mühüm rol oynayır.
Din gündəlik həyatda insanlar üzərində hökmranlıq
edən qüvvələrin onların beynində fantastik inikasıdır, elə
bir inikas ki, təbii və dünyəvi qüvvələr fövqəltəbii və səma
qüvvələri rolunda çıxış edir. Din eyni zamanda emosional
hiss və həyəcanları, spesifik ayin fəaliyyətlərini və dini təşki
latları birləşdirən etiqadların sistemidir. Dinin əsas elementləri
aşağıdakılardır: etiqad edənlər qrupu, müqəddəs hesab edilən
fövqəltəbii qüvvələrə maraq, spesifik etiqad sistemi, mərasim
lər, dini həyat tərzi haqqında təsəvvürlər. Dini təsəvvürlər in
sanları müəyyən qnıp halında birləşdirir. Sosioloqları ən çox
dini qrupların cəmiyyətdəki digər qruplardan nə dərəcədə
fərqlənməsi maraqlandırır. Dinin tədqiqi müsəlmanları, kato
likləri, provaslavları, protestantları, buddistləri və s. bir
ləşdirən böyük qrupların tədqiq olunmasını əks etdirir. Hər bir
dində müxtəlif müqəddəs predmetlər və hadisələr olur. M əsə-
127
lən, müqəddəs Kəbəni ziyarət etmək hər bir müsəlmanın ar
zusudur. Kəbə insanlarda kamilləşmək, təmizlənmək, miiqəd-
dəsləşmək simvolu təsiri bağışlayır. Digər müqəddəs yerlər də
insanlarda şəfa tapmaq, bədbəxt hadisələrdən sığortalanmaq,
günahları yumaq, mənəvi sakitlik tapmaq ümidlərini artırır.
Dinin təsnifatının bir neçə üsulları vardır. Birinci
üsula görə din onun nümayəndələrinin adı ilə sistemləşdirilir
(müsəlman, katolik, protestant, buddist və s.). İkinci üsula gö
rə o, müəyyən dinin tipinin sadəlik və mürəkkəblik dərəcəsi
nə görə sistemləşdirilir. Bu sistem Bellax sitemi adlanır. Bellax
dinin beş kateqoriyasını ayırır: bəsit, arxaik, tarixi, erkən mo
dern və modern. Üçüncü sistem M.Veber tərəfindən irəli
sürülmüşdür. Bu sistem ruhun xilas edilməsi haqqında etiqadın
xarakterinə diqqət yetirir və ruhun xilasının passiv (mistisizm)
və ya aktiv (asketizm) üsulunun seçilməsini özündə əks etdirir.
Bəşəriyyətin ilkin inkişaf mərhələsində din olmamışdır.
Ən qədim insanların təsəvvürləri onların təbiətə və ibtidai
icmanın üzvlərinə olan münasibətlərinin bilavasitə inikası
hüdudlarından hələ kənara çıxmırdı, cəmiyyətlərin sonrakı in
kişaf mərhələsində sadə dini ayinlər, bütpərəstlik, çoxallahlıq
və nəhayət təkallahlıq (buddizm, xristianlıq, islam) meydana
gəlmişdir. Dini etiqad tarixən yaranmış dini təşkilatlar vasitə
silə həyata keçirilir. Dini təşkilatlaıa məscid, kilsə və sekta
daxildir. Məscid, kilsə cəmiyyətlə sıx bağlıdır və onıııı daxi
lində fəaliyyət göstərir. Sekta cəmiyyətin hakim dəyərlərini
inkar edir və diqqəti mərasimlərə, müəyyən etiqada yönəl
tməyi tələb edir. Sektalar cəmiyyətlə normal münasibətlər
saxlasa da, özünə yeni üzvlər cəlb etmək üçün digər dini təş
kilatlarla rəqabətə də girir.
Dinin qorunub saxlanmasında və onun gələcək nəsillərə
ötürülməsində ailə böyük rol oynayır. Aparılmış sosioloji təd
qiqatlardan aydın olur ki, müasir dindarların əksəriyyəti ailədə
hakim olan ruha və ənənəyə ııyğım olaraq dindar olmuşlar.
Dinin sosial köklərindən onun tarixi köklərini fərqləndirmək
lazımdır. Belə ki, dinin taı ıxi kökləri dedikdə müasir dinlərin
tarixi inkişaf şərtləri başa düşülür. Dinin qnoseoloji kökləri isə
idrak fəaliyyəti prosesində insan şüurunda dini təsəvvürlərin
yaranması olmuşdur. Dini təsəvvürlərin yaratdığı dünya din
darlar tərəfindən subyektiv şəkildə reallıq kimi qəbul edilir.
Din özündə sehrbazlığın müəyyən elementlərini yaşatsa
da, o. sehrbazlıqdan fərqlənir. Din insana ölüm qorxusunu d ə f
etməkdə, rastlaşdığı ədalətsizliklərə dözməkdə yardım edir.
E. Diirkheyın hesab edir ki, dinin sosial funksiyası icti
mai əlaqələri inikas etdirmək və möhkəmləndirməkdən iba
rətdir. Konfliktoloji nəzəriyyənin tərəfdarlarına görə, din cə
miyyətin bir qrupunun digəri üzərində hökmranlığına xidmət
edir. Din aşağı təbəqələrə o biri dünyada daha yaxşı həyat vəd
etməklə onları bu dünyadakı problemlərin həllindən uzaqlaş
dırır. Konflikt nəzəriyyəsində dini hərəkatlarla siyasi konflikt
lər arasında qarşılıqlı əlaqənin olması ideyası irəli sürülür.
Din sosial dəyişikliklərə də səbəb ola bilir. M.Veber
kalvinist etiqadla və protestant əmək etikası ilə kapitalizmin
inkişafının bağlılığını göstərmişdir. Dinin cəmiyyətə təsirini
1978—
ci il İran İnqilabından sonra islam fundamentalizminin
güclənməsi əyani sübut edir.
Dindarlıqla dini hissləri eyniləşdirmək olmaz. Məscidə
və ya kilsəyə getmək tam mənada dindar olmaq demək deyil
dir, çünki bir çox adam buraya başqa məqsədlə baş çəkir. Eyni
zamanda elə hallar da olur ki, həqiqi dindarlar məscidə, kil
səyə heç baş çəkmir və ya az gedir. Elmin inkişafı, milli döv
lətlərin sayının artması, kapitalizmin inkişafı dinin xarakterin
də də dəyişkiliyə səbəb olur. Sağ dini dairələr müəyyən sosial
qanunvericiliyin qəbul edilməsinə nail olmağa çalışır (abortun
qadağan edilməsi, gözəllik yarışlarının dayandırılması, homo-
seksualistlərə verilən azadlığın məhdudlaşdırılması və s.), hət
ta siyasi m əsələlərə dair qərarların qəbul edilməsinə təsir gö
stərir (nüvə silahlarının qadağan edilməsi və s.). XX əsrin 60-
70-ci illərindən başlayaraq yeni dini şüurun əm ələ gəlməsi
nəticəsində çoxlu təzə dini cərəyanlar yaranmağa başlamışdır
(«Krişna şüuru» və s.). Yeni dini cərəyanlar adətən həyat
Dostları ilə paylaş: |