növlərinin meydana gəlməsi meqapolislər üçün xarakterik
cəhətlərdən biridir.
Meqapolislər ümumplanetar böhranın təzahürlərindən
biridir. Onu yalnız yeni sivilizasiya, sosial münasibətlərin və
dəyərlərin yeni strukturu çərçivəsində dəf etmək olar. Ancaq
düşünülməmiş sosial mühəndislik yolu ilə getmək də risqli
işdir. Düşünülmüş, ölçülüb-biçilmiş tədbirlər lazımdır. Bunla
rın tərkibinə “İnsan biosfer elementidir və o, yalnız inkişaf et
məkdə olan biosferdə inkişaf edə bilər” prinsipinin mənim
sənilməsi də daxil edilməlidir. Bu prinsip insanın və biosferin
birgə təkamülünü ifadə edir. Üçüncü minilliyin əvvəllərində
insanlara Yer kürəsində yaşamağı öyrətmək lazımdır ki, təbiət
və cəmiyyət birgə inkişaf edə bilsin. İnsan özünün biosferdə
yaratdığı süni hadisələri artırmalıdır ki, onlar insanı inkişaf
etdirə bilsin. Maddələrin bu yeni dövranı təbiətin imkanlarına
və onun inkişafı və sabitliyinə uyğunlaşdırılmalıdır.
Buradan da meqapolislərin yaradılması üçün bir çox tə
ləblər meydana çıxır: yaşayış tikililəri prinsipi, sənaye müəs
sisələrinin planlaşdırılması və yerləşdirilməsi, park zonalarının
genişləndirilməsi, təbii zonalarla təmasların əlverişli və asan
olması və i.a. Bu prinsiplərin reallaşması (təbii rasionallıq) iki
çətin və mühüm tədbirin həyata keçirilməsini tələb edir:
Birincisi, təbii səmərəlilik prinsipi əsasında meqapolis
lərin perspektiv sxeminin işlənilib hazırlanması vacibdir. Bu
prinsip isə ayn-ayn vətəndaşların və şəxslər qrupunun (hər
şeydən əvvəl istehsal və kommersiya fəaliyyəti ilə məşğul
olanların) şəxsi maraqlan ilə ziddiyyət təşkil edəcəkdir.
İkincisi, meqapolisləri güclü, sivil hakimiyyət və şəhəri
düşünülmüş şəkildə inkişaf etdirmək qabiliyyətinə malik olan,
eqoizmdən uzaq olan, istənilən korrupsiyam dəf etmək bacarı
ğına malik olan şəxslər idarə etməlidir.
Məhsuldar qüvvələrin inkişafı qayda-qanunlu məhdudiy
yətlər tələb edir. Təbii ehtiyatlardan səmərəli istifadənin real
laşmasına dövlət cavabdehdir, buna görə də həmişə onun rolu
110
artmalıdır. Bununla yanaşı bir şəhərli vəzifəsindən, tutduğu
mövqeyindən və gördüyü işin məzmunundan asılı olmayaraq,
şəhərin həyatı üçün cavabdeh olmalıdır. O, meqapolisdə yaşa
mağı öyrənməlidir, əks təqdirdə öz gələcəyini məhv edir.
Kəndiri inkişaf problemləri. Şəhər və kəndin bir çox
funksiyaları oxşardır. Ancaq hər bir məskunlaşma tipinin özü
nəməxsus funksiyaları vardır. Kəndin ən mühüm funksiyaları
sırasına məkan-kommunikasiya funksiyası da aiddir. Hazırkı
şəraitdə bu funksiyaya maraq artmaqdadır. Məkan-kommuni
kasiya funksiyası ölkənin ərazisinin gələcək mənimsənilməsi
imkanlarının üzə çıxarılmasında və kənd əhalisinin ərzaq
məsələlərinin həllində rolunun qiymətləndirilməsindən daha
əhəmiyyətlidir. Etibarlı infrastrukturun yaradılması kənd təsər
rüfatının fermer inkişafı yoluna keçirilməsinin həlli üçün
birinci dərəcəli əhəmiyyət kəsb edir.
Məkan-kommunikasiya funksiyası ilə bağlı daha bir mü
hüm aspekt kənd əhalisinin mənəvi tələbatlarının dolğun ödə
nilməsi ilk növbədə informasiya aclığının aradan qaldırılması
problemidir. Burada təkcə kütləvi informasiya vasitələri -
televiziya, radio, mətbuat nəzərdə tutulmur. Məsələ daha geniş
qoyulur. Söhbət əhalinin daha yüksək təhsil və yeni mənəvi
tələbatlar əsasında mənəvi dəyərlərin istehlakı və istehsalı
fəallığının kəskin şəkildə artmasından gedir.
Uzun tarixi bir müddət ərzində kənd donor funksiyasını
yerinə yetirir. Kəndlərdəki resurslardan daha çox istifadə
olunur, əvəzində isə onlara heç nə verilmir. Bunun səbəbi
kəndlərdən şəhərlərə miqrasiyanın artmasıdır. Şəhər həmişə
kənd, qəsəbə, rayon və kiçik şəhərlərin əhalisini özünə daha
çox cəlb etmişdir ki, bu da şəhərdə sənayenin inkişafı, əmək və
iş yerləri sahələrinin daha geniş seçmək imkanlarının olması,
rifah səviyyəsi, kommunal və mədəni xidmətin müasir olması
və i.a. ilə şərtlənir.
Respublikamızda kənddən şəhərə axın nəticəsində Bakı və
Gəncə şəhərinin əhalisinin sayı xeyli artmış, Sumqayıt, Min
gəçevir və Əli Bayramlı kimi gənc şəhərlər meydana gəlmişdir.
XX əsrin 90-cı illərindən başlayaraq kəndlərdən şəhər
lərə, xüsusilə də Bakı və Sumqayıt şəhərlərinə axın daha sü
rətlə artmağa başladı. Bunun bir səbəbi Sovet imperiyasının
çökməsi nəticəsində kənddə köhnə iqtisadi strukturların (kol
xoz və sovxozların) dağılması və yeni iqtisadi strukturların ya-
ranmaması nəticəsində kənd əhalisinin vəziyyətinin ağırlaşması
ilə bağlı idisə, digər səbəbi həm Ermənistan ərazisindən 1988-
1991-ci illərdə zorla öz doğma yurdlarından - tarixi Qərbi
Azərbaycan torpaqlarından deportasiya olunmuş iki yüz əlli
minə yaxın qaçqının, həm də Ermənistan ordusunun Azər
baycanın ərazisinin iyirmi faizini işğal etməsi nəticəsində öz
doğma yerlərindən və ev-eşiklərindən didərgin düşmüş bir
milyona yaxın məcburi köçkünün bir hissəsinin həmin şəhər
lərdə məskunlaşması ilə bağlıdır. İşğal nəticəsində yüzlərlə
kənd, xeyli şəhər və qəsəbə yerlə yeksan olunaraq yandırılmış,
minlərlə yaşayış evləri, yüzlərlə məktəb, klub və mədəniyyət
evləri, kitabxanalar, muzeylər, qəbiristanlıqlar vəhşicəsinə
məhv edilmişdir. XX əsrdə görünməmiş vandalizm törədilmiş
dir. İşğal olunmuş rayon və kəndlərə maddi ziyanlardan daha
çox mənəvi zərbə vurulmuşdur. Əvvəla, yandırılmış hər bir
kəndlə birlikdə həmin kəndin yüzillər, minillər ərzində topla
dığı və nəsillərdən-nəsillərə ötürdüyü milli-mənəvi irsi, adət-
ənənələri, əmək vərdişləri, təsərrüfat və sənətkarlığın müxtəlif
sahələri üzrə əmək təcrübəsi və vərdişləri (məsələn, dulus
çuluq, xalçaçılıq, metalişləmə, maldarlıq, əkinçilik, bağçılıq və
s.) məhv edilmişdir. İkincisi, bu milli-mənəvi irsin, qədim sə
nət sahələrinin, adət-ənənələrin biliciləri və nəsillərdən-nəsil
lərə ötürən daşıyıcıları olan insanlar işğal nəticəsində ya məhv
olub sıradan çıxmış, ya da köçkünlük nəticəsində müxtəlif
yerlərdə məskunlaşmağa məcbur olmuşlar. İşğal nəticəsində
məhv olmuş kəndləri maddi cəhətdən bərpa etmək mümkündür
və həmin kəndlər işğalçılardan azad edilərək bərpa oluna
caqdır. Ancaq təəssüf ki, həmin kəndlərin minilliklər mövcud-
112
luğıı ərzində əldə etdikləri milli-mənəvi sərvətləri yenidən
bərpa etmək mümkün olmayacaqdır.
Hazırda həm rayon və kəndlərdən iş axtarmağa gələnlərin,
həm Ermənistan ərazisindən öz doğma tarixi yurdlarından qovul
muş qaçqınların, həm də Ermənistanın işğalı nəticəsində Dağlıq
Qarabağ və onun ətraf rayonlarından qovulmuş məcburi köçkün
lərin hesabına Bakı və Sumqayıt şəhərlərinin əhalisinin sayı xeyli
artmışdır. Şəhər əhalisinin sayının artması isə öz növbəsində bir
çox sosial problemlərin (işsizlik, mənzil, su, qaz, elektrik, ərzaq
təchizatı, kommunal xidmət, nəqliyyat və i.a.) yaranmasına, cina
yətkarlığın, oğurluğun, narkomaniyanın, sərxoşluğun artmasına,
şəhərin ekoloji mühitinin pisləşməsinə səbəb olur.
Hazırda kənddən şəhərə axm nətiıəsində kəndlərdə
“qocalma” prosesi gedir. Gənclərin kəndi tərk edərək şəhərlərə
getməsi nəticəsində əmək qabiliyyətli kənd əhalisi içərisində
yaşlıların və pensiyaçıların sayı getdikcə artır.
Kənddə apanlan torpaq islahatları nəticəsində fermer və
kəndli təsərrüfatlarının yaranması təsərrüfatın inkişaf etməsinə və
kənd əhalisinin həyat səviyyəsinin yaxşılaşmasına şərait ya
ratmışdır. Bu isə kənddən şəhərə miqrasiya edən əhalinin yenidən
əks istiqamətdə kəndə qayıtmasına zəmin yaratmışdır. Şəhərdə
sosial problemlərin çoxalması bu prosesə müəyyən təsir göstərir.
Kəndin sosiologiyasının başlıca tədqiqat vəzifələrindən
biri də kəndin sosial infrastrukturu, sosial təyinatlı obyektləri,
xidmət sahələri, sosial prosesləri və s. ilə bağlı olan problem
lərin (kənddaxili və kəndlərarası yolların vəziyyəti, qaz, elekt
rik, su təchizatı, məktəb, xəstəxana, uşaq bağçaları, mağaza,
dəyirman, çayxana, yeməkxana, bərbərxana, aptek, kənd tə
sərrüfatı məhsullarını emal edən sexlər, tədarük məntəqələri,
poçt, rabitə, kitabxana xidmətinin vəziyyəti, səhiyyə, məşğul
luq və miqrasiya problemləri, kənd əhalisinin təsərrüfat fəaliy
yəti, kəndin inkişafında və özünüidarəetməsində iştirakı,
kənddaxili sosial təbəqələşmə və s.) araşdınimasıdır.
113
Dostları ilə paylaş: |