yaradılmalıdır. Xüsusilə bazar münasibətlərinin formalaşması
şəraitində millətlərarası iqtisadi münasibətlər emik birliklərin
iqtisadi təlabatının təmin olunmasına yönəlməlidir.
Azsaylı və kiçik xalqların əksəriyyətinin yaşadığı ərazilərə
xüsusi diqqət verilməlidir. Burada insanların sosial vəziyyətinə
təsir edən təbii iqlim şəraitinin, demoqrafik situasiyanın nəzərə
alınması sözügedən zəmində yarana bilən münaqişələrin qarşısı
nın alınmasını şərtləndirən mühüm vasitələrdən biridir.
M ənəvi, ideoloji fəaliyyət sahəsində etnik konfliktlərin
qarşısının alınmasına tarixin «ağ ləkələrin»in aşkar edilməsi,
ayrı - ayrı etnik birliklərin tarixinin, mədəniyyətinin, adət -
ənənələrinin öyrənilməsi və həqiqəti əks etdirən elmi əsərlə
rin, dərsliklərin yazılması köməklik edə bilər. Bütün bunlar
xalqların mənəvi sahədə qarşılıqlı zənginləşməsinə, eyni za
manda onların milli özünəməxsusluğunun saxlanılması və in
kişafına zəmin yaradır. Milli mənəvi mədəniyyət adətən ki
fayət qədər zəngin, eləcə də çoxplanlı hadisə olmaqla, cə
miyyətdəki iqtisadi, siyasi, əxlaqi, dini və digər ictimai müna
sibətlər kontekstində inkişaf edir, öz üzərində onların təsirini
hiss edir, hətta müəyyən dərəcədə onlardan asılıdır.
Sosioloji tədqiqatlar göstərir ki, insanlarda milli özünü
dərk, sağlam, sivil münasibətlər mədəniyyəti erkən yaşlarda
formalaşmağa başlayır. Buna görə də ailədə, uşaq müəssisələ
rində, məktəblərdə və s. müvafiq tərbiyəvi işlər aparılmalıdır.
Milli-etnik qrupların nümayəndələrinin bir-biri ilə ünsiy
yət məsələlərinin həllində kütləvi informasiya vasitələri mü
hüm rol oynayır. Bu, başlıca olaraq aşağıdakı amillə izah edilir.
Azlıq təşkil edən etnik qruplar həm bir - birindən fərqləndiyi
üçün, həm də yerli əhalinin dilini pis bildiyi üçün onların
ünsiyyəti əsas etibarilə yerli millətin nümayəndələri vasitəsilə
həyata keçirilir. Ona görə də kütləvi informasiya vasitələrinin
nəinki yerli millətin dilində, həm də bu ərazidə yaşayan digər
milli - etnik birliklərin dillərində fəaliyyət göstərməsi zəruridir.
Etnik münasibətlərlə bağlı problemlərin nəzərdən keçiri
lən həlli yollarının reallaşmasında konkret sosioloji tədqiqatlar
əhəmiyyətli rol oynayır. Onlar cəmiyyət həyatının konkret siya
102
si, iqtisadi, sosial və mənəvi sahələrində etnik münasibətlərin
daha aktual aspektlərini aşkar etməyə, bununla da bu münasi
bətlərin gələcəkdəki inkişafını proqnozlaşdırmağa kömək edir.
Milli-etnik münasibətlərin bütün kompleksinin ahəngdar
lığının təmin olunması yalnız xalqlar arasındakı sosial - siyasi
və digər münasibətlərin müvafiq səviyyədə demokratikləşdi
rilməsi şəraitində mümkündür. Bu istiqamətdə görülən işlər
bütün xalqlarn mənafeyinə cavab verir və millətlərarası müna
sibətlərin obyektiv inkişaf meyllərinin təsir imkanlarını geniş
ləndirir. Həmin meyllərdən biri millətlərin iqtisadi və siyasi
müstəqilliyinin inkişafında, dövlətçiliyin təkmilləşməsində və
onların mənəvi mədəniyyətinin inkişafında ifadə olunur. Başqa
bir meyl böyük və kiçik xalqların qarşılıqlı surətdə bir-birinə
yaxınlaşmasında, onların əməkdaşlığının dərinləşməsində, iqti
sadi və siyasi strukturların inteqrasiyasında özünü göstərir.
Bir-biri ilə qarşılıqlı əlaqədə olan bu meyllər bütün
dünyada gedən milli proseslərdə təzahür edir. Hər bir dövlət
özünün milli strategiyasını işləyib hazırlayarkən və həyata ke
çirərkən bu meylləri nəzərə almalıdır.
FƏSİL VI
SOSİAL - ƏRAZİ BİRLİKLƏRİ
İnsanların bütün sosial fəaliyyəti müəyyən sosial-ərazi
birlikləri hüdudlarında həyata keçirilir. Bu birliklər fərdlərin
həyat fəaliyyətlərinin mühüm şərtləri və formalarıdır. Sosial-
ərazi birlikləri sabit iqtisadi, sosial, siyasi, mənəvi-ideoloji
əlaqə və münasibətlər kimi sistemyaradıcı əlamətlərə malikdir.
Həmin əlamətlər sosial-ərazi birliklərini nisbi müstəqil
sistemlər kimi insanların həyat fəaliyyətlərinin müəyyən məkan
daxilində təşkilini səıiyyəlondirir.
Sosial-ərazi birlikləri müəyyən ərazilərin insanlar tərəfindən
təsərrüfat cəhətdən mənimsənilməsini, onlann birtipli münasibətlə
rinin qərarlaşmasan ifadə edən toplusu kimi başa düşülə bilər.
Onlann meydana gəlməsi bəşər tarixində mahiyyətcə keyfiyyət
sıçrayışı olan mühüm mərhələni ifadə edir. Sosial-ərazi birliklərinin
səciyyəvi xüsusiyyətləri aşağıdakılarla müəyyən edilir: 1) iqtisadi
şəraitlə, ilk nəvbədə tarixən müəyyən edilmiş əmək bölgüsü
ilə; 2) əhalinin sosial-sinfi, peşə və milli strukturu ilə; 3) insan
ların əmək fəaliyyətlərinin xarakterinə, məişətinin təşkilinə və
həyat tərzinin bir hox başqa cəhətlərinə mahiyyətli təsir
göstərən ekoloji şəraitlə.
Prinsipcə hər bır sosial-ərazi birliyi özündə bütövlükdə
sosial orqanizm üxün xarakterik olan bəzi ümumi əlamətləri
daşıyır. Əhalinin məskunlaşmasının sosioloji nəzəriyyələrində
başlıca məsələ məskunlaşmanın müxtəlif tiplərinin ictimai
mahiyyətinin üzə çıxarılmasıdır.
Məsələyə bu cür yanaşma aşağıdakılan tələb edir:
məskunlaşmanın meydana gəlməsi, fəaliyyəti və inkişafının ictimai
cəhətdən şərtiənməsinin araşdırılması; məskunlaşmanın cəmiy
yətdə rolunun və funksiyalarının müəyyən edilməsi; 1) bu rolun
və funksiyaların inkişafın bir mərhələsindən digərinə keçməsi
ilə bağlı olaraq dəyişilməsinin öyrənilməsi; 2) əhalinin
yerləşdirilməsinin,
həmçinin
insanların
sosial
və istehsal
104
fəaliyyətlərinin ətraf mühitə təsirinin aydınlaşdırılması.
Sosial-ərazi birliklərinin strukturuna şəhər, kənd və region
daxildir. Əhalinin məskunlaşmasının sosiologiyası şəhər və
kəndin bütöv bir sisıcm kimi inkişaf və fəaliyyətinin genezisini
(meydana gəlməsini yaranma prosesini), mahiyyətini və ümumi
qanunauyğunluqlarını öyrənən sosioloji biliklər sahəsidir.
Orta səviyyəli sosioloji nəzəriyyələr (xüsusi sosioloji
nəzəriyyələr) içərisində şəhər və kəndin problemlərinin öyrə
nilməsi bir qayda elaraq aparıcı yer tutur. Şəhərin və kəndin
sosiologiyasının bir çox ümumi cəhətləri məvcuddur. Bunlar
dan ən mühümləri şəhər və kəndin bütöv bir sistem kimi əsas
metodoloji prinsiplərinin işlənilməsidir.
Şəhərin və kəııdin sosiologiyasının problemləri dairəsinə
aşağıdakılar daxildir: 1) şəhər və kəndin cəmiyyətdə və
əhalinin yerləşdirilməsi sistemində yerinin müəyyən edilməsi;
2) şəhərin və kəndin fəaliyyət və inkişafına təsir edən əsas
səbəblər və amillər. 3) əhalinin sosial strukturu; 4) şəhər və
kəndin həyat tərzlərinin xüsusiyyətləri; 5) ətraf coğrafi mühitlə
əlaqə; 6) şəhər və kəndin idarə edilməsi və özünüidarəetmə
ənənələrinin dirçəlişi problemləri; 7) əhalinin miqrasiyasının
(kənd-şəhər, şəhər-kənd) sosial amilləri, nəticələri və s.
Sosioloqlar şəhər və kəndi öyrənərkən hər şeydən əvvəl
onlar çıxış edirlər k>, insanların ərazi birliklərinin fəaliyyəti və
inkişafı təbii və macdi-əşyavi mühitlə müəyyən edilir. Şəhər və
kəndin xüsusi sosioloji nəzəriyyələri həmin ünsürləri vəhdətdə,
sosial orqanizmin özəyi kimi, konkret tarixi cəmiyyətin hissəsi
kimi nəzərdən keçirirlər. Onlarda bütöv ictimai struktur təkrar
istehsal olunur, konkret sosial orqanizmin (dövlətlər, ölkələr
qrupunun) bütün sistemlərinin elementləri və münasibətləri öz
əksini tapır. Şəhər ^ə kənddə məhsuldar qüvvələr və istehsal
münasibətləri, texnoloji və təşkilati-idarəetmə strukturları,
siniflər və sosial təbəqələr,
sosial
və ideoloji-mənəvi
münasibətlər, spesilik mədəni-mənəvi mühiti, tarixi, milli və
peşə adət-ənənələri məvcuddur.
105
Dostları ilə paylaş: |