Sosial-ərazi birliklərini tədqiq edərkən çoxlu oxşar prob
lemlərlə rastlaşırıq. Ancaq çox mühüm sosial sistem kimi şəhər
və kəndin fəaliyyətinin spesifikliyi onlann xüsusi olaraq
öyrənilməsini tələb edir.
Şəhər və kənd həyatı problemlərinin öyrənilməsi uzun bir
tarixə malikdir. Qərbdə şəhərin sosiologiyası problemləri üzrə ilk
başlıca nəşrlər XX əsrin əvvəllərində meydana gəlmişdir. Məsə
lən, M.Veber (1864-1920) “Şəhər” əsərində sübut edir ki, şəhər
şəxsiyyətin fərdi əlamətlərinin inkişafını şərtləndirir və tarixi
dəyişikliklərin alətidir. Həmçinin Qərb sosioloqu G.Zimmelin
(1858-1918) şəhər həyatının sosial-psixoloji aspektlərini, şəhər
təmaslarının funksional xarakterini açan əsərləri məlumdur.
“Şəhər” sosioloqlarının başqa liderləri “insan ekologiya
sı” məktəbinin yaradıcıları olan R.Park, E.Bercess, D.Virt şə
hərlərin əlçülərinin, arxitekturalarının və i.a. cinayətkarlığa
təsirini tədqiq etmişlər. Hazırda Qərb sosiologiyasında yeni
texnologiyaların (texnoloji inqilabların nəticələrinin) şəhər və
regional inkişafa təsirini öyrənməyə xüsusi diqqət yetirirlər.
Təxminən eyni sözləri Qərb kənd sosiologiyası haqqında da
demək olar. Qərbdə kənd sosiologiyası üzrə tədqiqatçıllar yeni tex
nologiyaların kənd təsərrüfatına tətbiqi nəticəsində yaranan sosial və
ekoloji problemləri öyrənirlər (məsələn, A.Anderson. S.Brunner və
başqaları). Qərbdə bu istiqamət hazırda daha çox ön plana çıxmışdır.
Ölkəmizin keçmiş Sovet İttifaqı tərkibində olduğu dövrdə
şəhər və kəndin həyat tərzləri və xüsusiyyətlərinin tədqiqi ilə
nrşğul olan sovet mütəxəssisləri, o cümlədən Azərbaycan alimlən
də geniş tədqiqat işləri aparmışlar. Ancaq bu tədqiqatlar ideoloji
pr ısiplər çərçivəsində aparıldığına görə şəhər və kəndin sosiolo
giyasının bir sıra problemləri diqqət mərkəzindən kənarda qalmış
dır. Buna görə də Qərbdə tədqiq olunan şəhər və kəndin sosiologi
yasının bir çox problemləri Azərbaycanın sosioloq-alimləri və
praktikləri üçün böyük əməli və nəzəri əhəmiyyət kəsb edir.
İnsanların ilk daimi məskunlaşması əkinçiliyin meydana
gəlməsi ilə birlikdə yaranmışdır. Bəşəriyyətin məskunlaşması
106
na, insanların həyatları üçün şərait yaratmalarına təbii-tarixi
prosesin qanunauyğun nəticəsi kimi baxmaq lazımdır. Məs
kunlaşma insanların tələbatları və obyektiv maraqlan ilə sıx
surətdə bağlıdır. Hazırkı şəraitdə məskunlaşmanın coğrafiyası
nı coğrafi mühitdən daha çox sosial-iqtisadi amillər şərtləndirir.
Məskunlaşmanın daimi yaşayış yeri kimi mövcud olduğu
vaxtdan etibarən insanın bu məskunlaşmaya bağlılığı mexaniz
mi - iş, ailə, qeydiyyat və i.a. meydana gəlmişdir.
Şəhərin fəaliyyət spesifikası. Şəhərin kənddən aynl-
ması istehsaldakı dəyişikliklərə əsaslanır və xüsusi məzmuna
malikdir. Əməyin sənaye növləri kənd təsərrüfatı ilə müqayi
sədə təbiətlə dolayı yolla əlaqədədir. Belə əməyin tətbiq olun
duğu məskəndə təbiət əməyin bilavasitə predmeti deyil, sənət
kar əməyi isə bazarın mövcud olduğu yerdə ola bilər. Şəhərin
kənddən ayrılması prosesi əməyin maddi və mənəvi (fiziki və
əqli) əməyə ayrılması ilə bağlıdır.
Şəhər daha çox müstəqildir, yaranma
yerinin seçilməsinə görə
böyük imkanlara malikdir, çünki təbii amillər ona daha az təsir
göstərir. Şəhərdə ərazi daha intensiv şəkildə mənimsənilir, çünki
burada istehsal özünün fəaliyyəti üçün zəmini, ilkin şərtləri özü
yaradır. Şəhər istehsal prosesini məhdud bir ərazidə mərkəzləşdirir.
Ancaq şəhər təkcə əməyin yeni növü deyil, həm də
insanların birliyinin keyfiyyətcə yeni formasıdır, daha doğrusu
qan qohumluğu əsasında deyil, ictimai münasibətlər əsasında,
insanların özlərinin və cəmiyyətin yaratdığı əlaqələr nəticə
sində yaranan birliyinin yeni formasıdır.
Şəhərin yaranması mülkiyyət formalarının təkamülü ilə
şərtlənir; işçilərin istehsal vasitələri ilə əlaqələrinin keyfiyyətcə
yeni formaları yaranır, yəni işləyən mülkiyyətçi-sənətkar
meydana gəlir. Mülkiyyətin müxtəlif formaları həm istehsalın
özünün, həm də insanların məskunlaşmasının təkamülünün
mühüm və labüd amili kimi çıxış edir.
Məskunlaşma fərdin ictimai həyata, onun sosiallaşması
mühitinə birləşməsi, daxil olması formasıdır. Məskunlaşma fərd-
107