§3. Təhsilin sosiologiyası
Təhsilin sosiologiyası sosioloji bilik sahəsi olub sosial
institut kimi təhsil sisteminin inkişaf qanunauyğunluqlarını və
funksiyalarını, onun cəmiyyətlə qarşılıqlı təsir prosesini öyrə
nir. Lakin təhsilin sosiologiyası təhsili sosial institut kimi öy
rənm əklə kifayətlənmir, ona həm də sosial təşkilat kimi, habe
lə təhsil sahəsində həyata keçirilən sosial siyasət kimi yanaşır.
Təhsilin sosiologiyası diqqəti təhsilin iqt sadi, sosial və
mədəni-ideoloji funksiyalarına, onların qarşılıqlı əlaqələrinə
və dəyişilməsinə yönəldir. İqtisadi aspektdə təhsilin sosiolog
iyası təhsilin sosial-iqtisadi inkişafda, elmi-texniki tərəqqidə,
iqtisadiyyatın strukturunun yenidən qurulmasında, elmlə isteh
salatın qarşılıqlı əlaqəsinin təmin olunmasında rolunu öyrənir.
Təhsilin sosial funksiyası onun təkrar istehsalda və cəmiyyətin
sosial strukturunun inkişafında (fərdlərin və sosial qrupların
sosial vəziyyəti ilə təhsilin səviyyəsi arasında qarşılıqlı əlaqə
nin yaranmasında) oynadığı rolla bağlıdır. Mədəni-ideoloji
aspekt mədəniyyətin qorunması və onun inkişafı, gələcək nəs-
lə ötürülməsi m əsələlərini, biliyin, sosial normaların, mənəvi
sərvətlərin, sosial vərdişlərin, təhsil sistemində fərdin sosial-
laşmasmm qarşılıqlı təsirini öyrənir.
Təhsil müəssisələrinin öyrənilməsinin predmetinə for
mal və qeyri-formal strukturlar, gənclər kollektivləri, müəllim
peşəsinin sosial statusu, tədris kollektivlərində idarəetmənin
və özünüidarənin spesifikliyi aiddir. Təhsilin sosiologiyasında
sosial siyasət problemləri mühüm yer tutur. Buraya müxtəlif
təhsil funksiyalarının optimallaşdırılması, müxtəlif sferalarda
istehsalda, elmdə, mədəniyyətdə, idarəetmədə onun effektiv
liyinin artırılması, bütövlükdə isə insan amili daxildir.
Təhsil sosiologiyasının əsası E.Dürkheym və M.Veber
tərəfindən qoyulmuşdur. Onlar təhsilin sosiologiyasının sosial
funksiyasını, onun iqtisadi və siyasi proseslərlə əlaqəsini, ha
belə təhsil müəssisələrinin, pedaqoji proseslərin sosioloji
müəssisələrlə əlaqəsini tədqiq etmişlər. Sonralar isə T.Parsons
təklif etmişdir ki, təhsili miiasir cəmiyyətdə sosiallaşma insti
tutu kimi tədqiq etmək lazımdır. Təhsil müəssisəsinə və onun
elementlərinə sosial sistemlər - rolların və normaların sistem
ləri kimi baxılmasının məqsədəııyğıınluğıı irəli sürülmüşdür.
U.Qordon, C.Qetsels, C.Koleman bu sistem çərçivəsində mək
təblər, sinifi ər, təhsil alanların qeyri-formal qrupları, sosial-
psixoloji mühit, konfliktlərin mənbəyi, və tədrisin üsıılıı və
s.tədqiq etmişlər. XX əsrin 70-ci illərindən başlayaraq diqqət
daha çox təhsil alan şəxsin sosial vəziyyətinin təhsil sisteminin
uğurlarına təsirinin təhlilinə verilməyə başlandı. N.Qross,
U.Bnıkover, R.Budon və R.Kollins təhsil və sosial strati Aka
siyanın əlaqəsini önə çəkdilər. Bundan başqa, təhsilin və sosi
al stratifikasiyanın iqtisadiyyatla və siyasətlə əlaqəsinə
P.Bıırdye və M.Hannan dalıa çox fikir verməyə başladılar.
«İnsan kapitalı» nəzəriyyəsinə görə, təhsil gələcək iiçün
kapital qoyuluşudur, digəı kaptia! qoyuluşları kimi təhsil do
gələcəkdə gəlir götürmək imkanlarına malikdir. T.casteı in fik
rincə, «insan öz həyatını bir sıra sahələrdə kapital toplamaqla
başlayır, bn kapital uşaq vaxtlarından toplanır, məktəb illərin
də davam edir, ali təhsillə zənginləşir. Lakin bu kapital alıcılıq
qabiliyyətini o zaırıan itirir ki, onıııı peşə hazırlığı müasir tələ
bata cavab vermir». Bıı nəzəriyyəyə görə, keçmişdə sərf
olunmuş güc, çəkilmiş əziyyət gələcəkdə mükafatlandırılır.
Təhsil prosesi yalnız təhsil alanın müəyyən fəaliyyət
növiinə hazırlaşmasından ibarət deyildir, o, habelə insaııııı c ə
miyyətdə statusuna təsir göstərir. Təhsil çox vaxt sosial pillə-
kandan yuxarıya doğru hərəkət (içiin, sosial mobillik üçün əsas
rolunu oynayır. Təhsil, eyni zamanda, pıaktik və simvolik
əhəmiyyətə malikdir. İnsanlar əldə etdikləri öz biliklərdən öz
spesifik məqsədlərinə çatmaq üçün istifadə edirlər. Məsələn,
tibb fakültəsini bitirib, lıəkim olan şəxs öz biliyini praktikada
tətbiq edir. Eyni zamanda, həkimlik diplomu həm də üstünlük
göstəricisidir. Diplom sosial statusun simvoluna çevrilir. T ə h
silin simvolik aspekti də öz əksini məhz bunda tapır. R.Kollinz
qeyd edir ki, ABŞ-da təhsil sisteminin genişlənməsi lıeçdə
123
ixtisaslı mütəxəssislərə ehtiyacın olması ilə deyil, var-dövlət,
hakimiyyət və üstünlük uğrunda «status qrupların» mübarizə
sinin nəticəsidir.
Bütün
təhsil
prosesi
insanların
sosiallaşmasına
istiqamətlənmişdir. Sosiallaşma prosesində isə şəxsiyyətin
formalaşması baş verir. Sosiallaşma bir çox dəyərlərin
mənimsənilmsini tələb edir və bunun əsasında insanlann
gündəlik həyatı qurulur. E.Dürkheym göstərir ki, təhsilin əsas
funksiyası hakim mədəniyyətin dəyərlərini gələcək nəsillərə
ötürməkdir. Tarixən m üxtəlif cəmiyyətlərin mədəni dəyərləri
bir-birindən fərqlənmişdir. Məsələn, Qədim Yunanıstanda
adamlar incəsənətə xüsusi diqqət yetirirdilərsə, Qədim
Romada təhsilin əsas məqsədi hərbçilər və dövlət adamları
yetişdirməkdən ibarət olmuşdur. Orta əsrlərdə dini təhsil üstün
olmuş, İntibah dövründə təhsilin əsas məqsədi ədəbiyyat və
incəsənəti öyrənmək olmuşdur. Müasir dövrdə isə təhsil
sistemində təbii-elm i fənlərə daha çox üstünlük verilir və eyni
zamanda şəxsiyyətin inkişafına xüsusi diqqət yetirilir.
Gənclərin cəmiyyətdə bərqərar olmuş mədəni sərvətləri
mənimsəməsi ruhunda tərbiyə olunması mövcud sosial
nizamın qorunmasına xidmət edir. Bir çox ölkələrdə təhsil
məcburidir. Belə ki, tələbələr təhsil almaqla yanaşı, idmanla,
hərbi təlimlə məşğul olur, ictimai işlərdə iştirak edirlər.
Tələbələr standartlaşmış dərsliklər əsasında təhsil alırlar. Bir
sözlə, tələbələr təhsil prosesində nəzarətdə olurlar ki, bu da
cəmiyyətdə sabitliyin bərqərar olmasına kömək edir.
Müasir gənc daha çox təhsilli, yeni ixtisaslara yiyələn
miş, yeni həyat tərzinin daşıyıcısı və sosial dinamizmə malik
olmalıdır. Gənclərin sosial problemləri «həyat başlanğıcı» ilə
- təhsilin alınması, əmək həyatının başlanması, ailənin yaran
ması, ixtisasın artırılması və inkişafı ilə bağlıdır. Bunun üçün
təhsilə diqqətin artırılması hər bir cəmiyyətin ümdə vəzifəsi
dir. İnkişaf etməkdə olan ölkələrdə təhsilə qoyulan vəsait in
kişaf etmiş ölkələrə nisbətən 10 dəfə azdır. Belə ölkələrdə
ibtidai təhsil alanların sayı orta və ali təhsilli gənclərdən çox
124
dur.
Təhsı/ ins run bütün fəaliyyətinə təsir göstərir. Şagirdlə
rin bir qismi ona məktəbi qurtarandan sonra m üxtəlif texnikum
və peşə məktəblərinə, bir qrupu kolleclərə, universitetlərə da
xil olursa, qalan qismi isə heç bir yerə daxil olmur. Tələbələrin
çoxu hüquq, tibb, iqtisadiyyat, kommersiya və digər zehni
əmək ixtisaslarını seçirlər. Ali məktəbə daxil olmayanlar, yəni
yalnız orta məktəb attestatına malik olanlar, təbiidir ki, aşağı
ixtisaslı və az əmək haqqı ödənilən işlərə düzəlirlər (istehsa
lat, xidmət və s. sahələrə). Burada müəyyən qaydanı istisna
edən hallar da olur. M əsələn, ali məktəb məzunlarının bir
qismi öz ixtisasına uyğun iş tapmadıqda, aşağı sosial təbəqəyə
keçdiyi halda, aşağı ixtisaslıların bir qismi isə idman, musiqi,
biznes sahəsində yüksəlir və yuxarı sosial təbəqəyə keçir. Be
ləliklə, bir çoxları üçün məktəb filtr - təmizləyici rolunu oy
nayır, yəni bu filtrdən keçənlər öz həyat yolunu m üəyyənləş
dirirlər. B. Hernin fikrincə, «təhsil insanlann qabiliyyətlərinə
görə bölgüsünün çox ağıllı üsuludur».
Təhsil demokratiyanın inkişafını tələb edir. Belə ki, de
mokratik cəmiyyətlərdə təhsilə çox diqqət yetirilir. İnkişaf et
miş Qərb ölkələrində təhsil üçün geniş imkanlar açılmışdır.
XV111 əsr Böyük Fransa inqilabının bir çox təbəqələri siyasi
fəaliyyətə cəlb etməsi təhsilə diqqəti artırmış oldu. Çünki si
yasi səhnədəki yeni aktyorlar «nəzakətsiz xalq kütlələri» təəs
süratı yaratmamalı idi. Buna görə də XIX əsrin 30-cıı illərində
A BŞ-da təhsil islahatçılarını gələcək seçicilərin savadlılığının
artırılması narahat edirdi. Bu narahatlığı bir müddət sonra İng
iltərə də keçirdi və 1867-ci ildə bu ölkədə İslahat Haqqında
Qanun qəbul edildi. Bu qanuna uyğun olaraq səsvermə hüququ
fəhlə sinfinin bir çox nümayəndələrinə də verildi. İngiltərənin
siyasi xadimi R.Loıı bildirdi ki, seçki hüququ qazanmış fəhlə
lər heç olmasa «hərfləri öyrənərlər». Nəhayət, 1870-ci ildə
İngiltərədə Təhsil haqqında Qamın qəbul edildi. Kütləvi təhsil
əhalinin siyasi həyatda iştirakı zərurətindən irəli gəlirdi. Müa
sir təhsilin tarixində ikinci mühüm hadisə sənaye inqilabı oldu.
125
Dostları ilə paylaş: |