Sosiologiya (Dərslik)



Yüklə 186,3 Kb.
Pdf görüntüsü
səhifə11/73
tarix06.05.2018
ölçüsü186,3 Kb.
#42945
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   73

lığının  səbəbi  ondan  ibarətdir ki,  onlar  özlərini  təbiətdən  ayır­
mırdılar, ibtidai cəmiyyəti isə təbiətə qarşı  qoymurdular, özlərini 
təbiətin və cəmiyyətin üzvi hissəsi kimi qiymətləndirirdilər.
П.  Şüurun bəsit mahiyyəti.  Həmin  dövrün  insanlarının şüuru 
icma  (ictimai)  mülkiyyətinin  möhkəmləndirilməsinə,  əməyin  və 
bölgünün kollektivçiliyinə,  davranışın kollektiv normalanna əsasla­
nırdı. Bunlar primitiv cəmiyyətlərdə real surətdə həyata keçirilirdi.
III.  Mifologiyalılıq yəni  təbiət  və  cəmiyyətin  anlaşılmaz 
hadisələrinin  m üxtəlif  fantastik  surətlərin-allahların,  qəhrə­
manların,  qeyri -adi  nağıl  canlılarının köməyi  ilə izah edilməsi. 
Mifologiya  ibtidai  icma  insanlannın  dünyagörüşünün  bütöv­
lüyünün  təzahür  forması  olub,  dinin,  əxlaqın,  estetikanın,  incə­
sənətin  və  digər  ictimai  şüur  formalarının  ünsürlərini  özündə 
ehtiva  edir.  Bəşər  tarixinin  sonrakı  dövrlərində  də  ictimai  şüur 
mifologiyadan  tamamilə  azad  ola  bilməzdi.  Müasir  dövrdə  də 
mürəkkəb  sosial  hadisələrin səbəb,  nəticə əlaqələrinin  izahında 
həqiqətdən uzaq təsəvvürlərə  rast gəlmək  olur.  Bu  isə bəzi  in­
sanların sosial davranışına təsir göstərir.
IV.  Totemizm-  qəbilə  və  ya  tayfanın  mənşəyinin  hər 
hansı  heyvan və  ya bitkinin  mənşəyi  ilə  ümumi  olmasına,  «qan 
qohumluğuna»  inamı  nəzərdə  tutur.  Totemizm  miflərdən,  ilkin 
dinlərdən  biri  kimi  əvvəla,  insanların  özlərini  birlik  kimi  dərk 
etmək  cəhdləri,  ikincisi  təsərrüfatın  tipi  (ovçuluq,  yığıcılıq), 
fauna  və  floradan  asılılıq  vəziyyəti,  nəhayət,  ibtidai  icma  cə­
miyyətinin  strukturunda  qan  qohumluğu  əlaqələrinin  üstünlük 
təşkil  etməsi  ilə  şərtlənir.  Totemizmin  qalıqları  yalnız folklorda 
və müasir dinlərdə deyil, bəzən bir sıra insanların sosial şüurun­
da da özünü göstərir.  Bu qalıqlar bəzən müxtəlif  etnosların  ya­
şadığı  cəmiyyətləri  «biz»  və  «onlar»,  «bizimkilər»  və  «qan 
düşmənləri»  kimi  ayn-ayn  cəbhələrə  bölür,  milliətçilik  ideo­
logiyasını, etnoslararası münaqişələri qidalandınr.
V.  Antropomorfizm  (yunan  sözüdür:  anthros-insan  və 
morphe-forma  deməkdir)  bu  və  ya  digər  hər hansı  bir  insanın 
keyfiyyətlərinin  təbiət  və  cəmiyyətin  hadisələrinə,  totemlərə, 
mifoloji  surətlərə  (allahlara)  aid  edilməsi,  onlarla  eyniləşdiril­
məsi kimi  izah edilir.
Cəmiyyətin  antropomorf xarakterdə  dərk  edilməsi  özü­
nün  cılızlığı,  bəsitliyi  ilə  yanaşı  belə  bir  ideyanı  da ehtiva  edir 
ki,  a)  cəmiyyət  canlı  və  daim  dəyişən  orqanizmdir;  b)  cə­
miyyətin  öyrənilməsi  üçün onun  orqanları  arasında  funksional 
asılılığı öyrənmək lazımdır.
VI. 
Dirıilik-təbiət  və  cəmiyyət  həyatının  fövqəltəbii 
qüvvələr tərəfindən  müəyyən edilməsinə  inamı  nəzərdə  tutur. 
Özlərinə,  icmaya  və  təbiətə  allahın  iradəsi  kimi  münasibət 
bəslənilməsi  mövcud  ictimai  qaydaları  qoruyub  saxlayır,  ibti­
dai  icmaların  fəaliyyətinin  uzun  müddət  ərzində  dəyişməz 
qalmasını  təmin  edir,  o  dövrün  insanlarına  öz  hərəkətlərini, 
əlaqələrini  icma çərçivəsində qəbul  ediləcək  səviyyədə  qoru­
mağa  imkan  verirdi.  Cəmiyyətin  dini  mövqedən dərk  edilməsi 
nəticə  etibarilə  determinizm  ideyasının  yaranmasına  kömək 
edirdi.  Determinizm  obyektiv  qanunların  və  səbəb-nəticə  əla- 
qəlrinin  qəbul  edilməsini  nəzərdə  tutur.  Bu  ideyanın  inkişafı 
və  onun  tədricən  bəsit dini  istiqamətdən  uzaqlaşması  sosioloji 
elmin formalaşmasının mühüm amilidir.
Qədim  Yunanıstanda  insan  və  cəmiyyət,  onların  həyati 
qüvvələri,  dərkedilməmiş  dünyada,  möhtəşəm  kosmosda  təbi­
ətlə qarşılıqlı  asılılıq  ilk dəfə olaraq  Avropa sosiomədəni  ən ə­
nələrinin  bütöv  sosial-fəlsəfi,  dini-əxlaqi  təhlilinin  sistemli 
dərketmə  obyektinə  çevrilir.  Avropada  dünyanı  sosiomədəni 
dərketmənin,  ictimai  və  təbii,  ictimai  və  şəxsi-fərdi  qarşılıqlı 
əlaqələrin başa düşülməsinin  ilkin mərhələsi meydana gəlir.
İbtidai  icma quruluşunun  dağılması, quldarlığın  bərqərar ol­
ması  dövründə  Avropada sosial  idrak  bir tərəfdən  baş  verən  icti­
mai  transformasiyanı  əks  etdirərək  kəskin  şəkildə  dəyişir,  digər 
tərəfdən  isə həmin transformasiyanı stimullaşdırır.  Bu  nəticə  bizə 
məlum olan qədim yunan  mütəfəkkirlərinin  əksəriyyətinin  təlim­
lərində  öz  əksini  tapır.  Ksenofan  (e.ə.VI-V  ə.),  Levkipp  və  De- 
mokrit  (e.ə.V-IV  ə.),  Sokrat  (e.ə.469-399  -cu   illər),  Platon  (e.ə. 
428-348-ci  illər),  Aristotel  (e.ə.384-322-ci  illər),  Epikür  (e.ə. 
341-270-ci illər),  Lukretsi Kar (e.ə.99-55-ci illər) və digər qədim 
yunan mütəfəkkirlərinin, filosof-alimlərinin dünyabaxışlan, təbiət, 
cəmiyyət,  inkişaf və s.  haqqında fikir və mülahizələri  müxtəlifliyi
42
43


ilə  yanaşı  digər  ictimai  elmlər  tərəfindən  geniş  tədqiq  və  tədris 
olunur.  Buna  görə  bütövlükdə  Qədim  Yunanıstanda  cəmiyyət 
haqqında təlimlərin  əsas  xarakterik  cəhətləri  bundan  ibarətdir ki, 
əw əla,  ibtidai  icma  quruluşunda  cəmiyyət  haqqında  formalaşmış 
təsəvvürlərə əsaslanırdı, bu və ya başqa formada onu inkişaf etdi­
rirdi;  2)  o  dövrdə  baş  verən  ictimai  dəyişiklikləri  əks  etdirirdi;  3) 
fəlsəfi  forma kəsb  edir,  təbiətin  fəlsəfi  dərk  edilməsindən kəskin 
şəkildə  təcrid  olunmurdu;  4)  materializm-idealizm,  ateizm-din, 
fərdiyyətçilik-kollektivçilik istiqamətində kəskin ziddiyyətə malik 
idi;  5)  bəzən utopik,  həyata keçməsi  mümkün  olmayan  humanist 
xarakter daşıyırdı;  6) bütünlükdə və başlıcası  cəmiyyətşünaslığm, 
o  cümlədən  sosiologiyanın  bərqərar  olması  yolunda  xüsusi  və 
mühüm mərhələni təşkil edirdi.
Avropada  sosioloji  biliklərin  elm  kimi  formalaşmasının 
əsasını  qoyan,  İntibah  dövründə  yaşamış  sosial  mütəfəkkirlər 
insanın həyati qüvvələri probleminə,  onun təbii  və  sosial  əsas­
larına xüsusi  əhəmiyyət  verirdilər.  O  dövrün  azadfıkirliliyinin 
bütün  tarixi,  eləcə  də  onun  təsiri  altında  inkişaf edən  incəsə­
nətin tarixi tamamilə bu ruhda idi.  Lakin  ictimai  şüurun inkişa­
fındakı  həmin meyl  orta əsrlərdə  Avropada ənənəvi  inanclarla 
qəti  şəkildə məhdudlaşdırılırdı.  Avropa sosiomədəni  ənənələ­
rində  yeni  eranın  ilk  əsrlərində  və  orta  əsrlərin  başlanğıcında 
cəmiyyət  haqqında  mövcud  olan  təsəvvürlərin  məzmununu 
qədim yunan mütəfəkkirlərinin  ideyaları  m üəyyən  edirdi.  Av­
ropada  quldarlığın  dağılması  və  feodalizmin  formalaşması 
dövründən  indiki  vaxta  qədər  gəlib  çatan  yazılı  mənbələrdən 
birmənalı  şəkildə  aydın olur ki, həmin  dövrdə heç  bir prinsipi­
al yeni  ictimai konsepsiya meydana gəlməmişdir.  Bu  cəhət  ilk 
növbədə o dövrün ictimai həyatanın vəziyyəti  ilə  əlaqədar  idi. 
Feodalizm  dövründə  istehsal  natural  xarakterli,  feodal  təsərrü­
fatı  isə  qapalı,  məhdud  səviyyəli  idi,  mövcud  olan  dövlətlər 
arasında  sıx  iqtisadi,  siyasi,  mənəvi-mədəni  əlaqələr yox  idi, 
çoxsaylı  müharibələr,  allahın  verdiyi  cəza  kimi  qəbul  edilən 
epidemiyalar  və  digər  fəlakətlər,  dini  cəhalət  və  inkivizisiya 
mövcud  idi.  Belə  şərait  isə  təbii  olaraq  kilsənin,  din  xadimlə­
rinin ön plana keçməsinə  imkan  verirdi.  Katolik kilsəsi  dünyə­
vi hakimiyyətlə müb ırizə  aparırdı.  Din  xadimləri  (məs:  Foma 
Akvinski  1225-1274  və  b.)  iddia  edirdilər  ki,  cəmiyyət  və 
onun  bütün  qayda-qanunları  allahın  iradəsi  ilə  yaradılmışdır, 
ona  görə  də  cəmiyyətə  allahın  iradəsini  yerinə  yetirən  kilsə, 
din xadimləri  rəhbərlik  etməlidirlər.  Belə  mülahizələri katolik 
kilsəsinin  rəsmi  doktrinasının  əsasını  təşkil  edirdi.  Tomizm 
adlanan  həmin  doktrina  modernləşdirilmiş  formada  (neoto- 
mizm) bu gün də müəyyən hallarda öz əhəmiyyətini saxlayır.
XIV əsrdən Avropanın cənubunda (birinci  olaraq İtaliyada) 
feodalizm  cəmiyyətinin  məhvinin  və  ilkin  burjua  cəmiyyətinin 
meydana  gəlməsinin  əlamətləri  görünməyə  başlayır.  O  dövrün 
qabaqcıl  adamları  tərəfindən bu proseslərin  dərk edilməsi həmin 
dövrdə hakim olan dini  sxolastikanın, o cümlədən tomizmin ciddi 
müqavimətinə  rast  gəlirdi.  Bu  dərketmə  öz  ifadəsini  1)  qədim 
yunan  filosoflarının  (R.Petrarka,  1.Valla  və  s.)  materialist,  fər- 
diyyətçilik  və  humanizm  ideyalarının  dirçəldilməsi  və  inkişaf 
etdirilməsində,  2)  kommunist  ideologiyasının,  mülkiyyətin  icti- 
maileşdirilmosi  tələblərinin  güclənməsində,  əməyin kollektivçi- 
liyi,  bölgünün  bərabərliyi,  kollektivizm  uğrunda  mübarizdə 
(T.Münser, T.Mor,  T.Kampanclla),  3) təbiət qanunlarının  təcrü­
bi-riyazi  tədqiqi  əsasında  naturfəlsəfənin  meydana  gəlməsində 
(C.Bruno,  N.Kuzanski,  B.Telczio,  N.Kopemik,  L.Vinçi,  Q.Qa- 
liley,  İ.Kepler  və  s.)  tapırdı.  Bütün  bunlar  isə  yeni  cəmiyyətşü- 
naslıq konsepsiyalarının meydana gəlməsini şərtləndirirdi.
Feodalizmin  məhvi,  burjua  inqilabları  və  ilkin  kapitalizmin 
meydana gəlməsi dövrünün (XVII-XVIII əsrlər) mütəfəkkirləri öz 
xələflərinin  ideyalarından  da  istifadə  etmək  şərti  ilə  cəmiyyət  və 
onun  inkişaf qanunlan  haqqında  axtanşlar  aparırdılar.  Qeyd  edək 
ki,  dövlət  və  cəmiyyətin  meydana  gəlməsi  haqqında  ictimai 
müqavilə  nəzəriyyəsi  də  məhz  bu  dövrün  məhsuludur (T.Hobbs- 
1588-1679, C.Lokk-  1632-1704, B.Spinoza-  1632-1677).
Bəhs  etdiyimiz  dövrdən  etibarən 
cəmiyyətin
  təşəkkülü, 
mahiyyəti,  inkişaf  qanunlan  və  perspektivləri  haqqında  xeyli 
nəzəriyyə və konsepsiyalar meydana gəldi.
Orta  əsr  mütəfəkkirləri  sırasında  cəmiyyət  haqqında 
dünyəvi  fikirləri  ilə  şöhrət  qazanan  məşhur  ərəb  alimi  İbn
44
45


Yüklə 186,3 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə