Sosiologiya (Dərslik)



Yüklə 186,3 Kb.
Pdf görüntüsü
səhifə9/73
tarix06.05.2018
ölçüsü186,3 Kb.
#42945
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   73

m üxtəlif formalarında öz funksiya və tərkibini  fəal  surətdə ni­
zamlaması, ətraf mühitə uyğunlaşması  ilə fərqlənir.
Canlı  orqanizmlərin  təkamülü  gedişində  onlann  yüksək 
şəraitə  uyğunlaşması  prosesi  də  təkmilləşir;  bu,  sərbəst hərə­
kət  edən  canlılarda  mərkəzi  sinir  sistemi ıin  inkişafına kömək 
edirdi.  N əticədə  insanların  əcdadlarında  əm əyin  təsiri  altında 
ali  sinir  fəaliyyətinin  inkişafı  həyatın  scsial  səviyyəyə  keç­
məsi  üçün  ilkin  şərait yaratdı.  Bu  cəhət  insana  xas  olan  hərə­
kətin ali forması ilə əlaqədar idi.
Sosial  həyat  bütövlükdə  təbiətin  təkamülünün,  xüsusilə 
həyatın  bioloji  formasının  müəyyən  mərhələsində  meydana 
gəlmişdir.  O,  insanın  simasında,  mahiyyətində,  fəaliyyətinin 
xarakterində,  sosial  həyatın  obyekt və  subyektləri  qismində  in­
sanların bir-biri ilə qarşılıqlı əlaqələrində özünü təzahür etdirir.
İnsan yer üzündə  canlı  orqanizmlərin  inkişafının  ali  də­
rəcəsi,  ictimai-tarixi  fəaliyyətin və m ədəniyyətin subyekti ki­
mi  səciyyələnir.  Onu  fərqləndirən  xüsusiyyət  əmək  alətlərini 
istehsal  etmək  qabiliyyətidir,  eləcə  də  ətraf aləm ə  təsir etmək 
üçün bunlardan  istifadə  etmək bacarığıdıı.  İnsan  Öz təbiəti eti­
barilə bütöv sosial  varlıqdır,  onda bioloji 

  sosial  keyfiyyətlər 
dialektik  vəhdətdə,  qarşılıqlı  təsirdədir.  İnsanın  inkişafının 
müəyyənedici  amili  onun  sosial  əhəmiyyətli  keyfiyyətləridir. 
Bunların da məcmusu «şəxsiyyət»  anlayışını  təşkil edir.  İnsan 
ümumi  (ümumbəşəri),  xüsusi  (formasiya,  mərhələ,  sosial- 
sinfi)  və  təkcənin  (fərdi)  mövcudluq  üsulunun  dialektik  vəh­
dətini  özündə təcəssüm etdirir.
Sosiologiyada insan hər şeydən əvvəl  şəxsiyyət kimi  nə­
zərdən  keçirilərək  iki  aspektdə  müəyyənləşdirilir.  Əvvəla, 
fərdi  cəmiyyət,  birlik,  qrup,  təbəqə  və  sinfin  üzvü  qismində 
sosial  əhəmiyyətli  keyfiyyətlərin  möhkəm-sabit  sistemi  kimi, 
ikincisi  isə  şüurlu,  iradi  fəaliyyətin  azad,  məsuliyyətli  subyek­
ti, həmin sosial keyfiyyətlərin  fərd daşıyıcısı  mənasında.
İnsan-şəxsiyyət-qrup-cəm iyyət  bııtün  maddi  dünyanın 
təkamülünün törəməsi  kimi  bir-biri  ilə  sıx  surətdə  bağlıdır.  Bu 
qarşılıqlı  əlaqə  və  təsir  isə  cəmiyyətin  inkişafına uyğun  olaraq 
daim  yeniləşməkdədir.  Sosial  sistem  kimi  səciyyələnən  icti­
34
mai  həyatın başlıca  ünsürləri  məhz  insanlar,  onlann əlaqələri, 
qarşılıqlı  fəaliyyəti  və  münasibətləridir.  Bu  əlaqə,  qarşılıqlı 
fəaliyyət  və  münasibətlər  davamlı  inkişaf  xarakteri  daşıyır, 
tarixi prosesdə  təkra ' istehsal olunur və nəsildən nəslə keçir.
Cəmiyyətin mahiyytinin tədqiqinə, izah edilməsinə müxtə­
lif tarixi  dövrlərin  al mləri  sıx  qarşılıqlı  əlaqədə  olan  ünsürlərin 
bütöv  sistemi  kimi  y;inaşmışlar.  Belə  metoda üstünlük  verilməsi 
tamamilə təbiidir.  Cəmiyyətin bu cür araşdırılması  elmdə sistemli 
yanaşma  adlanır.  Cəmiyyətin  tədqiq  edilməsinə  sistemli  yanaş­
manın əsas  vəzifəsi  onun  haqqında  olan  müxtəlif bilikləri  bütöv 
sistemdə birləşdirməkdən  ibarətdir.  Cəmiyyət  haqqında  nəzə­
riyyələrin  -  cəmiyyətə  bütöv  sistem  kimi  yanaşmanın  başlıca 
prinsiplərini  araşdırmaq  üçün  aşağıdakı  əsas  anlayışları  müəy­
yənləşdirmək zəruric ir. Bunlardan biri sistem anlayışıdır.  Sistem 
müəyyən  tərzdə  nizamlanmış,  öz  aralarında  qarşılıqlı  əlaqədə 
olan  və  vahid  bir tamı  yaradan  ünsürlər çoxluğudur.  Bütöv  tam 
sistemlərin  daxili  təniətini, məzmun tutumunu, onlann təşkilinin 
maddi  əsasını,  ünsürlərinin  tərkibini,  düzümünü  müəyyən  edir. 
İkincisi,  sosial  sistemdir.  O,  bütövlük  kəsb  edən  anlayışdır  və 
əsas  ünsürlərini  insanlar, onlann qarşılıqlı  əlaqələri,  təsir və mü­
nasibətləri  təşkil  ed  r.  Üçüncüsü,  sosial  əlaqə  anlayışıdır.  Bu, 
müəyyən  məqsədə  nail  olmaq  üçün  konkret birliklərdə  və  kon­
kret vaxtda birgə  fəaliyyəti  şərtləndirən  faktların  məcmusu  kimi 
səciyyələnir.  Sosial  əlaqələr  insanların  əhval-ruhiyyəsi  ilə  deyil, 
obyektiv surətdə yanmır.  Həmin əlaqələrin təşəkkülünü fərdlərin 
yaşadığı  və  fəaliyyət  göstərdiyi  sosial  şərait  müəyyənləşdirir. 
Sosial  əlaqələrin  mahiyyəti  bu  və  ya  digər  sosial  birliyi  təşkil 
edən  insanların  fəaliyyətinin  xarakter və  məzmununda  ifadə olu­
nur.  Bir  çox  sosioloqlar  sosial  əlaqələri  qarşılıqlı  münasibətlər, 
qarşılıqlı  təsir əlaqələri,  sosial  nəzarət əlaqələri,  təminatlı  əlaqə­
lər  və  təşkilati  əlaqələr  kimi  səciyyələndirir  və  qruplaşdınrlar. 
Belə  qruplaşdırma  mütləq  xarakter  daşımasa  da,  həmin  əlaqələr 
barəsində  nisbətən  dolğun  təsəvvür  yaradır.  Cəmiyyətə  sistemli 
yanaşmanın  digər  prinsipi  sosail  qarşılıqlı  təsirdir.  Sosial  qarşı­
lıqlı təsir  prosesində  insanlar bir-birinə təsir göstərir və biri  dig­
ərinin  təsirini hiss  edir.  Sosial qarşılıqlı  təsir mexanizminə bu  və
35


ya digər  fəaliyyəti həyata keçirən fərdlər,  həmin  fəaliyyətin nə­
ticəsində sosial birliklərdə və ya bütövlükdə cəmiyyətdə baş ve­
rən dəyişikliklər, bu dəyişikliklərin sosial birliyi təşkil edən digər 
fərdlərə  təsiri,  nəhayət,  fərdlərin  əks  reaksiyası  daxildir.  Qarşı­
lıqlı  təsir  yeni  sosial  münasibətlərin  bərqərar  olmasına  gətirib 
çıxarır.  Sosial  münasibətlər isə  fərdlər və  sosial  qruplar arasında 
nisbi  dayanıqlı,  möhkəm  və  müstəqil  əlaqələrdir.  Beləliklə,  cə­
miyyət  çoxlu  fərdlərdən,  onların  sosial  əlaqələrindən,  qarşılıqlı 
təsir və münasibətlərindən yaranır. Eyni zamanda cəmiyyət fərd­
lərin,  onlann  qarşılıqlı  təsir,  əlaqə  və  münasibətlərinin  sadəcə 
məcmusu deyildir.  Cəmiyyətin öyrənilməsinə  sistemli yanaşma­
nın tərəfdarı  olan tədqiqatçıların nöqteyi-nəzərincə  o, bütöv sis­
temdir, yəni cəmiyyət səviyyəsində fərdi fəaliyyət, əlaqə və mü­
nasibətlər  həm  də  yeni  sistem  keyfiyyəti  yaradır.  Sistem  key­
fiyyəti  isə  xüsusi keyfiyyət  halıdır ki,  ona  da ünsürlərin  sadəcə 
məcmusu kimi baxmaq olmaz.  İctimai  qarşılıqlı  təsir və münasi­
bətlər  fərdin  və  şəxsiyyətin  fövqündə  duran  anlayış  xarakteri 
kəsb  edir,  yəni  cəmiyyət  fərdlərə  münasibətdə  ilkin  olan, 
müəyyən  qədər  müstəqil  varlıqdır.  Dünyaya  gələn  hər  bir  fərd 
əlaqə  və  münasibətlərin müəyyən struktura  ilə qaşnlaşır,  sosial- 
laşma prosesinə məruz qalaraq ona qovuşur.
Bütöv  sistemə  çoxsaylı  əlaqə,  qarşılıqlı  təsir və münasi­
bətlər  xasdır.  Onlardan  ən  səciyyəvisi  korrelyativ  əlaqə  və 
münasibətlərdir ki,  ona da ünsürlərin  koordinasiya və subordi­
nasiyası  daxildir.  K oordinasiya  bütöv  sistemin  saxlanmasını 
təmin  etm ək  üçün  ünsürlərin  ardıcıllığının  müəyyən  düzümü, 
onların  qarşılıqlı  asılılığının  xüsusi  xarckteridir.  Subordina­
siya  isə  bir  səciyyəli  və  ya  bərabər  tabelikdir.  O,  bütöv  sis­
temdə  ünsürlərin  eyni  olmayan  əhəm iy/ətini,  onlann  xüsusi 
spesifik yerini səciyyələndirir.
N əticədə  cəmiyyət  elə  bir  bütöv  sistem  kimi  təşəkkül 
tapır  ki,  onun  keyfiyyətləri  həmin  sistemə  daxil  olan  ünsürlə­
rin  heç  birində  ayrılıqda  mövcud  olmur.  Sosial  sistem  özünün 
inteqral  keyfiyyətləri  sayəsində  onu  təşkil  edən  ünsürlərə 
münasibətdə  müəyyən  müstəqillik  əldə  edir,  öz  inkişafının 
nisbi müstəqil  üsuluna nail  olur.
Cəmiyyətə  sistemli  yanaşma  sosiologiyada  determ i­
nizm  və  funksionalizm  m ünasibətləri  ilə  zənginləşdirilir.
Cəmiyyətin  öyrənilməsinə  determinist  münasibət  tərzi  mar­
ksizm  təlimində  diqqəti  daha  çox  cəlb  edir.  Marksizmə  görə, 
cəmiyyət bütöv bir sistem  olaraq  iqtisadi,  sosial,  siyasi  və  ideo­
loji  yarımsistemləri  özündə  ehtiva  edir.  Bu  yarımsistemlərin 
hər biri  ayrılıqda  bütöv  sistem  kimi  nəzərdən  keçirilir.  Bu  m ə­
nada  həmin  yarımsistemləri  bütöv  sosial  sistemdən  fərqləndir­
mək  üçün  onları  sosietal  sistemlər  adlandırırlar.  Qeyd  olunan 
sistemlər  arasındakı  qarşılıqlı  münasibətlərdə  on  mühüm  rolu 
səbəb  və  nəticə  əlaqələri  oynayır,  yəni  yanmsistemlərdən  hər 
biri  ayrılıqda  deyil,  digər  sistemlərlə  səbəb-nəticə  asılılığında 
mövcuddur  və  bu  münasibətlər  iyerarxiyalı  struktura  malikdir. 
Bu  isə  o  deməkdir  ki,  onlar  subordanasiya  nisbətində  olmaqla 
müəyyən  sıra  qaydasında  tabelik  vəziyyəti  ilə  səciyyələnirlər. 
Marksizm  təliminə  görə,  iqtisadi  sistemin  xüsusiyyətləri  bütün 
sistemləri şərtləndirir.  Eyni  zamanda marksizm  təlimi  digər sis­
temlərin  iqtisadi  sistemlə  dialektik  əlaqəsini  təsdiqləyir,  sosial 
determinizmin  belə  sadə,  birtərəfli  izahının  əleyhinədir ki,  icti­
mai  münasibətlərin  bütün  məcmusu  yalnız  iqtisadi  sistemlə 
müəyyənləşir.  Marksizm  tolimi  iqtisadi  sistemi  məhz,  başlıca 
səbəb  kimi  əsaslandıraraq,  diqqətə  çatdırır  ki,  ictimai  həyatın 
digər sistemlərinin  inkişafı onunla şərtlənir.
Sosietal  sistemlərin  bilavasitə  qarşılıqlı  əlaqəsi  və  qarşı­
lıqlı  fəaliyyəti  dialektik xarakter daşıyır.
Cəmiyyətə  münasibətdə  funksionalizm  mövqeyi  cə­
miyyət həyatında müəyyən sosial  proses  və təsisatların  rolları­
nın  müəyyən  edilməsini  və  onlann  reallışdırılmasını  nəzərdə 
tutur.  Məs:  cəmiyyətdə  dövlətin,  ailənin  rolu,  funksiyaları  və 
s.;  m üxtəlif rolların  inteqrasiyası  və  yerinə  yetirilməsi  nəticə 
etibarilə  bütöv  sosial  orqanizm  kimi  cəmiyyətin  mövcudluğu­
nu və  tamlığını  müəyyən  edir.  Cəmiyyət  sistem  olmaq etibari­
lə üzvi  sistemlərdən  bütöv sistemə keçilməsi  ilə təşəkkül  tapır. 
Üzvi  sistemin  inkişafı  differensial  xarakter daşıyır.  Bu,  inkişafı 
konkret  funksiyaların  və  ya  sistemin  müvafiq  ünsürlərinin 
formalaşması  proses  kimi  səciyyələndirir.  İctimai  sistemdə ye­
36
37


Yüklə 186,3 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə