Sosiologiya (Dərslik)



Yüklə 186,3 Kb.
Pdf görüntüsü
səhifə3/73
tarix06.05.2018
ölçüsü186,3 Kb.
#42945
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   73

müvafiq  xüsusi  elmlərdən  -   siyasi  iqtisaddan,  hüquqşünaslı- 
qdan, pedaqoqikadan  qədim  olduğu kimi,  sosial  fikir də bir elm 
kimi  sosiologiyadan  daha  qədimdir.  Sosial  m əsələlər haqqında 
mühakimlər,  ictimai  hadisə  və  proseslərin  qiymətləndirilməsi 
müxtəlif formalarda, müxtəlif canrlarda öz əksini tapmışdır. B ə­
şəriyyətin  ən  ümumi  sosial  ideyalar  işləyib  hazırlaması  uzun­
müddətli  mürəkkəb  və  zidiyyətli  prosesdir.  Zehini  əmək  böl­
güsü elə bir yol getməli idi ki,  sosial təfəkkürün özünün spesifik 
formalarında təzahür  edə  bilsin.  Bu baxımdan  sosioloji  fikir ta­
rixi sosial fikrin, sosial ideyaların xüusi tərkib hissəsidir.
Sosiologiyanın  müəyyən  ilkin  şərtlərin  mövcud  olduğu 
XIX  əsrdə  meydana  gəldiyi  vaxtdan onun  predmeti  eynimənalı 
başa  düşülməmişdi.  Məsələn,  O.Kont belə  hesab  edirdi  ki,  so­
siologiya insan zəkasının və psixologiyanın ictimai həyatın təsi­
ri  ilə  necə  təkmilləşdiyini  öyrənən  yeganə  elmdir.  Sosiologiya 
ictimai  həyat  faktlarını,  proseslərini  yerinə  yetirməlidir. 
H.Spenserə  görə,  sosiologiya  elə  ən  ümumi  elmdir  ki,  özündə 
həm tarixi inkişafın ümumi nəzəriyyəsini, həm antropologiyanı, 
həm də  etnoqrafiyanı  birləşdirir.  Alman iqtisadçısı  və  sosioloqu 
Vlbert  Şeffles  (1831-1903)  bildirdi  ki,  sosiologiyanın  predime- 
tini  insanlar  arasındakı  qarşılıqlı  mənəvi  münasibətlər,  habelə 
ünsiyyətin  ideal  və  texniki  üsulları,  formaları  təşkil  edir,  gör­
kəmli hüquqşünas və sosioloq  L.Qumploviçini (1838-1909) fik­
rincə, sosiologiya bütün sosial  elmlərin fəlsəfi əsasıdır.
XIX  əsrin  sonlarına  qədər  Kontun  nöqteyi-nəzəri,  yəni 
sosiologiyanın  cəmiyyətşünaslıqla eyni  olan  elm  kimi  nəzərdən 
keçirilməsi elmi ədəbiyyatda üstünlük təşkil etmişdir.  XIX əsrin 
sonu  -   XX  əsrin  əvvəllərində  cəmiyyət  məsələlərinə  həsr 
olunmuş  tədqiqatlarda  sosial  aspekt  xüsusi  olaraq  ayırd  edilir, 
onun iqtisadi, hüquqi  və  s.  aspektlər sırasında özünəməxsus cə­
hətlərinə  daha  çox  diqqət  yetirilir.  Bu  halda  sosiologiyanın 
predmeti  xeyli məhdudlaşdırılaraq  məhz  ictimai  inkişafın sosial 
tərəflərinin  öyrənilməsinə  müncər  edilir.  Sosiologiya  elminin 
belə  şəhrini  ilk  dəfə  fransız  sosioloqu  və  filosofu  Emil  Dürg- 
heym (1858-1917)  vermişdir.  Dürkheymirı  fikrincə,  sosiologiy­
anın predmeti  və  xüsusi  reallıqdır ki, onunla mövcud elmlərdən
10
heç  biri  indiyə  qədər  məşğul  olmamışdır.  Bu  reallığın  əsasını 
sosial faktlar ləşkil  edir, həmin faktlar isə gerçəkliyini nə iqtisa­
di,  nə  psixoloci  nə  fiziki  və  s.  faktlarına müncər  edilə  bilməz; 
onların öz müstəqil  xarakteristikaları  vardır.  Sosil  faktların baş­
lıca əlamətləri onların obyektiv səciyyə daşınması,  fərddən asılı 
olmayaraq  mövcud  olması,  ona  təzyiq  göstərə  bilməsidir. 
Dürkheym  sosial  faktları  iki  yerə  ayırdı:  cəmiyyətin  «maddi 
substratını»  təşkil  edən  morfoloji  faktlar  (məs.  Əhali  sıxlığı, 
fərdlər  əsasında  ünsiyyətin  intensivliyi,  yaşayış  yerlərinin  xa­
rakteri  və  s.)  və  mənəvi,  qyeri-maddi  faktlar  (bunlar  məcmu 
halda  kollektiv  və ya  ümumi şüuru təşkil edir).
Sosiologiya  cəmiyyət  haqqında  elmdir,  başqa  sözlə,  so­
sioloji  idrakın  obyektini  cəmiyyət  təşkil  edir,  lakin  belə  izah 
sosiologiyanın predimetini  tam  aydınlaşdırmır,  çünki  cəmiyyət 
ən  müxtəlif  elmlər  tərəfindən  öyrənilir.  Ona  görə  də  digər 
elmlərdə  olduğu  kimi,  sosiologiyada  da  onun  obyektini  və 
predimetini fərqləndirmək lazımdır.
Sosioloji  idrakın obyektinin və predimetinin qarışdırılması 
və ya  eyniləşdirilməsi  ciddi  metodoloji  qüsurdur.  Bu qüsur  indi 
meydana çıxmamışdır:  o,  əvvəllər də  özünü  göstərmişdir,  indi 
də  ən müxtəlif məktəblərin  və cərəyanların  bir çox  sosioloqla­
rına  xas  olan  cəhətdir.  Yeri  gəlmişkən  qeyd  edək  ki,  sosiologi 
yanın digər elmlərdən,  ABŞ-da sosial  psixologiyadan  və s.  nis­
bətən gec ayırlmasını  və  müstəqil  elmi  fənn  kimi  təşəkkül  tap­
masını  şərtləndirən  ən  mühüm  səbəblərdən  biri  məhz sosioloji 
idrakın  obyektinin  və predmetinin eyniləşdirilməsi  olmuşdur.
Adətən  tədqiqatçının  fəaliyyətinin  istiqamətləndiyi  hər şeyi 
idrak obyekti  kimi qəbul edirlər.  Bu o deməkdir ki, müxtəlif hadi­
sə,  proses,  münasibət  ən  müxtəlif elmlərin  predimetindən  söhbət 
ketdikdə yalnız obyektin həmin elmin spesifikası  ilə müəyyən edi­
lən tərəfi,  aspekti,  xasəsi,  münasibəti  əsas  götürülür.  Obyektin di­
gər tərəf, aspekt, xassə və münasibətləri  isə ikinci  dərəcəli m əsə­
lələr kimi, yaxud obyektin mövcudluq şəraiti kimi  nəzərdən keçi­
rilir. Deməli, predimetini aynd etmək məsələsi qarşıya  çıxır.  Baş­
qa  sözlə,  hər  bir  elm  digər  elmdən  ilk  növbədə  öz  predimeti  ilə 
fərqlənir.  Hər bir elm obyektiv reallığın öz xüsusi tərəfini, sferası-
11


ш,  özü  üçün  spesifik  olan  qanunauyğunluqlannı,  həmin  qanuna­
uyğunluqların  xüsusi  təzahür  formalarını  və  fəaliyyət  mexanizm­
lərini öyrənir.  Bu o  deməkdir ki, hər hansı  elmin,  o  cümlədən so­
siologiyanın predimetini  tədqiqat  obyektinə  görə  müəyyənləşdir­
mək kifayət  deyildir.  Məsələn,  sosial  reallıq icitmai  və humanitar 
elmlərin tədqiqat obyektidir.  Lakin hər bir elm məhz öz predimeti 
sayəsində  müəyyən  birmənalı lıq  qazanır;  etmin predmeti  həmişə 
spesifıkdir:  hətta eyni obyektdə, yaxud onun ayn-ayn hissələrində 
müxtəlif  elmlər  bir-birindən  fərqli;  spesifik  qanunauyğunluqları 
tədqiq edirlər. Məsələn, ailə iqtisadiyyat, hüquq, demoqrafiya,  so­
siologiya, psixologiya,  pedaqoqika və  s.  elmlərin tədqiqat obyekti 
ola bilər.  Lakin  bu  elmlərin  ailə  təsisatına  münasibəti,  yanaşması 
öz predmetləri çərçivəsində eyni deyildir, bir-birindən fərqlidir.
Hər bir elmin predimeti  emprik reallığa abstrakt səviyyədə 
spesifik  şəkildə  təkrar  istehsal  edir,  yəni  nəzəri  abstraktlaşdır- 
manm nəticəsidir.  Belə  abstraktlaşdırma öyrənilən  obyektin  fəa­
liyyət və  inkişafının  elə  qanunauyğunluqlannı  ayırd  etməyə  im­
kan  verir  ki,  onlar  həmin  elm  üçün  qanunauyğunluqlannı  ayırd 
etməyə imkan verir ki, onlar həmin elm üçün spesifıkdir.
Sosiologiyanı  bir  elm  kimi  səciyyələndirərkən  çox  za­
man  əslində  sosioloji  idrakın  başlıca  obyektləri  sadalanır.  So­
sioloji  məktəblərin  və  cərəyanların,  sosioloji  biliyin  konkret 
təşkilat  sistemlərinin  müxtəlifliyi,  ideya-nəzəri  mövqelərin  və 
yönümlərin rəngarəngliyi  sosiologiyanın predimeti  m əsələsin­
də  çətinlikləri  artırır.  Bir  çox  hallarda  «sosiologiya»  anlayışı­
nın özü dəqiq təsəvvür  olunmur.
Hər bir elmin  spesifikasını  araşdırarkən gerçəklikdən  elə 
əlaqə  və  münasibətlər  ayırd  edilməlidir  ki,  onlar  keyfiyyətcə 
digər  əlaqə  və  münasibətlərdən  fərqli  olub,  məhz  həmin  el­
min  predmetini  təşkil  edə  bilsin.  M əsələyə  belə  yanaşmaqda 
demək  olar  ki,  sosial  adlandırılan  əlaqə  və  münasibətlərin 
bütün  məcmusu  sosioloji  idrakın  obyekti  hesab  edilmişdir.  Bu 
əlaqə və  münasibətlər  hər bir  konkret  sosial  obyektdə  xüsusi 
tərzdə təşkil olunmuşdur.  Ona görə də sosioloji idrakın obyek­
ti  sosial  sistem kimi  çıxış  edir,  deməli,  sosial olan,  sosial əlaqə 
və münasibətlər, onların təşkili  üsulu elə anlayışlardır ki, bun­
12
lar  sosioloji  idrak  obyektinin  xüsusiyyətlərini 
açmaq  üçün 
əsas  anlayışlar  kimi  götürülə  bilər,  bu  halda  sosial  qanuna­
uyğunluqların  aşkara  çıxarılması  sosiologiya elminin predime­
tini  müəyyənləşdirmək üçün həlledici  əhəmiyyət  qazanır.
Sosiologiya  tarixən  müəyyən  sosial 
sistem lərinin 
fəaliyyətinin  və  inkişafının  sosial  qanunauyğunluqları,  h a­
belə  həmin  qanunauyğunluqların  şəxsiyyətlərin,  sosial 
qrupların, birliklərin,  siniflərin,  xalqların  fəaliyyətində  tə ­
zahür form aları və  m exanizm ləri  haqqında  elm dir.
Sosiologiyanın  predimetini  müəyyənləşdirərkən  adətən 
ayn-ayn  sosioloqlar  müxtəlif sosial  hadisələri  və  prosesləri  həl­
ledici  hesab edirlər.  Məsələn, qruplann (insanlann) qarşılıqlı  fəa­
liyyəti,  (yaxud  bu  fəaliyyətin  nəticələrini);  insanlann  qarşılıqlı 
münasibətləri;  sosial  təsisatlar  və  onların  insan  davranışına 
münasibəti; sosial  fəaliyyət sistemləri;  insan  cəmiyyəti və insan 
davranışı;  sosial  nizamın  və  nizamsızlıqın  təbiəti;  sosal  qruplar; 
insan  birlikləri  formaları;  insan  cəmiyyətinin  əsas  strukturlan; 
sosial  proseslər;  sosial-mədəni  hadisələr;  sosial  həyatın elmi  ba­
xımdan  öyrənilməsi  və  s.  bu  anlayışlardan  hər  birinin  mənasını, 
əhəmiyyətini  kiçiltmədən  qeyd etməliyik ki,  sosiologiya anlayışı 
daha  ümumuiləşdirici  olub,  ən  mühüm,  mərkəzi  anlayış  kimi 
nəzərdə keçirilə bilər.
Sosial  anlayışın  həm  geniş məzmunda  (ictimai  mənasın­
da)  həm  do  məhdud  (emprik)  mənada  başa  düşülməsi  həmişə 
müəyyən çətinliklər yaratmışdır.  Birinci halda, sosioloji  biliyin 
spesifik  obyekti  (sosial  əlaqə  və  münasibətlər)  əslində  unu­
dulmuş,  ikinci  halda  isə bütövlükdə cəmiyyətə  aid olan  hadisə 
və  prosesləri  dəqiq  ifadə  etmək  mümkün  olmamışdır.  Ona gö­
rə  də  sosiologiyanın  inkişafının  müəyyən  mərhələsində, 
ümumi  sosioloji  nəzəriyyə  işləyib  hazırlamaq  zərurəti  yaran­
dıqda  bütövlükdə  cəmiyyəti,  ictimai  münasibətlərin bütün  sis­
temini  xarakterizə  etmək  üçün  «sosial»  anlayışı  elmi  dövriy- 
əyə  daxil  edilmiş,  «sosial»  anlayışı  tədricən  müstəqil  məna 
kəsb  etmişdir.
Sosial  münasibətlər  şəxsiyyətin  cəmiyyətlə  qarşılıqlı 
fəaliyyətini  (sosial  qruplar,  təşkilatlar,  təsissatçılar  və  s.  vasi­
13


Yüklə 186,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə