Sosiologiya (Dərslik)



Yüklə 186,3 Kb.
Pdf görüntüsü
səhifə29/73
tarix06.05.2018
ölçüsü186,3 Kb.
#42945
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   73

FƏSİL VII
SOSİAL  İNSTİTUTLAR
§1. Sosial institutların mahiyyəti
Cəmiyyət  sosial  əlaqələrsiz və  qarşılıqlı  təsirsiz mövcud 
ola  bilməz.  Belə  əlaqə  və  təsir  cəmiyyətin  və  fərdin  ən 
mühüm  tələbatlarını  ödəyir;  o,  institusionallaşdıqda  möhkəm, 
davamlı  və  yaradıcı  xarakter  daşıyır.  Cəmiyyətin  sosial  təşkili 
çərçivəsində  sosial  əlaqə  və  münasibətlərin  müəyyən 
davamlılığını  təm in  edən  spesifik  bilik  sahələri  sosial 
institutlar adlanır.
İngilis  alimi  H.Speııser  elmə  ilk  dəfə  «sosial  institut» 
terminini  gətirmişdir.  O,  sosial  institutların  beş  tipini  gös­
tərmişdir:  sənaye,  həmkarlar  ittifaqları,  siyasi,  mərasim,  kilsə. 
Professor.  Y.Levada  isə  «Sosiologiyaya  dair  mühazirələr» 
kitabında 
sosial 
institutu 
canlı 
orqanizmə 
bənzədir. 
Ümumiyyətlə,  Qərb  sosiologiyasında  sosial  institut  dedikdə 
formal  və  qeyri-formal  qaydaların,  prinsiplərin,  normaların 
davamlıkompleksi  başa  düşülür.  Bu  qaydalar,  prinsiplər  və 
normalar  isə  həm  insanın  m üxtəlif  fəaliyyət  sferalarını,  həm 
də onların rol və statuslarını  nizamlayır.
Sosial  institutlar  insanların  tarixən  təşəkkül  tapmış 
qarşılıqlı  fəaliyyətinin  formaları  olub,  istənilən  cəmiyyətin 
yaşamaq  qabiliyyətini  müəyyən  edirlər.  «Sosial  institutlar» 
dedikdə 
çox 
vaxt 
nizamlama, 
cəmiyyət 
əlaqələrinin 
tənzimlənm əsi -   cəmiyyət  üzvləri  arasında  daimi  və  möhkəm 
əlaqələr,  onların  funksiyaları,  hüquq  və  vəzifələrinin  dəqiq 
müəyyənləşdirilməsi  və s.  başa düşülür.
Sosial əlaqələrin formalaşması və nizamlanmasının tarixi 
prosesi  institusionallaşma adlanır.  Bu proses maddi,  fizioloji  və 
mənəvi  sahədə  sosial  tələbat  olmadan  mümkün  deyildir. 
M üəyyən  sosial  tələbatların  meydana  gəlməsi  və  reallaşması 
şəraiti  institusionallaşmamn  ən  mühüm  anıdır.  Məsələn,  ailə 
institutu  -   əhali  artımı,  uşaqların  tərbiyəsi,  cinslər  arasında
114
münasibətlərin  formalaşması  sosial  adaptasiya  tələbatlarını 
ödəyir.  Sosial  institutların  relyativ  və  requlyativ  funksiyaları 
vardır.  Relyativ  funksiya -  müxtəlif əlamətlərə  (cins, yaş,  təh­
sil,  məşğuliyyət növü,  qabiliyyət) görə cəmiyyətin  rol  struktu­
runu  müəyyən  edir.  Requlyativ (nizamlayıcı)  funksiya -  fərdin 
fəaliyyətinin cəmiyyət normalarına münasibətdə  müstəqil  sər­
hədlərini müəyyən  edir.  Bu  sərhəddən kənara çıxdıqda isə cə­
zanı,  cərimələri  (sanksiyaları)  müəyyən  edir.  Bu  cür institutla­
ra sosial nəzarətin bütün mexanizmləri aiddir.
Sosial  institutlar  mədəni  (ideoloji,  dini,  elm,  təhsil, 
incəsənət),  habelə  inteqrativ  (sosial  rollarla  bağlı  olan, 
sosial  birliklərin  mənafelərinin  ödənilməsində  məsul  olan) 
ola  bilər.  Sosial  institutların  inkişaf mənbəyi  isə  həm  endogen 
(daxili),  həm  də  ekzogen  (xarici)  amillər  ola  bilər.  Eyni 
zamanda  görkəmli  şəxsiyyətlər  də  sosial  institutlara  böyük 
təsiri  görkəmli  şəxsiyyətlər  do  göstərə  bilir  (Şah  İsmayıl, 
M.Ə.Rəsulzadə,  Makedoniyalı  İskəndər  və  b.).  Ənənəvi 
institutlar  mərasimlərlə,  qohumluq  əlaqələri  və  münasibətləri 
ilə,  yeni  institutlar  isə  dövlət  institutları,  elm,  təhsil  və  s.  ilə 
bağlıdır.  T.Parsons,  R.Beylz,  F.Şilz göstərirlər ki,  inkişaf etmiş 
ölkələrdə  nəsil  strukturları  yox,  sosial  intitutlar  -  dövlət 
institutları,  biznes,  universitetlər  və  həmkarlar  təşkilatları 
həlledici  rol oynayırlar.
Sosial  institutların  formalaşması  kortəbii  və  ya  şüurlu 
surətdə  baş  verir.  Çox  vaxt  dörd  əsas  sosial  institutu  ayırır­
lar  -   dövlət,  ailə,  səhiyyə,  sosial  müdafiə  institutu.  Ən
mühüm  sosial  institutlar  siyasi  hakimiyyətin  yaranması  və 
müdafiə  olunmasını  təmin  edən  institutlar  hesab  olunur.  Döv­
lət çərçivəsində  istehsal  və  bölgü  funksiyası  da  həyata keçirilir 
ki,  burada  idarəetmə  və  nəzarət,  yəni  hakimiyyət  orqanları 
böyük  rol  oynayır.  Daha  geniş  planda  dövlət  çərçivəsində  so- 
siallaşma  funksiyalarının  həyata  keçirilməsində  təhsil,  kütləvi 
informasiya  institutları  mühüm  rol  oynayırlar.  Dövlət  institut­
ları  çərçivəsində  subyektlərin  davranışı  mükafat  və  cəza  ilə 
nizamlanır.  İstehsal  prosesini,  maddi  nemətlərin  və  xidm ətlə­
115


rin  bölünməsini  təmin  edən  iqtisadi  institutlar  da  böyük  əhə­
m iyyətə  malikdir.  Dövlət  çərçivəsində  iqtisadiyyat  institutu 
mülkiyyət,  mübadilə,  bank,  maliyyə  məsələlərini  tənzimləyir. 
Fəaliyyəti  hüquqi  və  sosial  normalar sistemi  ilə  müəyyən  edi­
lən  ailə  də  cəmiyyətin  əsas  sosial  institutlarmdandrr.  Sosial- 
m ədəni  və  tərbiyə  institutları  fərdlərin  sosiallaşması  problem­
lərini  həll  etməyə  kömək  edir.  Bütövlükdə  həm  dövlət,  həm 
siyasi  partiyalar,  həm  də  həmkarlar  ittifaqları  siyasi  insti­
tutlara  aiddir.
Ümumiyyətlə,  bütün  sosial  institutlar  öz  funksiyalarını 
nə  qədər  sabit  və  nizamlı  yerinə  yeirirsə,  cəmiyyət  də  bir  o 
qədər  möhkəm  və  dinamik  inkişaf  edir.  Sosial  institutlar 
ictimai mühitlə sıx qarşılıqlı əlaqədədir.  Bu qarşılııqlı əlaqə və 
təsirlər əsasən normal  olur,  lakin bununla yanaşı  anormallıqlar 
da  mövcud  ola  bilər.  Sosial  institutla  ictimai  mühit  arasında 
qarşılıqlı  təsirdə  əsas  cəhət  sosial  institutun  baş  funksiyasının 
həyata  keçirilməsi,  yəni  konkret  sosial  tələbatın  ödənməsidir. 
Ödənilməyən 
sosial 
tələbat 
norimativ 
şəkildə
tənzimlənməyən  fəaliyyət  növlərinin  meydana  çıxmasına 
səbəb  ola  bilər  ki,  bunun  da  nəticəsində  qanuni  institutların 
funksiyaları  pozula  bilər.  Sosial  institutların  funksiyalarının 
pozulması  isə  cinayətkarlığın  (quldurluq,  mülkiyyətə  qəsd  vo 
s.)  artması  ilə  müşaiyət  olunur.  Bu  cür  hüquq  pozuntularının 
qarşısının  alınması  üçün  sosial  tələbata  uyğun  yeni  şərait,  yeni 
münasibət  formalaşmalı  və  bu  tələbat  yeni  yaradılan  sosial 
institutların fəaliyyətində öz əksini  tapmalıdır.
Sosial  təşkilatlar  dedikdə  geniş  mənada  cəmiyyətdəki 
bütün təşkilatlar başa düşülür.  Sosial təşkilatlar müəyyən məq­
sədləri reallaşdırmaq  üçün  yaradılır.  Sosial  təşkilatların üzvləri 
öz status  və rollarına uyğun  olaraq  ierarxik pilləkanın müxtəlif 
pillələrində  dururlar.  Sosial  təşkilatlar  şaquli  və  üfiqi  şəkildə 
düzülür.  Şaquli  düzülüş  zamanı  nərdivanın  yuxarı  hissəsində 
idarə  edənlər  durur.  İstənilən  sosial  təşkilat  əlavə  enerjinin  - 
sinergetikamn  artması  ilə  səciyyələnir.  Ümumi  enerji  isə onun 
subyektlərinin  ümumi  gücünü  üstələyir.  Belə  ki,  cəmiyyət  öz
116
elementlərini  və  subyektlərini  inteqrasiya  edir,  koordinasiya 
enerjisini artırır.
Sosial  təşkilatlara  formal  və  qeyri-formal  təşkilatlar 
aiddir.  Formal  təşkilatlar  inzibati  təşkilatlardır,  burada  əmək 
bölgüsü,  ierarxiya  var.  Formal  təşkilatlar  terminini  ilk  dəfə 
M.Veber işlətmişdir.  Formal  təşkilatlar son  anda bürokratik 
sistemə  çevrilir.  M.Veber göstərirdi ki,  bürokxatiyanm əsas  işi 
təsərrüfat  və  iqtisadi  fəaliyyətdə  effektiv  nəticələrə  nail 
olmaqdır.  Qeyri-formal  təşkilatlar  kortəbii  və  ya  müəyyən 
sosial  tələbatları  ödəmək  üçün  yaranır,  yəni  bu  təşkiltlar  hər 
hansı  inzibati  qərarla  və  ya  əmrlə  yaranmır.  Qeyri-formal 
təşkilatlar  sosial  əlaqələrin  ssonunda  əm ələ  gələn  sistemidir. 
Burada  formal  təşkilatlardan  fərqli  olaraq  şəxslərarası  və 
qruplararası  normalar mövcud olur.  Bu  normalar yalnız  formal 
təşkilatların  yerinə  yetirmədiyi  funksiyaların,  cəmiyyət  üçün 
mühüm  olan  funksiyaların  yerinə  yetirilmədiyi  yerlərdə 
yaranır.  Qeyri-formal təşkilatlar və qruplar formal  strukturların 
çatışmazlıqlarını  bir  növ  sığortalayır.  Bir  qayda  olaraq  formal 
təşkilatlar  ümumi  mənafeləri  hoyata  keçirmək  üçün  öz-özünə 
yaranan  sistemlərdir.  Qeyri-fonnal  təşkilatın  üzvü  daha 
müstəqildir, azaddır və şüurlu fəaliyyət göstərir.
§2.  A ilə   və n ig a h m   s o s io lo g iy a s ı
Ailə  qan  qohumluğuna  əsaslanan,  m əişət  ümumiliyi  və 
qarşılıqlı  məsuliyyətlə  bağlı  olan  insanların  birliyidir.  Ailə  hər 
bir  cəmiyyətin  sosial  strukturunun  mühüm  komponenti  olub, 
müəyyən sosial  funksiyalar yerinə yetirməklə həmin cəmiyyə­
tin  inkişafında əhəmiyyətli  rol  oynayır.  Sosioloji  biliyin  xüsusi 
sahəsi  kimi  ailənin  sosiologiyası  öz  başlanğıcını  Rilz  və  Le 
Pinin  geniş empirik tədqiqatlarından götürür.  XIX  əsrin ortala- 
nnda  onlar  bir-birindən  xəbərsiz  ailə  birgəyaşayışını,  ailə 
strukturunu,  onun  iqtisadi  münasibətlərini  sənayeləşmənin, 
urbanizasiyanın,  təhsilin,  dinin  və  b.  sosial  amillərin  ailəyə 
təsirini  öyrənməyə  cəhd  göstərmişlər.  O zamandan  başlayaraq
117


Yüklə 186,3 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə