Sosiologiya (Dərslik)



Yüklə 186,3 Kb.
Pdf görüntüsü
səhifə26/73
tarix06.05.2018
ölçüsü186,3 Kb.
#42945
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   73

yaradılmalıdır.  Xüsusilə  bazar  münasibətlərinin  formalaşması 
şəraitində  millətlərarası  iqtisadi  münasibətlər  emik  birliklərin 
iqtisadi  təlabatının təmin olunmasına yönəlməlidir.
Azsaylı  və kiçik xalqların əksəriyyətinin yaşadığı  ərazilərə 
xüsusi  diqqət  verilməlidir.  Burada  insanların  sosial  vəziyyətinə 
təsir  edən  təbii  iqlim  şəraitinin,  demoqrafik  situasiyanın  nəzərə 
alınması  sözügedən zəmində yarana bilən münaqişələrin qarşısı­
nın alınmasını şərtləndirən mühüm vasitələrdən biridir.
M ənəvi, ideoloji fəaliyyət  sahəsində etnik konfliktlərin 
qarşısının  alınmasına  tarixin  «ağ  ləkələrin»in  aşkar  edilməsi, 
ayrı  -  ayrı  etnik  birliklərin  tarixinin,  mədəniyyətinin,  adət  - 
ənənələrinin öyrənilməsi  və  həqiqəti  əks  etdirən  elmi  əsərlə­
rin,  dərsliklərin  yazılması  köməklik  edə  bilər.  Bütün  bunlar 
xalqların  mənəvi  sahədə  qarşılıqlı  zənginləşməsinə,  eyni  za­
manda  onların  milli  özünəməxsusluğunun  saxlanılması  və  in­
kişafına  zəmin  yaradır.  Milli  mənəvi  mədəniyyət  adətən  ki­
fayət  qədər  zəngin,  eləcə  də  çoxplanlı  hadisə  olmaqla,  cə­
miyyətdəki  iqtisadi,  siyasi,  əxlaqi,  dini  və  digər  ictimai  müna­
sibətlər  kontekstində  inkişaf edir,  öz  üzərində  onların  təsirini 
hiss edir, hətta müəyyən dərəcədə onlardan asılıdır.
Sosioloji  tədqiqatlar  göstərir  ki,  insanlarda  milli  özünü­
dərk,  sağlam,  sivil  münasibətlər  mədəniyyəti  erkən  yaşlarda 
formalaşmağa başlayır.  Buna görə  də  ailədə,  uşaq  müəssisələ­
rində, məktəblərdə və  s. müvafiq tərbiyəvi  işlər aparılmalıdır.
Milli-etnik qrupların  nümayəndələrinin bir-biri  ilə  ünsiy­
yət  məsələlərinin  həllində  kütləvi  informasiya  vasitələri  mü­
hüm  rol  oynayır.  Bu,  başlıca  olaraq  aşağıdakı  amillə  izah  edilir. 
Azlıq  təşkil  edən  etnik  qruplar  həm  bir  -  birindən  fərqləndiyi 
üçün,  həm  də  yerli  əhalinin  dilini  pis  bildiyi  üçün  onların 
ünsiyyəti  əsas  etibarilə  yerli  millətin  nümayəndələri  vasitəsilə 
həyata  keçirilir.  Ona  görə  də  kütləvi  informasiya  vasitələrinin 
nəinki  yerli  millətin  dilində,  həm  də  bu  ərazidə  yaşayan  digər 
milli - etnik birliklərin dillərində fəaliyyət göstərməsi zəruridir.
Etnik münasibətlərlə  bağlı  problemlərin  nəzərdən  keçiri­
lən  həlli  yollarının  reallaşmasında  konkret  sosioloji  tədqiqatlar 
əhəmiyyətli rol oynayır.  Onlar cəmiyyət həyatının konkret siya­
102
si,  iqtisadi,  sosial  və  mənəvi  sahələrində  etnik  münasibətlərin 
daha  aktual  aspektlərini  aşkar  etməyə,  bununla  da  bu  münasi­
bətlərin gələcəkdəki  inkişafını proqnozlaşdırmağa kömək edir.
Milli-etnik  münasibətlərin bütün  kompleksinin ahəngdar­
lığının  təmin  olunması  yalnız  xalqlar  arasındakı  sosial  -   siyasi 
və  digər  münasibətlərin  müvafiq  səviyyədə  demokratikləşdi­
rilməsi  şəraitində  mümkündür.  Bu  istiqamətdə  görülən  işlər 
bütün xalqlarn  mənafeyinə cavab  verir və millətlərarası  müna­
sibətlərin  obyektiv  inkişaf meyllərinin  təsir  imkanlarını  geniş­
ləndirir.  Həmin  meyllərdən  biri  millətlərin  iqtisadi  və  siyasi 
müstəqilliyinin  inkişafında,  dövlətçiliyin  təkmilləşməsində  və 
onların  mənəvi  mədəniyyətinin  inkişafında  ifadə  olunur.  Başqa 
bir  meyl  böyük  və  kiçik  xalqların  qarşılıqlı  surətdə  bir-birinə 
yaxınlaşmasında,  onların  əməkdaşlığının  dərinləşməsində,  iqti­
sadi və siyasi strukturların inteqrasiyasında özünü  göstərir.
Bir-biri  ilə  qarşılıqlı  əlaqədə  olan  bu  meyllər  bütün 
dünyada  gedən  milli  proseslərdə  təzahür  edir.  Hər  bir  dövlət 
özünün  milli  strategiyasını  işləyib  hazırlayarkən  və  həyata  ke­
çirərkən  bu meylləri  nəzərə almalıdır.


FƏSİL VI
SOSİAL -  ƏRAZİ BİRLİKLƏRİ
İnsanların  bütün  sosial  fəaliyyəti  müəyyən  sosial-ərazi 
birlikləri  hüdudlarında  həyata  keçirilir.  Bu  birliklər  fərdlərin 
həyat  fəaliyyətlərinin  mühüm  şərtləri  və  formalarıdır.  Sosial- 
ərazi  birlikləri  sabit  iqtisadi,  sosial,  siyasi,  mənəvi-ideoloji 
əlaqə  və  münasibətlər kimi  sistemyaradıcı  əlamətlərə malikdir. 
Həmin  əlamətlər  sosial-ərazi  birliklərini  nisbi  müstəqil 
sistemlər kimi insanların həyat fəaliyyətlərinin müəyyən  məkan 
daxilində təşkilini  səıiyyəlondirir.
Sosial-ərazi  birlikləri  müəyyən  ərazilərin  insanlar  tərəfindən 
təsərrüfat  cəhətdən  mənimsənilməsini,  onlann  birtipli  münasibətlə­
rinin  qərarlaşmasan  ifadə  edən  toplusu  kimi  başa  düşülə  bilər. 
Onlann  meydana  gəlməsi  bəşər  tarixində  mahiyyətcə  keyfiyyət 
sıçrayışı  olan mühüm  mərhələni  ifadə edir.  Sosial-ərazi  birliklərinin 
səciyyəvi  xüsusiyyətləri  aşağıdakılarla  müəyyən  edilir:  1)  iqtisadi 
şəraitlə,  ilk  nəvbədə  tarixən  müəyyən  edilmiş  əmək  bölgüsü 
ilə;  2)  əhalinin  sosial-sinfi,  peşə  və milli  strukturu  ilə;  3)  insan­
ların  əmək  fəaliyyətlərinin  xarakterinə,  məişətinin  təşkilinə  və 
həyat  tərzinin  bir  hox  başqa  cəhətlərinə  mahiyyətli  təsir 
göstərən  ekoloji  şəraitlə.
Prinsipcə  hər  bır  sosial-ərazi  birliyi  özündə  bütövlükdə 
sosial  orqanizm  üxün  xarakterik  olan  bəzi  ümumi  əlamətləri 
daşıyır.  Əhalinin  məskunlaşmasının  sosioloji  nəzəriyyələrində 
başlıca  məsələ  məskunlaşmanın  müxtəlif  tiplərinin  ictimai 
mahiyyətinin  üzə çıxarılmasıdır.
Məsələyə  bu  cür  yanaşma  aşağıdakılan  tələb  edir: 
məskunlaşmanın  meydana gəlməsi, fəaliyyəti  və inkişafının ictimai 
cəhətdən  şərtiənməsinin  araşdırılması;  məskunlaşmanın  cəmiy­
yətdə  rolunun  və  funksiyalarının  müəyyən  edilməsi;  1)  bu  rolun 
və  funksiyaların  inkişafın  bir  mərhələsindən  digərinə  keçməsi 
ilə  bağlı  olaraq  dəyişilməsinin  öyrənilməsi;  2)  əhalinin 
yerləşdirilməsinin, 
həmçinin 
insanların 
sosial 
və  istehsal
104
fəaliyyətlərinin ətraf mühitə təsirinin aydınlaşdırılması.
Sosial-ərazi  birliklərinin  strukturuna  şəhər,  kənd  və  region 
daxildir.  Əhalinin  məskunlaşmasının  sosiologiyası  şəhər  və 
kəndin  bütöv  bir sisıcm  kimi  inkişaf  və  fəaliyyətinin  genezisini 
(meydana gəlməsini  yaranma prosesini),  mahiyyətini  və ümumi 
qanunauyğunluqlarını  öyrənən  sosioloji  biliklər sahəsidir.
Orta  səviyyəli  sosioloji  nəzəriyyələr  (xüsusi  sosioloji 
nəzəriyyələr)  içərisində  şəhər  və  kəndin  problemlərinin  öyrə­
nilməsi  bir  qayda  elaraq  aparıcı  yer  tutur.  Şəhərin  və  kəndin 
sosiologiyasının  bir  çox  ümumi  cəhətləri  məvcuddur.  Bunlar­
dan  ən  mühümləri  şəhər  və  kəndin  bütöv  bir  sistem  kimi  əsas 
metodoloji  prinsiplərinin  işlənilməsidir.
Şəhərin  və  kəııdin  sosiologiyasının  problemləri  dairəsinə 
aşağıdakılar  daxildir:  1)  şəhər  və  kəndin  cəmiyyətdə  və 
əhalinin  yerləşdirilməsi  sistemində  yerinin  müəyyən  edilməsi; 
2)  şəhərin  və  kəndin  fəaliyyət  və  inkişafına  təsir  edən  əsas 
səbəblər  və  amillər.  3)  əhalinin  sosial  strukturu;  4)  şəhər  və 
kəndin  həyat  tərzlərinin  xüsusiyyətləri;  5)  ətraf coğrafi  mühitlə 
əlaqə;  6)  şəhər  və  kəndin  idarə  edilməsi  və  özünüidarəetmə 
ənənələrinin  dirçəlişi  problemləri;  7)  əhalinin  miqrasiyasının 
(kənd-şəhər, şəhər-kənd) sosial  amilləri,  nəticələri  və s.
Sosioloqlar  şəhər  və  kəndi  öyrənərkən  hər  şeydən  əvvəl 
onlar çıxış  edirlər  k>,  insanların  ərazi  birliklərinin  fəaliyyəti  və 
inkişafı  təbii  və macdi-əşyavi  mühitlə  müəyyən edilir.  Şəhər və 
kəndin  xüsusi  sosioloji  nəzəriyyələri  həmin  ünsürləri  vəhdətdə, 
sosial  orqanizmin  özəyi  kimi,  konkret  tarixi  cəmiyyətin  hissəsi 
kimi  nəzərdən  keçirirlər.  Onlarda  bütöv  ictimai  struktur  təkrar 
istehsal  olunur,  konkret  sosial  orqanizmin  (dövlətlər,  ölkələr 
qrupunun)  bütün  sistemlərinin  elementləri  və  münasibətləri  öz 
əksini  tapır.  Şəhər  ^ə  kənddə  məhsuldar  qüvvələr  və  istehsal 
münasibətləri,  texnoloji  və  təşkilati-idarəetmə  strukturları, 
siniflər  və  sosial  təbəqələr, 
sosial 
və  ideoloji-mənəvi 
münasibətlər,  spesilik  mədəni-mənəvi  mühiti,  tarixi,  milli  və 
peşə adət-ənənələri  məvcuddur.
105


Yüklə 186,3 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə