Sosiologiya (Dərslik)



Yüklə 186,3 Kb.
Pdf görüntüsü
səhifə23/73
tarix06.05.2018
ölçüsü186,3 Kb.
#42945
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   73

açıq cəmiyyət tipinə daha yaxındır.
Şaquli  mobillik  cəmiyyətdə  müəyyən  dərəcədə  mövcud 
olduğuna  görə  ictimai  ierarxiyanın  səviyyələri  arasında  fə rd ə- 
lərin  bir  təbəqədən  başqasına  yuxarı  və  ya  aşağı  yerdəyişm ə­
sinin  yollan  olmalıdır.  Sosiologiyada  onlar  «sosial  mobillik 
kanalları»  adlanır.  Bu,  insanın  ictimai  ierarxiyada  öz  vəziyyə­
tini  dəyişdirdiyi  sosial  institutlar  və  təşkilatlardır.  Sosial  m o - 
billiyin əksər cəmiyyətlərdə mövcud olan  ən mühüm kanalları 
ordu,  kilsə,  məktəb,  siyasi,  iqtisadi,  mədəni  və  həmkarlar tə ş ­
kilatlan,  ailə  və  nigahdır.  Şübhəsiz  ki,  bu  kanallardan  başqa 
ayrı yollar da vardır, lakin onlar az əhəmiyyətlidir.
Bütün  dövrlərdə  yuxanda xatırlanan  institutların  hər  biri 
m üəyyən  cəmiyyətdə  konkret  anda  bu  və  ya  digər  dərəcədə 
mühüm  rol  oynayıb.  Ordu  müharibə  və  sosial  sarsıntılar 
dövründə  böyük  rol  oynayır,  lakin  sülh  şəraitində  onun  ə h ə ­
miyyəti  nisbətən  azalır.  Orta  əsrlərdə  kilsənin  əhəm iyyəti 
böyük idi,  hazırda  isə  onun  əhəmiyyəti  xeyli  azalmışdır.  B u­
na bənzər çox misallar gətirmək olar.
Öz  konkret  formalarını  və  miqyaslarını  dəyişən  şaquli 
mobillik  kanalları  stratifıkasiyalı  cəmiyyətdə  mövcuddur  və 
onların  cəmiyyətdə  rolu  insan  orqanizmində  qan  damarlarının 
əhəm iyyəti  qədər mühümdür.
90
FƏSİL V
SOSİAL-ETNİK  MÜNASİBƏTLƏRİN 
SOSİOLOGİYASI
§1. Sosial-etnik  münasibətlərin  mahiyyəti  və 
səciyyəvi  cəhətləri
Sosial  -   etnik  münasibətlərin  öyrənilməsi  xüsusi  sosio­
loji  nəzəriyyələr sistemində mühüm yer tutur.  Bu onunla  izah 
edilir  ki,  sosial  -   etnik  münasibətlər  sosial  münasibətlər  sis­
teminin çox  mühüm  və əhəmiyyəti  daim  artmaqda olan  istiqa­
mətlərindən  biridir.  Onun  əsas  məzmunu  millətlər və  digər 
etnik  birliklər  arasında  sosial  həyatın  istehsalı  və  təkrar  isteh­
salı  prosesində  qərarlaşan  əlaqə  və  münasibətlərin 
məcmu­
sundan  ibarətdir.
Sosial  -   etnik  birliklər  bununla  səciyyələnir  ki,  onlarda 
insanların  bir  -  biri  ilə  sıx  əlaqədə  olan  iki  tərəfi-sosial  və 
etnik  əlamətləri  üzvü  şəkildə  birləşir.  Həmin  birlik  formala­
rında  sosial  əlam ətlər  çox  vacib  və  əhəmiyyətli  yer  tutur. 
Bununla yanası  onlar həm də etnik keyfiyyətlər və  xüsusiyyət­
lərlə səciyyələnirlər.
Sosial  göstəricilərin,  yəni  bütövlükdə  cəmiyyətin  və 
onun  struktur  elementlərinin  yetkinlik  dərəcəsindən  asılı  ola­
raq  bu  və  ya  digər sosial  -  etnik  birliyin  fəaliyyətinin  və  inki­
şafının  siyasi,  iqtisadi,  sosial  və  mənəvi  keyfiyyətləri  müvafiq 
surətdə artır  və ya azalır.
İnsanların  sosial  -  etnik  münasibətlərinin  müasir,  mü­
rəkkəb  mərhələsi  elə  bir  tennindən  istifadəni  zəruri  edir  ki, 
bu  termin  onların  sosial  mahiyyətini  inkar  etmədən  ctııik  dər­
kini  də  dolğun  əks  etdirsin.  Belə  bir  anlayış  etnosdur.  Etnos 
tarixən  müəyyən  ərazidə yaşayan, mədəniyyət (dil də daxil 
olmaqla)  və  psixoloji  xarakterin  bəzi  xüsusiyyətlərinə, 
eləcə  də  özünəməxsusluğunu  və  başqalarından  fərqlərini 
dərk edən  insanların  sabit məcmusudur.
Etnosun  əsas  əlamətləri  -  dil,  xalq  incəsənəti,  adətlər, 
ənənələr,  mərasimlər,  davranış  normaları  və  vərdişlərdir, 
yəni  mədəniyyətin  elə  komponentləridir  ki,  onlar  nəsildən
91


nəsilə  keçir və  beləliklə  etnik mədəniyyəti  formalaşdırır.  İn­
sanların bu cür dayanıqlı birliyi  onların sosial  xüsusiyyətlərinin 
vacibliyini  ifadə etməklə yanaşı, həmişə 
özünün
 etnik  mənsu­
biyyətini  saxlamağa  çalışır.  Bu,  həm  bütöv  etnosa,  həm  də 
onun tərkib hissəsi olan etnik qruplara da aiddir.  Etnik qruplar 
həm kompakt, həm də yayılmışvəziyyətdə  ola  bilirlər.
Sosial -  etnik münasibətlərin tarixi təkamülü qəbilə, tay­
fa,  xalq  və  millət  kimi  birlik  formalarından  keçərək  bu  günə 
gəlib çatmışdır.
İlk  qədim  etnik  birlik  forması  ibtidai  icma  cəmiyyətində 
yaranmış qəbilə hesab  olunur.  O,  qan qohumluğuna əsaslanırdı. 
Bununla  yanaşı,  qəbilə  daxilində  birləşən  insanlar  mənafe 
ümumiliyinə, yaşayış məskəni, dil, adət və etiqadlar ümumiliyi­
nə  də  malik  olmuşlar.  Öz  tərkibində  təxminən  30  -   50  nəfəri 
əhatə edən icma qəbiləsinin üzvləri əvvəllərdə ana xətti (matri- 
arxat), sonralar isə ata xətti ( patriarxat) ilə müəyyən olunurdu.
İbtidai cəmiyyətin son dövrlərində  iki  və daha çox qəbi­
lənin birləşməsi nəticəsində tayfa adlı  yeni  etnik birlik  forması 
təşəkkül  tapdı.  Qəbiləyə  xas  olan  əsas  əlam ətlər  (qan  qohum­
luğu,  dil  və ərazi  ümumiliyi,  adət və etiqadlar ümumiliyi  və s.) 
tayfada da  özünü  göstərmişdir.  Bununla yanaşı  tayfa  birliyində 
əvvəla,  sayca  daha  çox  insanlar birləşirdi  (bir  neçə  yüz  nəfər­
dən min nəfərə qədər),  sonra,  tayfanın öz  adı  mövcud  idi.  Nə­
hayət,  tayfa  vahid  mədəniyyət  ünsürlərinin  daha  çox  inkişafı 
ilə səciyyələnirdi.
Qəbilə  və  tayfalar  cəmiyyətin  inkişafında  öz  dövrünə 
görə çox mühüm rol oynamışlar.  Bununla belə,  ic timai  həyatda 
baş  verən  dəyişikliklər  (təsərrüfat  funksiyalarının  mürəkkəb­
ləşməsi,  ünsiyyətin  və  gediş  -   gəlişin  artması,  ailə  -   nigah 
münasibətlərin  inkişafı  və  s.) prinsipcə  yeni  etnik  birliyin  ya­
ranmasını  zəruri  edirdi.  Bu  tarixi  tələbatın  nəticəsi  kimi  yeni 
tarixi birlik  forması olan xalq formalaşdı.
Sinfi  münasibətlərin  inkişafı  ilə  bağlı  olaraq bu  formanın 
yenisi  ilə  əvəz  olunması  prosesi  getsə  də,  bir  çox  xalqlarda 
nəsil  -   tayfa  bölgüsünün  qalıqları  indi  də  saxlanılmaqdadır. 
Hazırda  onlar Asiyada,  Afrikada,  Amerikada və  Rusiyanın  Şi­
92
mal  ərazisində mövc uddur.  Qan  qohumluğu,  klan  və  tayfaçı- 
lıq  əlamətləri  hazırki  dövrdə  də  özünü  biruzə  verməkdədir. 
Xalqda sosial  xüsusiyyətlər, əlamətlər çox mühüm rol oynayır.
Əvvəlki  birlik formalarından fərqli olaraq xalq qan qohum­
luğuna deyil, təsərrüfat və mədəniyyət əlaqələrinin ümumiliyinə 
əsaslanırdı.  Xalqı  yeni  birlik  forması  kimi  səciyyələndirən  əsas 
cəhət budur ki, o, artıq sırf etnik birlik forması deyildir. O, ilk də­
fə  olaraq,  sözün  əsl  mənasında sosial  -   etnik  birlik  forması  ma­
hiyyəti  kəsb  etmişdir.  Xalq  daha  mütərəqqi  birlik  forması  kimi 
iqtisadiyyatın, 
sosial  əlaqələrin  və  mədəniyyətin  inkişafında 
mühüm rol oynamışdır.  Lakin ictimai tərəqqi  gedişində xalqın da 
birlik  forması  məhdudluğu  özünü  göstərməyə  başladı.  Nəticədə 
feodalizmin dağılması və kapitalizmin təşəkkülü dövründə insan­
ların keyfiyyətcə yeni birliyi - millət yarandı.
Müasir  sosioloji  ədəbiyyatda  milli  -  etnik  problemlər 
təhlil  edilərkən  daha  çox  “millətlərarası”  və  ya “milli  müna­
sib ətlər”  terminlərindən  istifadə  edilir.  Həqiqətən  də,  XX 
əsrdə  məhz  millətlərarası  münasibətlər müasir  sosial  müna­
sibətlər  sistemində  çox  mühüm  yer tutur.  Buradan  aydındır  ki, 
tarixi  birliklər  arasındakı  münasibətlərdən  söhbət  gedərkən 
birinci  növbədə millət anlayışına diqqət yetirilməlidir.
Millət  tarixən  formalaşmış  etnos  tipi  olub,  iqtisadi 
həyatın, dilin, ərazinin  ümumiliyi ilə,  mədəniyyətin, m əişə­
tin,  psixoloji  durumun  və  etnik xarakterin  bəzi  xüsusiyyət­
ləri  ilə  səciyyələnən  insanların  xüsusi  tarixi  birliyidir. 
M illət  xalqa  nisbətən  daha  geniş  tarixi  birlik  forması  olub, 
kapitalizmin  meydana  çıxması  və  inkişafı  ilə  bağlıdır.
Millətlərin xalqlan tarixi  əvəzloməsi o demək deyildir  ki, 
ikincilər yer  üzündən  silinmişdir.  Xalq  tarixən  insanların  tayfa 
birliyindən  sonra  gələn  sosial-etnik  birlik  formasıdır.  Onun 
meydana  gəlməsinin  başlanğıcı  quldarlıq  quruluşunun  dağıl­
ması  dövrünə  təsadüf edir.  Əgər  tayfa  birliklərinin  səciyyəvi 
cəhəti  onların  qan  qohumluğuna  əsaslanan  əlaqələri  idisə, 
xalqlar  üçün  bu  ərazi  və  təsərrüfat  əlaqələridir.  Xalq  anlayışı 
sözün  əsl  mənasında  feodalizm  cəmiyyətinin  məhsuludur.  La­
kin  xalqlar sonrakı  cəmiyyətlərdə  də  mövcuddur.  Çünki  onlar
93


Yüklə 186,3 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə