Sosiologiya (Dərslik)



Yüklə 186,3 Kb.
Pdf görüntüsü
səhifə24/73
tarix06.05.2018
ölçüsü186,3 Kb.
#42945
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   73

bir  sıra  səbəblərdən  (azsaylı  olma,  inkişafdan  geri  qalma, 
müəyyən  səbəblərdən  özlərinin  milli  dövlət qurumunu yarada 
bilməmələri və s.)  millət kimi formalaşa bilməmişlər.
Müasir  elmi  ədəbiyyatda  sosial  -   etnik  münasibətləri 
səciyyələndirərkən həmçinin  “milli  azlıq’’,  “yerli”  və  “gəl­
m ə”  kimi  anlayışlardan  da  istifadə  edilir.  Bunlar əsas etiba­
rilə  öz millətinin  ərazisindən  kənarda yaşayan  milli  (sosial  - 
etnik)  qruplan  nəzərdə  tutur.  M əsələn,  Rusiyada  yaşayan 
azərbaycanlılar,  beloruslar,  gürcülər  və s.
Bu  qrupların  öz daxili tərkibində  bir  neçə  kateqoriya­
nı  ayırmaq  olar (onları  həmçinin  diaspora  da  adlandırırlar):
Daxili  diaspora (öz  respublikalarından  kənarda  yaşayanlar).
Yaxın  diaspora  (tarixi  vətəni  keçrıiş  sovet  respubli­
kaları  olan  sosial-etnik  qruplar).
Uzaq  diaspora (tarixi vətəni  uzaq  xarici  dövlətlər olanlar).
Milli-ərazi  qurumları  olmayan  diasporalar (kürdlər,  qara­
çılar və s.).
Bu  və  ya  digər  sosial  -   etnik  biri iy in  tərkibində  olan 
etnoqrafik qruplar  özünəməxsusluğu  ilə  seçilir.  Onlar  əhali­
nin  əsas  hissəsindən  mədəniyyətlərinin,  dillərinin  (ləhcə, 
danışıq  tərzi)  xüsusiyyətləri  ilə  fərqlənirlər.
Milli  azlıqlar  bir  qayda  olaraq  miqrasiya  (könüllü  və  ya 
məcburi),  həm  də  bütöv  xalqın  deportasiyası  nəticəsində 
əm ələ  gəlir.  Bu,  Rusiyada yunanların,  inqıışların, dağıstanlıla- 
rın  və  başqa  xalqların  başına  gəlmişdir.  Qeyd  etməliyik  ki, 
məhz  buradan  da,  milli  azlıqlar  problemi,  onların  yaşadıqları 
mövcud dövlət quruluşunda hüquq və azadlıqlarının  reallaşma­
sı  ilə  bağlı  problemlər  yaranır.  Onları  elmi  əsaslarla  demo­
kratik  prinsiplərə  və  sivil  qaydalara  arxalanmaqla  həll  etmək 
lazımdır.  Lakin  bəzən  bu  belə  olmur.  M əsələn,  azlıqda  qalan 
millətin  nümayəndələri-Azərbaycan  ərazisində  yaşayan  Dağ­
lıq  Qarabağ  erməniləri  dövlət  daxilində  ‘ dövlət”  yaratmağa 
cəhd  göstərirlər.  Bu  cəhd  “etnik  separatçılıq”dır,  beynəlxalq 
hüquq  normalarına  ziddir  və  qətiyyətlə  d ə f  edilməlidir.
İnsan  birliklərinin  sosial  və  etnik  xüsusiyyətlərinin  üzvi 
vəhdəti,  onların  rəngarəngliyi  və  qarşılıqlı  əlaqəsi  onlar  ara­
94
sındakı  münasibətləri  ayrı-ayrı  ictimai-iqtisadi  formasiya­
larda  və  müxtəlif dövlətlərdə  millətlər,  xalqlar  arasındakı  iq­
tisadi, ərazi, hüquqi,  mədəni  və dil, eləcə də digər  münasibət­
ləri  müəyyən  etməyə  imkan  verir.
Sosial - etnik  birliklər arasındakı  münasibətlərin  bu  cür 
izahı  (ədəbiyyatda  bu  çox  vaxt  milli  m əsələ  adlandırılır), 
həm də  onların  özünəməxsusluğunu  şərtləndirir.  Yəni,  əv - 
vəla,  birliklər arasındakı  qarşılıqlı  münasibətlər  hər  şeydən 
əvvəl  ictimai  münasibətlərin  iqtisadi,  siyasi,  sosial  və  m ə­
nəvi  istiqamətləri  vasitəsilə  təzahür  edir.  İkinci  xüsusiyyət 
sosial  -  etnik  birliklər  arasındakı  münasibətlərdə  iki  tərəfin 
mövcudluğunda  üzə çıxır:  daxili (ərazi-dövlət qurumları  çər­
çivəsində  münasibətlər)  və  xarici  (m üxtəlif  ərazi  -   dövlət 
qurumları  sistemində  münasibətlər).
Sonuncu amil keçmiş SSRİ-də mühüm yer tuturdu, çünki 
onun  tərkibində  200-ə  qədər  millət,  xalq  və  etnik  qrup ya­
şayırdı.  Bu həm də postsovet respublikaları, o cümlədən A zər­
baycan  üçün  səciyyəvidir.  Burada  bir neçə  sosial  -   etnik  qru­
pun  nümayəndələri  yaşayır.  Məsələ  təkcə  m üxtəlif  birliklə­
rin sayının çox  olmasında  deyildir,  həm  də  bundadır ki,  90- 
cı  illərin  əvvəlində  SSRİ-nin  dağılması  nəticəsində  yerli 
xalqların  müəyyən  hissəsi  öz  tarixi  vətənlərindən  kənarda 
qaldı.  Bəzi  respublikalarda  millətçi  -   separatçı  qüvvələrin 
səyləri  nəticəsində  yaranmış  problemlər  (Dağlıq  Qarabağ, 
Abxaziya, Şimali  Osetiya və s.) daha da  mürəkkəbləşmişdir.
§2.  M ü a s ir   d iiv r d ə   s o s ia l
 -  
e tn ik   m ü n a q iş ə lə rin  
k ə s k in lə ş m ə s in in   s ə b ə b lə r i
Sosial  -  etnik  münaqişələr  müəyyən  səviyyədə  c ə ­
miyyətin  inkişafının  bütün  mərhələlərində  mövcud  olmuşdur. 
Bunun  əsas səbəblərini  inkişafın  qeyri -  bərabərliyi, ərazi,  dil, 
mənəvi  həyat  və  adət-ənənələrin  müxtəlifliyi,  milli  m ədə­
niyyətlərin  özünəməxsusluğunun  qorunması,  sosial  nemətlərə 
nail  olmaqdakı  fərqlər,  Öz problemlərini  digər xalqların  hesa­
bına  həll  etmək cəhdləri təşkil edir.
95


Bəzi müəlliflər m üxtəlif  konsepsiya,  nəzəriyyə  və  tə ­
limlərin köməyi  ilə  sosial -  etnik  münaqişələrə  haqq  qazan­
dırmağa çalışırlar.  Bu  zaman  zorakarlığın  m üxtəlif  formaları, 
fərdlərin,  qrupların  və  təbəqələrin  inkişafındakı  qeyri-bəra­
bərliyi  təsdiq  edən  faktlar əsas  götürülür.  Bunların  sırasına 
birinci  növbədə  m üxtəlif sosial  -  irqi  nəzəriyyələri,  o  cümlə­
dən faşizmi və s.  aid etmək olar.
Keçmiş  SSRİ-də milli siyasət və mil  i  suverenliklə  bağlı 
buraxılmış  səhvlər  bu  gün  mövcud  olan  konfliktlərin  əsas 
səbəblərini  şərtləndirir.  Xüsusilə  həmin  dövrdə  millətlərin 
milli  suveren hüquqları  -hər bir  millətin  öz  sosial  -   siyasi  qu­
ruluşunu  seçmək azadlığı,  ərazi  bütövlüyü,  iqtisadi  sərbəstliyi 
və s. hüquqlan kobud surətdə pozulmuşduı.
Məhz  buna  görə  də  keçmiş  sovet  məkanında  etnik  və 
millətlərarası  münaqişələrin  kəskinləşməsi  səbəbləri  üzərində 
daha  ətraflı  dayanmaq  məqsədəuyğundur.  Aydındır  ki,  Sovet 
İttifaqının  dağılmasının  əsas  səbəblərindən  biri  onun  ərazisində 
yaşayan müxtəlif xalqlar,  millətlər  arasındakı  qarşılıqlı  münasi­
bətlərin  kəskinləşməsi  olmuşdur.  Həm  mərkəzdə,  həm 
də 
müttəfiq  respublikalarda  müəyyən  qüvvələr  öz  dar  milli  ma­
raqlarını  təmin  etmək  üçün  köhnə  haqq  -   aesabları  və  borclan 
ilə  bağlı  problemləri  qabartmağa  çalışırdılar.  Bu  isə  qarşılıqlı 
narazılıqları  gücləndirirdi.  Digər  səbəb  sovet cəmiyyətinin  iqti­
sadi,  sosial  və  mənəvi  inkişafda  milli  mədəniyyətlərin,  milli 
dillərin və s. inkişafında buraxılmış nöqsanlar və səhvlər  idi.
Şübhəsiz,  millətlərarası 
münaqişələrin  yaranmasına 
şəxsiyyətə  pərəstiş  illərində  milli  problemlərin  həllində  yol 
verilmiş  ciddi  səhvlər və  əyintilər də öz  mənfi  təsirini  göstər­
mişdi.  Xüsusilə,  30-cu  illərin  əvvəllərindən  başlayaraq  guya 
SSRİ-də  milli  məsələnin  həll  olunduğu  ilə  əlaqədar  olaraq 
ayrı-ayrı  müttəfiq  respublikalarda  fəaliyyət  göstərən  milli  şö­
bələr  ləğv  edilmiş,  millətlərin  qovuşdur alması  prosesi  süni 
surətdə  gücləndirilmişdir.  Əgər  1926-cı  i  də  siyahıya  alınma 
zamanı  SSRİ-də  200-ə  yaxın  millət,  xalq,  etnik  qrup  qeydə 
alınmışdırsa,  1939-cu  ildə  bunların  sayı  99-a  endirilmişdir. 
Deməli,  13  il  ərzində  bu  göstərici  2  dəfə  azalmışdır.  Xalqların
96
etnik  xüsusiyyətləı inin  nəzərə  alınmaması,  süni  surətdə  assi­
milyasiya  ayrı-ayrı  sosial  -   etnik  qrupların  bir-birindən  uza­
qlaşmasını,  yadlaşınasını  və  son  nəticədə  ciddi  sosial  narazı­
lıqları  şərtləndirirdi.  Burada  həmçinin  kütləvi  repressiyalar, 
bütöv  xalqların  öz  ənənəvi  yaşayış  yerlərindən  köçürülməsi, 
bir  çox  partiya  və  dövlət  xadiminin,  milli  ziyalıların  təqib 
olunması kimi neqrtiv proseslər də nəzərə  alınmalıdır.
Millətlərarası  münasibətlərin  kəskinləşməsi  həm  də 
dövlətin,  mərkəzin  yeritdiyi  siyasətdə regionların  maraqlarının 
lazımi  dərəcədə  nəzərə  alınmaması,  nazirliklər  və  idarələr 
tərəfindən  müttəfiq  respublikaların,  eləcə  də  digər  ərazi- 
dövlət  qurumlarının  mənafelərinin pozulması  ilə  əlaqədar  idi.
Millətlərarası  münasibətlərin  kəskinləşməsinin  səbəb­
lərindən  biri  də  80-ci  illərin  sonu,  90-cı  illərin  əvvəlində 
Sovet  İttifaqına  rəhbərlik  etmiş  şəxslərin  korrupsiyaya  qur- 
şanmasının,  ayrı-ayrı  mafıoz  qruplarla  əlaqələrinin  nəticəsi 
idi.  Həmin  dövrdə  ölkəyə  rəhbərlik  etmiş  şəxslərdən  biri 
Y.K.Liqaçov  1989-cu  ilin  sentyabrında  etiraf 
etmişdi  ki, 
“ötən  ilin  yazında  mən  Zaqafqaziyanın  iki  respublikasının 
sərhədlərinin  dəyişdirilməsinin  əleyhinə  olduğumu  birmə­
nalı  şəkildə  deyən  kimi  bu,  millətçiləri  hövsələdən  çıxardı 
və  onların  bəd  əməllərini  çox  gözləmək  lazım  gəlmədi14.
Millətlərarası  qarşılıqlı  münasibətlərin  kəskinləşməsinin 
mühüm  səbəblərindən  biri  sovet  cəmiyyətinin  uzunmüd­
dətli  böhran  vəzi)yəti  olmuşdur.  Sosial  problemlərin  həl- 
lindəki  çətinliklər,  inflyasiya,  cinayətkarlığın 
geniş 
vüsət 
alması  və  s.  nəinki  xalqlar  arasında  münasibətləri  pisləşdirdi, 
həm  də  böyük  bir  ölkənin  bir  sıra  regionlarında  geniş­
miqyaslı  məlum  konfliktlərin  yaranmasına  gətirib çıxardı.
Milli  -  etnik  münasibətlərdəki  münaqişələrin  səbəblə­
rindən  danışarkən  müstəqil  dövlətlərin  bir  çox  liderlərinin  və 
parlament  üzvlərinin  yerli  millətə  başqalarına  nisbətən  üstün 
yer  verməsi  kimi  yanlış  siyasəti  də  qeyd  etmək  lazımdır 
(Pribaltika,  Rusiya,  Ermənistan,  Gürcüstan  və  s.).  Bu,  m əsə­
lən,  bir  sıra  MDB  dövlətlərinin  qanunvericiliyində  diskrimi- 
nasiya  hallarına  yel  verilməsində,  milli  mənsubiyyətə  görə
97


Yüklə 186,3 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə